Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-368/2026 24.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Mәmmәdov Bilal Mahir oğlunun sәdrliyi, Nabalıyeva Aynur Akif qızının katibliyi ilә, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin nümayәndәsi Nümayәndә, Azәrbaycan Respublikasının Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin nümayәndәsi X7 iştirakları ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 275.2-ci maddәsi ilә olan inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*- ***)-****/**** nömrәli qәrarından Azәrbaycan Respublikasının Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin rәisi Asif Mәcidov tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә Azәrbaycan Respublikası IXM-in 275.2-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta tәrkibi olmadığına görә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC barәsindә olan inzibati xәta haqqında iş üzrә icraata xitam verilmişdir (Hakim Elvin Teymur-Zadә). Işin halları: Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC barәsindә * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin mәslәhәtçi-müffәttişi X3 tәrәfindәn Azәrbaycan Respublikası IXM-in 275.2-ci maddәsi ilә tәrtib olunmuş ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrәli, inzibati xәta haqqında protokol vә ona әlavә olunmuş sәnәdlәr baxılması üçün aidiyyәti üzrә Abşeron Rayon Mәhkәmәsinә göndәrilmişdir. Protokola baxan birinci instansiya mәhkәmәsinin hakimi yuxarıda qeyd olunan nәticәyә gәlmişdir. Qәrardan * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin rәisi Asif Mәcidov apellyasiya şikayәti verәrәk, mübahisәli qәrarın lәğv edilmәsini vә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC barәsindә Azәrbaycan Respublikası IXM-in 275.2-ci maddәsi ilә inzibati tәnbeh tәtbiq edilmәsinә dair yeni qәrarın qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, birinci instansiya mәhkәmәsinin qәrarı qanunsuz vә әsassız olması, maddi vә prosessual hüquq normalarının pozulması vә düzgün tәtbiq edilmәmәsi, mәhkәmәnin gәldiyi nәticә üçün mühüm әhәmiyyәti olan bütün faktiki halların aydınlaşdırılmaması, gәlinmiş nәticәlәrin işin hallarına uyğun olmaması sәbәbindәn lәğv edilmәlidir. Belә ki, birinci instansiya mәhkәmәsinin qәrarında müәssisәnin hәm yaşayış binasına bitişik әrazidә yerlәşmәsi, hәm dә müәssisә ilә әrazidә olan yaşayış binaları vә evlәr arasında kifayәt qәdәr mәsafәnin olması kimi bir-birinә zidd fikirlәr mövcuddur. Qeyd olunan mebel sexi yaşayış mәntәqәsinә bitişik olmadığından Idarә tәrәfindәn ölçmә işlәri aparılarkәn *** saylı fәrmana әlavә olunmuş 1 №li cәdvәlin 13-cü deyil, 16-cı bәndi (Mikrorayonlar vә yaşayış binaları qrupları, istirahәt evlәri, pansionatlar, ahıllar vә әlilliyi olan şәxslәr üçün sosail xidmәt müәssisәlәrinin istirahәt meydançaları, mәktәbәqәdәr, ümumi vә digәr tәhsil müәssisәlәrinin meydançaları) tәtbiq edilmiş vә norma 60 dBA götürülmüşdür ki, bu da müәyyәn edilmiş normativlәrdәn artıqdır. Hәmçinin mәhkәmә prosesindә etirafedici ifadәlәri әsas kimi götürülәn şahid qismindә izahatı alınmış X2 vә X1 Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-yә mәxsus mebel sexinin yerlәşdiyi әrazidәn hansı mәsafәdә yaşadıqları müәyyәnlәşdirilmәmiş, Nazirliyin “xxxx” mәrkәzinә müraciәt etmiş şәxslәrin şahid kimi dindirilmәlәri tәmin olunmamışdır. Qeyd olunanlardan göründüyü kimi mәhkәmә tәrәfinәn “Ətraf mühitә vә insan sağlamlığına mәnfi tәsir göstәrәn vibrasiya vә sәs-küy çirklәnmәlәri normaları”nın tәsdiq eidlmәi haqqında Azәrbaycan Respublikası Prezidentinin ## #### 2008-ci il tarixli, *** saylı fәrmanı düzgün tövsif olunmamış, işin bütün halları nәzәrә alınmamışdır. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Apellyasiya mәhkәmәsinin iclasında * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin nümayәndәsi X7 apellyasiya şikayәtinin dәlillәrinә uyğun çıxış edәrәk apellyasiya şikayәti әsaslı olduğundan şikayәtin tәmin edilmәsini vә birinci instansiya mәhkәmәsinin qәrarının lәğv edilmәsini xahiş etmişdir. Apellyasiya mәhkәmәsinin iclasında barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin nümayәndәsi Nümayәndә çıxış edәrәk bildirdi ki, MMC-nin tam arxasında ona bitişik olan “xxxx” MMC adlı çay fabriki vә hәmin yaşayış yeri ilә üzbәüz 2 istehsal müәssisәsi mövcuddur. Onlardan şikayәt edәn eyni şәxsin artıq 4-cü şikayәtidir. 3-cü dәfә şikayәt edilәn zaman sәs ölçmәlәri aparılarkәn nәticә 57dBA olmuşdur. Hәmin vaxtdan sonra isә şirkәtdә әlavә hәr hansı qurğu quraşdırılmamış, әlavә işlәr görülmüş, sәs izolyasiyası edilmiş, kabin, sәs boğucu panellәr quraşdırılmışdır. Maraqlıdır ki, görülәn bu qәdәr tәdbirlәrdәn sonra sәs ölçmәlәrinin nәticәsi daha yüksәk olmuşdur. Bundan әlavә ölçmәnin hansı metodika әsasında aparıldığı, yәni sәsin hәqiqәtәn onların müәssisәsindәn gәlmәsi dәqiq müәyyәn olunmur. Hәmin әrazi hәm dә magistral yola yaxın әrazidir. Sәs vә vibrasiya ölçәn cihazın metodikası ilә bağlı heç bir mәlumat qeyd olunmamışdır. Sadәcә kalibrlәmә mәlumatları mövcuddur. Hәmçinin müәssisәdә sәs-küyә sәbәb olan xüsusi kәsim aparatı qurğusunun sәsidir ki, hәmin aparat da daimi işlәmir. Hazırda hәmin aparat işlәmir, xarab olmuşdur. Qurğu işlәmәdiyi halda belә vәtәndaş yenә dә şikayәt etmişdir. Odur ki, qeyd olunanların nәzәrә alınaraq apellyasiya şikayәtinin tәmin edilmәmәsini vә birinci instansiya mәhkәmәsinin qәrarının dәyişdirilmәdәn saxlanılmasını xahiş etmişdir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn, inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsi inzibati icraat üzrә qәrar qәbul edәrkәn işin materiallarını mahiyyәti üzrә araşdırmış, inzibati mәsuliyyәtә cәlb edilmәnin әsası olan qanunvericiliyin tәlәblәrinә riayәt etmişdir. Belə ki, iş materiallarında olan: Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsi tәrәfindәn tәrtib olunmuş ##.##.2026-cı il tarixli ****** nömrәli monitorinq aktından görünür ki, Abşeron rayonu, Masazır qәsәbәsindә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-yә mәxsus mebel sexindә X4 Monitorinq Idarәsinin elektron xidmәtinә daxil olmuş ## #### 2026-cı il tarixli müraciәt әsasında tәdqiqat aparılmışdır. Baxış zamanı mebel sexinin fәaliyyәti zamanı әtrafa yayılan sәs-küy sәviyyәsini müәyyәnlәşdirmәk üçün SVANTER cihazı ilә ölçmә işlәri aparılmış, ölçmә nәticәlәrinә әsasәn sәs-küy sәviyyәsi 65.9 dBA (norma – 60 dBA), vibrasiya isә 71.2 db müәyyәn edilmişdir ki, bu da әtraf mühit üçün yol verilәn hәddәn artıqdır. * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsi tәrәfindәn tәrtib olunmuş ##.##.2026-cı il tarixli, ***** nömrәli aktdan görünür ki, Abşeron rayonu, Masazır qәsәbәsi әrazisindә fәaliyyәt göstәrәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-yә mәxsus mebel istehsalı sahәsindә Idarәnin ## ##### 2026-cı il tarixli **** nömrәli sәrәncamına әsasәn ünvan 1 ünvanında yaşayan vәtәndaş Rәşad Əsgәrov tәrәfindәn Nazirliyin 168 “xxxx” xidmәtinә MMC-yә mәxsus mebel istehsalı müәssisәsinin aparatlarının sәs-küyünün sakinlәri narahat etdiyi barәdә daxil olan müraciәt Idarә әmәkdaşlarının, şikayәtçinin vә müәssisәnin nümayәndәsi istehsalat rәisi Müşfiq Abbasovun iştirakı ilә birgә iştirakı ilә araşdırılmışdır. Ölçmә işlәrinin nәticәsinә әsasәn sәs-küy sәviyyәsi 65.9 dBA (norma – 60 dBA) tәşkil etmiş vә әtraf mühit üçün yol verilәn normativlәrdәn artıq olması ilә әlaqәdar inzibati araşdırma başlanılmışdır. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin nümayәndәsi X5 tәrәfindәn birinci instansiya mәhkәmәsinә tәqdim olunmuş videogörüntüyә mәhkәmә iclasında baxış keçirilәrәk müәyyәn olunmuşdur ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC ilә yaşayış binasının arasında “xxxx” MMC vә avtomobil yolu, yoldan sonra yaşayış sahәlәri vә binaları әhatәlәnmiş şәkildә yerlәşmişdir. Abşeron Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli sorğusuna “xxxx” MMC tәrәfindәn verilmiş ##.##.2026-cı il tarixli, ***-OM nömrәli cavab mәktubundan görünür ki, "SV 977D" seriya nömrәli sәs vә vibrasiya ölçәn “xxxx” MMC tәrәfindәn kalibrasiya edilmişdir, ölçmә nәticәlәri buraxıla bilәn hәdd daxilindәdir. Abşeron Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli sorğusuna Azәrbaycan Respublikasının Prezidenti yanında Antiinhisar vә Istehlak Bazarına Nәzarәt Dövlәt Agentliyinin tabeliyindә “xxxx” Publik Hüquqi şәxsi tәrәfindәn verilmiş ##.##.2026-cı il tarixli, *- **-*/*-***/**** nömrәli cavab mәktubundan görünür ki, Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin X4 Monitorinq Idarәsi ilә xxxx arasında bağlanmış ##.##.2025 tarixli, ****/BM-** saylı müqavilәyә әsasәn, sözügedәn idarәyә mәxsus ölçmә vasitәlәri yoxlanılmadan keçirilmiş vә ölçmә vasitәlәrinin yoxlanılması haqqında şәhadәtnamә tәqdim edilmişdir. Birinci instansiya mәhkәmәsi iclasında şahid qismindә dindirilmiş yaşayış binasının sakini X2 vә X1 izahatlarında Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-yә mәxsus mebel istehsalı müәssisәsinin fәaliyyәti zamanı hәr hansı sәs-küyün yaranmadığını, MMC-dәn şikayәtlәrinin olmadığını bildirmişdir. Apellyasiya mәhkәmәsi inzibati xәta haqqında iş üzrә icraat materiallarını araşdırıb, proses iştirakçılarının izahatını dinlәyib, şikayәtin dәlillәrini öyrәnәrәk belә qәnaәtә gәlir ki, aşağıdakı әsaslara görә qәrar dәyişdirilmәdәn saxlanılmalı vә apellyasiya şikayәti tәmin edilmәmәlidir. Belә ki, Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. Azәrbaycan Respbulikasının IXM-nin 4-cü maddәsinә әsasәn bu Mәcәllә insan vә vәtәndaş hüquqlarına vә azadlıqlarına hörmәt edilmәsi, qanunçuluq, qanun qarşısında bәrabәrlik, tәqsirsizlik prezumpsiyası, әdalәtlilik vә inzibati xәtaların qarşısının alınması prinsiplәrinә әsaslanır. Azәrbaycan Respublikasının IXM-nin 6.2-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә icraatın tәmin olunması tәdbirlәri tәtbiq edilәrkәn qanunvericiliyin tәlәblәrinә әmәl olunması yuxarı orqanların vә vәzifәli şәxslәrin idarә nәzarәti ilә, mәhkәmә vә prokuror nәzarәti ilә vә şikayәt etmәk hüququ ilә tәmin edilir. Azәrbaycan Respbulikasının IXM-nin 8.1-ci maddәsinә әsasәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin tәqsiri bu Mәcәllәdә nәzәrdә tutulmuş qaydada sübuta yetmәdikdә vә bu, inzibati xәta haqqında iş üzrә icraata baxmış hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) qüvvәyә minmiş qәrarı ilә müәyyәn edilmәdikdә o, tәqsirsiz hesab edilir. Azәrbaycan Respbulikasının IXM-nin 12.1-ci maddәsinә әsasәn bu Mәcәllә ilә qorunan ictimai münasibәtlәrә qәsd edәn, hüquqazidd olan, tәqsirli sayılan (qәsdәn vә ya ehtiyatsızlıqdan törәdilәn) vә inzibati mәsuliyyәtә sәbәb olan әmәl (hәrәkәt vә ya hәrәkәtsizlik) inzibati xәta hesab olunur. Azәrbaycan Respublikasının IXM-nin 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olubolmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Azәrbaycan Respbulikasının IXM-nin 84.1-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәrә baxan hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) işin bütün hallarının mәcmusunun hәrtәrәfli, tam vә obyektiv surәtdә baxılmasına әsaslanan öz daxili inamı ilә sübutları qiymәtlәndirir. Azәrbaycan Respbulikasının IXM-nin 275.2-ci maddәsi әtraf mühitә vә insan sağlamlığına mәnfi tәsir göstәrәn vibrasiya vә sәs-küy çirklәnmәsinin müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi normalarının pozulmasına görә mәsuliyyәti nәzәrdә tutur. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәrinә hüquqi qiymәt verәrәk, hәmin dәlillәri әsaslı hesab etmir. Belә ki, “Ətraf-mühitә vә insan sağlamlığına mәnfi tәsir göstәrәn vibrasiya vә sәs-küy çirklәnmәlәri normaları”nın tәsdiq edilmәsi haqqında Azәrbaycan Respublikası Prezidentinin ##.##.2008-ci il tarixli Fәrmanı ilә tәsdiq olunmuş “Ətraf mühitә vә insan sağlamlığına mәnfi tәsir göstәrәn vibrasiya vә sәs-küy çirklәnmәlәri Normaları”nın 2.3-cü bәndinә әsasәn nüfuzedәn sәs-küyün yaşayış vә ictimai binalarda, yaşayış tikililәri әrazisindә, habelә insanların cәmlәşdiyi digәr yerlәrdә sәs tәzyiqinin, sәsin ekvivalent enerjisi vә maksimal sәviyyәsinin yolverilәn normaları Cәdvәl 1-dә verilmişdir. Qeyd olunan normativ hüquqi aktda әks olunan “Nüfuzedәn sәs-küyün yaşayış vә ictimai binalarda, yaşayış tikililәri әrazisindә, habelә insanların cәmlәşdiyi digәr yerlәrdә sәs tәzyiqinin, sәsin ekvivalent enerjisi vә maksimal sәviyyәsinin yolverilәn normaları” adlı * nömrәli cәdvәlin 13-cü bәndinә әsasәn yaşayış, poliklinika vә ambulatoriya binalarına, dispanserlәrә, istirahәt evlәrinә, pansionatlara, ahıllar vә әlilliyi olan şәxslәr üçün sosial xidmәt müәssisәlәrinә, mәktәbәqәdәr, ümumi vә digәr tәhsil müәssisәlәrinә, kitabxanalara bilavasitә bitişik әrazilәrdә sәs tәzyiqinin maksimal sәviyyәsi gündüz vaxtı üçün 70 dBA, gecә vaxtı üçün isә 60 dBA kimi müәyyәn edilmişdir. Hazırki iş üzrә sәs sәviyyәsinin 65,9 dBA olması qanunla yolverilәn hәddir. Iş materiallarından da göründüyü kimi mәhkәmә araşdırması zamanı qeyd olunan müәssisәnin yaşayış binasına bitişik әrazidә yerlәşmәsi müәyyәn olunmuşdur. Qaydalara әsasәn yaşayış binalarına bilavasitә bitişik әrazilәrdә sәs tәzyiqinin maksimal sәviyyәsi isә gündüz vaxtı üçün 70 dBA, gecә vaxtı üçün isә 60 dBA müәyyәn edilmişdir. Apellyasiya şikayәtinin 1 №li cәdvәlin 13-cü deyil, 16-cı bәndinin tәtbiq edilmәsinә dair dәlilinә münasibәtdә mәhkәmә qeyd edir ki, 16-cı bәnd yalnız mikrorayonlar vә yaşayış binaları qrupları, istirahәt evlәri, pansionatlar, ahıllar vә әlilliyi olan şәxslәr üçün sosial xidmәt müәssisәlәrinin istirahәt meydançaları, mәktәbәqәdәr, ümumi vә digәr tәhsil müәssisәlәrinin meydançalarında nüfuzedәn sәs-küyün yolverilәn normalarını tәnzimlәyir. Lakin Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin әmәkdaşları tәrәfindәn tәrtib edilmiş istәr ##.##.2026cı il tarixli aktda, istәrsә dә ##.##.2026-cı il tarixli protokolda norma hüdudlarından artıq әtraf mühitә mәnfi tәsir göstәrәn sәs-küy çirklәnmәsinin qeyd olunan әrazilәrdәn hansında baş vermәsi qeyd edilmәmiş, bu barәdә hansısa sübut göstәrilmәmişdir. Əksinә, iş materiallarında olan fotoşәkillәrdәn dә qeyd edilәn әrazinin barәsindә bәhs edilәn Cәdvәlin 13-cü bәndindә nәzәrdә tutulan yaşayış sahәlәrinә bitişik әrazi olduğu müәyyәn edilmişdir. Apellyasiya instansiya mәhkәmәsi inzibati xәta haqqında iş materiallarına әlavә edilmiş sübutları bir daha tәhlil edib, apellyasiya şikayәti üzrә apellyasiya instansiyası mәhkәmәsindә aparılmış mәhkәmә araşdırmasının nәticәlәrinә әsaslanıb, birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә ilә razılaşaraq hesab edir ki, apellyasiya şikayәtinin dәlillәri әsassızdır. Abşeron Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarının lәğv edilmәsi üçün әsas yoxdur. Birinci instansiya mәhkәmәsi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC barәsindә inzibati xәta tәrkibinin olmaması әsası ilә Azәrbaycan Respublikasının IXM-in 275.2-ci maddәsi ilә iş üzrә icraata xitam vermәklә düzgün nәticәyә gәlmişdir. Belәliklә, apellyasiya instansiyası mәhkәmәsi hesab edir ki, * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin rәisi Asif Mәcidov tәrәfindәn verilmiş şikayәt tәmin edilmәmәli, mәhkәmәnin mübahisә edilәn qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn Azәrbaycan Respublikası Inzibatı Xәtalar Mәcәllәsinin 134.1.1ci maddәsini rәhbәr tutaraq mәhkәmә, QƏRARA ALDİ: Apellyasiya şikayәti tәmin edilmәsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 275.2-ci maddәsi ilә olan inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*- ***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz. Hakim Bilal Məmmədov
Məhkəmə qərarları › İş №3(3-8)-368/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-368/2026
24.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver