Məhkəmə qərarları › İş №3(3-8)-363/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-363/2026

11.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-363/2026 11.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Əhmәdov Elman Mәmmәd oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, tәlәbkar Zәrәrçәkmiş şәxs, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin müdafiәçisi – Xaçmaz şәhәr Vәkil Bürosunun vәkili Vәkil iştirakları ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-1-ci maddәsi ilә nәzәrdә tutulan inzibati xәtanı törәtmәkdә tәqsirli bilinib, barәsindә hәbs növündә inzibati tәnbeh tәdbiri tәtbiq edilmәsinә dair Xaçmaz Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından müdafiәçi Vәkil tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDI: Xaçmaz Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı ilә (hakim Nәrmin Ağazadә) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (##.##.1964-cü ildə Xaçmaz rayonu, KöhnəXaçmaz kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, işləməyən, Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində qeydiyyatda olan) Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinәrәk, 15 (on beş) gün müddәtә inzibati qaydada hәbs edilmişdir. Işin halları: Protokolu tәrtib edәn orqan icra mәmuru X1 tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-1ci maddәsi ilә ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrәli inzibati xәta haqqında protokol tәrtib olunmuşdur, ona görә ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Xaçmaz Rayon Mәhkәmәsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra sәnәdinә әsasәn 2547 manat borcu ödәmәyәrәk, icra mәmurunun tәlәbini icra etmәmiş, bununla da, o, Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmişdir. Protokol baxılmaq üçün Abşeron Rayon Mәhkәmәsinә göndәrilmiş vә mәhkәmә tәrәfindәn yuxarıda qeyd olunan qәrar qәbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Müdafiәçi Vәkil apellyasiya şikayәti verәrәk, birinci instansiya mәhkәmәsinin qәrarının lәğv edilmәsini vә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs hәbsdәn azad edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәtini onunla әsaslandırmışdır ki, hüquqlarını müdafiә etdiyi şәxs icra sәnәdinin icrasından qәrәzli yayınmamışdır. Hәtta icra mәmuruna bildirmişdir ki, qarşıdan yay mövsümü gәlir, bağlarda fәhlә kimi işlәmәklә pul qazanir, borcunu ödәyәcәk. Tәlәbkara olan borcun ödәnilmәsindәn qәrәzli olaraq boyun qaçırmamaqla, işlәdiyi yerdәn pul alb ödәyәcәyini bildirib. Icra sәnәdindәki tәlәbin üzrsüz sәbәbdәn icra mәmuru tәrәfindәn müәyyәn olunmuş müddәtdә icra edilmәmәsi әsas gәtirilmiş, lakin işin halları, ailә vәziyyәti nәzәrә alınmamışdır. Prosessual məsələlər: Apellyasiya instansiyası mәhkәmәsinin iclasında barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin müdafiәçisi Vәkil bildirdi ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs oğlu tәrәfindәn tәlәbkara olan borc tam ödәnilmişdir, odur ki, apellyasiya şikayәtinin tәmin edilmәsini, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs hәbsdәn azad edilmәsini xahiş etdi. Apellyasiya instansiyası mәhkәmәsinin iclasında tәlәbkar Zәrәrçәkmiş şәxs ona olan borcun tam ödәnildiyini qeyd edәrәk, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs hәbsdәn azad edilmәsinә etiraz etmәdiyini bildirdi. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә inzibati xәtaya dair işin materiallarını araşdırıb, proses iştirakçılarını dinlәyib, şikayәtin dәlillәrini iş materialları ilә müqayisәli şәkildә tәdqiq edәrәk, hesab edir ki, aşağıda qeyd olunanlara görә apellyasiya şikayәti tәmin edilmәli, Xaçmaz Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı lәğv edilmәlidir. Belә ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati xәta haqqında protokoldan müәyyәn edilmişdir ki, Xaçmaz Rayon Mәhkәmәsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra sәnәdinә әsasәn borclu 2547 manat borcu ödәmәyәrәk icra mәmurunun tәlәbini icra etmәmişdir. Iş materiallarında olan Xaçmaz Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı vә icra vәrәqәsindәn müәyyәn edilir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Protokolu tәrtib edәn orqan ## #### 2024-cü il tarixli icra sәnәdi üzrә kredit borcuna görә ödәnilmiş 2519 manat mәblәğindә pul vәsaiti vә icra ödәnişi kimi ödәnilmiş 228 manat pul alınaraq Zәrәrçәkmiş şәxs verilmәsi qәt edilmişdir. Iş materiallarında olan ##.##.2025-ci il tarixli “Icraata başlamaq haqqında” qәrardan müәyyәn olunur ki, Protokolu tәrtib edәn orqan icra mәmuru X1 tәrәfindәn icraata başlamaq haqqında qәrar qәbul olunmuş vә hәmin tarixdә tәlәbin könüllü icrası barәdә bildiriş tәrtib olunaraq borcluya göndәrilmişdir. Iş materiallarından görünür ki, borcluya ##.##.2025-ci il tarixli “Xәbәrdarlıq” mәktubu tәqdim edilmişdir. Iş materiallarında olan Xaçmaz Rayon Mәhkәmәsinin *(***)-****/**** nömrәli, ##.##.2025-ci il tarixli qәrarından müәyyәn edilir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası IXM-nin 528.1-ci maddәsi ilә tәqsirli bilinmiş vә barәsindә 500 manat mәblәğindә cәrimә növündә inzibati tәnbeh tәyin edilmәsi qәrara alınmışdır. Iş materiallarına әlavә edilmiş tәlәbkar Zәrәrçәkmiş şәxs ## #### 2026-cı il tarixli әrizәsindәn görünür ki, ona olan borc tam ödәnilmişdir. Icra sәnәdi üzrә icraata xitam verilmәsini xahiş edir. Iş materiallarına әlavә edilmiş Protokolu tәrtib edәn orqan ## #### 2026-cı il tarixli icraata xitam verilmәsi haqqında qәrarından görünür ki, tәlәb tam şәkildә tәmin olduğu üçün Xaçmaz Rayon Mәhkәmәsinin *(***)-***/**** nömrәli, ##.##.2025-ci il tarixli icra sәnәdinә xitam verilmişdir. Azәrbaycan Respublikası Konstitusiyasının 129-cu maddәsinin İ vә II hissәlәrinә әsasәn mәhkәmәnin qәbul etdiyi qәrarlar dövlәtin adından çıxarılır vә onların icrası mәcburidir. Mәhkәmә qәrarının icra olunmaması qanunla müәyyәn edilmiş mәsuliyyәtә sәbәb olur. Azәrbaycan Respublikası IXM-nin 528.1-ci maddәsinә әsasәn icra sәnәdindәki tәlәbin üzrsüz sәbәbdәn icra mәmuru tәrәfindәn müәyyәn olunmuş müddәtdә icra edilmәmәsinә vә ya icra mәmurunun mәhkәmә vә ya başqa dövlәt orqanlarının qәrarlarının icrası ilә әlaqәdar digәr qanuni tәlәblәrinin yerinә yetirilmәmәsinә görә fiziki şәxslәr beş yüz manatdan min manatadәk mәblәğdә cәrimә edilir vә ya işin hallarına görә, pozuntunu törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla, bir ayadәk müddәtә inzibati hәbs tәtbiq olunur, vәzifәli şәxslәr min iki yüz manatdan iki min beş yüz manatadәk mәblәğdә, hüquqi şәxslәr üç min manatdan beş min manatadәk mәblәğdә cәrimә edilir. Azәrbaycan Respublikası IXM-nin 528.1-1-ci maddәsinә әsasәn bu Mәcәllәnin 528.1-ci maddәsindә nәzәrdә tutulmuş xәtanın inzibati tәnbeh almış şәxs tәrәfindәn inzibati tәnbeh vermә haqqında qәrarın qanuni qüvvәyә mindiyi gündәn bir il әrzindә eyni icra sәnәdinә münasibәtdә tәkrar törәdilmәsinә görә - fiziki şәxslәr min manatdan min beş yüz manatadәk mәblәğdә cәrimә edilir vә ya işin hallarına görә, pozuntunu törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla iki ayadәk müddәtә inzibati hәbs tәtbiq olunur, vәzifәli şәxslәr iki min beş yüz manatdan dörd min manatadәk mәblәğdә, hüquqi şәxslәr beş min manatdan yeddi min manatadәk mәblәğdә cәrimә edilir. Azәrbaycan Respublikası IXM-nin 528-ci maddәsinin Qeyd hissәsinә әsasәn bu Mәcәllәnin 528.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmiş borclu müvafiq icra sәnәdini hәmin inzibati xәta haqqında iş üzrә mәhkәmә qәrar qәbul edәnәdәk icra etdikdә inzibati mәsuliyyәtdәn azad olunur. Azәrbaycan Respublikası IXM-nin 53.1.10-cu maddәsinә әsasәn bu Mәcәllәnin Xüsusi hissәsinin müvafiq maddәlәrinin Qeyd hissәlәrindә bilavasitә müәyyәn edilmiş hallarda inzibati xәtanı törәtmiş şәxs vurulmuş ziyanı tamamilә ödәdikdә vә zәrәrçәkmiş şәxslә barışdıqda inzibati xәta haqqında işlәr üzrә icraat başlanıla bilmәz, başlanmış icraata isә xitam verilmәlidir. Ona görә dә mәhkәmә hesab edir ki, Xaçmaz Rayon Mәhkәmәsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra sәnәdi üzrә olan borc tәlәbkara tam şәkildә ödәnildiyinә görә IXMnin 528-ci maddәsinin Qeyd hissәsinә әsasәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs inzibati mәsuliyyәtdәn azad edilmәlidir. IXM-nin 134.1.3-cü maddәsinә әsasәn bu Mәcәllәnin 135.1.5-1-ci maddәsindә nәzәrdә tutulduğu hallarda qәrarı lәğv edәrәk inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi haqqında qәrar qәbul edilir. IXM-nin 135.1.5-1-ci maddәsinә әsasәn bu Mәcәllәnin 53-cü maddәsindә nәzәrdә tutulmuş halların müәyyәn olunması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsaslardan biridir. Belәliklә, inzibati xәta haqqında işin materiallarına әlavә edilmiş sübutları bir daha tәhlil edib, barәsindә inzibati qaydada iş üzrә icraat aparılan şәxsin müdafiәçisinin şikayәti üzrә apellyasiya instansiyası mәhkәmәsindә aparılmış mәhkәmә araşdırmasının nәticәlәrinә әsaslanıb mәhkәmә hesab edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-1-ci maddәsi ilә tәqsirli bilinәrәk, inzibati qaydada hәbs edilmәsinә dair Xaçmaz Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı lәğv edilmәli, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәli vә o, inzibati mәsuliyyәtdәn azad edilmәklә hәbsdәn azad edilmәlidir. Göstәrilәnlәri vә Azәrbaycan Respublikası IXM-nin 53.1.10, 134-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Apellyasiya şikayәti tәmin edilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-1-ci maddәsindә nәzәrdә tutulan inzibati xәtanı törәtmәkdә tәqsirli bilinib, barәsindә inzibati hәbs tәnbeh tәdbiri tәtbiq edilmәsinә dair Xaçmaz Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı lәğv edilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs AR IXM-nin 528-ci maddәsinin Qeyd hissәsinә әsasәn AR IXM-nin 528.1-1-ci maddәsi ilә tәqsirli bilindiyi iş üzrә inzibati mәsuliyyәtdәn azad edilsin vә inzibati işin icraatına xitam verilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs saxlanıldığı Xaçmaz rayon polis şöbәsinin müvәqqәti saxlama yerindәn hәbsdәn azad edilsin. Qәrarın icrası Xaçmaz rayon polis şöbәsinә hәvalә edilsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar