Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-361/2026 16.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Mәmmәdov Bilal Mahir oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Nabalıyeva Aynur Akif qızının katibliyi, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs iştirakı ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin (tәsviri-әsaslandırıcı hissәdә IXM-in) 157, 510.1 vә 535.1-ci maddәlәri ilә başlanmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarından zәrәrçәkmiş şәxsin nümayәndәsi vәkil1 tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarı ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә IXM-in 157, 510.1 vә 535.1-ci maddәlәri ilә olan inzibati xәta haqqında iş üzrә icraata IXM-in 114.2.3-cü maddәsinә әsasәn inzibati xәta haqqında işdә cinayәtin әlamәtlәri olduğuna görә materiallar prokurora göndәrilmәklә onun barәsindә olan inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi qәrara alınmışdır (Hakim Hәsәnov Vaqif Iskәndәr oğlu). Işin halları: ##.##.2026-cı il tarixdә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs IXM-in 157, 510.1 vә 535.1-ci maddәlәri ilә nәzәrdә tutulan inzibati xәtaları törәtmәsi haqqında tәrtib edilmiş protokollar vә ona әlavә edilmiş materiallar Abşeron Rayon Mәhkәmәsinә daxil olmuşdur. Birinci instansiya mәhkәmәsi yuxarıda qeyd olunan nәticәyә gәlmişdir. Qәrardan inzibati iş üzrә zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs Yunis oğlu vә vәkili vәkil1 apellyasiya şikayәti verәrәk Abşeron Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli *(*-***)- ****/**** nömrәli qәrarının lәğv edilmәsini vә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs IXM-in 157-ci maddәsi ilә inzibati mәsuliyyәtә cәlb olunmaqla barәsindә hәmin maddәnin sanksiyası hәddindә әn ağır inzibati tәnbeh tәdbiri kimi hәbsin tәtbiq edilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, birinci instansiya mәhkәmәsi qәrar qәbul edәrkәn işin faktiki hallarını düzgün qiymәtlәndirmәmiş, cinayәt hadisәsi ola bilәcәk әmәllә inzibati xәta arasındakı fәrqi müәyyәn etmәmişdir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2025-ci ildә saat 01 radәlәrindә Abşeron rayonu, Masazır kәndi, Ə.Vahid küçәsindә yerlәşәn “Rich” adlı aptekin qarşısında aralarında baş vermiş mübahisә zamanı Zәrәrçәkmiş şәxs Yunis oğluna xәsarәt yetirmәklә ona qarşı cinayәt әmәli hesab edilәn xuliqanlıq törәtmişdir. Lakin bununla bağlı, Abşeron RPI-nin IŞ tәrәfindәn “Cinayәt işinin başlanmasının rәdd edilmәsi haqqında” ##.##.2025-ci il tarixli qәrar qәbul edilmişdir. Abşeron Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qәrarından görünür ki, Zәrәrçәkmiş şәxs şikayәt әrizәsi ilә mәhkәmәyә müraciәt etmiş, ##.##.2025-ci il tarixli “Cinayәt işinin başlanmasının rәdd edilmәsi haqqında” qәrarın lәğv edilmәsini xahiş etmiş vә hәmin qәrar lәğv edilmәklә ibtidai araşdırmaya prosessual rәhbәrliyi hәyata keçirәn prokurora göndәrilmişdir. Qeyd edilәn şikayәt әrizәsindә hәqiqәtәn Zәrәrçәkmiş şәxs qarşı törәdilәn әmәlin cinayәt әmәli olması barәdә Abşeron Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, *(***)- **/**** saylı qәrarındakı mövqeyi әsaslı olsa da, lakin mәhkәmәnin qeyd edilәn qәrarı ibtidai istintaq orqanına heç bir hüquqi nәticә yaratmamışdır. Belә olan halda hazırki anda inzibati mәsuliyyәtә cәlb edilәn şәxs (faktiki cinayәt törәtmәsinә әsaslı şübhәlәr olan şәxs) cәzasız qalmış, yәni törәtdiyi әmәlә görә şәxs nә cinayәt, nә dә inzibati mәsuliyyәtә cәlb edilmәmişdir. Hazırki anda da, müәyyәn edildiyi kimi şәxs 3 protokol әsasında mәhkәmә qarşısına çıxarılmışdır. IXM-in 535.1-ci maddәsi ilә mәsuliyyәtә cәlb edilmәsi vә protokol әsasında icraata xitam verilmәsi hissәsindә şikayәt verәcәk subyekt dairәsini әhatә etmәdiyindәn hәmin hissә onlar tәrәfindәn mübahisә predmetinә çevrilmәmiş, lakin mәhkәmә әsassız olaraq zәrәrçәkmiş şәxsә münasibәtdә IXM-in 157-ci maddәsi ilә inzibati mәsuliyyәtә cәlbetmә әsaslarını düzgün qiymәtlәndirmәmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası IXM-in 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Apellyasiya Mәhkәmәsinin mәhkәmә iclasında barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs çıxış edәrәk bildirdi ki, Zәrәrçәkmiş şәxs qarşı heç bir qanunsuz hәrәkәtә yol vermәmiş, sonuncu onunla qәrәzli münasibәtlәri olan qaynatasının Tahir adlı qardaşının yanında işlәdiyinә görә hәmin şәxsin göstәrişlәrinә uyğun olaraq onun barәsindә hüquq-mühafizә orqanlarına müraciәt etmişdir. Zәrәrçәkmiş şәxsin nümayәndәsinin şikayәtinin tәmin edilmәmәsini, Abşeron rayon Mәhkәmәsinin qәrarının qüvvәdә saxlanılmasını mәhkәmәdәn xahiş etmişdir. Zәrәrçәkmiş şәxsin nümayәndәsi Bakı şәhәri “Kaspian” Vәkil Bürosunun vәkili vәkil1 mәhkәmәyә әrizә ilә müraciәt edәrәk üzürlü sәbәblәrdәn mәhkәmә iclasında iştirak edә bilmәyәcәyini, bu sәbәbdәn işә onun vә hüquqlarını müdafiә etdiyi zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs Yunis oğlunun iştirakı olmadan baxaraq şikayәtlәrinin tәmin olunması barәdә qәrar qәbul olunmasını mәhkәmәdәn xahiş etmişdir. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs müdafiәçisi “Faiq Nağıyev vә Partnyorları” Vәkil Bürosunun vәkili vәkil2 mәhkәmәyә әrizә ilә müraciәt edәrәk keçirdiyi açıq ürәk әmәliyyatı sәbәbindәn mәhkәmә iclasında iştirak edә bilmәyәcәyini bildirmişdir. Mәhkәmә iclasının vaxtı vә yeri barәdә lazımi qaydada mәlumat verilmәsinә baxmayaraq inzibati xәta haqqında protokolu tәrtib etmiş Abşeron rayon Polis Idarәsinin nümayәndәsi mәhkәmә iclasına gәlmәmişdir. Mәhkәmә tәrәflәrin fikrini dinlәyәrәk nümayәndәnin iştirakı olmadan işә baxılmasını mümkün hesab etmişdir. IXM-in 133.2.8-ci maddәsinә әsasәn, inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya mәhkәmәsi inzibati xәta haqqında iş üzrә icraat materiallarını araşdırıb, şikayәtin dәlillәrini öyrәnәrәk belә qәnaәtә gәlir ki, birinci instansiya mәhkәmәsi inzibati icraat üzrә qәrar qәbul edәrkәn işin materiallarını mahiyyәti üzrә araşdırmışdır. Buna görә dә qәrar dәyişdirilmәdәn saxlanılmalı vә apellyasiya şikayәti tәmin edilmәmәlidir. Belә ki, IXM-in 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. IXM-in 4-cü maddәsinә әsasәn bu Mәcәllә insan vә vәtәndaş hüquqlarına vә azadlıqlarına hörmәt edilmәsi, qanunçuluq, qanun qarşısında bәrabәrlik, tәqsirsizlik prezumpsiyası, әdalәtlilik vә inzibati xәtaların qarşısının alınması prinsiplәrinә әsaslanır. IXM-in 6.2-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә icraatın tәmin olunması tәdbirlәri tәtbiq edilәrkәn qanunvericiliyin tәlәblәrinә әmәl olunması yuxarı orqanların vә vәzifәli şәxslәrin idarә nәzarәti ilә, mәhkәmә vә prokuror nәzarәti ilә vә şikayәt etmәk hüququ ilә tәmin edilir. IXM-in 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. IXM-in 84.1-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәrә baxan hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) işin bütün hallarının mәcmusunun hәrtәrәfli, tam vә obyektiv surәtdә baxılmasına әsaslanan öz daxili inamı ilә sübutları qiymәtlәndirir. Iş materiallarında olan vә birinci instansiya mәhkәmәsindә tәdqiq edilmiş: ## ### 2026-cı il tarixli MN seriyalı ******* nömrәli inzibati xәta haqqında protokoldan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2025-ci ildә saat 01 radәlәrindә Abşeron rayonu, Masazır kәndi, Ə.Vahid küçәsindә yerlәşәn “Rich” adlı aptekin qarşısında aralarında baş vermiş mübahisә zamanı Zәrәrçәkmiş şәxs Yunis oğluna sağlamlığa zәrәr vurmayan xәsarәtlәr yetirmәklә IXM-in 157-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmişdir. ## ### 2026-cı il tarixli MN seriyalı ******* nömrәli inzibati xәta haqqında protokoldan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2025-ci ildә saat 01 radәlәrindә Abşeron rayonu, Masazır kәndi, Ə.Vahid küçәsindә yerlәşәn “Rich” adlı aptekin qarşısında Zәrәrçәkmiş şәxs Yunis oğlu ilә mübahisә edib sәs-küy salaraq ucadan nalayiq ifadәlәr işlәtmәklә xırda xuliqanlıq etmiş, IXM-in 510.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmişdir. ## ### 2026-cı il tarixli MN seriyalı ******* nömrәli inzibati xәta haqqında protokoldan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2026-cı il tarixdә saat 22:30 radәlәrindә barәsindә olan qәrarın icrası ilә bağlı Abşeron RPI-yә gәtirildiyi vaxt RPI-nin inzibati binasında sәs-küy salmaqla RPI-nin iş rejimini pozmaqla IXM-in 510.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmişdir. ## ### 2026-cı il tarixli MN seriyalı ******* nömrәli inzibati xәta haqqında protokoldan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2026-cı il tarixdә saat 22 radәlәrindә Abşeron rayonu, Masazır kәndindә Istintaq Şöbәsinin qәrarının icrası ilә bağlı Abşeron RPI-nin polis әmәkdaşları tәrәfindәn saxlanıldığı zaman ictimai qaydanın gözlәnilmәsi ilә bağlı Abşeron RPI-nin әmәkdaşlarının qanuni tәlәblәrinә qәsdәn tabe olmamış, nәticәdә IXM-in 535.1-ci maddәsindә nәzәrdә tutulan inzibati xәtanı törәtmişdir. Abşeron Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qәrarından görünür ki, Zәrәrçәkmiş şәxs şikayәt әrizәsi ilә mәhkәmәyә müraciәt etmiş, ##.##.2025-ci il tarixli “Cinayәt işinin başlanmasının rәdd edilmәsi haqqında” qәrarın lәğv edilmәsini xahiş etmiş vә hәmin qәrar lәğv edilmiş, ibtidai araşdırmaya rәhbәrliyi hәyata keçirәn prokurora göndәrilmişdir. “Cinayәt işinin başlanmasının rәdd edilmәsi haqqında” ##.##.2026-cı il tarixli qәrardan görünür ki, Zәrәrçәkmiş şәxs Yunis oğlunun müraciәti әsasında toplanmış material üzrә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә cinayәt işinin başlanması rәdd edilmiş, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası IXM-nin 157 vә 510-cu maddәlәri ilә tәdbir görülmәsi üçün qәrarın surәti Abşeron RPI-nin ITŞ-nә göndәrilmәsi qәrara alınmışdır. Birinci instansiya mәhkәmәsindә tәdqiq edilmiş DVD diskdә olan videogörüntüdәn görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs vә Zәrәrçәkmiş şәxs Yunis oğlu arasında mübahisә olmuşdur. Mәhkәmә Tibbi Ekspertizasının ##.##.2025-ci il tarixdә verdiyi T ***/**** nömrәli rәyindәn görünür ki, 1986-cı il tәvәllüdlü Zәrәrçәkmiş şәxs Yunis oğlunun mәhkәmә-tibbi müayinәsi zamanı bәdәni üzәrindә aşkar edilmiş xәsarәtlәr –başın bәrk әzilmәsi, sağ gicgah-tәpә nahiyәsinin hematoması, döş qәfәsinin ön sәthinin, sağ dirsәk vә sol bazu nahiyәsinin sıyrıqları, sağ dirsәk nahiyәsinin qançırı olmuşdur. Qeyd edilәn xәsarәtlәr küt yaranma mexanizminә malik olmaqla, qәrarda göstәrilәn ##.##.2025-ci il tarixdә törәnә bilәrdilәr, ümumilikdә sağlamlığa zәrәrvurmayan xәsarәtlәr olduqlarından dәrәcәlәri tәyin edilmir. Belә ki, sağ gicgahtәpә nahiyәsinin hematoması rәyin tәsviri hissәsindә әtraflı tәsvir edilmәmiş, hәmin nahiyәyә qan yağıntısı maye dalğalanmasını xatırladan sahә kimi qeyd edilmәli, zәrәrçәkmişә tәkrar baxış zamanı onun artması vә azalması rәyin tәsviri hissәsindә öz әksini tapmalı idi. Bu sәbәbdәn bu xәsarәtin sağlamlığa yüngül zәrәrvurma kimi qiymәtlәndirilmәsi düzgün deyildir. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәrinә hüquqi qiymәt verәrәk, hәmin dәlillәri әsaslı hesab etmir. Belә ki, ilk növbәdә qeyd edilmәlidir ki, zәrәrçәkmiş tәrәf özü dә şikayәtindә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs hәrәkәtlәrindә xuliqanlıq cinayәtinin tәrkib әlamәtlәrinin olması faktı ilә razılaşmış, lakin sonuncu barәsindә cinayәt tәqibi başlanılmadığına görә barәsindә inzibati tәdbir görülmәsini mәhkәmәdәn xahiş etmişdir. Mәhkәmә bu hissәdә qeyd etmәyi zәruri hesab edir ki, şәxsin barәsindә cinayәt tәqibinin başlanılmamasına görә zәrәrçәkmiş şәxs tәrәfindәn onun hüquqlarının bәrpa edilmәsi üçün cinayәt-prosessual qanunvericiliyindә nәzәrdә tutulmuş kifayәt qәdәr hüquqi vasitәlәr mövcuddur. Belә olan halda cinayәt tәqibinin başlanılmamasına görә şәxsin formal olaraq inzibati mәsuliyyәtә cәlb edilmәsi qanunçuluq, әdalәt vә hüququn digәr ümumi prinsiplәrinә zidd olmaqla yanaşı, şәxslәrin Konstitusiyada tәsbit olunmuş әsas hüquqlarının pozuntusuna sәbәb ola bilәr. Apellyasiya instansiya mәhkәmәsi inzibati xәta haqqında iş materiallarına әlavә edilmiş sübutları bir daha tәhlil edib, apellyasiya şikayәti üzrә apellyasiya instansiyası mәhkәmәsindә aparılmış mәhkәmә araşdırmasının nәticәlәrinә әsaslanıb, birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә ilә razılaşaraq hesab edir ki, apellyasiya şikayәtinin dәlillәri әsassızdır. Abşeron Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli *(*-***)-****/**** nömrәli qәrarının lәğv edilmәsi üçün әsaslar yoxdur, birinci instansiya mәhkәmәsi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә IXM-in 157, 510.1 vә 535.1-ci maddәlәri ilә tәrtib edilmiş inzibati xәta haqqında iş üzrә icraata IXM-in 114.2.3-cü maddәsinә әsasәn xitam verәrәk onun әmәlindә cinayәtin әlamәtlәrinin olub-olmamasının araşdırılması mәqsәdi ilә materialı Abşeron rayon prokurorluğuna göndәrmәklә düzgün nәticәyә gәlmişdir. Belәliklә, apellyasiya instansiyası mәhkәmәsi hesab edir ki, üzrә zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs Yunis oğlu vә vәkili vәkil1 tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәmәli, mәhkәmәnin mübahisә edilәn qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. IXM-in 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn Azәrbaycan Respublikası Inzibatı Xәtalar Mәcәllәsinin 134.1.1ci maddәsini rәhbәr tutaraq mәhkәmә, QƏRARA ALDİ: Apellyasiya şikayәti tәmin edilmәsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 157, 510.1 vә 535.1-ci maddәlәri ilә olan inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli *(*- ***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz. Hakim Bilal Məmmədov
Məhkəmə qərarları › İş №3(3-8)-361/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-361/2026
16.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver