Məhkəmə qərarları › İş №3(3-8)-364/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-364/2026

19.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-364/2026 19.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Mәmmәdov Bilal Mahir oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Nabalıyeva Aynur Akif qızının katibliyi, Azәrbaycan Respublikası Fövqәladә Hallar Nazirliyi X5i Xidmәti X4 Yanğın Nәzarәti Idarәsinin nümayәndәsi böyük inspektor, R X6 iştirakı ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 518.1-ci maddәsi ilә olan inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair Qusar Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrәli qәrarından Azәrbaycan Respublikasının Fövqәladә Hallar Nazirliyi X5i Xidmәti X4 Yanğın Nәzarәt Idarәsinin rәisi X1 tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 518.1-ci maddәsilә inzibati xәta haqqında protokol tәrtib edilәrәk baxılması üçün Qusar Rayon Mәhkәmәsinә göndәrilmişdir. Qusar Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı ilә Azәrbaycan Respublikası Fövqәladә Hallar Nazirliyi X5i Xidmәti X4 Yanğın Nәzarәti Idarәsi tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC barәsindә Azәrbaycan Respublikası IXM-nin 518.1-ci maddәsi ilә başlanılmış icraata Azәrbaycan Respublikası IXMnin 53.2-ci maddәsinә әsasәn xitam verilmişdir. (hakim Əli Cәlilov). X8 X5 Idarәsinin rәisi X1 apellyasiya şikayәti verәrәk, Qusar Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarının lәğv edilmәsini vә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC barәsindә yeni qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, qeyd olunan obyektә yanğın texniki müayinәnin aparılması haqqında qәrar qanuna әsasәn yoxlamanın başlanmasına әn azı beş iş günü qalmış kimi tәqdim edilmişdir. ## ##### 2026-cı il tarixindә planlı yanğın-texniki müayinә keçirilmiş vә aşkar edilmiş nöqsanlarla bağlı akt tәrtib edilmişdir. Tәrtib edilmiş akt Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin direktoru X2 tәrәfindәn imzalanmış vә aktın izahat hissәsindә qeyd olunan nöqsanları aradan qaldıracağına dair fikir bildirmişdir. Aşkar edilmiş nöqsanlarla bağlı IXM-in 518.1-ci maddәsi ilә tәrtib edilmiş MN ******* nömrәli inzibati xәta haqqında protokola imza etmiş vә izahat hissәsindә qeyd olunan nöqsanları aradan qaldıracağına dair fikir bildirmişdir. “Sahibkarlıq sahәsindә aparılan yoxlamaların tәnzimlәnmәsi vә sahibkarların maraqlarının müdafiәsi haqqında” Azәrbaycan Respublikasının Qanununun 20.3-cü maddәsinә әsasәn Sahibkar vә ya onun sәlahiyyәtli nümayәndәsi yoxlama prosesindә yoxlamaya aid sәnәdlәri yoxlayıcıya tәqdim etmәli vә yoxlama zamanı yaranan suallara şifahi vә (vә ya) yazılı izahatlar vermәli, habelә tәhrif olunmuş vә ya yanlış mәlumat vermәmәlidir. Götürülmüş sәnәdlәrin әsli yoxlayıcı tәrәfindәn yoxlama zamanı vә ya yoxlama bitdikdәn dәrhal sonra yoxlama aktının nüsxәsi ilә birlikdә sahibkara vә ya onun sәlahiyyәtli nümayәndәsinә qaytarılmalıdır. Lakin Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin direktoru X2 obyektin icarәyә verilmәsi haqqında heç bir sәnәd tәqdim etmәmişdir. Mәhkәmә prosesindә ## ##### 2026-cı il tarixli müqavilә tәqdim etmişdir. Müqavilә ilә isә vәtәndaş kimi özünә icarәyә vermişdir. (Direktor vә vәtәndaş, yәni icarәdar eyni şәxsdir). Qeyd olunan müqavilәnin qeydiyyat nömrәsi vә notarial qaydada tәsdiqi yoxdur. Qusar Rayon Mәhkәmәsi tәrәfindәn iclasda idarәnin әmәkdaşına qarşı tәrәfin iştirakı olmadan baxışın keçirilmәsi barәdә әrizә alınmış vә 350 manat mәblәğindә şәrti olaraq cәrimә olunacağı bildirilmişdir. Lakin ##.##.2026-cı il tarixindә X4 Yanğın Nәzarәti Idarәsinin X11 portalına xitam qәrarı göndәrilmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Apellyasiya instansiyası mәhkәmәsinin iclasında inzibati xәta haqqında protokolu tәrtib etmiş şәxsin nümayәndәsi X6 apellyasiya şikayәtinin dәlillәrinә uyğun çıxış edәrәk birinci instansiya mәhkәmәsinin qәrarının lәğv edilmәsini xahiş etmişdir. Mәhkәmә iclasının vaxtı vә yeri barәdә lazımi qaydada mәlumat verilmәsinә baxmayaraq barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin nümayәndәsi mәhkәmә iclasına gәlmәmişdir. Mәhkәmә nümayәndәnin iştirakı olmadan mәhkәmә iclasının keçirilmәsini mümkün hesab etmişdir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn, inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya mәhkәmәsi proses iştirakçısının izahatını dinlәyib, inzibati xәta haqqında iş üzrә icraat materiallarını araşdırıb, şikayәtin dәlillәrini öyrәnәrәk belә qәnaәtә gәlir ki, birinci instansiya mәhkәmәsinin mübahisәlәndirilәn qәrarı lәğv edilmәli, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC Azәrbaycan Respublikası IXM-in 518.1-ci maddәsi ilә tәqsirli bilinib barәsindә inzibati tәnbeh tәdbiri tәtbiq edilmәlidir. Belə ki, iş materiallarında olan: Azәrbaycan Respublikası Fövqәladә Hallar Nazirliyi X5i Xidmәti X4 Yanğın Nәzarәti Idarәsinin ##.##.2026-cı il tarixli, *-**-**/Q-***/**** nömrәli qәrarından görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-dә plan üzrә (növbәti) yoxlamanın aparılması qәrara alınmışdır. “Sahibkarlıq sahәsindә aparılan yoxlamaların vahid mәlumat reyestri”ndәn ##.##.2026-cı il tarixli KY********* nömrәli çıxarışdan görünür ki, ##.##.2026-##.##.2026-cı il tarixәdәk Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-dә “Yanğın tәhlükәsizliyi haqqında” Qanunun tәlәblәrinә riayәt edilib-edilmәmәsinin yoxlanılması planlaşdırılmışdır. ## ##### 2026-cı il tarixli *** nömrәli Yanğın-texniki müayinә aktından görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-dә aparılmış müayinә (YTM) zamanı aşkar edilmiş qanun pozuntularının mәzmunu aşağıdakı kimidir:

1. Işçilәr yanğına qarşı tәlimatlandırılmayıb (YTQ 01-2001 bәnd 1.9.3).

2. Daxili elektrik naqillәrinin izolyasiyalarının gәrginliyinә qarşı müqavimәtlәrinin ölçülmәsi barәdә mütәxәssis aktı tәrtib edilmәmişdir (YTQ 01-2001 bәnd 6.5).

3. Bina avtomatik yanğın xәbәrverici siqnalizasiya qurğuları ilә tәmin edilmәmişdir (YTQ 01-2001 bәnd 9.3).

4. Obyekt ilkin yanğınsöndürmә lәvazimatları ilә tәmin edilmәmişdir (YTQ 01-2001 bәnd 10.4).

5. Obyektin layihә sәnәdlәrinin FHN DYNX ilә razılaşdırılması barәdә sәnәd tәqdim edilmәmişdir. ##.##.2026-cı il tarixli MN ******* nömrәli, inzibati xәta haqqında protokoldan görünür ki, ##.##.2026-cı il tarixdә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin istifadәsindә olan Qusar rayonu, Samur qәsәbәsindә yerlәşәn “Azercell” mağazasına keçirilәn diqqәtli YTM zamanı Azәrbaycan Respublikasının YTQ 01-2001 1.9.3; 6.5; 9.3 vә 10.4-cü bәndlәrinin tәlәblәri pozulmuşdur. Qeyd olunan Yanğın-texniki müayinә aktı vә elәcә dә inzibati xәta haqqında protokol Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin direktoru X2 tәrәfindәn imzalanaraq qeyd olunan nöqsanların aradan qaldırılacağına dair qeydlәr edilmişdir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin direktoru X2 tәrәfindәn birinci instansiya mәhkәmәsinin iclasında tәqdim edilmiş ##.##.2026-cı il tarixli Icarә müqavilәsinin 5-ci bәndindәn görünür ki, icarә müddәti әrzindә obyektdә aparılan daxili vә xarici tәmir işlәri, elektrik işlәri, su kanalizasiya işlәri, havalndırma vә kondisioner sistemlәri, tәhlükәsizlik kameraları, siqanlizasiya sistemlәri, yanğın tәhlükәsizlik sistemlәri, vitrin, qapı vә pәncәrә dәyişikliklәri, internet vә rabitә xәtlәri, obyektin fәaliyyәtinә lazım olan digәr bütün texniki vә tikinti işlәri tam şәkildә Icarәdarın, yәni X2 öhdәliyindәdir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn, yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizlik) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur vә tәnbeh edilir. Hәmin Mәcәllәnin 12-ci maddәsinә әsasәn bu Mәcәllә ilә qorunan ictimai münasibәtlәrә qәsd edәn, hüquqazidd olan, tәqsirli sayılan (qәsdәn vә ya ehtiyatsızlıqdan törәdilәn) vә inzibati mәsuliyyәtә sәbәb olan әmәl (hәrәkәt vә ya hәrәkәtsizlik) inzibati xәta hesab olunur. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 48-ci maddәsinә әsasәn inzibati xәta haqqında hәr bir işin hallarının vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә araşdırılması inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәrinә aid edilmişdir. Azәrbaycan Respublikasının IXM-nin 75.0.3-cü maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәrin icraatı üzrә inzibati xәta törәtmәkdә şәxsin tәqsiri müәyyәn edilmәlidir. Inzibati Xәtalar Mәcәllәsinin 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olubolmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqanın (qurumun) informasiya sistemindә, habelә digәr dövlәt informasiya sistemlәrindә (ehtiyatlarında) aşkar olunan mәlumatlarla, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. Qeyd olunan Mәcәllәnin 84.1-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәrә baxan hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) işin bütün hallarının mәcmusunun hәrtәrәfli, tam vә obyektiv surәtdә baxılmasına әsaslanan öz daxili inamı ilә sübutları qiymәtlәndirir. Birinci instansiya mәhkәmәsi ##.##.2026-cı il tarixli icarә müqavilәsini hazırki iş üzrә mötәbәr sübut qismindә qәbul edәrәk hesab etmişdir ki, hәmin icarә müqavilәsi ilә yanğın tәhlüklәsizlik sistemlәrinin qurulması öhdәliyi hüquqi şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-yә deyil, fiziki şәxs X2 aiddir. Belә olduğu tәqdirdә mәhkәmә hüquqi şәxsin hal-hazırki iş üzrә inzibati xәtaya heç bir aidiyyәti yoxdur. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC barәsindә hazırki inzibati xәta haqqında iş üzrә icraata onun inzibati xәtanın törәdilmәsinә aidiyyәti olmadığından xitam verilmәlidir. Apellyasiya mәhkәmәsi şikayәtin dәlillәrinә hüquqi qiymәt verәrәk, hәmin dәlillәri әsaslı hesab edir. Belә ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin Azәrbaycan Respublikası IXM-in 518.1-ci maddәsi ilә tәqsirli olması iş materallarında olan sübutlarla – Yanğın-texniki müayinә aktı vә inzibati xәta haqqında protokol ilә tam tәsdiq edilir. xxxx Talıbov özü sözügedәn sәnәdlәri imzalayaraq, aşkar edilmiş pozuntularının aradan qaldırılacağını şәxsәn qeyd etmişdir. Bundan başqa, iş materiallarına әlavә edilmiş icarә müqavilәsinin hüquqi tәhlili göstәrir ki, müqavilә üzrә hәm icarәyә verәn hüquqi şәxsin qanuni tәmsilçisi (direktoru), hәm dә icarәdar eyni subyektdir. Bu hal Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 359.3-cü maddәsinin imperativ tәlәbinә ziddir. Belә ki, Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 359.3-cü maddәsinә әsasәn tәmsilçi tәmsil edilәn adından şәxsәn özü barәsindә әqdlәr bağlaya bilmәz. O, hәmçinin, kommersiya tәmsilçiliyi halı vә qiymәtli kağızlar bazarında investisiya şirkәti fәaliyyәti istisna olmaqla, eyni zamanda tәmsilçisi olduğu şәxs barәsindә bu cür әqdlәr bağlaya bilmәz. Göründüyü kimi qeyd olunan normaya әsasәn, tәmsilçinin tәmsil edilәn adından şәxsәn özü barәsindә әqdlәr bağlaması qәti şәkildә qadağan olunur. Şirkәt direktoru hüquqi şәxsin qanuni tәmsilçisi qismindә onun maraqlarını üstün tutmağa borclu olduğu halda, eyni müqavilәdә qarşı tәrәf (icarәdar) kimi çıxış etmәklә tәrәflәrin real bәrabәrliyi vә iradә sәrbәstliyi prinsipi pozulmuşdur. Qanunvericilikdә nәzәrdә tutulmuş istisnalar (kommersiya tәmsilçiliyi vә investisiya şirkәti fәaliyyәti) bu münasibәtlәrә şamil edilmәdiyindәn, sözügedәn müqavilә qanunun mütlәq qadağası pozulmaqla bağlanmış vә elә yarandığı andan hüquqi nәticә doğurmayan әhәmiyyәtsiz әqd hesab edilmәlidir. Azәrbaycan Respublikası MM-in 337.1-ci maddәsinә әsasәn bu Mәcәllәdә müәyyәnlәşdirilmiş şәrtlәri pozmaqla bağlanmış әqd etibarsızdır. Etibarsız әqdlәr mübahisә edilәn әqdlәr vә ya әhәmiyyәtsiz әqdlәr ola bilәr. Hәmin Mәcәllәnin 337.3-cü maddәsinә әsasәn әhәmiyyәtsiz әqd mәhkәmә tәrәfindәn etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündә etibarsız olan әqddir. Mәhkәmә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin nümayәndәsi X2 tәrәfindәn heç bir hüquqi әsası olmayan ##.##.2026-cı il tarixli icarә müqavilәsinin tәqdim edilmәsini inzibati mәsuliyyәtdәn yayınmaq cәhdi kimi qiymәtlәndirir vә belә bir halı da diqqәtdәn qaçırmır ki, X3 X7 Nәzarәt Idarәsinin әmәkdaşları tәrәfindәn akt tәrtib olunarkәn hәmin akta imza etmiş vә belә bir müqavilәnin mövcudluğu barәdә yoxlama aparan dövlәt orqanına heç bir mәlumat vermәmişdir. Yuxarıda qeyd olunanlara әsasәn apellyasiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәrini әsaslı hesab edәrәk belә qәnaәtә gәlir ki, birinci instansiya mәhkәmәsi düzgün olmayan nәticәyә gәlmişdir. Belә ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC tәrәfindәn yanğın tәhlükәsizliyi qaydalarının tәlәblәrinin pozulması iş materialları tam tәsdiq edilir. “Yanğın tәhlükәsizliyi haqqında” Azәrbaycan Respublikası Qanununun 1-ci maddәsinin 5-ci bәndinә әsasәn yanğın tәhlükәsizliyi tәlәblәri — yanğın tәhlükәsizliyini tәmin etmәk mәqsәdi ilә Azәrbaycan Respublikasının qanunvericiliyi ilә müәyyәnlәşdirilmiş sosial vә texniki xarakterli xüsusi şәrtdir; Hәmin qanunun 6-cı bәndinә әsasәn yanğın tәhlükәsizliyi tәlәblәrinin pozulması — yanğın tәhlükәsizliyi tәlәblәrinin yerinә yetirilmәmәsi vә ya lazımınca yerinә yetirilmәmәsidir. Hәmin qanunun 3-cü maddәsinә әsasәn dövlәt yanğın tәhlükәsizliyi standartlarının, normalarının, qaydalarının vә yanğın tәhlükәsizliyinә dair normativ hüquqi aktların qәbul edilmәsi vә onların icrasına nәzarәt olunması; (burada «müvafiq icra hakimiyyәti orqanı»nın sәlahiyyәtlәrini Azәrbaycan Respublikasının Fövqәladә Hallar Nazirliyi hәyata keçirir) Hәmin qanunun 13-cü maddәsinә әsasәn yanğın tәhlükәsizliyi sahәsindә normativ hüquqi tәnzimlәmә sәlahiyyәtli dövlәt orqanları tәrәfindәn yanğın tәhlükәsizliyinә dair normativ hüquqi aktların(normativ sәnәdlәrin) qәbul edilmәsindәn ibarәtdir.Yanğın tәhlükәsizliyinә dair normativ sәnәdlәrә yanğın tәhlükәsizliyi standartları, normaları vә qaydaları, tәlimatlar, yanğın tәhlükәsizliyi tәlәblәrinin göstәrildiyi başqa aktlar aiddir. Hәmin qanunun 36-cı maddәsinә әssәn bu Qanunun pozulmasına görә vәzifәli şәxslәr vә vәtәndaşlar Azәrbaycan Respublikasının qanunvericiliyi ilә nәzәrdә tutulmuş qaydada mәsuliyyәt daşıyırlar. “Azәrbaycan Respublikasında yanğın tәhlükәsizliyi” Qaydalarının 1.9-cu bәndinә әsasәn Azәrbaycan Respublikası әrazisindә yerlәşәn hüquqi şәxslәr (müәssisәlәr), yanğın tәhlükәsizliyi tәlәblәrinin yerinә yetirilmәsinin tәmin edilmәsi sahәsindә aşağıdakı vәzifәlәri yerinә yetirmәlidirlәr: 1.9.3. Yanğına qarşı tәbliğat aparılaq, habelә öz işçilәrinә yanğın tәhlükәsizliyi tәdbirlәrini öyrәtmәk. Qaydaların 6.5-ci bәndinә әsasәn elektrik qurğularının istismarı zamanı aşağıdakılar qadağan olunur: - elektrik aparatlarını vә cihazlarını onu hazırlayan müәssisәnin tövsiyyәlәrinә (tәlimatlarına) uyğun olmayan şәraitdә vә ya yanğına sәbәb ola bilәn nasazlığı olduqda istifadә etmәk, elәcә dә örtüyü (izolyasiyası) zәdәlәnmiş vә ya sıradan çıxmış naqillәri vә kabellәri istismar etmәk; - nasaz elektrik qurğularından istifadә etmәk; - elektrik lampasını vә işıqlandırıcısını kağıza, parçaya vә digәr yanar materiallara bükmәk, elәcә dә ondan mühafizә qapağı örtük (plafonu) çıxarıldıqda istifadә etmәk; - dayağı yanmayan materiallardan olmayan elektrik ütülәrindәn, elektrik çaydanlarından vә digәr elektrik qızdırıcı cihazlarından istifadә etmәk; - standartlara uyğun olmayan (qeyri standart) elektrik istilik cihazlarından, düzgün seçilmәmiş әriyәn qoruyuculardan, qısa qapanmadan vә artıq yüklәnmәdәn mühafizә edәn digәr (әldәqayırma) aparatlardan istifadә etmәk; - magistral kabel xәttlәrini vә elektrik naqillәrinin anbar otaqlarından, yanğın tәhlükәli vә yanğın partlayış tәhlükәli zonalardan tranzit (birbaşa) çәkmәk; - elektrik qızdırıcı cihazlarını, televizorları, radio qәbuledicilәrini vә.s qurğuları şәbәkәyә qoşulu halda nәzarәtsiz qoymaq. Qaydaların 9.3-cü bәndinә әsasәn yanğın avtomatika qurğuları layihә sәnәdlәrinә uyğun olmalı, daima hazır vә saz vәziyyәtdә saxlanılmalıdır. Norma vә qaydalarda göstәrilәn hallardan başqa, qurğuların “avtomatik işәdüşmә” sistemindәn “әl ilә işәsalma” sisteminә keçirilmәsi qadağandır. Qaydaların 10.4-cü bәndinә әsasәn otaq, bina vә tikililәr normalara uyğun olaraq, ilkin yanğınsöndürmә vәsaitlәri ilә tәmin edilmәlidirlәr. Müvafiq sertifikatları olmayan yanğınsöndürmә vәsaitlәrinin istifadәsinә yol verilmir. Azәrbaycan Respublikası IXM-in 518.1-ci maddәsinә әsasәn mülkiyyәt formasından asılı olmayaraq müәssisә, idarә vә tәşkilatlarda, ictimai yerlәrdә, anbarlarda, yataqxanalarda vә ya digәr yaşayış sahәlәrindә, meşәlәrdә vә nәqliyyatda yanğın tәhlükәsizliyi standartlarının, normalarının vә qaydalarının tәlәblәrinin pozulmasına vә ya yerinә yetirilmәmәsinә görә - fiziki şәxslәrә xәbәrdarlıq edilir vә ya onlar iyirmi manatdan otuz manatadәk mәblәğdә cәrimә edilir, vәzifәli şәxslәrә xәbәrdarlıq edilir vә ya onlar yüz manatdan yüz әlli manatadәk mәblәğdә, hüquqi şәxslәr üç yüz әlli manatdan beş yüz manatadәk mәblәğdә cәrimә edilir. Azәrbaycan Respublikası IXM-nin 9.1-ci maddәsinә görә, inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. Azәrbaycan Respublikası IXM-nin 18.1-ci maddәsinә әsasәn hüquqi şәxslәr, o cümlәdәn xarici hüquqi şәxslәr vә xarici hüquqi şәxslәrin filial vә nümayәndәliklәri bu Mәcәllәnin Xüsusi hissәsindә nәzәrdә tutulmuş inzibati xәtalara görә inzibati mәsuliyyәtә cәlb olunurlar. Azәrbaycan Respublikası IXM-nin 18.5-ci maddәsinә әsasәn hüquqi şәxs barәsindә inzibati tәnbeh yalnız hakim tәrәfindәn tәtbiq edilir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 21 vә 31.1-ci maddәlәrinә әsasәn inzibati tәnbeh inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır vә bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. Azәrbaycan Respublikası IXM-nin 31.3-cü maddәsinә әsasәn hüquqi şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, inzibati xәtanın xarakteri, inzibati xәta nәticәsindә hüquqi şәxsin әldә etdiyi xeyrin hәcmi vә ya onun maraqlarının tәmin edilmәsinin xarakteri vә dәrәcәsi, hüquqi şәxsi xarakterizә edәn hallar, o cümlәdәn onun maliyyә vә әmlak vәziyyәti, xeyriyyәçilik vә ya digәr ictimai faydalı fәaliyyәtlә mәşğul olması, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin mәsuliyyәtini yüngüllәşdirәn vә ağırlaşdıran hallar müәyyәn edilmәdi. Göstәrilәnlәri nәzәrә alaraq apellyasiya mәhkәmәsi belә qәnatә gәlir ki, apellyasiya şikayәti tәmin edilmәli, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 518.1-ci maddәsi ilә olan inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair Qusar Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı apellyasiya şikayәtinә әsasәn lәğv edilmәli vә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC (VÖEN **********) Azәrbaycan Respublikası IXM-nin 518.1-ci maddәsi ilә inzibati xәta törәtmәkdә tәqsirli bilinmәli vә barәsindә 450 (dörd yüz әlli) manat mәblәğindә cәrimә növündә inzibati tәnbeh tәdbiri tәtbiq edilmәlidir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1.2-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәbul edilmiş qәrardan şikayәt vә ya protestә baxılarkәn bu Mәcәllәnin 135.1.2–135.1.5-ci maddәlәri ilә müәyyәn edilmiş hallarda qәrarın dәyişdirilmәsi haqqında vә ya qәrarı lәğv edәrәk yeni qәrarın çıxarılması haqqında qәrar qәbul edilir. Azәrbaycan Respublikası IXM-nin 135.1.2-ci maddәsinә әsasәn hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) gәldiyi nәticәlәrin işin faktiki hallarına uyğun olmaması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsasdır. Göstәrilәnlәri vә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1.2 vә 135.1.2-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә

QƏRARA ALDİ:

Apellyasiya şikayәti tәmin edilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 518.1-ci maddәsi ilә olan inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair Qusar Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrәli qәrarı apellyasiya şikayәtinә әsasәn lәğv edilsin. Iş üzrә yeni qәrar qәbul edilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC (VÖEN **********) Azәrbaycan Respublikasının IXM-nin 518.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinsin vә barәsindә 450 (dörd yüz әlli) manat mәblәğindә cәrimә növündә inzibati tәnbeh tәdbiri tәtbiq edilsin. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan şikayәt vә ya protest verilә bilmәz.

Hakim: Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar