Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-353/2026 17.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgәrova Ruhiyyә Orucәli qızının sәdrliyi, Şükürov Cahangir Fәxrәddin oğunun katibliyi ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC barәsindә Azәrbaycan Respublikasının İXM-nin 430.4-cü maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-ci il tarixli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC–nin nümayәndәsi Vәkil tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: Protokolu tәrtib edәn orqan tәrәfindәn " xxxx " MMC barәsindә Azәrbaycan Respublikası İXM-nin 430.4-cü maddәsi ilә tәrtib edilmiş inzibati xәta haqqında protokol baxılması üçün Sumqayıt Şәhәr Mәhkәmәsinә göndәrilmişdir. İnzibati xәta haqqında protokoldan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC tәrәfindәn 23000 ABŞ dolları mәblәğindә vәsair bank vasitәsilә ## ###### 2024-cü il tarixindә avans olaraq ölkә xaricinә köçürülmüşdür. “Azәrbaycan Respublikasının rezidentlәrinin xarici valyutada, habelә qeyri-rezidentlәrin milli vә xarici valyutada әmәliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbәndinin tәlәblәrinә baxmayaraq, ödәnişin aparıldığı gündәn 2 (iki) il müddәtinә 23000 ABŞ dolları mәblәğindә vәsait hesabına alınan mallar (xidmәt) ölkәyә idxal edilmәmiş vә ya hәmin mәblәğdә valyuta vәsaiti geri qaytarılmamışdır. Xәta ## ###### 2026-ci il tarixdә hüquqi şәxsin qeyd olunan ünvanında törәdilmişdir. Nәticәdә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC tәrәfindәn Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәta törәdilmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-ci il tarixli qәrarı (hakim S.İsmayılov) ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin (VÖEN: **********) Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәrәk barәsindә inzibati xәtanın bilavasitә obyekti olmuş 23.000 (iyirmi üç min) ABŞ dolları valyuta vәsaiti mәblәğinin iyirmi faizi miqdarında, yәni 4.600 (dörd min altı yüz) ABŞ dolları mәblәğindә (ABŞ dollarının ödәniş gününә qüvvәdә olan Azәrbaycan manatına mәzәnnәsi ilә) cәrimә növündә inzibati tәnbeh tәdbiri tәtbiq edilmәsi qәrara alınmışdır. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC –nin nümayәndәsi Vәkil qәrardan apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilmәsini vә iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, Protokolu tәrtib edәn orqan tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Mәhdud Mәsuliyyәtli Cәmiyyәti barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsi ilә ##.##.2026-cı il tarixli EP seriyalı ******* nömrәli inzibati xәta haqqında protokol tәrtib edilәrәk baxılması üçün adiyyәti üzrә Sumqayıt Şәhәr Mәhkәmәsinә göndәrilmişdir. Mәhkәmә iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs “xxxx ” MMCnin nümayәndәsi (direktoru) X1 tәrtib edilmiş inzibati xәta haqqında protokolla razılaşmayaraq bildirmişdir ki, “xxxx ” MMC stomotoloji mәhsulların ölkәyә idxalı ilә mәşğul olan şirkәtdir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC ilә Türkiyә Cumhuriyyәtindә fәaliyyәt göstәrәn “X4 A.Ş.” şirkәti ##.##.2023-cü il tarixdә alqı-satqı müqavilәsi imzalamış, gömrük sistemindә hәmin müqavilәyә ********* nömrәli kod alınaraq CDATUX********** nömrәli ##.##.2024-cü il tarixli ödәniş tapşırığına әsasәn 23.000 ABŞ dolları mәblәğindә avans ödәnişi edilmişdir. Ödәniş olduqdan sonra qarşı tәrәf yeni müqavilә hazırlayaraq göndәrmiş, hәmin müqavilә poçt vasitәsi ilә çatdırıldığından ölkә әrazinә gec çatmışdır. Mәhsullar ölkә әrazisinә idxal olunmuş vә 01241000122288 sorğu nömrәli ##.##.2024-cü il tarixli gömrük bәyannamәsi ilә bәyan olunaraq sәrbәst dövriyyәyә buraxılmışdır. ****-*** nömrәli ##.##.2024-cü il tarixli invoysa әsasәn hәmin mәhsulların dәyәri 60.661 ABŞ dolları tәşkil edir. 23.000 ABŞ dolları mәblәğindә avans ödәnişi çıxıldıqdan sonra geridә qalan mәblәğ üç dәfәyә qarşı tәrәfә ödәnilmişdir. Anlaşılmazlığa sәbәb qeyd edilәn texniki sәbәbdәn gömrük bәyannamәsindә müqavilә nömrәsinin düzgün göstәrilmәmәsi olmuşdur. İş mәhkәmәnin icraatında olan zaman hәmin yanlışlığın aradan qaldırılması üçün Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC gömrük orqanına vә banka müraciәt etsәlәr dә, iki il müddәtin keçmәsi vә yuxarıda qeyd edilәn invoys üzrә әlavә ödәnişlәrin olması әsas gәtirilәrәk düzәlişlәrin edilmәsindәn imtina edilmişdir. Göstәrilәn halları, yәni avans ödәnişi üzrә malların faktiki olaraq ölkәyә idxal edilmәsini nәzәrә alaraq iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Mәhkәmә, cavabdehin tәlәblәrini dinlәmiş, lakin, iddiaçının xeyrinә qәrar çıxarmışdır. Hesab edir ki, Mәhkәmәnin bu qәrarı qәrәzli vә әsassızdır. Birinci instansiya mәhkәmәsi tәrәfindәn işә baxılarkәn mübahisәnin düzgün hәlli üçün mühüm әhәmiyyәt kәsb edәn bir sıra hallar tam, obyektiv vә hәrtәrәfli araşdırılmamış, nәticәdә iş üzrә qanunsuz vә әsassız qәtnamә qәbul edilmişdir. Mәhkәmә tәrәfindәn gömrük bәyannamәlәri, invoyslar, beynәlxalq ödәniş sәnәdlәri, tәrәflәr arasında bağlanmış müqavilәlәr vә digәr sübutlar tam, obyektiv vә hәrtәrәfli qiymәtlәndirilmәmişdir. Nәticәdә işin hallarına uyğun olmayan hüquqi nәticәyә gәlinmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri ilә bağlı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, qәrar dәyişdirilmәdәn saxlanılmalıdır. Apellyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. İş materiallarından görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC tәrәfindәn 23.000 ABŞ dolları mәblәğindә vәsait bank vasitәsi ilә ##.##.2024-cü il tarixdә avans olaraq ölkә xaricinә köçürülmüşdür. “Azәrbaycan Respublikasının rezidentlәrinin xarici valyutada, habelә qeyrirezidentlәrin milli vә xarici valyutada әmәliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbәndinin tәlәblәrinә baxmayaraq, ödәnişin aparıldığı gündәn 02 (iki) il müddәtindә 23.000 ABŞ dolları mәblәğindә vәsait hesabına alınan mallar (xidmәt) ölkәyә idxal edilmәmәsinә vә ya hәmin mәblәğdә valyuta vәsaiti geri qaytarılmamasına görә inzibati xәta haqqında protokol tәrtib edilmişdir. Mәrkәzi Bankın nümayәndәsi tәrәfindәn ünvanlanmış ##.##.2026-cı il tarixli müraciәtdәn görünür ki, xxxx tәrәfindәn tәqdim edilәn ************** saylı bәyannamә ilә ixdal olunan mallar iş üzrә avans ödәnişin müqavilәsi ilә eynilik tәşkil edir. Azәrbaycan Respublikası Mәrkәzi Bankının İdarә Heyәtinin ##.##.2016-cı il tarixli, **/* nömrәli Qәrarı ilә tәsdiq edilmiş vә ##.##.2016-cı il tarixdә qüvvәyә minmiş “Azәrbaycan Respublikasının rezident vә qeyri-rezidentlәrinin xarici valyuta әmәliyyatlarının aparılması” Qaydalarının 4.3.1.1-ci bәndinә әsasәn ödәniş malların idxalı ilә әlaqәdar olduqda banka idxal müqavilәsi vә ya ödәnişin tәyinatını, mәblәğini vә idxal olunan mallar barәdә mәlumatı özündә әks etdirәn bildiriş, hesab-faktura vә ya digәr sәnәdlәr, hәmçinin malların idxalını tәsdiq edәn gömrük bәyannamәsinin әsli (vә ya rezident vә qeyri-rezident fiziki şәxslәrin kommersiya vә istehsal mәqsәdlәri üçün nәzәrdә tutulmayan beynәlxalq poçt göndәrişlәri ilә göndәrilәn mallarla bağlı Ümumdünya Poçt İttifaqının aktlarında nәzәrdә tutulmuş müşayiәtedici sәnәd) tәqdim edilir (bәyannamә elektron formada tәrtib edildikdә, bank hesabının sahibi hәmin sәnәdin elektron formada әldә edilmәsini tәmin etmәlidir); Hәmin Qaydaların 4.3.1.3-cü bәndinә görә qabaqcadan ödәniş aparıldıqda banka ödәnişin tәyinatını, şәrtlәrini vә mәblәğini әks etdirәn sәnәd tәqdim edilir. Qabaqcadan ödәniş müqabilindә malların ölkәyә idxalını (xidmәtlәrin göstәrilmәsini) tәsdiq edәn gömrük bәyannamәsi (xidmәtlәrin göstәrilmәsini tәsdiq edәn sәnәd) banka tәqdim olunmalıdır vә ya xeyrinә qabaqcadan ödәnişin edildiyi şәxs vә ya üçüncü şәxs tәrәfindәn qabaqcadan ödәnilmiş mәblәğ geri qaytarılmalıdır. Müvafiq sәnәdlәr ödәnişin aparıldığı gündәn әn geci 2 (iki) il müddәtindә banka tәqdim edilmәdikdә vә ya qabaqcadan ödәnilmiş mәblәğ geri qaytarılmadıqda vә bu zaman idxal edilmәyәn malların (göstәrilmәyәn xidmәtlәrin) vә ya geri qaytarılmayan mәblәğin qalıq dәyәri 10 000 (on min) ABŞ dolları ekvivalenti mәblәğindәn çox olduqda, bank tәrәfindәn qabaqcadan ödәniş әmәliyyatına dair bütün sәnәdlәr 5 (beş) iş günü әrzindә Protokolu tәrtib edәn orqan tәqdim edilir. İnzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsinә әsasәn avans yolu ilә ödәnilmiş valyuta vәsaitinin müqabilindә müәyyәn edilmiş müddәtlәrdә müvafiq mallar idxal edilmәdikdә, işlәr görülmәdikdә vә ya xidmәtlәr göstәrilmәdikdә ödәnilmiş valyuta vәsaitinin xaricdәn geri qaytarılmamasına görә-vәzifәli şәxslәr inzibati xәtanın bilavasitә obyekti olmuş valyuta vәsaiti mәblәğinin on faizindәn iyirmi faizinәdәk mәblәğdә, hüquqi şәxslәr inzibati xәtanın obyekti olmuş valyuta vәsaiti mәblәğinin iyirmi faizindәn otuz faizinәdәk mәblәğdә cәrimә edilir. İnzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsindә göstәrilәn inzibati mәsuliyyәtin yaranması üçün әsas, vәsaitin xaricdә fәaliyyәt göstәrәn hüquqi şәxsә köçürülmәsi anı ilә deyil, bu ödәnişin aparıldığı gündәn Qaydaların 4.3.1.3-cü bәndindә müәyyәn edilmiş müddәtdә malların ölkәyә idxalını tәsdiq edәn gömrük bәyannamәsinin vә ya idxal olunan xidmәtlәrin göstәrilmәsini tәsdiq edәn sәnәdin banka tәqdim olunmaması ilә şәrtlәndirilmişdir. Bu halda avans ödәnişi edildiyi gündәn Qaydalarla müәyyәn edilmiş müddәt әrzindә mallar (xidmәtlәr) idxal edilmәdikdә vә ya valyuta vәsaiti geri qaytarılmadıqda növbәti gün artıq inzibati xәtanın törәdildiyi gün kimi qәbul edilmәlidir (Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 38.1 vә 430.4-cü maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair ## ###### 2019-cu il tarixli qәrarı). Apellyasiya instansiya mәhkәmәsi qeyd edir ki, avans yolu ilә ödәnilmiş valyuta vәsaitinin müqabilindә 2 (iki) il müddәtindә, hәmin ödәnişә görә edilmiş mallar idxal edilmәdikdә, işlәr görülmәdikdә vә ya xidmәtlәr göstәrilmәdikdә ödәnilmiş valyuta vәsaiti xaricdәn geri qaytarılmalıdır. Ödәnişin edildiyi vaxtdan әn geci iki il müddәtindә malların gәtirilmәsinә dair müvafiq sәnәdlәr yaxud da köçürülmüş pul vәsaitinin geri qaytarılmasına dair sәnәd banka tәqdim edilmәlidir. Əks halda hәmin müddәtdә mallar idxal edilmәdikdә, işlәr görülmәdikdә vә ya xidmәtlәr göstәrilmәdikdә vә pul vәsaiti geri qaytarılmadıqda, hәmin pul vәsaitini göndәrәn şәxslәr inzibati qaydada mәsuliyyәtә cәlb olunurlar. Belә ki, ödәnişin aparıldığı gündәn әn geci 2 (iki) il müddәtindә müvafiq sәnәdlәr banka tәqdim edilmәdikdә vә ya qabaqcadan ödәnilmiş mәblәğ geri qaytarılmadıqda vә bu zaman idxal edilmәyәn malların (göstәrilmәyәn xidmәtlәrin) vә ya geri qaytarılmayan mәblәğin qalıq dәyәri 10 000 (on min) ABŞ dolları ekvivalenti mәblәğindәn çox olduqda, bank tәrәfindәn qabaqcadan ödәniş әmәliyyatına dair bütün sәnәdlәr inzibati mәsuliyyәt mәsәlәsi hәll edilmәsindәn ötrü 5 (beş) iş günü әrzindә Protokolu tәrtib edәn orqan tәqdim edilir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC barәsindә 23.000 ABŞ dolları mәblәğindә vәsait bank vasitәsi ilә ##.##.2024-cü il tarixdә avans olaraq ölkә xaricinә köçürülmәsinә görә, inzibati xәta haqqında protokol tәrtib edilsә dә, protokol tәrtib edәn orqan tәrәfindәn tәqdim edilmiş sәnәdlәrin tәdqiqi zamanı xxxx tәrәfindәn tәqdim edilәn ************** saylı bәyannamә ilә ixdal olunan mallar iş üzrә avans ödәnişin müqavilәsi ilә eynilik tәşkil etdiyi müәyyәn edilmişdir ki, bu da әmәldә inzibati xәta tәrkibinin olması qәnaәtini mümkünsüz edir. İnzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. Belә olan halda " xxxx" MMC-nin әmәlindә Azәrbaycan Respublikası İXM-nin 430.4-cü maddәsindә nәzәrdә tutulan inzibati xәta tәrkibi olması qәnaәtinә gәlinmәsini mümkünsüz, " xxxx" MMC-nin inzibati mәsuliyyәtә cәlb edilmәsi barәdә gәlinәn nәticә qanuni vә әsaslı hesab edilә bilmәz. İnzibati Xәtalar Mәcәllәsinin 53.1.2-ci maddәsinә görә inzibati xәta tәrkibi olmadıqda inzibati xәtalar haqqında işlәr üzrә icraat başlanıla bilmәz, başlanmış icraata isә xitam verilir. İnzibati Xәtalar Mәcәllәsinin 135.1.5-1-ci maddәsinә әsasәn bu Mәcәllәnin 53-cü maddәsindә nәzәrdә tutulmuş halların müәyyәn olunması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsasdır. İnzibati Xәtalar Mәcәllәsinin 134.1.3-cü maddәsinә görә inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq bu Mәcәllәnin 135.1.5-1-ci maddәsindә nәzәrdә tutulduğu hallarda qәrarı lәğv edәrәk inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi haqqında qәbul edilir. Belәliklә apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-ci il tarixli qәrarı lәğv edilmәli, inzibati xәtaya dair iş üzrә icraata Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin әmәlindә inzibati xәta tәrkibi olmaması әsası ilә xitam verilmәlidir. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilsin. Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-ci il tarixli qәrarı lәğv edilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC (VÖEN: **********) barәsindә Azәrbaycan Respublikası İXM-nin 430.4-cü maddәsi ilә başlanmış inzibati xәta haqqında iş üzrә icraata Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin әmәlindә inzibati xәta tәrkibi olmaması әsası ilә xitam verilsin. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-353/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-353/2026
17.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver