Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-369/2026 02.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, Abdullayeva Naibə İlham qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) müdafiəçisi Vəkil iştirakı ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Abşeron Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Qərarından şikayət verilən orqan * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X1 tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində inzibati cərimə edilmişdir. Qərardan Qərardan şikayət verən orqan (şəxs) şikayət verərək qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayət təmin edilməmiş, Qərarından şikayət verilən orqan * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X1 tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Birinci instansiya məhkəməsinin qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) müdafiəçisi Vəkil apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin *(*- ***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və inzibati xətaya dair işə xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin ərazidə Qərardan şikayət verən orqan (şəxs) vaxtaşırı gələrək həmin sahəni icarəyə götürən tanışı X2 bağ işlərinin görülməsində kömək edir. Ağacın budaqlarını isə qonşunun şikayətinə görə budamışdır. Belə ki, həmin ağacın budaqları qonşu torpaq sahəsinə keçərək onun damına və bütövlükdə həmin ev üçün təhlükə mənbəyi rolunu oynayırdı. Qərardan şikayət verən orqan (şəxs) bu halı da həmin orqanın əməkdaşlarına bildirsə də onlar bu hala heç bir reaksiya verməmişdir. Bundan əlavə olaraq həmin ərazi xüsusi mülkiyyətdə olmaqla X4dır. X2 aralarında bağlanılan ## ######## 2025-ci il tarixli icarə müqaviləsi əsasında oranı istifadə edir. Qərardan şikayət verən orqan (şəxs) vətən müharibəsi iştirakçısıdır və vətənin azadlığı uğrunda gedən döyüşlərdə ağır yaralanmışdır. Budama ilə bağlı əvvəlcədən mülkiyyətçi X4 məlumat verilmiş və onun razılığı alınmışdır. Qeyd olunan ərazi xüsusi mülkiyyətdə olduğundan həmin ərazi üzrə İXM-nın 253.2-ci maddəsi tədbiq oluna bilməzdir. İşin halları inzibati xəta tərkibi yaratmır. Məhkəmə ümumiyyətlə hüquq normasını tədbiq edən zaman şikayətdə qeyd olunan ərazinin xüsusi mülkiyyətdə olub-olmaması halını araşdırmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) müdafiəçisi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Abşeron Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və inzibati xətaya dair işə xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) və Qərarından şikayət verilən orqan * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və İdarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən, məhkəmə apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, inzibati tənbeh vermə haqqında qərar və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Belə ki, iş materiallarında olan Qərarından şikayət verilən orqan * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X1 tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti ünvanında bir ədəd tut ağacını qanunsuz kəsdiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-cı maddəsi üzrə təqsirli bilinib 2000 manat məbləğində cərimə edilmişdir. Təqdim edilmiş ******* nömrəli daşınmaz əmlakın dövlət reyestri çıxarışından görünür ki, Abşeron rayonu Xırdalan şəhəri ərazisində yaşayış məntəqələrinin torpaqlarının kateqoriyasına aid 0,055 ha torpaq sahəsinin mülkiyyətçisi X4r. Təqdim edilmiş ##.##.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş icarə müqaviləsindən müəyyən olunur ki, qeyd edilən torpaq sahəsi ##.##.2020-ci il tarixə qədər X3 icarəyə verilmişdir. Apellyasiya şikayəti üzrə icraat zamanı şahid X5 izahatında göstərmişdir ki, kəsilən ağac bacısına - X4 məxsus torpaq sahəsindədir. Həmin torpaq sahəsi X3 icarəyə verilmişdir. Həmin torpaq sahəsində yerləşən ağac qonşulara ziyan vurduğuna görə bacısının istəyi əsasında Qərardan şikayət verən orqan (şəxs) kəsdirmişdir. Apellyasiya şikayəti üzrə icraat zamanı şahid X4 izahatında göstərmişdir ki, torpaq sahəsini icarə əsasında X3 vermişdir. Torpaq sahəsində yerləşən ağac qonşulara ziyan vurduğuna və qonşular şikayət etdiyinə görə onun istəyi əsasında ağac kəsilmişdir. Bu barədə qardaşına demiş və Qərardan şikayət verən orqan (şəxs) həmin ağacı kəsmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Həmin maddənin “Qeyd” hissəsində gösətrilmişdir ki, kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlara (əkinlərə), habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlara bu Məcəllənin 253-cü və 253-1-ci maddələrinin qüvvəsi şamil edilmir. Apellyasiya şikayəti üzrə icraat zamanı toplanmış sübutlardan müəyyən edilmişdir ki, X4 mülkiyyətində torpaq sahəsində olan tut ağacını onun göstərişi ilə Qərardan şikayət verən orqan (şəxs) kəsmişdir. Yəni Qərardan şikayət verən orqan (şəxs) hərəkətləri 253-cü maddənin “Qeyd” hissənin təsiri altına düşür. Beləliklə də, Qərardan şikayət verən orqan (şəxs) əməlində inzibati xəta tərkibi mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 105, 133- 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDIM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı və Qərarından şikayət verilən orqan * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X1 tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş üzrə icraata Qərardan şikayət verən orqan (şəxs) əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-8)-369/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-369/2026
02.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver