Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-355/2026 11.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, Mirzəyev Pərvin Əbil oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair Sumqayıt Şəhər Məhəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında ##.##.2026-cı il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Sumqayıt Şəhər Məhəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Birinci instansiya məhkəməsinin qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola etiraz edir. Bu işdə zərərçəkmiş özüdür. Hadisə anının görüntüləri avtomobilində qeydə alınmış registratorda mövcuddur və həmin görüntüləri məhkəmədə təqdim etmişdir. Hadisə səhər saat 8 radələrində Sumqayıt şəhərində, əşya bazarına dönən yolda baş vermişdir. Belə ki, qeyd etdiyi yoldan hərbi hissə istiqamətində, yəni sol tərəfə dönməli olmuşdur. Həmin yerə 100 metr qalmış sola dönmə işıqlarını yandırmış, yolun sol hissəsinə tədricən keçmişdir. Həmin yolda icazə verilən hərəkət sürəti 60 km/saatdır. Qarşısında "stop" yol hərəkəti nişanı olmamış, həmçinin, yolun qarşı tərəfi də boş olmuşdur. Yolun sol tərəfinə dönmək istəyəndə arxadan 120 km/saat sürətlə gələri başqa avtomobil onun avtomobilini arxadan vurmuş, hadisə nəticəsində avtomobilin sol qabaq hissəsi zədələnmişdir. Həmin avtomobil arxada başqa avtomobillərlə yarış edirdi. Onun hərəkətlərində yolun hərəkət təhlükəsizliyini pozan hər hansı hərəkət yoxdur. Təhqiqatçı zərərçəkmiş şəxsin ayağının sındığını bildirsə də, ikinci dəfə hadisə yerinə gedəndə qarşı tərəf idman geyimində gəlmişdir. Videogörüntüdə hər şey aydındır. O, sola dönmə işığını yandırmaqla 100 metr məsafə qət etmişdir. Arxadan gələn sürücü onun dönmə işığını yandırmağını görməli idi. O, birdən-birə yox, tədricən yolun sol tərəfinə keçmişdir. Yol-nəqliyyat hadisəsinin sxemi həmin gün yox, 1 ay sonra çəkilmiş, müstəntiq onları hadisə yerinə çağırmış və yolu ölçdürmüşdür. Hadisə nəticəsində hər ikisi ağır zədə almamışdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etsə də, məhkəmə işə birtərəfli baxaraq əsassız olaraq qərar qəbul etmişdir. Hadisə vaxtı ayıq vəziyyətdə olmuş, spirtli içkinin və narkotik vasitənin təsiri altında olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Sumqayıt Şəhər Məhəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs çıxış edərək apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinıə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli dövlət orqanının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçısını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş materialları araşdırma aparılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “OPEL ASTRA MINIK” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkət qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə Zərərçəkmiş şəxs sağlamlığına yüngül bədən xəsarəti vurmuşdur. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin ##.##.2026-cı il tarixli *** saylı rəyindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 19.02.26-cı iltarixdə Sumqayıt şəhər TTYX-nm zədə məntəqəsinə müraciət edərkən onun bədəni üzərində aşağıdakı xəsarət olmuşdur: Sol bud çanaq oynağının yumşaq toxumalarının şişkinlik fonunda əziyi. Qeyd olunan xəsarət küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə yəni 19.02.26-ci il tarixdə YNH-si zamanı əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin ##.##.2026-cı il tarixli *** saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sağ aşıq-baldır oynağının şişkinlik və ağrhı hesabına hərəkət məhdudluğu ilə müşayət olunan yumşaq toxumalmnın şişkiklik fonunda əziyi. Qeyd olunan xəsarət küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-nm zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə yəni ##.##.2026cı il tarixdə YNH-si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında ##.##.2026cı il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. İş materiallarında olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026cı il tarixli təhqiqat zamanı verdiyi izahatından görünür ki, ##.##.2026-cı il tarixdə təxminən saat 08 radələrində etibarnamə əsasında idarə etdiyi Opel-Astra markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri Azərbaycan prospekti ilə Daxili Qoşunların hərbi hissəsi istiqamətində düzünə hərəkətdə olduqdan sonra, yolun orta hissəsində yerləşən qırıq-qırıq xəttin kənarında maşını saxlayıb sola, hərbi hissəyə doğru dönmək üçün dönmə işıqlarını yandırıb qarşıdan düzünə hərəkət edən nəqliyyat vasitələrini gözləməyə başladı. Həmin vaxt güzgüdən baxdım ki, arxadan iki nəqliyyat vasitələri yüksək sürətlə yan-yana düzünə avtomobilinə doğru hərəkət edirlər. Həmin vaxt həmin avtomobillərdən Chevrolet Cruze markalı avtomobil qarşı hərəkət yoluna çıxaraq yanandakı avtomobili ötmə manevri etdiyi zaman avtomobilinin yaxınlığından keçdiyi an, sağ qanbaq qanadı avtomobilinin qabaq sol qanadı ilə toqquşmuşdur. Toqquşmadan sonra həmin avtomobil yerində yırlanaraq arxa hissəsi də avtomobilinin sol yan hissəsinə dəymişdir. Toqquşmadan sonra qarşı avtomobil irəliyə doğru hərəkət edib yolun sol kənarında yerləşən bardürə dəymişdir. Hadisə nəticəsində hər İki nəqliyyat vasitəsinin detal hissələri zədələnməklə maddi ziyanlar dəymişdir. Hadisə nəticəsində ayaq-bel nahiyyəsindən yüngül olaraq xəsarət almışdır. Hadisə vaxtı ayıq vəziyyətdə olmuş, spirtli içkinin və narkotik vasitənin təsiri altında olmamışdır. Bildirir ki, toqquşma vaxtı avtomobili hərəkətdə olmamış, dayanıqlı vəziyyətdə olmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs ##.##.2026-cı il tarixli təhqiqat zamanı verdiyi izahatından görünür ki, ##.##.2026-cı il tarixdə təxminən saat 08 radələrində etibarnamə əsasında idarə etdiyi Chevrolet Cruze markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri Azərbaycan prospekti ilə Daxili Qoşunların hərbi hissəsi istiqamətində düzünə hərəkətdə olduğu zaman, tələsdiyim üçün qarşıda olan digər nəqliyyat vasitəsini qarşı hərəkət yoluna çıxmaqla ötmə manevri etdi, bundan sonra həmin yolda hərəkətini davam etdirdiyi zaman qarşıda yolun orta hissəsində yerləşən qırıqqırıq xəttin kənarında hərbi hissəyə dönmək üçün dayanmış Opel-Astra markalı avtomobilin sol yan hissəsindən keçdiyi an, avtomobilinin sağ qabaq qanadı həmin avtomobilin qabaq sol qanadı ilə toqquşmuşdur. Toqquşmadan sonra avtomobili yerində fırlanaraq arxa hissəsi yolun sol kənarında yerləşən bardürə dəymişdir. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinin detal hissələri zədələnməklə maddi ziyanlar dəymişdir. Hadisə nəticəsində sağ ayağından ciddi xəsarətlər aldığı üçün Travmatalogiya xəsətəxanasına müraciət etdi və tibbi müayinələrdən keçdi. Hadisə vaxtı ayıq vəziyyətdə olmuş, spirtli içkinin və narkotik vasitənin təsiri altında olmamışdır. İş materlallarına videogörüntü əlavə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 82.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı əhəmiyyət kəsb edən hər hansı məsələnin həlli üçün elm, incəsənət, texnika və ya sənət sahəsində xüsusi bilik tələb edən məsələlərin aydınlaşdırılması məqsədi ilə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı ilə ekspertiza təyin edir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İ və V bəndlərinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2, 85 və 114.2.3-cü maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1 və 318-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsi baxımından şərh edilməsinə dair” ##.##.2022-ci il tarixli Qərarına əsasən istintaq orqanının cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətada cinayət əlamətləri aşkar edildikdə, materialların prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərilməsinə mane olmur. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə iş materialları ilə qarşılıqlı-müqayisəli təhlil edərək qeyd edir ki, inzibati xəta haqqında qanunvericiliyin tələbinə əsasən ekspert inzibati xəta haqqında iş üzrə icraat zamanı əhəmiyyət kəsb edən hər hansı məsələnin həlli üçün elm, incəsənət, texnika və ya sənət sahəsində xüsusi bilik tələb edən məsələlərin aydınlaşdırılması sahəsində fəaliyyətini həyata keçirir. Lakin iş materiallarının tədqiqi nəticəsində müəyyən edilir ki, baş vermiş qəza ilə bağlı yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası təyin edilməmiş, yalnız müstəntiqin şəxsi mülahizələri əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs baş vermiş hadisənin qarşısının almağa texniki imkanı olduğu müəyyən edilmişdir. Halbuki nə müstəntiq, nə də ki, inzibati xəta haqqında protokolu tərtib edən şəxsin bu sahə üzrə xüsusi biliklərə malik olmadığı açıq-aşkardır. Bununla yanaşı, qeyd edilən hallar isə birinci instansiya məhkəməsində aparılan icraat zamanı diqqətdən yayınmış, bu hallara heç bir hüquqi qiymət verməmiş, nəticə hüquqa zidd və obyektiv həqiqəti özündə əks etdirməyən yekun məhkəmə aktının qəbul olunmasına səbəb olmuşdur. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən halın araşdırılması zəruridir. Bu hal araşdırılmadan iş üzrə yekun məhkəmə aktın qəbul edilməsi mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, inzibati xəta haqqında material yenidən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. İnzibati xəta haqqında material yenidən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-8)-355/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-355/2026
11.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver