Məhkəmə qərarları › İş №3(3-8)-356/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-8)-356/2026

16.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad Sumqayıt şәhәri İş № 3(3-8)-356/2026 16.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Mәn, Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimi Ağayev Rәşadәt Əhmәd oğlu, Hüseynzadә Elsevәr Ismayıl oğlunun katibliyi, “xxxx” ASC-nin nümayәndәsi nümayәndә1 iştirakı ilә, Abşeron Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından “xxxx” ASC-nin apellyasiya şikayәti verilmә müddәtinin bәrpasından imtinaya dair Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrardadından barәsindә inzibati xәta haqqında icraat aparılan hüquqi şәxsin nümayәndәsi nümayәndә1 tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDIM : Abşeron Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, 3(5-105)-1038/2026 saylı qәrarı ilә “xxxx” ASC-i Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 430.4cü maddәsindә nәzәrdә tutulmuş әmәli törәtmәkdә tәqsirli bilinәrәk 3164 ABŞ dolları mәblәğindә cәrimә edilmişdir. Hәmin qәrardan “xxxx” ASC tәrәfindәn apellyasiya şikayәti verilmiş vә hәmin şikayәtin verilmәsi üçün buraxılmış prosessual müddәtin bәrpasına dair vәsatәt tәqdim olunmuşdur. Vәsatәt onunla әsaslandırılmışdır ki, Abşeron Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli qәrarı “xxxx” ASC Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsi ilә tәqsirli bilinәrәk cәrimә edilmişdir. Qәrardan qanunvericiliklә nәzәrdә tutulmuş müddәtdә apellyasiya şikayәti verilә bilmәmişdir. Bunun sәbәbi әrizәçidәn asılı olmayan hallarla bağlı olmuşdur. Belә ki, qәrar ASC-yә vaxtında tәqdim edilmәmiş, eyni zamanda hәmin dövrdә "E-mәhkәmә" informasiya sistemi işlәk vәziyyәtdә olmamış, nәticәdә qәrarla tanış olmaq vә onunla müәyyәn edilmiş müddәtdә şikayәt vermәk mümkün olmamışdır. Ərizәçi yalnız iş icra mәrhәlәsinә yönәldikdәn sonra sözügedәn mәhkәmә qәrarının mövcudluğundan mәlumat әldә etmişdir. Bununla yanaşı, işin mahiyyәti üzrә mühüm әhәmiyyәt kәsb edәn hallar mövcuddur. Belә ki, mәhkәmә qәrarında qeyd olunan öhdәliklәrlә bağlı müvafiq ödәnişlәr faktiki olaraq hәyata keçirilmişdir. Hәmin ödәnişlәri tәsdiq edәn sübutlar әrizәçi tәrәfindәn sonradan әldә edilmişdir vә bu sәbәbdәn birinci instansiya mәhkәmәsindә tәqdim edilmәsi mümkün olmamışdır. Sözügedәn sübutlar işin düzgün vә obyektiv hәlli üçün әhәmiyyәtli olduğundan onların apellyasiya instansiyası mәhkәmәsindә araşdırılması zәruridir. Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrardadı ilә (hakim A.S.Qasımov) Abşeron Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, 3(5-105)-1038/2026 saylı qәrarından şikayәt verilmәsi üçün buraxılmış prosessual müddәtin bәrpa edilmәsinә dair “xxxx” ASC-nin vәsatәtinin rәdd edilmәsi, Abşeron Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, 3(5-105)-1038/2026 saylı qәrarından “xxxx” ASC-i tәrәfindәn verilmiş apellyasiya şikayәtinin ona әlavә edilmiş sәnәdlәrlә birlikdә geri qaytarılması qәrara alınmışdır. Barәsindә inzibati xәta haqqında icraat aparılan hüquqi şәxsin nümayәndәsi nümayәndә1 hәmin qәrardaddan apellyasiya şikayәti verәrәk Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrardadının lәğv edilmәklә, “xxxx” ASC tәrәfindәn verilmiş apellyasıya şikayәti vermә müddәtinin bәrpa edilmәsi barәdә vәsatәti tәmin edilmәklә, apellyasıya şikayәti vermәk üçün buraxılmış prosessual müddәtin bәrpa edilmәsinә dair qәrar qәbul edilmәsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Apellyasıya şikayәti onunla әsaslandırılmışdır ki, Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli qәrardadı ilә apellyasiya şikayәtinin verilmәsi üçün buraxılmış prosessual müddәtin bәrpasına dair vәsatәtin rәdd edilmәsi onun mәhkәmәyә müraciәt etmәk (әdalәtli mәhkәmә araşdırması) hüququnu mәhdudlaşdırmış, Azәrbaycan Respublikası Konstitusiyasının 60-cı maddәsinin vә IXM-nin 1.2-ci maddәsinin tәlәblәrinә zidd olaraq formal yanaşmaya yol verilmişdir. Belә ki, iş üzrә mövqeyin әsaslandırılması vә zәruri sübutların toplanması mәqsәdilә “xxxx” ASC-yә vә müvafiq gömrük orqanlarına rәsmi sorğular göndәrilmişdir. Ödәniş qәbzlәrinin vә gömrük bәyannamәlәrinin әldә olunması müәyyәn vaxt tәlәb etdiyindәn, müddәtin ötürülmәsi onun iradәsindәn kәnar, obyektiv bir sәbәbdәn baş vermişdir vә IXM-nin 130.2-ci maddәsinә әsasәn üzrlü hesab edilmәlidir. PROSES IŞTIRAKÇISININ IZAHATI : Apellyasiya instansiyası mәhkәmәsindә iştirak edәn barәsindә inzibati xәta haqqında icraat aparılan hüquqi şәxs “xxxx” ASC-nin nümayәndәsi nümayәndә1 apellyasiya şikayәtindә qeyd olunanlarla eyni mәzmunlu izahat verib, şikayәtin tәmin olunmasını xahiş etdi. Işә baxılmasının yeri vә vaxtı barәdә Azәrbaycan Respublikası Mәrkәzi Bankına mәlumat verilsә dә, nümayәndәsi mәhkәmә iclasına gәlmәmiş vә işә baxılmasının tәxirә salınması haqqında mәhkәmәyә vәsatәt vermәmişdir. Belә olan halda, mәhkәmә işә inzibati xәta haqqında protokol tәrtib etmiş idarәnin nümayәndәsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR : Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. IXM-nin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Verilmiş şikayәtin dәlillәri ilә bağlı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq hesab edirәm ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn gәlinәn nәticә әsaslı hesab edildiyindәn Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrardadı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, birinci instansiya mәhkәmәsi müәyyәn etdiyi kimi, iş materiallarında olan mәktub vә xәbәrnamәyә әsasәn Abşeron Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qәrarı ASC-i tәrәfindәn ## ##### 2026-cı il tarixdә qәbul edilmişdir. Hәmin hal iş materialları, hәmçinin nümayәndә1 ifadәsi ilә tәsdiq olunduğundan mәhkәmә qәrarının әrizәçiyә tәqdim edilmәmәsi vә ya gec tәqdim edilmәsi barәdә dәlillәr öz tәsdiqini tapmır. ASC-nin nümayәndәsi qәrarın cәmiyyәtә çatdığını etiraf etmiş, yalnız faktiki ünvanla hüquqi ünvanın fәrqli olması sәbәbindәn gec әldә edildiyini bildirsә dә birinci instansiya mәhkәmәsi qeyd etmәyi zәruri hesab etmişdir ki, hüquqi şәxsin fәaliyyәtinin tәşkili, o cümlәdәn daxil olan rәsmi sәnәdlәrin qәbul edilmәsi vә aidiyyәti şәxslәrә çatdırılması ilә bağlı mәsәlәlәr hüquqi şәxsin öz mәsuliyyәt dairәsinә aid olduğundan, bu hal prosessual müddәtin buraxılmasının üzrlü sәbәbi kimi qiymәtlәndirilә bilmәz. Hәmçinin nümayәndәnin istinad etdiyi “E-mәhkәmә” informasiya sistemindә texniki nasazlığın mövcudluğunu, hәmin nasazlığın müddәtini vә mәhz bunun apellyasiya şikayәtinin qanunla müәyyәn edilmiş müddәtdә verilmәsini qeyri-mümkün etdiyini tәsdiq edәn hәr hansı mötәbәr sübut mәhkәmәyә tәqdim edilmәmişdir. Eyni zamanda, "xxxx" ASC-yә göndәrilmiş sorğulara cavabların gec daxil olması apellyasiya şikayәtinin qanunla müәyyәn edilmiş müddәtdә verilmәsinә mane olmamışdır. Belә ki, әrizәçi әvvәlcә apellyasiya şikayәtini tәqdim etmәk, sonradan isә әlavә sübutları apellyasiya instansiyası mәhkәmәsinә tәqdim etmәk imkanına malik olmuşdur. Apellyasiya şikayәtindә göstәrilmişdir ki, qәrar hüquqi şәxsә vaxtında tәqdim edilmәmiş, “E-mәhkәmә” informasiya sistemindә texniki nasazlıqlar mövcud olmuş, hәmçinin apellyasiya şikayәtinin әsaslandırılması üçün zәruri sәnәdlәrin vә bank mәlumatlarının sonradan әldә edilmәsi müddәtin ötürülmәsinә sәbәb olmuşdur. Şikayәtdә hәmin halların IXM-in 130.2-ci maddәsinin mәnasında üzrlü sәbәb kimi qiymәtlәndirilmәli olduğu qeyd edilmişdir. Mәhkәmә hәmin dәlillәrlә razılaşmır. Belә ki, iş materiallarında olan mәlumatlardan müәyyәn edildiyi kimi, birinci instansiya mәhkәmәsinin qәrarı qanunla müәyyәn edilmiş qaydada hüquqi şәxsә göndәrilmiş vә tәqdim edilmişdir. Hüquqi şәxsin nümayәndәsi dә mәhkәmә iclasında qәrarın cәmiyyәtә çatdığını etiraf etmiş, yalnız apellyasiya şikayәti vermәk üçün müәyyәn sübutların әldә edilmәsi mәqsәdilә müxtәlif orqanlara etmiş olduqları müraciәtlәr әsasında әldә etdiklәri sәnәdlәr müddәtin keçmәsinә sәbәb olmuşdur. Yәni hәmin sәnәdlәrin әldә etmәdәn apellyasiya şikayәti verәcәklәri halda qәrarın qüvvәdә qalacağını hesab etmişlәr. Odur ki, zәruri sәnәdlәrin әldә edilmәsindәn sonra apellyasiya şikayәti vermәklә müddәtin bәrpasına dair müraciәt edildiyindәn apellyasiya şikayәtlәrinin tәmin edilmәklә müddәtin bәrpasına dair qәrar qәbul edilmәsini xahiş edirlәr. Mәhkәmә apellyasiya şikayәtindә göstәrilәn, şikayәtin әsaslandırılması üçün zәruri sәnәdlәrin sonradan әldә olunması barәdә dәlili әsassız hesab edir ona görә ki, hәmin hallar apellyasiya şikayәtinin qanunla müәyyәn edilmiş müddәtdә verilmәsinә mane olmamışdır. Şәxs әvvәlcә apellyasiya şikayәtini tәqdim etmәk, sonradan isә әlavә sübutları vә sәnәdlәri apellyasiya instansiyası mәhkәmәsinә tәqdim etmәk imkanına malik olmuşdur. Buna görә dә bankdan cavabların gec alınması vә ya әlavә sәnәdlәrin sonradan әldә olunması prosessual müddәtin buraxılması üçün üzrlü sәbәb hesab edilә bilmәz. Apellyasiya şikayәtindә mәhkәmә müdafiәsi hüququnun vә Konstitusiyanın 60-cı maddәsinin pozulmasına dair dәlillәr dә öz tәsdiqini tapmır. Çünki iş materiallarından görünür ki, hüquqi şәxsә mәhkәmә qәrarından şikayәt vermәk imkanı yaradılmış, lakin hәmin hüquq qanunla müәyyәn edilmiş müddәtdә hәyata keçirilmәmişdir. Prosessual müddәtlәrә riayәt olunması hüquqi müәyyәnlik prinsipinin tәmin edilmәsinә xidmәt edir vә hәmin müddәtlәrin yalnız obyektiv, aradan qaldırılması mümkün olmayan vә sübut edilmiş hallar mövcud olduqda bәrpası mümkündür. Konstitusiya Mәhkәmәsi Plenumunun Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 132.1.2 vә 53-cü maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair ## ###### 2021-ci il tarixli Qәrarında vurğulandığı kimi “... Inzibati Xәtalar Mәcәllәsinin qeyrimüәyyәn, fәrqli yanaşmalara sәbәb olan normalarının onların konstitusiya hüquqi mәnasına vә hüquqi tәyinatına uyğun şәrhi vasitәsilә mәzmununun birmәnalı vә aydın müәyyәn edilmәsi vә vahid mövqeyin formalaşdırılması hüquq tәtbiqedәn orqanların fәaliyyәtindә qanunçuluq prinsipinin gözlәnilmәsinә imkan yaradaraq, inzibati xәta haqqında işin әsassız olaraq uzanmamasına, işlәrә ağlabatan müddәtlәrdә baxılmasına vә son nәticәdә Azәrbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddәsinin İ hissәsi ilә qorunan әdalәtli mәhkәmә araşdırılması hüququnun tәmin edilmәsinә xidmәt edir. Nәzәrә alınmalıdır ki, Konstitusiyada tәsbit olunmuş hәr hansı hüququn, o cümlәdәn hüquq vә azadlıqların inzibati vә mәhkәmә tәminatı hüququnun hәyata keçirilmәsinin tәnzimlәnmәsi zamanı hüquqi müәyyәnlik prinsipinә riayәt olunmaması hәmin hüququn pozulması ilә nәticәlәnә bilәr (Konstitusiya Mәhkәmәsi Plenumunun X1 şikayәti üzrә 2017-ci il ## ### tarixli Qәrarı). Birinci instansiya mәhkәmәsi tәqdim edilmiş vәsatәtin dәlillәrini araşdırmış, iş materiallarında olan sübutları qiymәtlәndirmiş vә IXM-in 130.2-ci maddәsinin tәtbiqi üçün zәruri olan üzrlü sәbәblәrin mövcud olmaması qәnaәtinә gәlmişdir. Mәhkәmә hәmin nәticәni qanuni, әsaslı vә işin müәyyәn edilmiş faktiki hallarına uyğun hesab edir. Belә ki, IXM-nin 130.1-ci maddәsinә әsasәn bu Mәcәllәnin 126.1-ci maddәsindә nәzәrdә tutulmuş hallar istisna olmaqla, qәrarın surәti bu Mәcәllәnin 57.1 - 57.5-ci maddәlәrindә nәzәrdә tutulmuş rәsmi qaydada verildiyi vaxtdan on gün müddәtindә inzibati xәta haqqında iş üzrә qәrardan şikayәt vә ya protest verilә bilәr. IXM-nin 130.2-ci maddәsinә әsasәn bu Mәcәllәnin 130.1-ci maddәsindә nәzәrdә tutulmuş müddәt üzrlü sәbәbdәn buraxıldıqda, şikayәt vә ya protest verәn şәxsin vәsatәti ilә bu müddәt hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) tәrәfindәn bәrpa edilir. IXM-nin 130.3-cü maddәsinә әsasәn buraxılmış müddәtin bәrpası qeyri-mümkün hesab edildikdә, bu halda vәsatәti rәdd etmә haqqında qәrardad qәbul edilir. Belәliklә, yuxarıda qeyd olunanlara mәcmu halında qiymәt verәrәk hesab edirәm ki, Abşeron Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından “xxxx” ASC-nin apellyasiya şikayәti verilmә müddәtinin bәrpasından imtinaya dair Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrardadından barәsindә inzibati xәta haqqında icraat aparılan hüquqi şәxsin nümayәndәsi nümayәndә1 tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәmәli, Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrardadı dәyişdirilmәdәn saxlanılmalıdır. Qeyd olunanlara әsasәn vә IXM-in 130, 133, 136 vә 137-cı maddәlәrini rәhbәr tutaraq, QƏRARA ALDIM : Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrardadı apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılsın. Barәsindә inzibati xәta haqqında icraat aparılan hüquqi şәxs “xxxx” ASCnin nümayәndәsi nümayәndә1 apellyasiya şikayәti tәmin edilmәsin. Qәrardad qәbul edildiyi andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardaddan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar