Məhkəmə qərarları › İş №3(3-8)-365/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-365/2026

23.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-365/2026 23.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Rzayev Mәhәmmәdәli Əsәd oğlunun sәdrliyi, Hacıyeva Aytәkin Qurban qızının katibliyi, Qәrardan şikayәt vermiş şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) iştirakı ilә, Qәrardan şikayәt verәn orqan (şәxs) Sәfәrbәrlik vә Hәrbi Xidmәtә Çağırış üzrә Dövlәt Xidmәtinin Xaçmaz rayon şöbәsinin ## #### 2026-cı il tarixli inzibati tәnbeh vermә haqqında qәrarından verdiyi şikayәtin tәmin edilmәmәsinә dair Xaçmaz Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Qәrardan şikayәt verәn orqan (şәxs) Xaçmaz Rayon Mәhkәmәsinә şikayәt әrizәsi ilә müraciәt edәrәk Sәfәrbәrlik vә Hәrbi Xidmәtә Çağırış üzrә Dövlәt Xidmәtinin Xaçmaz rayon şöbәsinin ## #### 2026-cı il tarixli inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsini vә iş üzrә icraata xitam verilmәsi barәdә qәrar çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı ilә (hakim Sәrxan Sәmәdzadә) şikayәt tәmin edilmәmiş vә inzibati tәnbeh vermә haqqında qәrar dәyişdirilmәdәn saxlanılmışdır. Qәrarla razılaşmayan Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәti verәrәk, mübahisәli qәrarın lәğv edilmәsini vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, o Türkiyәdә tәhsil alır. 2024-2025-ci il tarixlәrdә hәmin tәhsil arayışını (forma 10) Sәfәrbәrlik vә Hәrbi Xidmәtә Çağırış üzrә Dövlәt Xidmәtinin Xaçmaz RŞ-nә tәqdim etmәyisinә baxmayaraq qeydiyyata salınmamışdır. Qeyd edir ki, Türkiyәdәn 2026-cı ilin fevral ayında gәlmişdir. Sәfәrbәrlik vә Hәrbi Xidmәtә Çağırış üzrә Dövlәt Xidmәtinin Xaçmaz RŞ-i ona vә yaxudda ailәsinә heç bir bildiriş göndәrmәdәn onu 300 manat (üç yüz) cәrimә etmişdir. Qәrar әsassız olaraq vә qәrәzli yazılmışdır. Halbuki o vaxtilә tәhsil arayışı tәqdim etmiş, lakin qeydiyyata salınmamışdır. Eyni zamanda heç bir xәbәrdarlıq olmadan, bildiriş olmadan cәrimә edilmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Apellyasiya mәhkәmәsindә qәrardan şikayәt vermiş şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәtinin dәlillәrinә uyğun çıxış edәrәk bildirdi ki, o Sәfәrbәrlik Xidmәtinә sәnәd tәqdim etmişdir. Ondan sәnәdi götürüb heç bir mesaj göndәrilmәdәn vә çağırış vәrәqәsi verilmәdәn barәmdә tәdbir görülmüşdür. O, ölkәyә qayıdanda sәhәri gün Sәfәrbәrlik Xidmәtinә gedәrәk tәhsili dondurduğunu vә hәrbi xidmәtә yollanacağını demişdir. Ona sms bildiriş göndәrildiyi deyilsә dә, telefonuna heç bir sms bildiriş göndәrilmәmişdir. Hәmçinin evinә dә bildiriş göndәrilmәmişdir. Mәhkәmә iclasının vaxtı vә yeri barәdә lazımi qaydada xәbәrdar olunsa da, Sәfәrbәrlik vә Hәrbi Xidmәtә Çağırış üzrә Dövlәt Xidmәtinin Xaçmaz rayon şöbәsinin nümayәndәsi mәhkәmә iclasına gәlmәmişlәr, mәhkәmә Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinә әsasәn nümayәndәnin iştirakı olmadan materiala baxılmasını mümkün hesab etmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn, inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya mәhkәmәsi inzibati xәta haqqında iş üzrә icraat materiallarını araşdırıb, şikayәt vermiş şәxsi dinlәyib, apellyasiya şikayәtinin dәlillәrini öyrәnәrәk belә qәnaәtә gәlir ki, aşağıdakı әsaslara görә verilmiş apellyasiya şikayәt qismәn tәmin edilmәli, Xaçmaz Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı lәğv edilmәli vә material yenidәn baxılması üçün Xaçmaz Rayon Mәhkәmәsinә göndәrilmәlidir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 606.3-cü maddәsinә әsasәn çağırışçıların vә hәrbi vәzifәlilәrin bu Mәcәllәnin 604-cü maddәsindә nәzәrdә tutulan hal istisna olmaqla, qanunla nәzәrdә tutulmuş hallarda hәqiqi hәrbi xidmәtә çağırış, tibbi müayinә (tibbi şәhadәtlәndirilmә), hәrbi hissәlәrә tәhkim edilmә, müvafiq toplanışlarla әlaqәdar çağırış üzrә müvafiq icra hakimiyyәti orqanına üzrlü sәbәblәr olmadan gәlmәmәsinә görә inzibati mәsuliyyәtә sәbәb olur. Azәrbaycan Respublikası “Hәrbi vәzifә vә hәrbi xidmәt haqqında” ## ###### 2011-ci il tarixli qanunun 2.0.15-ci bәndinә әsasәn 2.0.8-ci bәndinә әsasәn çağırışçılar – ilkin hәrbi qeydiyyata alınmış vә ya alınmalı olan müddәtli hәqiqi hәrbi xidmәt keçmәmiş 18 yaşından 30 yaşınadәk Azәrbaycan Respublikasının kişi cinsli vәtәndaşlarıdır. Çağırış vәrәqәsi – vәtәndaşların hәrbi vәzifәlәri barәdә müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqan (qurum) tәrәfindәn elektron kabinet vasitәsilә, bu mümkün olmadıqda isә digәr vasitәlәrlә (poçt rabitәsi, elektron poçt vә ya şәxsәn tәqdim olunmaqla) mәlumatlandırılmasını nәzәrdә tutan rәsmi sәnәddir. Hәrbi vәzifә – qanunvericiliklә nәzәrdә tutulmuş qaydada Azәrbaycan Respublikası vәtәndaşlarının hәrbi qeydiyyatı, çağırışaqәdәrki hazırlığı, hәrbi xidmәtә çağırışı (o cümlәdәn tibbi müayinәdәn keçmәsi (tibbi şәhadәtlәndirilmәsi), çağırış üzrә vә könüllü hәrbi xidmәtkeçmәsi, ehtiyatda olması, toplanışlara çağırışı vә toplanış keçmәsi, sәfәrbәrlik üzrә vәzifәlәrin yerinә yetirilmәsidir. 12.4. Vәtәndaşların müddәtli hәqiqi hәrbi xidmәtә çağırılması haqqında müvafiq icra hakimiyyәti orqanının aktı qüvvәyә mindikdәn sonra müddәtli hәqiqi hәrbi xidmәt keçmәmiş, müddәtli hәqiqi hәrbi xidmәtә çağırışa möhlәt hüququ olmayan vә ya müddәtli hәqiqi hәrbi xidmәtә çağırışdan azad edilmәyәn çağırışçılar çağırış vәrәqәsindә göstәrilәnlәr nәzәrә alınmaqla yaşayış yeri vә ya olduğu yer üzrә hәrbi qeydiyyatda olduğu, hәrbi qeydiyyatda olmayan çağırışçılar isә yaşayış yeri üzrә müvafiq icra hakimiyyәti orqanına gәlmәlidirlәr. Çağırış vәrәqәsi elektron formada vәtәndaşın elektron kabinetinә yerlәşdirildiyi vә bu barәdә SMS mәlumat çatdırıldığı vә ya şәxs digәr vasitәlәrlә mәlumatlandırıldığı andan etibarәn çağırışçı mәlumatlandırılmış hesab olunur. 21.3. Çağırışçılar tәhsil almaları haqqında rәsmi sәnәdi çağırışa cәlb edildiyi ayadәk müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqana (quruma) tәqdim etmәdikdә ümumi әsaslarla müddәtli hәqiqi hәrbi xidmәtә çağırılırlar. Belә ki, ## #### 2026-cı il tarixli MN ******* saylı inzibati cәrimәnin tәtbiq edilmәsi haqqında qәrardan görünür ki, Qәrardan şikayәt verәn orqan (şәxs) öz sәhlәnkarlığından tәhsil arayışını (forma 10) Sәfәrbәrlik vә Hәrbi Xidmәtә Çağırış üzrә Dövlәt Xidmәtinin Xaçmaz rayon şöbәsinә vaxtında tәqdim etmәdiyinә görә 300 manat mәblәğindә cәrimә olunmuşdur. Apellyasiya mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsinin hakimi tәrәfindәn mühüm әhәmiyyәt kәsb edәn hallar tam vә hәrtәrәfli araşdırılmadan, inzibati mәsuliyyәtә cәlb edilmәnin әsası olan qanunvericiliyin tәlәblәrinә riayәt edilmәdәn Qәrardan şikayәt verәn orqan (şәxs) Sәfәrbәrlik vә Hәrbi Xidmәtә Çağırış üzrә Dövlәt Xidmәtinin Xaçmaz rayon şöbәsinin ## #### 2026-cı il tarixli inzibati tәnbeh vermә haqqında qәrarından verdiyi şikayәtin tәmin edilmәmәsinә dair nәticәyә gәlinmişdir. Apellyasiya Mәhkәmәsi qeyd edir ki, işin hallarından göründüyü kimi, inzibati mәsuliyyәtә cәlb olunan Qәrardan şikayәt verәn orqan (şәxs) Elşәn oğlunun faktiki vәziyyәti, o cümlәdәn onun 2025-2026-cı tәdris ilindә hәqiqәtәn tәlәbә olub-olmaması, habelә tәhsil müәssisәsindәn xaric edilib-edilmәmәsi halları birinci instansiya mәhkәmәsi tәrәfindәn hüquqi qiymәtlәndirilmәnin predmeti olmamışdır. Bununla yanaşı, vәtәndaşa çağırışa gәlmә barәdә qanunla nәzәrdә tutulmuş hansı qaydada mәlumat verilmәsi, bununla bağlı ona rәsmi kağız daşıyıcıda bildirişin tәqdim edilib-edilmәmәsi, yaxud SMS vә ya telefon zәngi vasitәsilә mәlumatın çatdırılıb-çatdırılmaması halları mәhkәmә tәrәfindәn yoxlanılmamışdır. Əgәr şәxs faktiki olaraq tәhsilini davam etdiribsә vә qanunla möhlәt hüququna malik olubsa, İXM-in 606.3-cü maddәsindә nәzәrdә tutulan "üzrlü sәbәblәr olmadan gәlmәmә" xәtası kimi qiymәtlәndirmәnin qanuni әsası yoxdur. Belә ki, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) Elşәn oğlu tәhsilini 2026-cı ilin fevral ayında dayandırdığını vә dәrhal sonra — 2026-cı ilin aprel ayı çağırışı ilә hәqiqi hәrbi xidmәtә könüllü getmәk istәmәsi barәdә rәsmi әrizә ilә müraciәt etdiyini bildirmişdir. Xüsusilә vurğulanmalıdır ki, Qәrardan şikayәt verәn orqan (şәxs) Elşәn oğlunun çağırış mәntәqәsindәki şәxsi işindә mövcud olan, onun tәhsil statusunu vә hәrbi vәzifәsini tәnzimlәyәn yuxarıda göstәrilәn rәsmi arayışlar, habelә iş üçün mühüm әhәmiyyәt kәsb edәn digәr zәruri mәlumat vә sәnәdlәr inzibati xәta haqqında iş materiallarına әlavә edilmәmişdir. Bu isә işin hallarının formal qiymәtlәndirilmәsinә yol açmışdır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 48-ci maddәsinә әsasәn inzibati xәta haqqında hәr bir işin hallarının vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә araşdırılması inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәrinә aid edilmişdir. Qeyd olunanlara әsasәn, apellyasiya instansiyası mәhkәmәsi belә qәnatә gәlir ki, Xaçmaz Rayon Mәhkәmәsi Azәrbaycan Respublikası İXM-nin 48-ci maddәsinin tәlәblәrini pozaraq işin hallarını hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaq üçün lazımi tәdbirlәr görmәdiyindәn, hazırki inzibati xәta haqqında iş üzrә qәrar işin hallarının tam vә hәrtәrәfli şәkildә araşdırılmaması ilә bağlı әsaslı vә qanuni hesab edilә bilmәz. Bu sәbәbә görәdә Xaçmaz Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı lәğv edilmәli vә inzibati xәta haqqında iş yenidәn baxılması üçün Xaçmaz Rayon Mәhkәmәsinә göndәrilmәlidir. İşә yenidәn baxılarkәn yuxarıda qeyd edilәnlәrlә yanaşı işin digәr halları araşdırılmalı, nәticәsindәn asılı olaraq iş üzrә qәrar qәbul edilmәlidir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1.4-cü maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq bu Mәcәllәnin 135.1.1 vә 135.1.6-cı maddәlәri ilә müәyyәn edilmiş hallarda qәrarın lәğv edilmәsi vә inzibati xәta haqqında işin yenidәn baxılmaq üçün hakimә, sәlahiyyәtli orqana (vәzifәli şәxsә) göndәrilmәsi haqqında qәrar qәbul edilir. Azәrbaycan Respublikası İXM-nin 135.1.1-ci maddәsindә әsasәn hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) gәldiyi nәticәlәr üzrә mühüm әhәmiyyәt kәsb edәn bütün faktiki halların araşdırılmaması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsasdır. Göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1, 134.1.4-cü vә 136-cı maddәlәrini rәhbәr tutaraq mәhkәmә, Q Ə R A R A A L D İ: Apellyasiya şikayәti qismәn tәmin edilsin. Qәrardan şikayәt verәn orqan (şәxs) Sәfәrbәrlik vә Hәrbi Xidmәtә Çağırış üzrә Dövlәt Xidmәtinin Xaçmaz rayon şöbәsinin ## #### 2026-cı il tarixli inzibati tәnbeh vermә haqqında qәrarından verdiyi şikayәtin tәmin edilmәmәsinә dair Xaçmaz Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı lәğv edilsin. İşә yenidәn baxılması üçün material Xaçmaz rayon Mәhkәmәsinә, yeni mәhkәmә baxışına göndәrilsin. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrar qәtidir, ondan şikayәt vә ya protest verilә bilmәz. Hakim: Məhəmmədəli Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar