Məhkəmə qərarları › İş №3(3-8)-358/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-358/2026

17.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-358/2026 17.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgәrova Ruhiyyә Orucәli qızının sәdrliyi, Şükürov Cahangir Fәxrәddin oğunun katibliyi, Barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) iştirakı ilә, Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikasının İXM-nin 327.2-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair TP seriyalı, ******* saylı, ##.##.2026-cı il tarixli inzibati tәnbeh vermә haqqında qәrardan verilmiş şikayәt üzrә Abşeron Rayon Mәhkәmәsinin *(*-***)- ****/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azәrbaycan Respublikası Daxili İşlәr Nazirliyi Suraxanı DYPŞ tәrәfindәn qәbul edilәn TP seriyalı, ******* saylı, ##.##.2026-cı il tarixli inzibati tәnbeh vermә haqqında qәrarına әsasәn Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 327.2-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәrәk 100 (bir yüz) manat mәblәğindә inzibati cәrimә edilmişdir. Barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilmiş şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) qәrardan Abşeron Rayon Mәhkәmәsinә şikayәt verәrәk, qәrarın lәğv edilmәsini vә iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Şikayәt onunla әsaslandırılmışdır ki, ## ##### 2026-cı il tarixdә Suraxanı rayonu, Qaraçuxur qәsәbәsindә etibarnamә әsasında idarә etdiyi “Toyota Aqua” markalı, **-RZ-*** dövlәt qeydiyyat nişanlı avtomobili ilә yol ayrıcı keçәrkәn gözlәmiş, tam әmin olduqdan sonra yol ayrıcını keçmişdir. Bu zaman әrazidә xidmәt aparan patrul avtomobili sәs siqnalı vә xüsusi işıqları sönülü halda olmuşdur. O yol ayırıcını tam keçәrkәn işıqları yandırdı, avtomobili sürәtlәndirdi vә onu saxlamışdır. Ona yol vermәdiyini iddia edәrәk barәsindә protokol tәrtib etmiş vә bu protokol әsasında qәrar qәbul etmişdir. Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarı (hakim F.Kәrimova) ilә Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş şikayәtin qismәn tәmin edilmәsi, Azәrbaycan Respublikası Daxili İşlәr Nazirliyi Suraxanı DYPŞ-nin yol patrul xidmәti inspektoru, R Nümayәndә tәrәfindәn qәbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsi vә iş yenidәn baxılması üçün hәmin sәlahiyyәtli orqana (vәzifәli şәxsә) qaytarılması, şikayәtin digәr hissәdә tәmin edilmәmәsi qәrara alınmışdır. Barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) qәrardan apellyasiya şikayәti verәrәk, materiala yenidәn baxılmasını xahiş etmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә İnzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri ilә bağlı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn gәlinәn nәticә qanuni vә әsaslı olduğundan, apellyasiya şikayәti tәmin edilmәmәli, gәlinәn nәticә dәyişdirilmәdәn saxlanılmalıdır. Apellyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. İnzibati tәnbeh vermә haqqında qәrara görә, ünvan 1 ünvanında Qәrardan şikayәt verәn orqan (şәxs) **RZ*** dövlәt qeydiyyat nişanlı avtomobili idarә edәrkәn yolayrıcını keçmә qaydalarını pozmuşdur. “Yol hәrәkәti haqqında” Azәrbaycan Respublikası Qanunun 1-ci maddәsinin 11-ci bәndinә görә yolayrıcı – yolların bir sәviyyәdә hәr hansı kәsişmәsi, birlәşmәsi vә ya şaxәlәnmәsi, o cümlәdәn bunların әmәlә gәtirdiyi әrazidir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 327.2-ci maddәsinә görә svetoforun vә ya nizamlayıcının qadağanedici işarәsi verilәrkәn hәrәkәtin davam etdirilmәsinә, 3.1 “Giriş qadağandır” yol nişanının tәlәblәrinin vә ya sәrnişin daşıma, әks istiqamәtli hәrәkәt zolağına çıxmaqla ötmә vә ya manevr etmә, yolayrıcını keçmә qaydalarının pozulmasına, ümumi istifadәdә olan nәqliyyat vasitәlәrinin, yaxud adamlar daşınan yük avtomobillәrinin sәrnişinlәrlә yanacaqdoldurma mәntәqәsinә daxil olması, 1.1, 1.3 vә 1.11 üfüqi nişanlanma xәtlәrinin tәlәblәrinә riayәt etmәyәrәk sola vә ya geriyә dönmәyә, yaxud maneәni kәnardan keçmә mәsuliyyәt yaradır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. İnzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir (İnzibati Xәtalar Mәcәllәsinin 48-ci maddәsi). İnzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәrçәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir (İXM-nin 76.1-ci maddәsi). İnzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin tәqsiri bu Mәcәllәdә nәzәrdә tutulmuş qaydada sübuta yetmәdikdә vә bu, inzibati xәta haqqında iş üzrә icraata baxmış hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) qüvvәyә minmiş qәrarı ilә müәyyәn edilmәdikdә o, tәqsirsiz hesab edilir. İnzibati mәsuliyyәtә cәlb olunmuş şәxs öz tәqsirsizliyini sübut etmәyә borclu deyildir. İnzibati mәsuliyyәtә cәlb olunan şәxsin tәqsirli olması barәsindә şübhәlәr onun xeyrinә hәll edilir (Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 8.1, 8.2, 8.3-cü maddәlәri). İnzibati Xәtalar Mәcәllәsinin 6.1-ci maddәsinә әsasәn inzibati xәtaya görә inzibati tәnbeh bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. Bununla әlaqәdar apellyasiya instansiya mәhkәmәsi qeyd edir ki, E.Babayev tәrәfindәn mübahisәlәndirilәn inzibati tәnbeh vermә haqqında qәrara görә o, yol ayrıcını keçmә qaydalarını pozmuşdur. O, mәcburi şәkildә ani tormozlama etdiyini, hadisәnin onun iradәsindәn asıl olmadan baş verdiyini, әmәlindә inzibati xәta tәrkibinin olmadığını mübahisәlәndirmişdir. İnzibati tәnbeh vermә haqqında qәrar qәbul edilәrkәn yol ayrıcından keçmә qaydalarının pozulmasını әks etdirәn foto vә video materiallara istinad edilmәmәsi, әmәldә inzibati xәta üzrә qәnaәtә gәlinәrkәn sәthi araşdırılma aparıldığını nәticәsini formalaşdırır. Bu isә әlavә araşdırılma aparılmasını tәlәb edir. Hәmin halları da inzibati orqanın nümayәndәsinin iştirak etmәmәsinә görә mәhkәmә baxışı zamanı tam vә obyektiv şәkildә araşdırılması mümkün olmamışdır. Bu isә hәmin hal üzrә әlavә araşdırılma aparılmasını zәruri edir. Əks halda inzibati tәnbeh vermә haqqında qәrardan verilmiş şikayәt üzrә mәhkәmә müdafiәsi sual doğuran hallarla olur ki, bu da gәlinәn nәticәnin әdalәtli mәhkәmә araşdırılmasının nәticәsi kimi qәbul edilmәsini şübhә altına alır. Halbuki әdalәtli mәhkәmә araşdırılması gәlinәn nәticә üzrә ziddiyyәtli halların olmamasını, hәmin hallardan hali nәticәnin olmasını ehtiva edir. Ədalәtli mәhkәmә araşdırılması hәmin halların arasında ziddiyyәtli halların aradan qaldırılmalı olmasını, işin әdalәtli hәllini şübhә altına alan, ziddiyyәtlәr yaradan vә mübahisә üzrә iştirakçıların konstitusiya mәhkәmә müdafiәsi hüququna tәsir göstәrәn müddәaların olmamasını qaçılmaz edir. Hüquqi müәyyәnlik prinsipi isә digәr tәlәblәrlә yanaşı, әn ümumi mәnasında mövcud hüquqi vәziyyәtә aid aydınlığı vә müәyyәnliyi nәzәrdә tutur. Bu baxımdan mәhkәmәlәr tәrәfindәn qәbul olunmuş qәrarlarda hәll olunan işә aid bütün zәruri mәsәlәlәrә aydınlıq gәtirilmәli, ziddiyyәtli mәqamlar aradan qaldırılmalıdır. Azәrbaycan Respublikasının adından çıxarılan mәhkәmә aktlarında işin әdalәtli hәllini şübhә altına alan, ziddiyyәtlәr yaradan vә mübahisә üzrә iştirakçıların konstitusiya mәhkәmә müdafiәsi hüququna tәsir göstәrәn müddәalar olmamalıdır (Konstitusiya Mәhkәmәsi Plenumunun N.Əbilovun şikayәti üzrә ## #### 2008-ci il tarixli Qәrarı). Belә olan halda apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsi haqlı olaraq inzibati tәnbeh vermә haqqında qәrar qәbul edilәrkәn Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsi ilә müәyyәn edilmiş tәlәblәri işin hallarının hәrtәrәfli, tam vә obyektiv araşdırılmasına maneçilik törәdәcәk dәrәcәdә pozulduğundan, gәlinәn nәticәnin lәğv edilmәklә әlavә araşdırılma aparılması üçün inzibati orqana qaytarılması qәnaәtinә gәlmişdir. Azәrbaycan Respublikası Konstitusiyasının 70-ci maddәsinin İ hissәsinә görә Konstitusiyada tәsbit edilmiş insan vә vәtәndaş hüquqlarını vә azadlıqlarını gözlәmәk vә qorumaq qanunvericilik, icra vә mәhkәmә hakimiyyәti orqanlarının borcudur. Belә olan halda apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn barәsindә inzibati xәta üzrә gәlinәn nәticәnin lәğv edilәrәk, yenidәn inzibati orqana qaytarılması barәdә gәlinәn nәticә qanuni vә әsaslı olmaqla, hәmin qәrarın lәğv edilmәsi barәdә apellyasiya şikayәtinin dәlillәri әsassız vә formal mülahizә kimi dәyәrlәndirilmәlidir. Konstitusiya Mәhkәmәsinin Plenumu, hәmçinin apellyasiya instansiyası mәhkәmәlәrinin diqqәtini ona cәlb etmәyi lazım bilir ki, onlar birinci instansiya mәhkәmәsinin faktlar nöqteyi nәzәrindәn qanuni vә әsaslı, mahiyyәt üzrә düzgün olan qәrarının yalnız formal mülahizәlәrә görә lәğv edilmәsindәn çәkinmәlidirlәr (Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2019-cu il tarixli Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 38.1 vә 430.4-cü maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair Qәrarı). Belәliklә, apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar