Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-367/2026 18.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, Mirzəyev Pərvin Əbil oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi X1 iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və barəsində 15 (on beş) gün müddətində inzibati həbs tətbiq edilməsinə dair Quba Rayon Məhəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDIM: ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Quba Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2024-cü il tarixli icra sənədini icra etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmiş, bununla da Azərbaycan Respublikası IXM-nin 528.1-1-ci maddəsilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Quba Rayon Məhəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş, barəsində 15 (on beş) gün müddətində inzibati həbs tətbiq edilmiş, qərar dərhal icra edilmiş, inzibati həbsdə saxlama müddətinin əvvəli ## ### 2026-cı il, saat 12:30-dan hesablanmış, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılmışdır. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Birinci instansiya məhkəməsinin qərarından narazı qalan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək Quba Rayon Məhəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026cı il tarixli qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsndə təqsirli hesab edərək iki ay müddətində inzibati həbs edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, borclu artıq iki dəfə 500 manat miqdarında cərimə edilmiş, bir dəfə ##.##.2024-cü il tarixli məhkəmə qərarı əsasında 15 gün müddətində inzibati qaydada həbs edilmişdir. Lakin bu cəzaların verilməsinə baxmayaraq borclu bu günədək cəmi 2900 manat ödəniş edilmiş və son 4 ayda heç bir ödəniş etməmişdir. Təyin olunan cəzalar borclunun hərəkətlərinə və hərəkətsizliyinə uyğun olmalıdır. Belə ki, borclu məhkəmə qərarı icra etməməyə davam edir. Borclunun hərəkətlərinə münasib olaraq ən azı 2 ay müddətinə inzibati həbs tənbeh tədbiri verilə bilərdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi X1 çıxış edərək apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və Protokolu tərtib edən orqan məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli dövlət qurumunun nümayəndəsi və digər proses iştirakçıları məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Işin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçısını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, IXM-in 75, 76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq iş materiallarında olan sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək düzgün nəticəyə gəlmişdir. Iş materiallarında olan Quba Rayon Məhkəməsinin *(***)-****/****-*** saylı, ##.##.2024-cü tarixli icra vərəqəsinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cəmi 5220.40 manat məbləğində pul tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Iş materiallarında olan “Icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Quba Rayon Məhkəməsinin *(***)-****/****-*** saylı, ##.##.2024-cü tarixli icra sənədi ##.##.2025-ci il tarixində icra məmuru Nürəddin Əmrullayevin icraatına daxil olmuşdur. Iş materiallarında olan ##.##.2025-ci il tarixli bildirişdən görünür ki, tələbin könüllü icrasını təmin etmək məqsədilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bildiriş göndərilmişdir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını tədqiq edərək qeyd edir ki, qeyd edilən icra sənədinin icrası ilə əlaqədar Protokolu tərtib edən orqan tərəfindən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbin könüllü icrası barədə bildirişlər göndərilməsinə, dəfələrlə icra şöbəsinə dəvət edilməsinə, habelə icra sənədini icra etmədiyindən müvafiq məsuliyyətə cəlb edilməsinə baxmayaraq, o icra sənədini icra etməmişdir. Buna uyğun olaraq Quba Rayon Məhkəməsinin *(***)-****/****-*** saylı, ##.##.2024-cü tarixli qətnaməsi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə, Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ləğv edilmiş. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 500 (beş yüz) manat məbləğdə cərimə edilmişdir. Eyni zamanda Quba RPŞ-nin ##.##.2026-cı il tarixli protokoldan məlum olur ki, Protokolu tərtib edən orqannin müraciətinə əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ##.##.2026-cı il tarixli ******/** nömrəli axtarış işi açılmışdır. Göstərilən faktlar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədildiyini göstərir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Birinci instansiya məhkəməsi əsaslı olaraq məsuliyyəti törədilmiş inzibati xətanın nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən qismən ödənilməsi məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən olunmuş və məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati tənbeh tədbirinin əsas məqsədlərindən biri şəxsin islah olunmasıdır. Qanunvericilikdə müəyyən edilmiş əsasları nəzərə almadan tətbiq edilən inzibati tənbeh tədbiri şəxsin islah edilməsinə deyil, onun hüquqlarının pozulmasına səbəb olur. Digər tərəfdən məhkəmə zərərçəkmiş şəxsə izah etməyi vacib hesab edir ki, yekun məhkəmə aktlarının icrası ilə bağlı qanunvericilikdə bu sahədə baş verən hüquq pozuntularını törədən şəxslərin məsuliyyəti məsələlərində təkcə inzibati məsuliyyət tədbirləri nəzərdə tutulmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ona tətbiq edilən inzibati tənbeh tədbirlərindən nəticə çıxarmadığı halda qanunvericilikdə daha ciddi məsuliyyət tədbirlərinin tətbiqi nəzərdə tutulmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsində şikayətdə göstərilən dəlillər ətraflı araşdırılmaqla, toplanmış sübutlar tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında qanunauyğun qərar qəbul edilmişdir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” ##.##.2001-ci il tarixli, ** nömrəli qərarına əsasən hüquqi yardımla bağlı X1 vəkil işlədiyi Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına 33 (otuz üç) manat məbləğində pul vəsaitinin köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil X1 33 (otuz üç) manat pul vəsaiti Sumqayıt şəhər * saylı Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-8)-367/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-367/2026
18.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver