Məhkəmə qərarları › İş №3(3-8)-352/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-352/2026

12.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-352/2026 12.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının IXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Quba Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Quba Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (hakim İ.M.Qazıbəyov) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. IŞIN HALLARI: Inzibati materialdan müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Protokolu tərtib edən orqannin icra məmuru X1 tərəfindən tərtib edilmiş protokol məhkəməyə göndərilmiş və protokola baxan birinci instansiya məhkəməsinin hakimi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Qərardan narazı qalan zərərçəkmiş şəxs X3 apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilərək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTIN DƏLILLƏRI : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şabran Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə aliment məbləği indeksasiya olunan vaxtdan (0,64 misli) 256 manat və son olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-****/****-*** nömrəli ##.##.2025-ci il tarixli qərardadı ilə (0,38 misli) 152 manat sabit pul məbləğində aliment tutulmasına baxmayaraq, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs azyaşlı qızının saxlanılması üçün alimenti yetərli olaraq ödəmir. Hazırda borclunun 1856 manat aliment borcu vardır. Borclu həm icrada, həm də məhkəmə prosesi zamanı bildirmişdir ki, alimentin 100 manatdan artıq məbləğini ödəniş etməyəcək və hər ay 100 manat ödəyəcəkdir. Birinci instansiya məhkəməsi də onu həbs etməməklə alimentin tam ödənilməməsinə şərait yaratmaqdadır. Borclu hazırda alimenti güclə ödəyirsə, cəriməni hansı əsasla ödəyəcəyi sual doğurur. Məhkəmə qərarında borclunun ikinci dəfə ailə qurması, himayəsində üç azyaşlı uşağın olması, uşaqlardan birinin ürək və onkoloji xəstəlikdən əziyyət çəkməsinin qeyd edilməsi nəzərə alınmış və borclu barəsində yüngül inzibati tənbeh görülmüşdür. Lakin azyaşlı uşaqlarının xəstə olması barədə hər hansı sübut tələb olunmamışdır. O dəfələrlə icra məmuruna və müxtəlif orqanlara şikayət ərizələri yazsa da heç bir nəticəsi olmamışdır. Hazırda maddi durumu çox pisdir. Uşağın təminatlarını qarşılamaqda əziyyət çəkir. Lakin məhkəmə bunu nəzərə almayaraq borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs çox yüngül cəza vermişdir. Göründüyü kimi borclu məhkəmə qətnaməsini üzürsüz səbəbdən icra etməmişdir. O, hazırda fərdi sahibkardır və borc məbləğini birdəfəlik ödəməyə kifayət qədər vəsaiti də vardır. Lakin o qərəzli olaraq dövlətin adından çıxarılan qətnaməni icra etmir. Göründüyü kimi məhkəmə maddənin sanksiyasında göstərilən ən yüngül cəzanı, cərimə cəzasını təyin etmişdir. Borclu da bundan istifadə edərək borcu ödəməkdən boyun qaçırır. Hesab edir ki, əgər o, inzibati qaydada həbs edilərsə, borc məbləğini tam ödəyər. PROSES IŞTIRAKÇILARININ IZAHATLARI : Apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak edən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətini müdafiə edib, əlavə olaraq qeyd etdi ki, borclunun hazırda 2064 manat borcu vardır. Belə ki, icra orqanı tərəfindən borcun məbləği düzgün müəyyən edilməyərək 1317 manat olması qeyd edilmiş, həmin məbləğin düzgün olmamasına etiraz etsə də, icra qurumu tərəfindən borcun düzgün hesablanması üçün heç bir tədbir görülməmişdir. Göstərilənlərin nəzərə alınmasını da xahiş edir. Apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etməklə əlavə olaraq qeyd etdi ki, atası üç gün əvvəl rəhmətə gedib, qızı isə 1 ildən çoxdur ki ayağı sınmışdır və hazırda travmatologiya xəstəxanasındadır. Bu səbəbdən borcun tam şəkildə ödənilməsini təmin edə bilməmiş, lakin yaxın müddət ərzində borcunun ödənilməsini təmin edəcəkdir. Protokolu tərtib edən orqannin icra məmuru, R Musa Rəhimov ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, borclu-cavabdeh şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** saylı icra sənədi üzrə 1217 manat borcu olmuş və onun barəsində ##.##.2026-cı il tarixində IXM-nin 528.1-ci maddəsi ilə bağlı protokol tərtib edərək Quba Rayon Məhkəməsinə təqdim etmişdir. IXM-nin 528.1-ci maddəsi ilə bağlı tərtib etdiyi inzibati protokolu müdafiə edir və yaranmış zərurətlə əlaqədar onun iştirakı olmadan işə baxılmasını və ədalətli qərar qəbul edilməsini xahiş edir. Hesab edirəm ki, şikayət üzrə məhkəmə baxışı iclası inzibati xəta haqqında protokol tərtib etmiş icra şöbəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkündür. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikasının IXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin olunmalı, iş üzrə Quba Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı və bununla əlaqədar ## ### 2026cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraatın materialları yenidən araşdırılması üçün Protokolu tərtib edən orqan qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin hakimi IXM-nin 48-ci maddəsinin tələblərini pozaraq işin hallarını hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaq üçün lazımi tədbirlər görməmişdir. Halbuki, IXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Birinci instansiya məhkəməsində hazırkı mübahisə olunan qərar qəbul edilərkən məhkəmə iclasında iştirak edən protokol tərtib edən şəxs Protokolu tərtib edən orqannin icra məmuru X1 izahatında qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/****-*** nömrəli icra vərəqəsinə əsasən ##.##.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması məqsədilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zərərçəkmiş şəxs xeyrinə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,38 misli həddində sabit pul məbləğində aliment tutulması müəyyən edilmişdir. Qeyd olunan icra sənədi ##.##.2025-ci il tarixdə icra şöbəsinin icraatına daxil olmuş və qanunvericiliyin tələblərinə uyğun olaraq icraata başlanılmışdır. Eyni zamanda, icra sənədinin tələblərinin icrası ilə bağlı borcluya rəsmi qaydada məlumat verilmişdir. Lakin borclu heç bir üzrlü səbəb olmadan icra sənədindən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclunun bank hesabları, gəlir mənbələri, habelə daşınar və daşınmaz əmlaklarının mövcudluğu araşdırılmış, aparılmış axtarış və yoxlama tədbirləri nəticəsiz qalmışdır. Iş materiallarından müəyyən olunur ki, borclu tərəfindən ümumilikdə 911 manat məbləğində ödəniş edilmiş, hazırda isə 1217 manat məbləğində aliment borcu qalmışdır. Iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-****/****-*** nömrəli, ##.##.2025-ci il tarixli icra vərəqəsinə əsasən ##.##.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay öikə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,38 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Iş materiallarında olan “Icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-****/****-*** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədi ##.##.2025-ci il tarixdə icra məmuru Musa Rəhimovun icraatına daxil olmuşdur. Həmin tarixdə tələbin könüllü icrasını təmin etmək məqsədilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bildiriş göndərilmişdir. Iş materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsi ilə ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və protokolda borclu şəxsin məhkəmə qərarının icrası ilə bağlı öhdəlikləri yerinə yetirməməsinə dair inzibati xəta törətməsi qeyd edilmişdir. Hazırkı iş üzrə materiallardan görünür ki, borclunun aliment üzrə borcunun məbləği, ödədiyi məbləğlər, gəlir mənbələrinin mövcudluğu, faktiki əmək fəaliyyəti ilə məşğul olubolmaması, aliment öhdəliyini yerinə yetirmək imkanlarının olub-olmaması, habelə borcun yaranmasının səbəbləri ilə bağlı zəruri araşdırmalar tam həcmdə aparılmamışdır. Apellyasiya baxışı zamanı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs hazırda borclunun aliment üzrə 2064 manat borcunun olduğunu bildirmiş, lakin icra orqanı tərəfindən təqdim edilmiş tələbkar və borclunun izahatlarında həmin məbləğin 1317 manat olması qeyd edilmiş, apellyasiya şikayətində isə tələbkar borcun 1856 manat olmasını göstərmiş, verilmiş suallara cavab olaraq isə təlbkar bildirmişdir ki, icra şöbəsində yazmış olduğu izahatı icra məmurunun deməsinə görə yazmış, hətta həmin məbləğlə razı olmadığını bildirsə də, buna əhəmiyyət verilməmişdir. Məhkəmə hesab edir ki, iş üzrə göstərilən məlumatlar arasında uyğunsuzluqların səbəbləri, borclunun protokol tərtib edilən ana faktiki aliment borcunun məbləği və icra sənədinin icrasından qəsdən yayınma halının mövcud olub-olmaması inzibati məsuliyyət məsələsinin düzgün həlli üçün əhəmiyyətli olduğundan həmin hallar əlavə araşdırılmalı idi. Birinci instansiya məhkəməsi isə qeyd olunan halların tam araşdırılmamasına qiddət etmədən iş üzrə yekun nəticəyə gəlmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib edilərkən Azərbaycan Respublikası IXM-in 100-cü maddəsinin tələblərinə tam əməl olunmamasına birinci instansiya məhkəməsi münasibət bildirilməmişdir. Belə ki, həmin Məcəllənin 100-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol inzibati xəta üzrə əsas prosessual sənəd olmaqla, onun tərtibi zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquq və vəzifələri izah edilməli, onun izahatı alınmalı, habelə qanunla nəzərdə tutulmuş digər zəruri məlumatlar protokolda öz əksini tapmalıdır. Iş materiallarından görünür ki, protokolun tərtibi zamanı IXM-in 100-cü maddəsinin tələblərinə riayət olunması, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin konkret olaraq törətdiyi inzibati xətanın mahiyyətini özündə əks etdirən borc məbləğinin miqdarının müəyyən edilməməsi protokolun natamamlığına dəlalət edir. Halbuki, inzibati məsuliyyətə cəlb etmə haqqında məsələnin həlli zamanı protokolun qanunun tələblərinə uyğun tərtib olunması inzibati xətanın mahiyyətinin nədən ibarət olması işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Həmin halların araşdırılmaması isə iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmadığını göstərir. Belə olan halda məhkəmə hesab edir ki, mövcud nöqsanlar məhkəmə araşdırması zamanı aradan qaldırıla biləcək xarakter daşımadığından, Quba Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı və həmin iş üzrə qəbul edilmiş eyni tarixli qərardad ləğv edilməli, inzibati xətaya dair toplanmış materiallar yenidən araşdırılması üçün protokolu tərtib etmiş Protokolu tərtib edən orqan göndərilməlidir. Bu səbəbdən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti qismən təmin edilməlidir. Apellyasiya şikayətinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində daha ağır inzibati tənbeh tətbiq olunması ilə bağlı tələbi isə yuxarıda göstərilənlərə əsasən təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası IXM-nin 135.1.1, 135.1.2, 135.1.3 və 135.1.6-cı maddələrinin tələblərinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi üçün əsas yaradır. Inzibati xəta haqqında iş üzrə obyektiv həqiqətin müəyyən olunması üçün mühüm əhəmiyyət kəsb edən halların tam araşdırılması zəruri olduğundan, məhkəmə hesab edir ki, hazırkı material üzrə əlavə araşdırma aparılmadan yekun qərar qəbul edilməsi vaxtından əvvəl olmuşdur. Eyni zamanda, məhkəmə hesab edir ki, iş üzrə mövcud ziddiyyətlərin aradan qaldırılması, inzibati xətanın obyektiv və subyektiv tərəflərinin düzgün müəyyən edilməsi üçün əlavə araşdırmanın aparılmasına zərurət vardır. Bu isə iş materiallarının yenidən səlahiyyətli orqana qaytarılmasını şərtləndirir. Belə ki, IXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. IXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardandır. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikasının IXM-nin 100, 106, 109, 134.1.4 və 135-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Quba Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı və ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ləğv edilsin. Hazırkı iş üzrə inzibati xətaya dair toplanmış material – protokol və sair sənədlər yenidən araşdırılması üçün Protokolu tərtib edən orqan göndərilsin. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar