Məhkəmə qərarları › İş №3(3-8)-362/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-362/2026

24.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-362/2026 24.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Əhmәdov Elman Mәmmәd oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin nümayәndәsi nümayәndә2 iştirakı ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin Azәrbaycan Respublikası IXM-nin 462.1-ci maddәsi ilә tәqsirli bilinib tәnbeh edilmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarından Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDI: Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarı ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 462.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinәrәk, barәsindә 1500 manat mәblәğindә cәrimә növündә inzibati tәnbeh tәdbiri tәtbiq edilmişdir (hakim Fәrid Nәsimiyev). Işin halları: Protokolu tәrtib edәn orqan tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 462.1-ci maddәsi ilә ## ### 2026-cı il tarixli MN seriyalı ******* nömrәli inzibati xәta haqqında protokol tәrtib edilәrәk baxılması üçün Sumqayıt Şәhәr Mәhkәmәsinә göndәrilmişdir. Inzibati xәta haqqında protokoldan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC tәrәfindәn 2024-cü il üzrә maliyyә hesabatları, auditor rәyi ilә birlikdә internet sәhifәsindә vә mәtbu orqanda dәrc olunmamışdır. Işә baxan Sumqayıt Şәhәr Mәhkәmәsi yuxarıda qeyd edilәn qәrarı qәbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Qәrardan narazı qalan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC apellyasiya şikayәti verәrәk, Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarının lәğv edilmәsini vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, Protokolu tәrtib edәn orqan tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC barәsindә inzibati xәta haqqında protokol tәrtib olunmamışdan әvvәl Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin nümayәndәsi çağırılmamış vә protokol barәdә heç bir mәlumat verilmәmişdir. Bununla da Protokolu tәrtib edәn orqan “Inzibati icraat haqqında” Azәrbaycan Respublikası Qanunun 3, 24, 25, 47, 62, 80-1-ci maddәsinin tәlәblәrini pozmuşdur vә mәhkәmә bu pozuntuya hüquqi qiymәt vermәdәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin hüquqlarını pozan qәrar qәbul etmişdir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC Inzibati icraat haqqında AR Qanunun 77-ci maddәsindә nәzәrdә tutulan hüquqlarından mәhrum olmuşdur. Inzibati Xәtalar Mәcәllәsinin 109.1.6-cı maddәsinә әsasәn protokol vә digәr materiallar sәlahiyyәti olmayan şәxslәr tәrәfindәn tәrtib edildikdә, protokol vә digәr sәnәdlәr düzgün tәrtib olunmadıqda, yaxud tәqdim edilmiş materiallar natamam olduqda, işә baxılarkәn tamamlamaq mümkün olmadıqda, inzibati xәtalar haqqında protokolun vә ya digәr sәnәdlәrin onu tәrtib etmiş orqana, vәzifәli şәxsә geri qaytarılması barәdә qәrardad qәbul edilir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 462.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәmişdir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin 2024-cü il üzrә maliyyә hesabatları, auditor rәyi ilә birlikdә dәrc olunmuşdur. Mәhkәmә işә nümayәndәnin iştirakı olmadan baxdığı üçün tәrәflәrindәn öz dәlil vә sübutlarını mәhkәmәyә tәqdim etmәk imkanları olmamış, nәticәdә mәhkәmә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 462.1-ci maddәsi ilә tәqsirli bilinәrәk barәsindә 1500 (min beş yüz) manat mәblәğindә cәrimә növündә inzibati tәnbeh tәdbirini tәtbiq etmişdir. Mәhkәmә tәrәfindәn heç bir araşdırma aparılmadan vә mәhkәmәdә iştirakları tәmin edilmәdәn MMC-nin inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinәrәk cәrimә edilmәsini әsaslı hesab etmirlәr. Mәhkәmә tәrәfindәn Azәrbaycan Respublikasın IXM-nin tәlәblәrinә әmәl edilmәmişdir vә inzibati xәta haqqında icraat Protokolu tәrtib edәn orqan tәrәfindәn düzgün aparılmamışdır. Mәhkәmәnin gәldiyi nәticәlәr üzrә mühüm әhәmiyyәt kәsb edәn bütün faktiki hallar araşdırılmamışdır. Mәhkәmәnin gәldiyi nәticә, işin faktiki halları ilә uyğunsuzluq tәşkil edir. Belә ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC tәrәfindәn inzibati xәta törәdilmәmişdir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin 2024-cü il üzrә maliyyә hesabatları, auditor rәyi ilә birlikdә dәrc olunmuşdur. Prosessual məsələlər: Mәhkәmә iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin nümayәndәsi nümayәndә2 apellyasiya şikayәtinin dәlillәrinә uyğun izahat verәrәk, şikayәtin tәmin edilmәklә Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarının lәğv edilmәsini vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etdi. Əlavә onu da bildirdi ki, “Tribuna.az” saytında, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC tәrәfindәn 2024-cü il üzrә maliyyә hesabatları, auditor rәyi ilә birlikdә ## #### 2025-ci il tarixdә internet sәhifәsindә yerlәşdirilmişdir, lakin Maliyyә Nazirliyi buna diqqәt yetirmәmişdir. Mәhkәmә iclasının vaxtı vә yeri barәdә rәsmi qaydada mәlumat verilmәsinә baxmayaraq, Maliyyә Nazirliyinin nümayәndәsi mәhkәmә iclasına gәlmәmiş vә işә onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә şikayәtin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdırıb, proses iştirakçısını dinlәyib, tәdqiq olunmuş sübutlara qiymәt verәrәk hesab edir ki, aşağıda göstәrilәn sәbәblәrә görә apellyasiya şikayәti tәmin edilmәli, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin Azәrbaycan Respublikası IXM-nin 462.1-ci maddәsi ilә tәqsirli bilinib tәnbeh edilmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## ### 2026cı il tarixli qәrarı lәğv edilmәli vә iş üzrә icraata xitam verilmәlidir. Belә ki, mübahisә olunan qәrardan görünür ki, birinci instansiya mәhkәmәsi iş materiallarını araşdıraraq Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin әmәlindә IXM-nin 462.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәta tәrkibinin olması qәnaәtinә gәlmiş vә bu әsasla da barәsindә 1500 manat cәrimә növündә tәnbeh tәdbiri tәtbiq etmişdir. Iş materiallarında olan ## ### 2026-cı il tarixli MN seriyalı ******* nömrәli inzibati xәta haqqında protokoldan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC 2024-cü il üzrә maliyyә hesabatlarını, auditor rәyi ilә birlikdә internet sәhifәsindә vә mәtbu orqanda dәrc olunmamışdır, bununla da Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 462.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmişdir. Iş materiallarında olan ## ##### 2026-cı il tarixli bildirişdәn görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin ## ### 2026-cı il tarixdә, saat 10:15-dә 2024-cü il üzrә illik birlәşdirilmiş maliyyә hesabatlarının auditor rәyi ilә birlikdә tәşkilatın rәsmi internet sәhifәsindә yerlәşdirilmәsinә vә ya mәtbu orqanda dәrc etdirilmәsinә dair sübutlar mövcud olduğu tәqdirdә hәmin sübutlar barәdә mәlumatın Maliyyә Nazirliyinә tәqdim edilmәsi xahiş edilmişdir. Aşağıda qeyd olunanlara görә mәhkәmә hesab edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin әmәlindә IXM-nin 462.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәta tәrkibi olmadığından iş üzrә icraata xitam verilmәlidir. Belә ki, iş materiallarına әlavә edilmiş “Tribuna.az” saytından çıxarışdan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC tәrәfindәn 2024-cü il üzrә maliyyә hesabatları, auditor rәyi ilә birlikdә ## #### 2025-ci il tarixdә internet sәhifәsindә dәrc edilmişdir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 462.1-ci maddәsinә әsasәn mühasibat uçotu subyekti tәrәfindәn maliyyә hesabatlarının vә birlәşdirilmiş (konsolidә edilmiş) maliyyә hesabatlarının vә müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqana (quruma) vә Azәrbaycan Respublikasının Mәrkәzi Bankına tәqdim edilmәli olan digәr hesabat vә mәlumatların hazırlanması, tәqdim olunması, dәrc edilmәsi, o cümlәdәn hesabatlarda vә qanuna әsasәn tәlәb olunan digәr mәlumat formalarında informasiya vә göstәricilәrin әks etdirilmәsi, hәmçinin uçot sәnәdlәrinin saxlanılması ilә әlaqәdar qanunla müәyyәn edilmiş qaydaların pozulmasına, habelә “Mühasibat uçotu haqqında” Azәrbaycan Respublikası Qanununun tәlәblәrinә uyğun olaraq mühasibat uçotunun aparılmamasına görә vәzifәli şәxslәr üç yüz manatdan dörd yüz manatadәk mәblәğdә, hüquqi şәxslәr min beş yüz manatdan iki min manatadәk mәblәğdә cәrimә edilir. Göründüyü kimi, iş materialları ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC tәrәfindәn 2024-cü il üzrә maliyyә hesabatlarının, auditor rәyi ilә birlikdә ## #### 2025ci il tarixdә internet sәhifәsindә dәrc olunması öz tәsdiqini tapır. MMC hәmin mәlumatları internet sәhifәsindә dәrc etmişdir, lakin Maliyyә Nazirliyinә bu barәdә mәlumat vermәmәsi, onun mәsuliyyәtә cәlb olunmasına әsas ola bilmәz. Odur ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC tәrәfindәn 2024-cü il üzrә maliyyә hesabatları, auditor rәyi ilә birlikdә ## #### 2025-ci il tarixdә internet sәhifәsindә dәrc edildiyindәn MMC-nin AR IXM-nin 462.1-ci maddәsi ilә inzibati mәsuliyyәtә cәlb edilmәsi әsassızdır. Azәrbaycan Respublikası IXN-nin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. Azәrbaycan Respublikası IXM-nin 12.1-ci maddәsinә әsasәn bu Mәcәllә ilә qorunan ictimai münasibәtlәrә qәsd edәn, hüquqazidd olan, tәqsirli sayılan (qәsdәn vә ya ehtiyatsızlıqdan törәdilәn) vә inzibati mәsuliyyәtә sәbәb olan әmәl (hәrәkәt vә ya hәrәkәtsizlik) inzibati xәta hesab olunur. Mәhkәmә hesab edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin әmәlindә Azәrbaycan Respublikası IXM-nin 462.1-ci maddәsindә nәzәrdә tutulan inzibati xәta tәrkibinin olması barәdә birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә әsassız vә qanunsuzdur. Azәrbaycan Respublikası IXM-nin 53.1.2-ci maddәsinә әsasәn inzibati xәta tәrkibinin olmadığı halda inzibati xәta haqqında işlәr üzrә icraat başlanıla bilmәz, başlanmış icraata isә xitam verilmәlidir. Hәmin Mәcәllәnin 105-105.1-ci maddәlәrindә göstәrilir ki, bu Mәcәllәnin 53-cü maddәsindә nәzәrdә tutulan hallardan biri mövcud olduqda, icraatında inzibati xәta haqqında iş olan hakim vә ya sәlahiyyәtli orqan (vәzifәli şәxs) inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi haqqında qәrar çıxarır. Ona görә dә mәhkәmә belә nәticәyә gәlir ki, apellyasiya şikayәti tәmin edilmәli, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin Azәrbaycan Respublikası IXMnin 462.1-ci maddәsi ilә tәqsirli bilinib tәnbeh edilmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarı lәğv olunmalı, “Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin әmәlindә IXM-nin 462.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta tәrkibi olmadığı üçün barәsindә başlanmış inzibati xәta haqqında işin icraatına IXM-nin 53.1.2-ci maddәsinә әsasәn xitam verilmәlidir. IXM-nin 134.1.3-cü maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılan zaman bu Mәcәllәnin 53-cü maddәsindә nәzәrdә tutulduğu hallarda qәrarın lәğv edәrәk inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 12.1, 53.1.2, 133, 134.1.3, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin Azәrbaycan Respublikası IXM-nin 462.1-ci maddәsi ilә tәqsirli bilinib tәnbeh edilmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarı lәğv edilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC barәsindә Azәrbaycan Respublikası IXM-nin 462.1-ci maddәsi ilә başlanılmış inzibati xәta haqqında iş üzrә icraata Azәrbaycan Respublikası IXM-nin 53.1.2-ci maddәsinә әsasәn әmәldә inzibati xәta tәrkibi olmaması әsası ilә xitam verilsin. Apellyasiya şikayәti tәmin edilsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar