Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-370/2026 25.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, Mirzəyev Pərvin Əbil oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi X4, Zərərçəkmiş şəxs İsgəndərov Rasim Məhəmməd oğlunun iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Abşeron Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026cı il tarixli qərarından zərərçəkmiş şəxs İsgəndərov Rasim Məhəmməd oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Abşeron Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və ona 1000 (bir min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Birinci instansiya məhkəməsinin qərarından narazı qalan zərərçəkmiş İsgəndərov Rasim Məhəmməd oğlu apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin *(*-***)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə təyin edilən inzibati tənbeh hissəsində ləğv edərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı təyin olunan inzibati tənbeh növünə münasibətdə tam qanunsuz və əsassızdır. Belə ki, iş materiallarından görünür ki, məhkəmə akt ilə borclu tərəfindən ona ödənilməli olan məbləğdən yalnız 2700 manat ödənilmiş, qalan 6448 manatın ödənilməsi təmin olunmamışdır. Borclu barəsində məhkəmə qərarı ilə 2025-ci ilin dekabr ayında inzibati həbs növündə tənbeh tətbiq edilmiş, həbsdən çıxdıqdan sonra, yəni cari ilin yanvar ayında pulun 2500 manatını köçürmüş, qalan 200 manatı isə sonuncu dəfə məhkəmə günü ödəmişdir. Borclu izahatında bildirir ki, guya pulun hissə-hissə ödənilməsini təklif etmiş, o razı olmamışdır. Bu tam əsassızdır. Göründüyü kimi borclu tərəfindən ödənilən pullar məhz barəsində icra məmuru vasitəsi ilə təqdimat verildikdən sonra təmin edilmişdir. İnzibati tənbehin məqsədi barəsində inzibati xətanı törətmiş şəxs tərəfindən təkrar inzibati xəta törədilməsinin qarşısının alınması məqsədi daşıyır. Lakin görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilk dəfə inzibati qaydada həbs edilsə də nəticəsi olmamış, keçən müddət ərzində pulun qalan hissəsini ödəməmişdir. Məhkəmə isə işə baxan zaman bu halları nəzərə almamışdır. İş materiallarından görünür ki, borclu şəxsin öhdəliyi pul məbləği ilə bağlıdır. Belə olan halda məhkəmə hansı əsasla şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edir? Yəni 1000 manat məbləğində cəriməni ödməyə imkanı olsa idi, borcundan ödəyərdi. Yuxarıda da qeyd etdiyi kimi borclu barəsində daha əvvəlki təqdimat zamanı inzibati həbs tətbiq olunmuşdur. İnzibati həbs növündə cəza bitdikdən sonra pulun 2500 manatını ödəmişdir. Həmin pulu da məhz atası ödəmişdir. Görünür ki, şəxs barəsində inzibati həbsin tətbiq edilməsi həm borclunun özündə, həm də onun ailə üzvlərində məsuliyyət, bir növ hüquqdan qorxu yaradır. Lakin hakim bu halları nəzərə almayaraq, şəxs tərəfindən xətanın təkrar törədilməsinə məhəl qoymamış, nəzərdə tutulan ən yüngül inzibati tənbeh növünün tətbiq etmişdir. Borcu olan bir şəxsə cərimə növündə inzibati tənbeh tətbiq edilməsini başa düşə bilmir. Zərərçəkmiş İsgəndərov Rasim Məhəmməd oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Abşeron Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə təyin edilən inzibati tənbeh hissəsində ləğv edərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi X4 çıxış edərək apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Zərərçəkmiş hüquqi şəxs zərərçəkmiş şəxs1 ASC və Abşeron Rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, zərərçəkmiş şəxsin və səlahiyyətli dövlət qurumunun nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçılarıını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, İXM-in 75, 76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq iş materiallarında olan sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ## ### 2025-ci il tarixli icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs maddi ziyana görə ödəniş anında Azərbaycan manatının mənnəsi ilə 5200 ABŞD dolları məbləğində, həmçinin ödənilmiş 108,40 manat dövlət rüsumunun tutularaq İsgəndərov Rasim Məhəmməd oğluna verilməsi qərara alınmışdır. İş materiallarında olan Abşeron rayon İcra və Probasiya şöbəsinin ##.##.2025-ci il tarxili “icraata başlamaq haqqında” qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ## ### 2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır və həmin tarixdə borclu şəxsə “tələbin könüllü icrası haqqında” bildiriş göndərilmişdir. Abşeron rayon * saylı notariat ofisinin ##.##.2025-ci il tarixli 8İ-7454 saylı icra qeydinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ümumilikdə 40741,92 manat pulun zərərçəkmiş şəxs1 ASC-yə ödənilməsi qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya şöbəsinin ##.##.2025-ci il tarxili “icraata başlamaq haqqında” qərarından görünür ki, Abşeron rayon * saylı notariat ofisinin ##.##.2025-ci il tarixli 8İ-7454 saylı icra qeydi üzrə icraata başlanılmışdır və həmin tarixdə borclu şəxsə “tələbin könüllü icrası haqqında” bildiriş göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 10 gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. “AzeMis” elektron informasiya sistemi vasitəsilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan müəyyən olunmuşdur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs himayəsində ##.##.2022ci il təvəllüdlü X2 adlı övladı vardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə apellyasiya şikayəti dəlilləri ilə bağlı qeyd edir ki, borclu məhkəmə qərarından və icra sənədindən xəbərdar olmuş, bu müddət ərzində icra sənədi üzrə nəzərdə tutulmuş məbləği tam ödəməmiş, icra sənədinin icrasından qəsdən boyun qaçırmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Təyin olunmuş inzibati tənbehlə bağlı göstərir ki, birinci instansiya məhkəməsi tərəfindən əsaslı olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs himayəsində bir azyaşlı övladının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmiş, məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati tənbeh tədbirinin əsas məqsədlərindən biri şəxsin islah olunmasıdır. Qanunvericilikdə müəyyən edilmiş əsasları nəzərə almadan tətbiq edilən inzibati tənbeh tədbiri şəxsin islah edilməsinə deyil, onun hüquqlarının pozulmasına səbəb olur. Digər tərəfdən məhkəmə zərərçəkmiş şəxsə izah etməyi vacib hesab edir ki, yekun məhkəmə aktlarının icrası ilə bağlı qanunvericilikdə bu sahədə baş verən hüquq pozuntularını törədən şəxslərin məsuliyyəti məsələlərində təkcə inzibati məsuliyyət tədbirləri nəzərdə tutulmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ona tətbiq edilən inzibati tənbeh tədbirlərindən nəticə çıxarmadığı halda qanunvericilikdə daha ciddi məsuliyyət tədbirlərinin tətbiqi nəzərdə tutulmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsində şikayətdə göstərilən dəlillər ətraflı araşdırılmaqla, toplanmış sübutlar tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında qanunauyğun qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” ##.##.2001-ci il tarixli, ** nömrəli qərarına əsasən hüquqi yardımla bağlı Bünyadov Adil İbrahim oğlunun vəkil işlədiyi Sumqayıt Regional Vəkil Bürosunun hesabına 33 (otuz üç) manat məbləğində pul vəsaitinin köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Zərərçəkmiş İsgəndərov Rasim Məhəmməd oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil X4 33 (otuz üç) manat pul vəsaiti Sumqayıt şəhər * saylı Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-8)-370/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-370/2026
25.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver