Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-360/2026 25.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, Mirzəyev Pərvin Əbil oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Abasov İbrahim Hilal oğlunun müdafiəçisi X7, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi Əliyev Elçin İsmayıl oğlunun iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, ## ###### 2025-ci il tarixli qərarın ləğv edilməsi və başlanılmış inzibati xəta haqında iş üzrə icraata xitam verilməsinə dair Abşeron Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Abşeron Rayon Məhkəməsinin icraatına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin rəis müavini tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, ## ###### 2025-ci il tarixli qərardan verilmiş şikayət ərizəsi daxil olmuşdur. Abşeron Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin rəis müavini tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, ## ###### 2025-ci il tarixli qərarın ləğv edilməsi, başlanılmış inzibati xəta haqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Birinci instansiya məhkəməsinin qərarından narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* nömrəli, ## ###### 2025-ci il tarixli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs tərəfindən onun müdafiəsi və məsuliyyətdən yayındırılması məqsədi ilə sonradan düşünülmüş mülahizələrə əsaslanaraq qərar çıxarmışdır. Halbuki, məhkəmə qərar qəbul edərkən X1, X3 və X12 tərəfindən prokurorluq orqanlarına verdiyi izahatlar nəzərə alınmamış və sübut qismində qiymətləndirilməmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət Təqibindən kənar İcraatlar İdarəsində araşdırma aparılarkən X1 izahatında göstərmişdir ki, 2025-ci ilin yanvar ayının əvəllərindən Əcəmi 3 layihəsində işə başlamış və iyun ayının ortalarında pulunu vermədiklərinə görə işdən çıxmışdır. Həmçinin X3 izahatında göstərmişdir ki, 2025-ci ilin mart ayına qədər gördüyü işə görə ödənişlərini almış, lakin 2025-ci ilin mart ayından etibarən ödənişlərin verilməsinə problemlər yaranmağa başlamışdır. X12 izahatında göstərmişdir ki, Elşən Səlimovun və Zahid Əliyevin 2025-ci ilin yanvar ayından onunla işə başlamış, iyun ayının ortalarına qədər bir yerdə işləmişlər. Pullarını vermədiklərinə görə 2025-ci ilin iyun ayının ortalarında bir yerdə işdən çıxmışlar. Eyni zamanda, məhkəmə inzibati xəta üzrə X1, X3 və X12 şahid qismində məhkəmə iclasında iştiraklarını təmin etməmişdir. Sonuncuların məhkəmə iclasında şahid qismində iştirakının təmin edilməməsi və onun iştirakı olmadan qərar qəbul edilməsi bu qədər ziddiyyətli məhkəmə mübahisəsində yolverilməzdir. Qərar qəbul edən orqanın nümayəndəsinin şahid qismində X1, X3 və X12 vermə, işin hallarını araşdırma hüququ məhdudlaşdırılmış, məhkəmə tərəfindən işin halları natamam araşdırılmışdır. Bununla da məhkəmə əsassız olaraq Xidmətin Bakı Şəhər İdarəsinin qərarını ləğv etmişdir. İş materialları ilə işçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi tam sübut edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi Əliyev Elçin İsmayıl oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Abşeron Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* nömrəli, ## ###### 2025-ci il tarixli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Abasov İbrahim Hilal oğlunun müdafiəçisi X7 çıxış edərək apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçılarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, İXM-in 75, 76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq iş materiallarında olan sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin rəis müavini X2 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, ## ###### 2025-ci il tarixli qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-nin 192.1ci maddəsinə əsasən 3000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan əmək müqaviləsinə əsasən müəyyən edilir ki, ##.##.2025-ci il tarixli əmək müqaviləsinə əsasən Priaritet - X” ASC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) X3 ilə əmək müqaviləsi bağlamışdır. İş materiallarında olan Əmək müqaviləsinə əsasən müəyyən edilir ki, ##.##.2025-ci il tarixli əmək müqaviləsinə əsasən Priaritet - X” ASC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) X1 ilə əmək müqaviləsi bağlamışdır. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən X3 ilə bağlanılmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən X1 ilə bağlanılmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarına əsasən “xxxx” ASC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Apellyasiya məhkəməsi birinci instanisya məhkəməsinin əsaslandırması ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsində şikayətdə göstərilən dəlillər ətraflı araşdırılmaqla, toplanmış sübutlar tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında qanunauyğun qərar qəbul edilmişdir. Eyni zamanda apellyasiya məhkəməsi onu da qeyd edir ki, dövlət orqanının iddia etdiyi 2025-ci ilin iyun ayına kimi işləmə faktı qəbul edilsə belə, həmin tarixdən hazırki vaxta kimi bir ildən artıq müddət keçdiyindən şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, İXM-nin 38.1-ci maddəsinə əsasən əmək qanunvericiliyinin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-8)-360/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-360/2026
25.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver