Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-366/2026 22.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Əhmәdov Elman Mәmmәd oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi ilә Xaçmaz Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDI: Xaçmaz Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı ilә Azәrbaycan Respublikası Dövlәt Gömrük Kömitәsinin Xaçmaz Gömrük Idarәsinin rәisi X1 tәrәfindәn ## ##### 2026-cı il il tarixdә qәbul edilmiş *****/***** nömrәli inzibati tәnbeh vermә haqqında qәrardan Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş şikayәt tәmin edilmәmişdir (hakim Samir Bayramov). Işin halları: Azәrbaycan Respublikası Dövlәt Gömrük Kömitәsinin Xaçmaz Gömrük Idarәsinin rәisi X1 tәrәfindәn ## ##### 2026-cı il il tarixdә qәbul edilmiş *****/***** nömrәli inzibati tәnbeh vermә haqqında qәrara әsasәn Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn 2025-ci ilin iyul ayında ************** nömrәli gömrük bәyannamәsi üzrә 4284,00 ABŞ dolları (7282.80 manat) mәblәğindә vәsaitin bәyan olunduğu gündәn ## ##### 2026-cı il tarixә qәdәr Azәrbaycan Respublikasındakı müvәkkil bankda olan hesabına köçürülmәsini tәmin edә bilmәmişdir. Bununla da, Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 483-cü maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinmәklә, qaytarılmalı olan mәblәğin 40% miqdarında, yәni 2913 manat 12 qәpik mәblәğindә cәrimә edilmişdir. Qәrardan şikayәt verәn orqan (şәxs) mәhkәmәyә şikayәt әrizәsi ilә müraciәt edәrәk, Azәrbaycan Respublikası Dövlәt Gömrük Kömitәsinin Xaçmaz Gömrük Idarәsinin rәisi X1 tәrәfindәn ## ##### 2026-cı il il tarixdә qәbul edilmiş *****/***** nömrәli inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsini xahiş etmişdir. Işә baxan Xaçmaz Rayon Mәhkәmәsi yuxarıda qeyd edilәn qәrarı qәbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәti verәrәk, Xaçmaz Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarının lәğv edilmәsini vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, inzibati cәrimә olunmasından heç bir mәlumatı olmayıb. Qәrar әsassız olaraq vә qәrәzli yazılmışdır. Eyni zamanda heç bir xәbәrdarlıq olmadan, bildiriş olmadan cәrimә edilmişdir. Gömrükdә bәyan edilәn gecikmәlәrin sәbәbi ixrac olunan malın dәyәrinin gömrük bәyannamәsindә dollar ekvivalentindә qeyd olunmasıdır. Hәmçinin Rusiya Federasiyası banklarında beynәlxalq sanksiyalar olduğu üçün pulun ölkәyә geri qaytarılması mümkün olmamışdır. Uzun müddәtli prosedurdan sonra onlar “VTB”-dә hesab aça bilmişlәr. ## ##### 2026-cı il tarixdә qәrarda qeyd edilәn 2025-ci ilin iyul ayında ************** nömrәli gömrük bәyannamәsi rәsmilәşdirilmiş 4284 ABŞ dolları (7282,80 manat) mәblәğindә vәsait Azәrbaycan Respublikası Bakı şәhәrindә yerlәşәn Bank “VTB”-yә daxil olmuşdur. Onun isә inzibati mәsuliyyәtә cәlb edilmәsi barәdә qәrar ## ##### 2026-cı il tarixdә qәbul olunmuşdur. Xaçmaz Gömrük Idarәsi qeyd edilәn mәblәğ banka daxil olan kimi hәmin vәsaiti elektron qaydada görmüşdür. Lakin onlar 1 gün sonra ona qәsdәn cәrimә yazmışlar. Bu sәbәbdәn dә, onun IXM-nin 483-cü maddәsi ilә inzibati tәnbeh edilmәsi әsaslı hesab edilә bilmәz. Tәrtib edilmiş inzibati tәnbeh tәtbiq edilmәsi haqqında qәrar qanuni vә әsaslı deyildir. Prosessual məsələlər: Mәhkәmә iclasının vaxtı vә yeri barәdә mәlumat verilmәsinә baxmayaraq, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) vә Xaçmaz Gömrük Idarәsinin nümayәndәsi mәhkәmә iclasına gәlmәmişlәr, mәhkәmә işә onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә inzibati xәtaya dair iş materiallarını araşdırıb, şikayәtin dәlillәrini iş materialları ilә müqayisәli şәkildә tәdqiq edәrәk hesab edir ki, aşağıda qeyd olunanlara görә şikayәt tәmin edilmәmәli, Xaçmaz Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, iş materiallarında olan Azәrbaycan Respublikası Dövlәt Gömrük Kömitәsinin Xaçmaz Gömrük Idarәsinin rәisi X1 tәrәfindәn ## ##### 2026-cı il il tarixdә qәbul edilmiş *****/***** nömrәli inzibati tәnbeh vermә haqqında qәrardan görünür ki, Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn 2025-ci ilin iyul ayında ************** nömrәli gömrük bәyannamәsi üzrә 4284 ABŞ dolları (7282.80 manat) mәblәğindә vәsaitin bәyan olunduğu gündәn ## ##### 2026-cı il tarixә qәdәr Azәrbaycan Respublikasındakı müvәkkil bankda olan hesabına köçürülmәsini tәmin edә bilmәmişdir. Gömrük Xidmәtinin Vahid avtomatlaşdırılmış sistemindәn çıxarışından görünür ki, qәrardan şikayәt vermiş şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn ## #### 2025-ci il tarixdә ölkәdәn idxal edilәn mala görә pul ölkәyә qaytarılmış vә bank tәrәfindәn sistemә işlәdikdәn sonra ## ##### 2026-cı il tarixdә hesabda görünmüşdür. Azәrbaycan Respublikası Prezidentinin ## #### 1997-ci il tarixli, *** nömrәli Fәrmanı ilә tәsdiq olunmuş Azәrbaycan Respublikasında idxal-ixrac әmәliyyatlarının tәnzimlәnmәsi Qaydalarının 12.2-ci bәndinә әsasәn hüquqi vә fiziki şәxslәr konsiqnasiya yolu ilә ixrac etdiklәri malların (işlәrin, xidmәtlәrin) müqabilindә vәsaitlәrin onların bәyan olunduğu gündәn 180 (yüz sәksәn) gün әrzindә Azәrbaycan Respublikasındakı müvәkkil bankda olan hesablarına köçürülmәsini tәmin etmәlidirlәr. Hәmin Qaydaların 15.1-ci maddәsinә әsasәn şәxslәr bu Qaydaların pozulmasına görә Azәrbaycan Respublikasının qanunvericiliyinә әsasәn mәsuliyyәt daşıyırlar. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 483-cü maddәsinә görә xarici iqtisadi fәaliyyәtin hәyata keçirilmәsi nәticәsindә әldә edilmiş vә Azәrbaycan Respublikasının müvәkkil olunmuş banklarının hesablarına mәcburi qaydada köçürülmәli olan az miqdarda xarici valyuta vәsaitlәrinin xaricdәn qaytarılmamasına görә inzibati xәtanın bilavasitә obyekti olan xarici valyutanın dәyәrinin otuz faizindәn әlli faizinәdәk mәblәğdә cәrimә edilir. Hәmin maddәnin “Qeyd” hissәsinә әsasәn bu Mәcәllәnin 483-cü maddәsindә “az miqdarda” dedikdә, iyirmi min manatadәk olan mәblәğ başa düşülür. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 483-cü maddәsinin şәrh edilmәsinә dair Azәrbaycan RespubIikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ### 2021-ci il tarixli qәrarına әsasәn, xarici iqtisadi fәaliyyәtin hәyata keçirilmәsi nәticәsindә әldә edilmiş vә Azәrbaycan Respublikasının müvәkkil olunmuş banklarının hesablarına mәcburi qaydada köçürülmәli olan xarici valyuta vәsaitlәrinin xaricdәn qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq, 180 gün әrzinde tәmin olunmalıdır. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 483-cü maddәsinin “әldә edilmiş xarici valyuta vәsaitlәri" müddәası xarici iqtisadi fәaliyyәtin hәyata keçirilmәsi nәticәsindә faktiki әldә edilmәsindәn asılı olmayaraq, Azәrbaycan Respublikasının müvәkkil olunmuş banklarının hesablarına mәcburi qaydada köçürülmәli olan xarici valyuta vәsaitlәrini nәzәrdә tutur. Iş materialları ilә Suzanna Beridzenin Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 483-cü maddәsinin tәlәblәrinә riayәt etmәyәrәk, xarici iqtisadi fәaliyyәtin hәyata keçirilmәsi nәticәsindә әldә edilmiş vә Azәrbaycan Respublikasının müvәkkil olunmuş banklarının hesablarına mәcburi qaydada köçürülmәli olan az miqdarda xarici valyuta vәsaitlәrini xaricdәn qaytarmaması öz tәsdiqini tapmışdır. Birinci instansiya mәhkәmәsi düzgün olaraq qәrarda qeyd etmişdir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәt әrizәsindә әsassız olaraq cәrimә edilmәsinin yolverilmәz olduğunu bildirsә dә, mәhkәmә prosesindә şikayәtinin dәlillәrinin әsaslılığını tәsdiq edәn sübutları mәhkәmәyә tәqdim etmәmişdir. Belә olan halda qeyd edilәn inzibati xәtanın törәdilmәsi iş materiallarında olan sәnәdlәr, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin vә sәlahiyyәtli orqanın nümayәndәsinin izahatı ilә tәsdiq edildiyindәn, inzibati qәrar әsasında Qәrardan şikayәt verәn orqan (şәxs) törәdilmiş inzibati xәtada tәqsirli bilinәrәk tәnbeh edilmәsinin qanuniliyi mübahisә doğurmur. Bundan әlavә Qәrardan şikayәt verәn orqan (şәxs) yanvar ayından Xaçmaz Gömrük Idarәsindәn ona zәng edәrәk mәlumat verildikdәn sonra o, ixrac etdiyi malın dәyәrini ölkәyә qaytarılması ilә bağlı mobil telefon vasitәsi ilә әlaqә saxladığını, lakin Rusiya Federasiyasında baş verәn mövcud vәziyyәt ilә әlaqәdar orda fәaliyyәt göstәrәn 210 banka sanksiyalar tәtbiq edildiyindәn qeyd olunan mәblәğin ölkәyә qaytarılmasının müәyyәn qәdәr vaxt keçdikdәn sonra mümkün olduğunu vә ötürülmüş müddәtin göstәrdiyi sәbәbә görә üzürlü hesab edilmәsi ilә bağlı mәhkәmәdә irәli sürdüyü bu kimi dәlillәr şәxsin özünü müdafiә xarakteri daşıyır. Mәhkәmә apellyasiya şikayәtinin birinci instansiya mәhkәmәsinin qәrarının lәğv edilmәsi vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair dәlillәri ilә razılaşmayaraq, hesab edir ki, inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi üçün әsaslar yoxdur. Belә ki, Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn ümumilikdә 4284 ABŞ dolları olan valyuta vәsaitinin bәyan edildiyi gündәn 180 gün әrzindә ixracatçının bank hesabına geri köçürülmәmәsi iş materialları ilә öz tәsdiqini tapmışdır. Iş materiallarından görünür ki, Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn ## #### 2025-ci il tarixdә ölkәdәn idxal edilәn mala görә pul ölkәyә qaytarılmış vә bank tәrәfindәn sistemә işlәdikdәn sonra ## ##### 2026-cı il tarixdә hesabda görünmüşdür. Qanunvericiliklә Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn qeyd olunan idxal etdiyi mala görә pulun 180 gün ölkәyә qayatarılması nәzәrdә tutulmasına baxmayaraq, hәmin pul 180 gündәn artıq müddәt keçdikdәn sonra ölkәyә qaytarılmışdır. Valyuta vәsaitinin qanunvericiliklә müәyyәn edilmiş müddәt keçdikdәn sonra qaytarılması inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi vә Qәrardan şikayәt verәn orqan (şәxs) inzibati mәsuliyyәtdәn azad edilmәsi üçün әsas ola bilmәz. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn, yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizlik) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur vә tәnbeh edilir. Azәrbaycan Respublikası IXM-nin 9.1-ci maddәsinә әsasәn inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. Azәrbaycan Respublikası IXM-nin 21 vә 31.1-ci maddәlәrinә әsasәn inzibati tәnbeh inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır vә bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. Mәhkәmә hesab edir ki, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin şikayәtindә göstәrilәn dәlillәrә görә Xaçmaz Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrәli qәrarının lәğv edilmәsi üçün әsas yoxdur. Ona görә dә Azәrbaycan Respublikası Dövlәt Gömrük Kömitәsinin Xaçmaz Gömrük Idarәsinin rәisi X1 tәrәfindәn ## ##### 2026-cı il il tarixdә qәbul edilmiş *****/***** nömrәli inzibati tәnbeh vermә haqqında qәrardan Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş şikayәtin tәmin edilmәmәsinә dair Xaçmaz Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmalı, apellyasiya şikayәti tәmin edilmәmәlidir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1, 134.1.1-ci maddәlәrinә әsasan inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxıldıqda, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә protestin tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Yuxarıdakılara әsasәn vә Azәrbaycan Respublikası IXM-nin 134.1, 134.1.1-ci maddәlәrinin tәlәblәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Xaçmaz Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-366/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-366/2026
22.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver