Məhkəmə qərarları › İş №3(3-8)-357/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-8)-357/2026

16.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad Sumqayıt şәhәri İş № 3(3-8)-357/2026 16.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimi Mәmmәdov Elçin Qüdrәt oğlunun sәdrliyi, Elbәyli Vüsalә Rasim qızının katibliyi ilә, Azәrbaycan Respublikasının Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X7 Xidmәtinin (bundan sonra ƏƏSMN yanında DƏMX-in) Mәhkәmә mübahisәlәri ilә iş sektorunun müdiri Əliyev Elçin İsmayıl oğlunun iştirakı ilә, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindәki Azәrbaycan Respublikası İXM-nin 192.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Abşeron Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X7 Xidmәtinin Hüquq İdarәsinin rәis müavini Tamerlan Mәlikli tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Apellyasiya Mәhkәmәsinin binasında audio-video yazı aparılmaqla keçirilәn açıq mәhkәmә iclasında baxaraq, Müəyyən etdim : Abşeron Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş şikayәt qismәn tәmin edilәrәk, X7 Xidmәtinin Abşeron-X4 tәrәfindәn qәbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tәnbeh vermә haqqında qәrar lәğv edilmәklә iş yenidәn baxılması üçün hәmin sәlahiyyәtli orqana (vәzifәli şәxsә) qaytarılmışdır. Şikayәt digәr hissәdә tәmin edilmәmişdir. (hakim Firuzә Kәrimova) İşin halları : X7 Xidmәtinin Abşeron-Xızı rayon şöbәsinin rәis müavini X5 tәrәfindәn qәbul edilmiş, ##.##.2026-cı il tarixli, MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarı ilә Qәrardan şikayәt verәn orqan (şәxs) İXM-nin 192.1-ci maddәsi ilә tәqsirli bilinәrәk 3000 manat mәblәğindә cәrimә edilmişdir. İnzibati tәnbeh vermә haqqında qәrardan görünür ki, Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn Azәrbaycan Respublikası Əmәk Mәcәllәsinin 7 vә 49-cu maddәlәrinin tәlәblәri pozularaq, X6 әmәk müqavilәsi hüquqi qüvvәyә minmәdәn iş vә xidmәtlәrin yerinә yetirilmәsinә cәlb edilmişdir. Hәmin qәrardan Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәt verәrәk qәrarın lәğv edilmәsini vә iş üzrә icraata xitam verilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Şikayәtә baxan birinci instansiya mәhkәmәsinin hakimi yuxarıda qeyd olunan nәticәyә gәlmişdir. Abşeron Rayon Mәhkәmәsinin hәmin qәrarından Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X7 Xidmәtinin Hüquq İdarәsinin rәis müavini Tamerlan Mәlikli apellyasiya şikayәti verәrәk mәhkәmә qәrarının lәğv edilmәsini, Xidmәtin Abşeron-X2 tәrәfindәn vәtәndaş Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә ##.##.2026-cı il tarixli, MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarın dәyişdirilmәdәn saxlanılması barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Proses iştirakçılarının çıxışları : Mәhkәmә iclasında X7 Xidmәtinin nümayәndәsi ƏƏSMN yanında DƏMX-in Hüquq İdarәsinin rәis müavini Tamerlan Mәliklinin adından imzalanmış ##.##.2026-cı il tarixli, *- **-*/*-*****/**** nömrәli mәktubu tәqdim edәrәk, DƏMX-in Hüquq İdarәsi tәrәfindәn verilmiş apellyasiya şikayәtinin geri qaytarılmasını xahiş etdi. Apellyasiya instansiyası mәhkәmәsinin iclasının yeri vә vaxtı barәdә mәlumat verilmiş barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) mәhkәmә iclasına gәlmәmiş vә gәlmәmәsinin sәbәblәri barәdә mәlumat vermәmişdir. Apellyasiya mәhkәmәsi hesab etmişdir ki, apellyasiya şikayәti üzrә mәhkәmә iclası barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin iştirakı olmadan keçirilmәsi mümkündür. Hüquqi məsələlər : Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Mәhkәmә apellyasiya icraatı zamanı birinci instansiya mәhkәmәsinin apellyasiya qaydasında mübahisәlәndirilәn qәrarından ƏƏSMN yanında DƏMX-in Hüquq İdarәsinin rәis müavini Tamerlan Mәlikli tәrәfindәn verilmiş apellyasiya şikayәtindәn onun tәrәfindәn imtina edilmәsi barәdә әrizәsi üzrә dәyәrlәndirmә apararaq hesab edir ki, apellyasiya şikayәtindәn imtina barәdә әrizә qәbul edilmәli, apellyasiya şikayәtinә baxılmasına xitam verilmәlidir. Apellyasiya mәhkәmәsi qeyd edir ki, inzibati xәta üzrә icraat zamanı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticәdәn verilmiş apelyasiya şikayәtindәn imtinanı tәnzimlәyәn birbaşa norma olmadığından, oxşar münasibәtlәri tәnzimlәyәn cinayәt prosessual qanunvericiliyin normalarına istinad edilmәlidir. “Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128.1-ci maddәsinin şәrh edilmәsinә dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2016-cı il tarixli qәrarında göstәrilmişdir ki, inzibati xәtalar qanunvericiliyinin analogiya üzrә tәtbiqinә gәldikdә isә qeyd edilmәlidir ki, cinayәt-prosessual qanunvericiliyin analogiya üzrә inzibati xәta haqqında iş üzrә icraat prosesindә tәtbiqi istisna edilmir. İnzibati Xәtalar Mәcәllәsinin 6.3-cü maddәsi inzibati xәtalar qanunvericiliyinin analogiya üzrә tәtbiqinә mәhdudiyyәt qoysa da, bu hәmin hüquq sahәsinin maddi hüquq normalarına (mәsuliyyәti müәyyәn edәn normalara) aiddir. Lakin qanunun analogiya üzrә tәtbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibәtlәr inzibati xәtalar qanunvericiliyindә müvafiq norma ilә tәnzimlәnmәsin. Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 391.3 vә 391.3.10-cu maddәlәrinә әsasәn apellyasiya şikayәtinә vә ya apellyasiya protestinә ilkin baxılması zamanı apellyasiya instansiyası mәhkәmәsi bu Mәcәllәnin müddәalarına müvafiq olaraq apellyasiya şikayәtinә vә ya apellyasiya protestinә baxılmasına xitam verilmәsi haqqında qәrar da qәbul edir. CPM-nin 390.4-cü maddәsinә әsasәn bu Mәcәllәnin 390.5 vә 390.6-cı maddәlәrindә nәzәrdә tutulmuş hallar istisna olmaqla, apellyasiya şikayәti vә ya apellyasiya protesti vermiş şәxs apellyasiya instansiyası mәhkәmәsindә mәhkәmәnin yekun qәrarı çıxarılanadәk öz şikayәtini vә ya protestini geri götürmәk hüququna malikdir. Bununla әlaqәdar qeyd edilmәlidir ki, hәr bir şәxsin mәhkәmә müdafiәsi hüququ mәhkәmәyә әrizә vә ya şikayәt formasında müraciәt etmәsi ilә başlanır vә realizә olunur. Şәxs vermiş olduğu şikayәtindәn imtina edirsә, onun şikayәti üzrә araşdırılma aparılması başa çatmalıdır. Çünki o, şikayәt vermәk hüququndan imtina etmәk hüququnu öz iradәsi ilә realizә edәrәk şikayәtinә baxılmasını arzulamır. Mәhkәmә ƏƏSMN yanında DƏMX-in Hüquq İdarәsinin rәis müavini Tamerlan Mәliklinin apellyasiya şikayәtini geri götürmәsi barәdә әrizәsini nәzәrdәn keçirib hesab edir ki, apellyasiya şikayәtindәn imtina edildiyindәn, apellyasiya şikayәtindәn imtina barәdә әrizә qәbul edilmәli, hәmçinin iş üzrә başqa apellyasiya şikayәti vә ya apellyasiya protesti olmadığından apellyasiya şikayәtinin baxılmasına xitam verilmәlidir. CPM-nin 396-cı maddәsinә әsasәn apellyasiya şikayәtini vә ya apellyasiya protestini vermiş şәxslәr öz tәlәblәrindәn imtina etdiyi vә cinayәt prosesinin digәr iştirakçılarının apellyasiya şikayәtlәri olmadığı halda apellyasiya instansiyası mәhkәmәsi apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin baxılmasına xitam verilmәsi haqqında qәrar çıxarmalıdır. CPM-nin 391.11-ci maddәsinә әsasәn apellyasiya şikayәtini vә ya apellyasiya protestini vermiş şәxs öz apellyasiya tәlәblәrindәn imtina etdikdә vә cinayәt prosesinin digәr iştirakçılarının apellyasiya şikayәti vә ya apellyasiya protesti olmadığı halda, mәhkәmә apellyasiya şikayәtinә vә ya apellyasiya protestinә baxılmasına xitam verilmәsi haqqında qәrar çıxarır. Apellyasiya şikayәtinә vә ya apellyasiya protestinә baxılmasına xitam verildiyi andan birinci instansiya mәhkәmәsinin hökm vә ya digәr yekun qәrarı qanuni qüvvәyә minir. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası CPM-nin 391.3.10, 391.11, 396cı, Azәrbaycan Respublikası İXM-nin 134 vә 136-cı maddәlәrini rәhbәr tutaraq, QƏRARA ALDIM : Abşeron Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından ƏƏSMN yanında DƏMX-in Hüquq İdarәsinin rәis müavini Tamerlan Mәlikli tәrәfindәn verilmiş apellyasiya şikayәtdәn Tamerlan Mәliklinin imtina әrizәsi qәbul edilsin vә apellyasiya qaydasında verilmiş şikayәtin baxılmasına xitam verilsin. Qәrardad elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardaddan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar