Məhkəmə qərarları › İş №3(3-8)-354/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-354/2026

09.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-354/2026 09.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X1 katibliyilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 515.0.3-cü maddəsi ilə təqsirli bilinib 7000 manat məbləğində cərimə olunmasına dair Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 515.0.3-cü maddəsi ilə təqsirli bilinərək 7.000 (yeddi min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. (hakim Samir İsmayılov) İşin halları : Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 515.0.3-cü maddəsi ilə ## ##### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Abşeron-X2 müdiri Nümayəndə İsa oğlu tərəfindən tərtib edilmiş ## ##### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 18, mənzil 65 ünvanında həmin tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs uşaqlar üçün xüsusi dini yığıncaqlar və Quran öyrənmə kursları təşkil etmişdir. İnzibati xəta haqqında protokola baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. Həmin qərardan müdafiəçi Vəkil apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ## ### 2025-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi inzibati tənbeh tətbiq edərkən xətanın hallarını və xarakterini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə almadan hesab etmişdir ki, onun barəsində vəzifəLi şəxs kimi Azərbaycan Respublikası İXM-in 515.0.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul etmişdir. İşin faktiki halları üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmadan, işin faktiki hallarına uyğun olmayan inzibati tənbeh tətbiq edilmişdir. Sübut kimi inzibati xəta haqqında protokola, səhnələşdirilmiş fotoşəkillərə və jurnala istinad edilmiş, əsassız olaraq 62 adda, 100 ədəd dini təyinatlı şəxsi kitabının dərnəklərdə uşaqların dini dünya görüşünün formalaşdırılmasında istifadə edildiyi qənaətinə gəlinmişdir. Bundan başqa ********** qeydiyyat nömrəli fiziki şəxsin vergi uçotu haqqında şəhadətnaməyə istinad edilərək ona vəzifəli şəxs kimi inzibati tənbeh tətbiq edilmişdir. İnzibati xəta haqqında protokolda onun izahatı bölməsində göstərilmişdir ki, guya o, qeyd etmişdir ki, təcvid, quran oxumaq, avazla oxumaq qaydası dərsləri keçir. Hesab edir ki, bunlar həqiqətə uyğun deyildir. O, belə bir şey deməmiş və yazmamışdır. Bu protokolu tərtib edən şəxs tərəfindən və onun xətti ilə yazılmışdır. Protokolun izahatı olan hissəsini o, görməmiş və imza etməmişdir. Protokolun surəti ona verilməmişdir. Bundan başqa bildirir ki, o, Misir Ərəb Respublikasında ərəb dilində təhsil almış və ərəb dilini bilir. Ərəb əlifbasını və ərəb dilini tədris edir. Uşaqlarla dini mövzuda hər hansı tədris və təbliğat aparmamışdır. Uşaqlara gəlincə onlar valideynlərinin və öz razılıqları ilə ərəb dilini öyərnməyə gəlmişlər. O heç bir qanunsuz fəaliyyət göstərməmişdir. Evdən götürülmüş dini ədəbiyyata münasibətdə bildirir ki, bunlar onun şəxsi kitablarıdır, akt yazılan vaxt uşaqlara ərəb dilini tədris etdiyi otaqda deyil, yataq otağında olmuş və onun müşahidəsi olmadan götürülərək uşaqlar olan otağa gətirilmiş və uşaqların qarşısına düzülərək fotoşəkilləri çəkilmiş və onun guya həmin kitablarla uşaqlara dini tədris verməsi görüntüsü səhnələşdirilmişdir. Bu fotoşəkillər həqiqəti əks etdirmir. Uşaqların bəzilərinə ərəb dilinin tədrisini pul müqabilində, bəzilərinə isə ödənişsiz həyata keçirmişdir. Qarşı tərəf iddia edir ki, uşaqların ərəb dilində elementar məsələləri bilmədikləri sorğu sualla müəyyən olunmuşdur. Bu halın hansı sübutlarla təsdiq edilməsi aydın deyildir. Hesab edir ki, ona inzibati tənbeh tətbiq edilməsi, üstəlik vəzifəli şəxs kimi tətbiq edilməsi qanusuz və əsassızdır. Proses iştirakçılarının izahatları : Apellyasiya instansiyası məhkəməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçisi Vəkil apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, inzibati xəta hadisəsi olmadığı üçün iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Apellyasiya instansiyası məhkəməsinin iclasının yeri və vaxtı barədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş, həmçinin işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Abşeron-X2 nümayəndəsinin iştirakı olmadan şikayətə baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər : Azərbaycan Respublikasının İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi şikayətin dəlillərini iş materialları ilə müqayisəli şəkildə tədqiq edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmaqla apellyasiya şikayəti təmin edilməməlidir, ona görə ki, birinci instansiya məhkəməsi inzibati icraat üzrə qərar qəbul edərkən işin materiallarını mahiyyəti üzrə tam araşdırmış, inzibati məsuliyyətə cəlb edilmənin əsası olan qanunvericiliyin tələblərinə riayət etmişdir. Apellyasiya instansiya məhkəməsi gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatından görünür ki, o, ərəb dili və təcvid dərsini həftə ərzində beş qrupa keçir. Uşaqlardan bəzilərindən 30 manata, bəzilərini isə pulsuz hazırlaşdırır. O, 2015-2016-cı illərdə Misir Ərəb Respublikası Əl-Əzhər universitetində “ərəb dili və dinşünas” təhsili almış və orada ərəb dilini təkmilləşdirmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixli aktdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin tarixdə Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 18, mənzil 65 ünvanında təşkil etdiyi dərnəklərdə uşaqların dini dünya görüşünün formalaşdırılmasında istifadə etdiyi 62 adda, 100 ədəd dini təyinatlı kitab aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş CD diskdə olan fotoünvan 1 ünvanına Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin əməkdaşlarının keçirdiyi baxış zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və uşaqların olması, uşaqların qarşısındakı masada çoxsaylı dini təyinatlı kitabların olması (kitabların adları: namaz kitabı, hər bir müsəlmanın əqidəsi, ateizim və onun tənqidi, islam əqidəsi, inananların güc mənbəyi dua, hadiselerde ramazan ayının faziletleri, dinimiz, namazı belə qılaq və s.), çoxsaylı uşaqların adları və ödənişləri barədə qeydlər olan jurnal aşkar edilmişdir. İş materiallarında olan ********** qeydiyyat nömrəli fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamədən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sahibkar kimi qeydiyyatdan keçmiş və vergi ödəyicisidir. Birinci instansiya məhkəməsinin iclasında iştiak etmiş inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Nümayəndə İsa oğlu izahatında bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 18, mənzil 65 ünvanında uşaqlar və gənclər üçün dini yığıncaqlar keçirmiş, müqəddəs kitabları öyrənmək məqsədi ilə dərnək və qruplar təşkil etmişdir. Qeyd edilən fakt ## ##### 2026-cı il tarixdə aşkar edilmiş, həmin vaxt Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında uşaqlara yalnız ərəb dilini öyrətdiyini bildirmiş, lakin sorğu-sual zamanı bir neçə aydır ki, ora gələn uşaqların ərəb dilində elementar məsələləri bilmədikləri müəyyən olunmuşdur. Bundan əlavə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs uşaqların dini dünyagörüşünün formalaşdırılmasında istifadə etdiyi 62 adda, 100 ədəd dini təyinatlı kitab bu barədə müvafiq akt tərtib edilməklə götürülmüşdür. Həmin vaxt Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında ərəb dilini qanunsuz tədris etmədiyini, sahibkar kimi qeydiyyatdan keçdiyini, müvafiq VÖEN əsasında fəaliyyət göstərdiyini, uşaqların bir qisminə ödənişsiz, bir qisminə isə 30 manata ərəb dili hazırlığı keçdiyini bildirmişdir. Birinci instansiya məhkəməsi inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 515.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tədqiq olunmuş materiallarla tam təsdiqini tapmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0, 515.0.3-cü maddələrinə əsasən dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulmasına, yəni ruhanilər və dini qurumların üzvləri tərəfindən uşaqlar və gənclər üçün xüsusi yığıncaqların keçirilməsinə, habelə dini ayinlərin icrası ilə əlaqədar olmayan əmək, ədəbiyyat dərnəkləri və qrupları, digər dərnəklərin və qrupların təşkilinə görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin beşinci abzasına əsasən valideynlər və ya digər qanuni nümayəndələr, qarşılıqlı razılıq əsasında, uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə müvafiq olaraq tərbiyə edə bilərlər. Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır. Uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir. Həmin Qanunun 6.3-cü maddəsinə əsasən dini təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla, dini mərkəz (idarə) tərəfindən təsis edilir. Dini mərkəz (idarə) yalnız bir ali dini təhsil müəssisəsi yarada bilər. Həmin Qanunun 6.4-cü maddəsinə əsasən dini qurumlar tərəfindən müqəddəs kitabları öyrənmə kursları (qrupları) həmin dini qurumların nizamnamələrinə uyğun olaraq tabe olduqları dini mərkəzlərin (idarələrin) razılığı ilə yaradılır və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilir. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə tədqiq edilmiş sənədlərlə, izahatlarla, inzibati xəta haqqında protokolla, iş materiallarına əlavə edilmiş CD diskdə olan fotoşəkillərlə və digər mötəbər sübutlarla tam təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsinin bu məsələ üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas yoxdur. Apellyasiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatının onun tərəfindən deyil başqa şəxs tərəfindən onun xətti ilə yazılması, protokolun izahatı olan hissəsini görməməsi və imza etməməsi və digər hallar barədə apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsində izahatında bildirdiyi digər hallara tənqidi yanaşaraq həmin xüsusatların iş materiallarında olan sübutlarla öz təsdiqini tapmadığını, inzibati məsuliyyətindan yayınmaq üçün həmin dəlillərin müdafiə taktikasından irəli gəldiyini və məsuliyyətdən yaxa qurtarmağa yönəlmiş cəhdləri kimi qiymətləndirir. Həmçinin iş materiallarında olan ********** qeydiyyat nömrəli fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamədən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sahibkar kimi qeydiyyatdan keçmiş və vergi ödəyicisidir. Belə olan halda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta faktını təsdiq edən kifayət qədər sübutların toplanıldığını nəzərə alaraq, yuxarıda qeyd olunan xüsusatlara əsasən, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların qanunla müəyyən olunmadığını qeyd edir Birinci instansiya məhkəməsi Vəkil barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9.1, 17, 21, 31.2, 32 və 33-cü maddələrinin tələblərini nəzərə almışdır. Qanunvericiliyin qeyd olunan müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları araşdırılaraq, sübutlara, sübutların mötəbərliyinə hüquqi qiymət verilməklə haqlı olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İXM-nin 515.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 7000 (yeddi min) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qənaətinə gəlinmişdir, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin ## ### 2026-cı il tarixli, 3(5-155)-1078/2026 tarixli qərarının ləğv edilməsi üçün əsas ola bilməz, ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, 3(5-155)-1078/2026 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128- 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 515.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 7000 manat məbləğində inzibati qaydada cərimə edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası İXM-nin 138.1.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardan kassasiya şikayəti və ya protesti verilməsi hüququ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar