Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-371/2026 24.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Əhmәdov Elman Mәmmәd oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X8 Xidmәtinin nümayәndәsi nümayәndә2 iştirakı ilә Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarından Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X8 Xidmәti tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDI: Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarı ilә şikayәt tәmin edilmiş, X8 Xidmәtinin Quba-Xaçmaz regional şöbәsinin rәisi X3 ## ##### 2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati tәnbeh vermә haqqında qәrarı lәğv edilmiş, “xxxx” firmasının direktoru Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası IXMnin 192.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirliliyi sübuta yetirilmәdiyindәn onun barәsindә başlanılmış inzibati iş üzrә icraata xitam verilmişdir (hakim Günel Quluzadә). Işin halları: Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X8 Xidmәtinin Quba-Xaçmaz regional şöbәsinin rәisi X3 tәrәfindәn qәbul edilmiş ## ##### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrardan görünür ki, “xxxx” firmasının işәgötürәni Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn X11 vә X4 Əmәk Mәcәllәsindә nәzәrdә tutulmuş qaydada әmәk müqavilәsi hüququ qüvvәyә minmәdәn Siyәzәn şәhәrindә yerlәşәn çörәk sexindә ##.##.2026-cı il tarixdәn ##.##.2026-cı il tarixәdәk hәr-hansı işlәrin yerinә yetirilmәsinә cәlb edilmәsinә görә Azәrbaycan Respublikası IXM-nin 192.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtdiyinә görә Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә 3000 manat mәblәğindә cәrimә inzibati tәnbeh tәdbiri tәtbiq edilmişdir. Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәt әrizәsi ilә Siyәzәn Rayon Mәhkәmәsinә müraciәt edәrәk, Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X8 Xidmәtinin Quba-Xaçmaz regional şöbәsi tәrәfindәn barәsindә 3000 manat cәrimә növündә inzibati tәnbeh tәtbiq edilmәsi barәdә ## ##### 2026- cı il tarixli, ******* saylı inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmiş, şikayәtә baxan birinci instansiya mәhkәmәsi yuxarıda qeyd edilәn nәticәyә gәlmişdir. Apellyasiya şikayətinin dəlilləri: X8 Xidmәtinin Hüquq Idarәsinin rәis müavini Tamerlan Mәlikli qәrardan apellyasiya şikayәti verәrәk, Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarının lәğv edilmәsini vә X8 Xidmәtinin Quba-Xaçmaz regional şöbәsi tәrәfindәn Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә qәbul edilmiş ## ##### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarın qüvvәdә saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә olan inzibati material Göygöl Rayon Prokurorluğu tәrәfindәn X8 Xidmәtinә daxil olmuşdur. Iş materiallarına әlavә edilmiş ## ###### 2026-cı il tarixli qәrarın surәtindәn görünür ki, ## ###### 2026-cı il tarixdә Siyәzәn rayon polis şöbәsindәn rayon prokurorluğuna ##.##.1961-ci il tәvәllüdlü, Siyәzәn şәhәr sakini X11 ##.##.2026-cı il tarixdә işlәdiyi "xxxx" firmasında (çörәk bişirmә sexindә) yıxılaraq xәsarәt alması barәdә **x-** nömrәli xidmәti material daxil olmuşdur. Araşdırma zamanı X11 izahatında bildirmişdir ki, ## ###### 2026-cı il tarixdәn hadisә baş verәn günә kimi, yәni ## ###### 2026-cı il tarixәdәk Siyәzәn rayonunda yerlәşәn "xxxx" firmasında (çörәk bişirmә sexindә) әmәk müqavilәsi olmadan kündәçi işlәmiş, iş rejimi gecә növbәsindә olduğundan hәr gün axşam saat 22:00-dan sәhәr saat 08-dәk sexdә işlәmişdir. ## ###### 2026-cı il tarixdә axşam saat 22:00-da işi başladığından hәmin vaxt işdә olmuş, ## ###### 2026-cı il tarixdә sәhәr saat 07:30 radәlәrindә isә bütün kündә xәmirlәri qablara vurub qurtarmışdır. Daha sonra o, tәmizlәnmәk üçün vә әl-üzünü yumaq üçün sexdә olan hamam otağına getmiş, әl-üzünü yuyub tәmizlәndikdәn sonra paltarlarını dәyişmәk üçün geyinmә otağına getmәk istәdikdә isә hamam otağından çıxarkәn qәflәtәn ayağı sürüşәrәk yerә kafelin üstünә yıxılmışdır. Hәmin vaxt sol ayağının bud nahiyәsindә ağrı hiss etmiş vә qışqırmışdır. Daha sonra oğlu Abusәdә zәng vurmuş vә oğlu gәlib onu xxxxna aparmışdır. Bundan başqa Xavәr Allahverdiyeva izahatında bildirmişdir ki, "xxxx" firmasında (çörәk bişirmә sexindә) әmәk müqavilәsi olmadan kündәçi kimi işlәmişdir. X6 onu vә digәr işçilәri hәr gün işә başlamamışdan qabaq әmәyin mühafizәsi vә texniki tәhlükәsizliyi barәdә şifahi olaraq tәlimatlandırmışdır. Əlavә olaraq X9 izahatında "VAZ 2107" markalı, ** EX *** dövlәt qeydiyyat nişanlı avtomobillә "xxxx" firmasına (çörәk bişirmә sexinә) getdiyini vә zәrәrçәmiş X11 xxxxna apardığını bildirmişdir. X19 rayon Prokurorluğunda izahat verәrәk, anası X11 “xxxx” firmasında kündәçi işlәmәyi ilә bağlı әmәk müqavilәsinin olmadığını bildirmişdir. Belәliklә, Qәrardan şikayәt verәn orqan (şәxs) tәqsiri şahid izahatları ilә tam sübuta yetirilir. Bu sübutlar kifayәt qәdәr mötәbәr olmaqla inzibati xәta haqqında iş üzrә qәrar qәbul etmәk üçün әsas olduğundan, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә qәbul edilәn ## ##### 2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati tәnbeh vermә haqqında qәrar qanuni vә әsaslıdır. Mәhkәmә tәrәfindәn qәrar qәbul edilәrkәn mәhkәmә araşdırmasının sadәcә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin özünü müdafiә mәqsәdi ilә sonradan formalaşdırdığı mülahizәlәrә әsaslanmış, sübutlara hüquqi qiymәt verilmәmişdir. Inzibati Xәtalar Mәcәllәsinin 6-cı maddәsindә әks olunmuş qanunçuluq prinsipinә әsasәn, inzibati xәta haqqında işә baxan mәhkәmә әvvәlki icraat zamanı qanunvericiliyin tәlәblәrinә әmәl olunmasını yoxlamaq sәlahiyyәtinә malik olsa da, bu araşdırma qәrarın mәzmununun hüdudları ilә mәhdudlaşır. Qeyd olunan halları nәzәrә almamaqla mәhkәmә qanunvericiliyә formal yanaşaraq real qanun pozuntularına görә mәsuliyyәtin müәyyәnlәşdirilmәsi işini çәtinlәşdirir, tәqsirli şәxslәrin mәsuliyyәtdәn yayınmaq üçün imkanlarının süni olaraq genişlәndirilmәsinә şәrait yaradır. Nәticәdә, birinci instansiya mәhkәmәsi tәrәfindәn sübutların qiymәtlәndirilmәsi düzgün aparılmadan işin faktiki hallarına uyğun olmayan әsassız nәticәyә gәlinmiş vә nәticәdә әsassız qәrar qәbul edilmişdir. Xidmәtin Quba-Xaçmaz regional şöbәsi tәrәfindәn vәtәndaş Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә qәbul edilmiş inzibati xәta haqqında qәrar tam qanuni vә әsaslıdır. Proses iştirakçılarının çıxışları: Apellyasiya mәhkәmәsi zamanı X8 Xidmәtinin nümayәndәsi nümayәndә2 apellyasiya şikayәtini müdafiә edәrәk tәmin olunmasını, Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarının lәğv edilmәsini vә X8 Xidmәtinin Quba-Xaçmaz regional şöbәsi tәrәfindәn Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә qәbul edilmiş ## ##### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarın qüvvәdә saxlanılmasını xahiş etdi. Mәhkәmә iclasının vaxtı vә yeri barәdә rәsmi qaydada mәlumat verilmәsinә baxmayaraq, Qәrardan şikayәt verәn orqan (şәxs) mәhkәmә iclasına gәlmәmiş, işә onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә şikayәtin dәlillәrini işin materiallarına әsasәn araşdırıb, işdә iştirak edәn şәxsi dinlәyib, hesab edir ki, şikayәt tәmin edilmәmәli, Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, iş materiallarında olan Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X8 Xidmәtinin Quba-Xaçmaz regional şöbәsinin rәisi X3 ## ##### 2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati tәnbeh vermә haqqında qәrarının surәtindәn görünür ki, “xxxx” firmasının işәgötürәni Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn X11 vә X4 Əmәk Mәcәllәsindә nәzәrdә tutulmuş qaydada әmәk müqavilәsi hüququ qüvvәyә minmәdәn Siyәzәn şәhәrindә yerlәşәn çörәk sexindә ##.##.2026-cı il tarixdәn ##.##.2026-cı il tarixәdәk hәr-hansı işlәrin yerinә yetirilmәsinә cәlb edilmәsinә görә Azәrbaycan Respublikası IXM-nin 192.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtdiyinә görә Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә 3000 manat mәblәğindә cәrimә inzibati tәnbeh tәdbiri tәtbiq edilmişdir. Eyni inzibati xәta tәrkibi ilә bağlı Siyәzәn rayon prokuroru tәrәfindәn “xxxx” firması barәsindә inzibati iş üzrә icraatın başlanılması barәdә qәrar qәbul edilәrәk baxılması üçün Siyәzәn rayon Mәhkәmәsinә göndәrilmiş, Siyәzәn Rayon Mәhkәmәsinin 3(5-154)- ***/**** saylı ## ### 2026-cı il tarixli qәrarı ilә “xxxx” firması barәsindә Azәrbaycan Respublikası IXMnin 192.1-ci maddәsi ilә başlanılmış inzibati iş üzrә icraata xitam verilmişdir. Işin hallarından görünür ki, şin araşdırılan hallarından da müәyyәn edilir ki, hüquqi şәxs “xxxx” firmasının direktoru Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası IXMnin 192.1-ci maddәsi ilә tәqsirli bilinәrәk inzibati tәnbeh edilmәsinә әsas X11 vә X4 Azәrbaycan Respublikası Əmәk Mәcәllәsindә nәzәrdә tutulmuş qaydada әmәk müqavilәsi (kontraktı) hüquqi qüvvәyә minmәdәn, yәni әmәk müqavilәsini elektron informasiya sistemindә elektron sәnәd formasında bağlamadan vә tәrәflәrin güclәndirilmiş elektron imzası ilә imzalamadan “xxxx” firmasında işlәrin görülmәsinә cәlb edilmәsi olmuşdur. X16 rayon prokurorluğunda, Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X8 Xidmәtinin QubaXaçmaz regional şöbәsindә vә “xxxx” firmasının işinә baxılan zaman mәhkәmә iclasında bir-biri ilә ziddiyәtli olan izahatlar vermiş, gah evdә yıxıldığını, gah “xxxx” firmasında işlәdiyi vaxt iş vaxtında yıxıldığını, gah da “xxxx” firmasına çörәk almaq mәqsәdilә getdiyi zaman yıxıldığını göstәrmişdir. Hәmçinin o, Azәrbaycan Respublikası Baş prokuroruna ##.##.2026-cı il tarixdә müraciәt ünvanlayaraq “xxxx” firmasında işlәmәdiyi halda izahatının tәhrif edilәrәk yazıldığını göstәrmişdir. Belә ki, iş materiallarından görünür ki, X11 ilkin izahatında göstәrmişdir ki, ## ###### 2026-cı il tarixdәn hadisә baş verәn günә kimi, yәni ## ###### 2026-cı il tarixәdәk Siyәzәn rayonunda yerlәşәn “xxxx” firmasında (çörәk bişirmә sexindә) әmәk müqavilәsi olmadan kündәçi işlәmişdir. Sexdә әsas işi çörәk bişirmә sexindә hazırlanmış kündә xәmirlәri qablara vurmaq olmuş vә günlük 14 manat әmәk haqqını әlbәәl almışdır. “xxxx” firmasının (çörәk bişirmә sexinin) konkret olaraq müdirinin kimin olmasını bilmәsә dә, günlük әmәk haqqısını müdiri kimi bildiyi Nәriman Əzizovdan almışdır. Iş rejimi gecә növbәsindә olduğundan o, hәr gün axşam saat 22:00-dan sәhәr saat 08:00- dәk sexdә işlәmişdir. ## ###### 2026-cı il tarixdә, axşam saat 22:00-da işi başladığından hәmin vaxt işdә olmuş, ## ###### 2026-cı il tarixdә sәhәr saat 07:30 radәlәrindә isә bütün kündә xәmirlәri qablara vurub qurtarmışdır. Daha sonra isә tәmizlәnmәk üçün vә әl-üzünü yumaq üçün sexdә olan hamam otağına getmiş, әl-üzünü yuyub tәmizlәndikdәn sonra paltarlarını dәyişmәk üçün geyinmә otağına getmәk istәdikdә isә hamam otağından çıxarkәn qәflәtәn ayağı sürüşәrәk yerә kafelin üstünә yıxılmışdır. Hәmin vaxt sol ayağının bud nahiyyәsindә ağrı hiss etmiş vә qışqırmışdır. Hәmin vaxt onun sәsinә iş yoldaşları Mәsmә vә briqadir Ehram müәllim gәlmişdir. Daha sonra oğlu Abusәdә zәng vurmuş vә oğlu gәlib onu xxxxna aparmışdır. Qeyd etmişdir ki, o, hәmin xәsarәti öz ehtiyatsızlığından yıxılaraq almışdır vә heç kimdәn heç bir şikayәti vә ya tәlәbi yoxdur. Işdә olan X12 Azәrbaycan Respublikası Baş Prokurouna ünvanlandığı ##.##.2026-cı il tarixli әrizәnin surәtindәn görünür ki, o, әrizәsindә ##.##.2026-ci il tarixdә, saat tәxminәn 08- 10:00 radәlәrindә yaşadığı ünvanın giriş hissәsindә pillәkәnin üzәrindә sürüşәrәk yıxılmasını, hadisә nәticәsindә sol ayağına çat düşәrәk, xәsarәt almasını, hәmin vaxt güclü ağrı vә şok vәziyyәtindә olmasını, bu zaman özünün prokurorluğun әmәkdaşı kimi tәqdim etmiş Allahşükür adlı şәxsin vәziyyәtinin ağır olmasından istifadә edәrәk, ona psixoloji tәsir göstәrmәsini, sәs tonunu qaldıraraq, nә yazırsa imzalamasını tәlәb etmәsini, hadisәnin tәsirindәn tam ayıq vә adekvat olmadığı halda onun yazdığı sәnәdә imza etmәyә mәcbur edilmәsini, sonradan hәmin şәxsin ifadәsini tәhrik edәrәk, guya onun Siyәzәn әrazisindә çörәk sexindә işlәmәsini vә yıxılmasını göstәrmәsini bilmәsini, halbuki, hadisәnin evinә yaxın әrazidәn çörәk alıb qayıdarkәn baş vermәsini, çörәk sexindә işlәmәsinin hәqiqәtә uyğun olmamasını, sahibkar Nәriman Əzizovu rayon sakini kimi tanımasını, sonuncuya qarşı şikayәt vә tәlәbinin olmamasını, onun adından yazılmış hәqiqәtә uyğun olmayan ifadә nәticәsindә qohumәqraba vә rayon camaatı arasında narahat vәziyyәt yaranmasını әlavә etmiş vә qeyd olunanların nәzәrә alınmasını vә özünü prokurluq әmәkdaşı kimi tәqdim etmiş Alllahşükür adlı şәxsin hәrәklәtlәrinә hüquqi qiymәt verilmsini xahiş etmişdir. Işdә olan X12 Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X8 Xidmәtinin QubaX10 verdiyi ## ##### 2026-cı il tarixli izahatının surәtindәn görünür ki, o birdaha yaşadığı evdә yıxılmasını vә çörәk bişirmә sexindә işlәmәmәsini qeyd etmişdir. Siyәzәn rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı ## ### 2026-cı il tarixli qәrarından görünür, Xavәr Allahverdiyeva mәhkәmә iclasında dindirilmiş vә göstәrmişdir ki, o, tәzyiq xәstәliyindәn (hipertoniyadan) әziyyәt çәkir. Mәhz buna görә әvvәllәr işlәsә dә, son vaxtlar әmәk fәaliyyәti ilә mәşğul olmamışdır. Belәliklә, evdә olarkәn tәxminәn saat 9- 10:00 radәlәrindә qan tәzyiqinin yüksәlmәsi sәbәbindәn müavizәnәtini itirәrәk, pillәkәnlәrdәn yıxılmış, bundan sonra rayon mәrkәzi xәstәxanasının tәcilli tibbi yardım şöbәsinә, daha sonra isә müalicәsini davam etdirmәsi üçün Sumqayıt şәhәrinә aparılmışdır. Evdә olarkәn izahatını alan müstәntiq ondan neçә gün firmada işlәdiyini soruşmuş, buna cavab olaraq bircә gün belә işlәmәdiyini bildirdikdә, müstәntiq 15 gün yazıram deyә cavab vermiş, bundan sonra, “yorğanı üzәrinә örtәrәk” ağlamağa başlamışdır. Hәmçinin, adından yazılmış izahatını oxumadan imza etmişdir. Bundan sonra müstәntiqә zәng etmәklә izahatını oxumadan imza etdiyini, orada nә yazıldığını bilmәdiyini qeyd edib, izahatına baxmağı tәlәb etsә dә, sonuncu telefon zәnginin sәbәbini bildikdәn sonra, zәnglәrinә cavab vermәmişdir. Habelә, müstәntiq izahatını aldıqdan sonra yaşadığa evdә “sәninlә işim yoxdur, mәnim işin Nәrimanladır” deyә bildirmişdir. Odur ki, kimin kiminlәsә qәrәzli münasibәti varsa, bu münasibәtin “başında çatlamasını” istәmir. Bununla yanaşı, tәxminәn bir il öncә yaşadığı evin hәyәtinә yığılmış mişar daşı ayağının üzәrinә düşmüş vә bundan ciddi xәsarәt almışdır. Lakin, hәmin vaxt heç bir müstәntiq vә ya hüquq mühafizә orqanın әmәkdaşı onunla maraqlanmamışdır. Bununla bәrabәr xәstәxanada olarkәn işdә yıxılaraq, xәsarәt almasını bildirmәmişdir. Bundan başqa, onu xәstәxanaya aparmış oğlu Abusәd Rusiyada yaşayır, habelә hadisә baş verәn zaman Azәrbaycana yeni gәlmәklә, hadisәnin mahiyyәtini dәrk etmәmişdir. Müstәntiq oğluna telefonda şәkillәri nümayiş etdirәrәk, şәkillәrdә olan şәxslәrin onunla birlikdә işlәyib-işlәmәmәsini soruşmuşdur. Qeyd edir ki, onunla işlәdiyi güman edilәn şәxslәrin ondan yox, oğlundan soruşulmasının hansı mәqsәd daşıdığını da anlamır. Bir daha qeyd edir ki, o, “xxxx” firmasında işlәmәmiş, xәstәliyi ilә әlaqәdar ümumiyyәtlә işlәmәk iqtidarında da deyildir. O, “xxxx” firmasında işlәdiyini heç vaxt bildirmәmiş, müstәntiq özü belә yazmışdır. Bununla әlaqәdar hәtta müstәntiqdәn baş prokurora şikayәt dә ünvanlamışdır. Odur ki, hazırda verdiyi izahatın doğru qәbul edilmәsini xahiş etmişdir. Siyәzәn rayon prokurorluğunda aparılmış **C** saylı yoxlama materiallarından vә işdә olan Siyәzәn rayon Mәhkәmәsinin 3(5-154)- ***/**** saylı ## ### 2026-cı il tarixli qәrarından görünür ki, şahid qismindә izahatı alınan sürücü X7 rayon prokurorluğunda vә mәhkәmә iclasında verdiyi izahatlarında әvvәl saat 11-dә firmaya gedib Xavәri ordan götürüb xәstәxanaya apardığını, sonra isә nahara yaxın tәxminәn saat 13 radәlәrindә Xavәri oğlu ilә birlikdә “xxxx” firmasından götürüb xәstәxanaya apardığını göstәrmişdir. Siyәzәn rayon prokurorluğunda aparılmış **C-** saylı yoxlama materiallarında olan ## ###### 2026-cı il tarixli diskә baxış keçirilmәsi haqqında protokoldan görünür ki, xxxx PHŞdәn ## ###### 2026-cı il tarixli, **-*-**/*-***/**** nömrәli mәktubla daxil olmuş 01 әdәd CD diskә baxış keçirilmişdir. Müәyyәn edilmişdir ki, Diskdә 1 “video” sözlәri yazılmış fayl vardır. Hәmin faylı açdıqda görünür ki, video yazı 03 dәqiqә 04 saniyә әrzindә davam edir. Videoya baxış zamanı müәyyәn olundu ki, ## ###### 2026-cı il tarixdә saat 11:44-dә X19 anası X11 “VAZ 2107” markalı, ** EX *** dövlәt qeydiyyat nişanlı avtomobillә xxxx PHŞ-nә gәtirmiş, Abusәd Allahverdiyev әvvәlcә Acil şöbәsinә, daha sonra isә xәstәxananın әsas giriş hissәsinә yaxınlaşmış vә ## ###### 2026-cı il tarixdә saat 11:49-da anası Xavәr Allahverdiyevanı әlil arabası ilә xәstәxananın әsas girişindәn xәstәxananın inzibati binasına daxil etmişdir. Işdә olan Azәrbaycan Respublikası “xxxx” X1 “xxxx” X1 X8 Xidmәtinin X18 ünvanlanmış ##.##.2026-cı il tarixli **-*-**/*-***/**** saylı mәktubundan müәyyәn edilir ki, X11 ##.##.2026-cı il tarixdә saat 12:37 radәlәrindә Siyәzәn RMX PHŞ-nin TTY şöbәsinә müraciәt etmişdir. Demәsinә görә iş yerindә yıxılıb, ayağı sürüşüb. Işdә olan Azәrbaycan Respublikası “xxxx” X1 “xxxx” X1 ## #### 2026-cı il tarixli 18- *- **/*/***/**** saylı mәktubundan müәyyәn edilir ki, X11 ##.##.2026-cı il tarixdә saat 17:45-dә “sol bud sümüyünün qapalı sınığı” dioqnozu ilә X2 xәstәxanasına müraciәt etmiş, hәkim Fuad Ağayev tәrәfindәn müayinә olunmuş, travma şöbәsinә stasionar müalicәyә qәbul olunmuşdur. ##.##.2026-cı il tarixdә ambulator müalicәyә göndәrilmişdir. Demәsinә görә yıxılıb zәdә alıb. Işdә olan “xxxx” X1 “xxxx” X1 tәqdim etdiyi disk vә mәktubdan müәyyәn edilir ki, hәmin video-yazı vә mәktubda da bir-biri ilә ziddiyәtli mәlumatlar göstәrilmiş, diskdәki video yazıya görә Xavәr Allahverdiyevanın xәstәxanaya girişi ##.##.2026-cı il saat 11:49-da qeyd edilsә dә, hәmin idarәdәn verilәn mәktubda xәstә Xavәr Allahverdiyevanın xәstәxanaya 12:37-dә müraciәt etmәsi qeyd olunmuşdur. Birinci instansiya mәhkәmәsi düzgün olaraq qәrarda Xavәr Allahverdiyevanın ilkin izahatında göstәrdiyi kimi onun 07:30 radәlәrindә iş yerindә yıxıldığı qәbul edilsә, onun saat 11:49-a qәdәr harada olması, 07:30 radәlәrindә yıxılan şәxsin dәrhal oğluna zәng edib onu xәstәxanaya aparması üçün çağırdığını göstәrsә dә, saat 11:49-da qәdәr 4 saatdan artıq vaxt keçdikdәn sonra, әrazi baxımından kiçik olan Siyәzәn şәhәr xәstәxanasına aparılması ağılabatan olmamaqla inandırıcı deyildir. Bundan başqa Xavәr Allahverdiyeva “xxxx” firmasında yıxılmağı ilә bağlı verdiyi ilkin izahatında xәsarәt alarkәn yanında Mәsmә vә Ehtiram adlı işçilәrin olduğunu göstәrmiş, Mәsmә adlı işçi müәyyәn edilәrәk dindirilmәmiş, Ehtiram adlı şәxs dindirilәn zaman Xavәr adlı işçinin ümumiyyәtlә “xxxx” firmasında işlәmәdiyini göstәrmişdir. Bundan әlavә, sürücü Fәrhad Qurbanov izahatında Xavәr Allahverdiyevanı “xxxx” firmasından götürüb xәstәxanaya apardığını göstәrmiş, qeyd olunan halı sübut etmәk üçün inzibati iş üzrә icraat başlanılması barәdә qәrar qәbul etmiş orqan tәrәfindәn “xxxx” firmasında quraşdırılmış müşahidә kamerasının görüntülәri әldә edilmәmiş, Xavәr Allahverdiyevanın, Abusәd Allahverdiyevin vә sürücü Fәrhad Qurbanovun izahatında göstәrdiyi kimi Xavәrin dәqiq “xxxx” firmasından götürülüb xәstәxanaya aparılıbaparılmadığını müәyyәn edә bilәcәyi halda bunu etmәmiş, mәhkәmә tәrәfindәn hәmin görüntülәr tәlәb edilәrkәn firmanın direktoru hәmin video-görüntülәrin 15 gündәn artıq saxlanılmadığını bildirmişdir. Bundan başqa Xavәr Allahverdiyevanın “xxxx” firmasında işlәmәmәsi ilә bağlı izahat verәn çoxsaylı işçilәrin izahatlarına qiymәt verәn inzibati iş üzrә icraat başlanılması barәdә qәrar qәbul edәn orqan hәmin şәxslәrin eyni firmada işlәyәrәk işlәdiklәri müәssisәnin xeyrinә izahat verә bilәcәyi qәnaәtinә gәlsә dә, mәhkәmә qeyd edir ki, Xavәr Allahverdiyeva vә Abusәd Allahverdiyevin yaxın qohum (ana-bala) olaraq bir-birinә uyğun vә bir-birinin xeyrinә izahat verә bilәcәklәri ehtimalı da nәzәrdәn qaçırılmamalı hallardandır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Xavәr Allahverdiyevanın “xxxx” firmasında işlәmәsi işdә olan mötәbәr sübutlarla öz tәsdiqini tapmamış, işdә olan sübutlar bir-biri ilә ziddiyәt tәşkil etmәklә yalnız Xavәr Allahverdiyevin “xxxx” firmasında işlәmәsi ilә bağlı şübhәlәr yaratmışdır ki, IXMnin 8-ci maddәsinә әsasәn inzibati mәsuliyyәtә cәlb olunan şәxsin tәqsirli olması barәsindә şübhәlәr onun xeyrinә hәll edilir. “xxxx” firmasında işlәdiyi qeyd edilәn digәr şәxs X4 ilә bağlı qeyd edir ki, hәmin şәxsin firmada işlәmәsi ilә bağlı araşdırma materiallarında ümumiyyәtlә hәr hansı sәnәd vә sübut yoxdur. Belә ki, inzibati tәnbeh vermә haqqında qәrar qәbul etmiş orqan Siyәzәn rayon prokurorluğunda aparılmış araşdırma materiallarına әsaslanmış, Eldәniz Hacıyevi qeyd olunan halla bağlı dәvәt edib izahatını almamışlar. Siyәzәn rayon prokurluğunda aparılmış araşdırma materiallarından görünür ki, Xavәr Allahvediyeva ilә bağlı araşdırma aparılan zaman Eldәniz Hacıyevin izahatı alınmış, o, 4-5 ildir ki, hәmin firmada işlәdiyini göstәrmişdir. Bununla bağlı ona hәr hansı sual verilmәmiş, firmada hansı vәzifәdә işlәmәsi, әmәk müqavilәsi vә ya digәr әsaslarla işlәmәsi, iş saatının vә әmәk vәzifәsinin nәdәn ibarәt olması ilә bağlı hәr hansı hallar araşdırılmamışdır. Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)- ***/**** saylı ## ### 2026-cı il tarixli qәrarından görünür ki, mәhkәmә iclasında izahatı alınan Eldәniz Hacıyev arvadı Gülçinin hәmin firmada işlәdiyini, ona görә dә firmaya tez-tez gedibgәldiyini, ara-sıra arvadına kömәk etmәklә, bәzәn firmada vә firmanın direktoru Qәrardan şikayәt verәn orqan (şәxs) evindә fәhlә işlәri görmәklә bunun müqabilindә müәyyәn qәdәr vәsait aldığını, rәsmi şәkildә hәmin firmaya yeni işә düzәldiyini göstәrmişdir. Azәrbaycan Respublikası IXM-nin 192.1-ci maddәsinә әsasәn Azәrbaycan Respublikasının Əmәk Mәcәllәsindә nәzәrdә tutulmuş qaydada әmәk müqavilәsi (kontraktı) hüquqi qüvvәyә minmәdәn işә götürәn tәrәfindәn fiziki şәxslәri hәr hansı işlәrin (xidmәtlәrin) yerinә yetirilmәsinә cәlb edilmәsinә görә - fiziki şәxslәr min manatdan iki min manatadәk mәblәğdә, vәzifәli şәxslәr üç min manatdan beş min manatadәk mәblәğdә, hüquqi şәxslәr iyirmi min manatdan iyirmi beş min manatadәk mәblәğdә cәrimә edilir. Maddәnin mәzmunundan aydın olur ki, şәxs o zaman inzibati mәsuliyyәtә cәlb edilir ki, әmәk müqavilәsi (kontraktı) hüquqi qüvvәyә minmәdәn işәgötürәn tәrәfindәn fiziki şәxs hәr hansı işlәrin (xidmәtlәrin) yerinә yetirilmәsinә cәlb edilmiş olsun. Mәhkәmә hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn düzgün olaraq müәyyәn edilmişdir ki, X11 vә X4 “xxxx” firmasında işlәmәsi faktı nә yoxlama materialları, nә dә mәhkәmә iclasında araşdırılmış hallarla öz tәsdiqini tapmamışdır. Ona görә dә, şikayәt tәmin edilmәli, Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X8 Xidmәtinin QubaXaçmaz regional şöbәsinin rәisi X3 ## ##### 2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati tәnbeh vermә haqqında qәrarı lәğv edilmәli, “xxxx” firmasının direktoru Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası IXM-nin 192.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirliliyi sübuta yetirilmәdiyindәn onun barәsindә başlanılmış inzibati iş üzrә icraata xitam verilmәlidir. Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqanın (qurumun) informasiya sistemindә, habelә digәr dövlәt informasiya sistemlәrindә (ehtiyatlarında) aşkar olunan mәlumatlarla, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. Yuxarıda qeyd olunanlara mәcmu halında qiymәt verәrәk mәhkәmә hesab edir ki, X8 Xidmәtinin Hüquq Idarәsi tәrәfindәn verilmiş apellyasiya şikayәtinin dәlillәri formal xarakterli dәlillәr olmaqla Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarının lәğv edilmәsi üçün әsas kimi qәbul oluna bilmәz, ona görә dә şikayәt tәmin edilmәmәli, birinci instansiya mәhkәmәsinin qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Aәәrbaycan Respublikası IXM-nin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Göstәrilәnlәrә әsasәn IXM-nin 134.1.1, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. X8 Xidmәti tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-371/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-371/2026
24.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver