Məhkəmə qərarları › İş №3(3-8)-372/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-372/2026

24.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-372/2026 24.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Mәmmәdov Bilal Mahir oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Nabalıyeva Aynur Akif qızının katibliyi, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs “xxxx” Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin direktoru nümayәndә2, Azәrbaycan Respublikası Fövqәladә Hallar Nazirliyi X4 Xidmәti X3 Yanğın Nәzarәti Idarәsinin nümayәndәsi böyük inspektor, R X5 iştirakı ilә, “xxxx” MMC barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 518.1-ci maddәsi ilә olan inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair Şabran Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından Azәrbaycan Respublikasının Fövqәladә Hallar Nazirliyi X4 Xidmәti X3 Yanğın Nәzarәt Idarәsinin rәisi X1 tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “xxxx” MMC barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 518.1-ci maddәsilә inzibati xәta haqqında protokol tәrtib edilәrәk baxılması üçün Şabran Rayon Mәhkәmәsinә göndәrilmişdir. Şabran Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı ilә “xxxx” MMC barәsindә Azәrbaycan Respublikasının IXM-in 518.1-ci maddәsi ilә başlanılmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmişdir (hakim Ayaz Mәmmәdov). X8 X4 Idarәsinin rәisi X1 apellyasiya şikayәti verәrәk, Şabran Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarının lәğv edilmәsini vә “xxxx” MMC barәsindә yeni qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, qeyd olunan obyektә yanğın-texniki müayinәnin aparılması haqqında qәrar qanunun tәlәbinә әsasәn yoxlamanın başlanmasına әn azı beş iş günü qalmış tәqdim edilmişdir. Əmәkdaşlar tәrәfindәn obyektdә yoxlama müddәtindә obyektә getsәlәr dә MMC-nin rәhbәrliyi tәrәfindәn bәhanәlәr gәtirilәrәk işdә olmadığını, Bakı şәhәrindә olduğunu bildirmişdir. “Yanğın tәhlükәsizliyi haqqında” Azәrbaycan Respublikası Qanununun 6-cı maddәsinin 8-ci bәndindә vә “Azәrbaycan Respublikasında yanğın tәhlükәsizliyi” Qaydaları YTQ №**-2001 1.9.8-ci bәndindә Azәrbaycan Respublikasının X4 Orqanının vә onun bölmәlәrinin vәzifәli şәxslәri öz xidmәti vәzifәlәrini yerinә yetirәrkәn onların әrazilәrә, binalara, qurğulara vә müәssisәnin başqa obyektlәrinә daxil olmasını tәmin etmәk müәssisәlәrin vәzifәlәri kimi qeyd olunmuşdur. “Sahibkarlıq sahәsindә aparılan yoxlamaların tәnzimlәnmәsi vә sahibkarların maraqlarının müdafiәsi haqqında” Azәrbaycan Respublikası Qanununun 20.3-cü maddәsinә әsaәsәn sahibkar vә ya onun sәlahiyyәtli nümayәndәsi yoxlama prosesindә yoxlamaya aid sәnәdlәri yoxlayıcıya tәqdim etmәli vә yoxlama zamanı yaranan suallara şifahi vә (vә ya) yazılı izahatlar vermәli, habelә tәhrif olunmuş vә ya yanlış mәlumat vermәmәlidir. Götürülmüş sәnәdlәrin әsli yoxlayıcı tәrәfindәn yoxlama zamanı vә ya yoxlama bitdikdәn dәrhal sonra yoxlama aktının nüsxәsi ilә birlikdә sahibkara vә ya onun sәlahiyyәtli nümayәndәsinә qaytarılmalıdır. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Apellyasiya instansiyası mәhkәmәsinin iclasında inzibati xәta haqqında protokolu tәrtib etmiş şәxsin nümayәndәsi X5 apellyasiya şikayәtinin dәlillәrinә uyğun çıxış edәrәk birinci instansiya mәhkәmәsinin qәrarının lәğv edilmәsini xahiş etmişdir. Apellyasiya instansiyası mәhkәmәsinin iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs “xxxx” MMC-nin direktoru nümayәndә2 izahatında idarәnin әmәkdaşlarının klinikanın yerlәşdiyi binaya daxil olmalarına hәr hansı bir maneçilik törәdilmәdiyini vә әmәldә inzibati xәtanın tәrkib әlamәtlәrinin olmadığını nәzәrә alaraq birinci instansiya mәhkәmәsinin qәrarının dәyişdirilmәdәn saxlanılmasını xahiş etmişdir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn, inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya mәhkәmәsi proses iştirakçılarının izahatını dinlәyib, inzibati xәta haqqında iş üzrә icraat materiallarını araşdırıb, şikayәtin dәlillәrini öyrәnәrәk belә qәnaәtә gәlir ki, birinci instansiya mәhkәmәsinin mübahisәlәndirilәn qәrarı lәğv edilmәli, “xxxx” MMC Azәrbaycan Respublikası IXM-in 518.1-ci maddәsi ilә tәqsirli bilinib barәsindә inzibati tәnbeh tәdbiri tәtbiq edilmәlidir. Belə ki, iş materiallarında olan: Azәrbaycan Respublikası Fövqәladә Hallar Nazirliyi X4 Xidmәti X3 Yanğın Nәzarәti Idarәsinin ##.##.2026-cı il tarixli, *-**-**/Q-****/**** nömrәli qәrarından görünür ki, “xxxx” MMCdә plan üzrә (növbәti) yoxlamanın aparılması qәrara alınmışdır. Hәmin qәrar ##.##.2026-cı il tarixdә MMC-nin direktoru Azad Orucov tәrәfindәn imzalanaraq qәbul edilmişdir. “Sahibkarlıq sahәsindә aparılan yoxlamaların vahid mәlumat reyestri”ndәn ##.##.2026-cı il tarixli KY********* nömrәli çıxarışdan görünür ki, ##.##.2026-##.##.2026-cı il tarixәdәk “xxxx” MMC-dә “Yanğın tәhlükәsizliyi haqqında” Qanunun tәlәblәrinә riayәt edilib-edilmәmәsinin yoxlanılması planlaşdırılmışdır. X3 Yanğın Nәzarәti Idarәsinin inspektorları daxili xidmәt Rları X2, X11 vә X6 tәrәfindәn tәrtib edilmiş ##.##.2026-cı il tarixli aktdan görünür ki, klinikaya planlı yanğın-texniki müayinә aparmaq üçün gәlmiş, müayinәni apara bilmәmişlәr. Buna sәbәb MMC-nin nümayәndәsi tәrәfindәn bir sıra sәbәblәr gәtirilmәklә dәfәlәrlә yoxlama prosesindәn yayınması, özünün obyektdә olmadığı halda obyektә daxil olmaq vә hәr hansı bir müayinә aparmaq üçün şәrait yaratmayacağını şifahi şәkildә bildirilmәsi, yanğın-texniki müayinәnin aparılması üçün nümayәndәnin ayrılmasını istәdikdә birmәnalı şәkildә bundan imtina edilmәsidir. ##.##.2026-cı il tarixli MN ******* nömrәli, inzibati xәta haqqında protokoldan görünür ki, ##.##.2026-cı il tarixdә ünvan 1 ünvanında yerlәşәn “xxxx” klinikasında “xxxx” MMC tәrәfindәn Azәrbaycan Respublikasının YTQ 01-2001 - 1.9.8-ci bәndinin tәlәblәri pozulmuşdur. “xxxx” MMC tәrәfindәn inzibati xәta haqqında protokola imza etmәkdәn imtina edilmişdir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn, yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizlik) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur vә tәnbeh edilir. Hәmin Mәcәllәnin 12-ci maddәsinә әsasәn bu Mәcәllә ilә qorunan ictimai münasibәtlәrә qәsd edәn, hüquqazidd olan, tәqsirli sayılan (qәsdәn vә ya ehtiyatsızlıqdan törәdilәn) vә inzibati mәsuliyyәtә sәbәb olan әmәl (hәrәkәt vә ya hәrәkәtsizlik) inzibati xәta hesab olunur. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 48-ci maddәsinә әsasәn inzibati xәta haqqında hәr bir işin hallarının vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә araşdırılması inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәrinә aid edilmişdir. Azәrbaycan Respublikasının IXM-nin 75.0.3-cü maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәrin icraatı üzrә inzibati xәta törәtmәkdә şәxsin tәqsiri müәyyәn edilmәlidir. Inzibati Xәtalar Mәcәllәsinin 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olubolmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqanın (qurumun) informasiya sistemindә, habelә digәr dövlәt informasiya sistemlәrindә (ehtiyatlarında) aşkar olunan mәlumatlarla, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. Qeyd olunan Mәcәllәnin 84.1-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәrә baxan hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) işin bütün hallarının mәcmusunun hәrtәrәfli, tam vә obyektiv surәtdә baxılmasına әsaslanan öz daxili inamı ilә sübutları qiymәtlәndirir. Birinci instansiya mәhkәmәsi “xxxx” MMC barәsindә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair qәrarını onunla әsaslandırmışdır ki, mәhkәmә araşdırması zamanı “xxxx” MMC-nin әmәlindә Azәrbaycan Respublikasının IXM-in 518.1-ci maddәsi ilә nәzәrdә tutulan inzibati xәta tәrkibinin olması sübuta yetirilmәmişdir. Belә ki, Idarәnin әmәkdaşlarının ##.##.2026-cı il tarixdә MMC-nin binasına gәldiklәri zaman onların binaya daxil olmalarına şәrait yaradılmamasını tәsdiq edәn hәr-hansı bir mötәbәr sübut (fotoşәkil, videogörüntü vә s.) mәhkәmәyә tәqdim edilmәmiş, hәmçinin ##.##.2026-cı il tarixli aktda da MMC-nin nümayәndәsinin imzası vә ya hәmin aktı imzalamaqdan imtina etmәsi ilә bağlı hәr-hansı bir qeyd yoxdur. Apellyasiya mәhkәmәsi iş materiallarını araşdırıb, şikayәtin dәlillәrinә hüquqi qiymәt verәrәk belә qәnaәtә gәlir ki, birinci instansiya mәhkәmәsi düzgün olmayan nәticәyә gәlmişdir. Belә ki, “xxxx” MMC tәrәfindәn yanğın tәhlükәsizliyi qaydalarının tәlәblәrinin pozulması iş materialları tam tәsdiq edilir. Azәrbaycan Respublikası IXM-in 518.1-ci maddәsinә әsasәn mülkiyyәt formasından asılı olmayaraq müәssisә, idarә vә tәşkilatlarda, ictimai yerlәrdә, anbarlarda, yataqxanalarda vә ya digәr yaşayış sahәlәrindә, meşәlәrdә vә nәqliyyatda yanğın tәhlükәsizliyi standartlarının, normalarının vә qaydalarının tәlәblәrinin pozulmasına vә ya yerinә yetirilmәmәsinә görә - fiziki şәxslәrә xәbәrdarlıq edilir vә ya onlar iyirmi manatdan otuz manatadәk mәblәğdә cәrimә edilir, vәzifәli şәxslәrә xәbәrdarlıq edilir vә ya onlar yüz manatdan yüz әlli manatadәk mәblәğdә, hüquqi şәxslәr üç yüz әlli manatdan beş yüz manatadәk mәblәğdә cәrimә edilir. “Yanğın tәhlükәsizliyi haqqında” Azәrbaycan Respublikası Qanununun 1-ci maddәsinin 5-ci bәndinә әsasәn yanğın tәhlükәsizliyi tәlәblәri — yanğın tәhlükәsizliyini tәmin etmәk mәqsәdi ilә Azәrbaycan Respublikasının qanunvericiliyi ilә müәyyәnlәşdirilmiş sosial vә texniki xarakterli xüsusi şәrtdir; Hәmin qanunun 6-cı bәndinә әsasәn yanğın tәhlükәsizliyi tәlәblәrinin pozulması — yanğın tәhlükәsizliyi tәlәblәrinin yerinә yetirilmәmәsi vә ya lazımınca yerinә yetirilmәmәsidir. Hәmin qanunun 3-cü maddәsinә әsasәn dövlәt yanğın tәhlükәsizliyi standartlarının, normalarının, qaydalarının vә yanğın tәhlükәsizliyinә dair normativ hüquqi aktların qәbul edilmәsi vә onların icrasına nәzarәt olunması; (burada «müvafiq icra hakimiyyәti orqanı»nın sәlahiyyәtlәrini Azәrbaycan Respublikasının Fövqәladә Hallar Nazirliyi hәyata keçirir) Hәmin qanunun 13-cü maddәsinә әsasәn yanğın tәhlükәsizliyi sahәsindә normativ hüquqi tәnzimlәmә sәlahiyyәtli dövlәt orqanları tәrәfindәn yanğın tәhlükәsizliyinә dair normativ hüquqi aktların(normativ sәnәdlәrin) qәbul edilmәsindәn ibarәtdir.Yanğın tәhlükәsizliyinә dair normativ sәnәdlәrә yanğın tәhlükәsizliyi standartları, normaları vә qaydaları, tәlimatlar, yanğın tәhlükәsizliyi tәlәblәrinin göstәrildiyi başqa aktlar aiddir. Hәmin qanunun 36-cı maddәsinә әssәn bu Qanunun pozulmasına görә vәzifәli şәxslәr vә vәtәndaşlar Azәrbaycan Respublikasının qanunvericiliyi ilә nәzәrdә tutulmuş qaydada mәsuliyyәt daşıyırlar. “Azәrbaycan Respublikasında yanğın tәhlükәsizliyi” Qaydalarının 1.9-cu bәndinә әsasәn Azәrbaycan Respublikası әrazisindә yerlәşәn hüquqi şәxslәr (müәssisәlәr), yanğın tәhlükәsizliyi tәlәblәrinin yerinә yetirilmәsinin tәmin edilmәsi sahәsindә aşağıdakı vәzifәlәri yerinә yetirmәlidirlәr: 1.9.8. Azәrbaycan Respublikasının X4 Orqanının vә onun bölmәlәrinin vәzifәli şәxslәri öz xidmәti vәzifәlәrini yerinә yetirәrkәn onların әrazilәrә, binalara, qurğulara vә müәssisәnin başqa obyektlәrinә daxil olmasını tәmin etmәk. “Sahibkarlıq sahәsindә aparılan yoxlamaların tәnzimlәnmәsi vә sahibkarların maraqlarının müdafiәsi haqqında” Azәrbaycan Respublikası Qanununun 20.3-cü maddәsinә әsaәsәn sahibkar vә ya onun sәlahiyyәtli nümayәndәsi yoxlama prosesindә yoxlamaya aid sәnәdlәri yoxlayıcıya tәqdim etmәli vә yoxlama zamanı yaranan suallara şifahi vә (vә ya) yazılı izahatlar vermәli, habelә tәhrif olunmuş vә ya yanlış mәlumat vermәmәlidir. Iş materiallarından göründüyü kimi “xxxx” MMC-nin direktoru obyektdә yanğın-texniki müayinәnin aparılması haqqında qәrarla şәxsәn tanış olmaqla bu barәdә mәlumatlı olmuş, MMC-nin tәsisçisi vә rәsmi nümayәndәsi şәxsәn imza etmәklә ##.##.2026-cı il tarixdә qәbul etmişdir. Yeddi gün qabaq yoxlamanın aparılmasın lakin MMC tәrәfindәn idarәnin әmәkdaşlarının yanğın-texniki müayinәnin aparılması üçün obyektә daxil olmasına şәrait yaradılmamış, nә dә bunun üçün sәlahiyyәtli nümayәndә ayrılmamışdır. Birinci instansiya mәhkәmәsi qәrarında X4 Xidmәtinin әmәkdaşlarının MMC-nin binasına gәldiklәri zaman onların binaya daxil olmalarına şәrait yaradılmamasını tәsdiq edәn hәr-hansı bir mötәbәr sübut (fotoşәkil, videogörüntü vә s.) mәhkәmәyә tәqdim edilmәdiyini göstәrsә dә MMC-nin nümayәndәsinin yoxlamadan yeddi gün әvvәl yoxlamanın aparılması haqqında qәrarla tanış olması faktına qiymәt vermәmişdir. Belә olan halda mәhkәmә hesab edir ki, “xxxx” MMC-nin әmәlindә Azәrbaycan Respublikası IXM-in 518.1-ci maddәsinin tәrkib әlamәtlәri vardır vә tәrtib edilmiş inzibati xәta haqında protokol qanuni vә әsaslıdır. Yuxarıda da bәhs olunduğu kimi MMC-nin nümayәndәsinin yoxlamadan yeddi gün әvvәl yoxlamanın aparılması haqqında qәrarla tanış olduqdan sonra yanğın tәhlükәsizliyinә cavabdeh olan şәxsi bu barәdә xәbәrdar edәrәk gәlәcәk yoxlamaya şәrait yaradılmasını tәmin etmәmişdir. Göstәrilәn sәbәblәrә görә mәhkәmә “xxxx” MMC-nin nümayәndәsinin X4 Xidmәtinin әmәkdaşlarına heç bir maneә törәtmәmәlәrinә vә yoxlama barәdә mәlumatlı olmamalarına dair izahatını da mәsuliyyәtdәn yayınmaq üçün özünü müdafiә xarakterli izahat kimi qәbul edir. Azәrbaycan Respublikası IXM-nin 9.1-ci maddәsinә görә, inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. Azәrbaycan Respublikası IXM-nin 18.1-ci maddәsinә әsasәn hüquqi şәxslәr, o cümlәdәn xarici hüquqi şәxslәr vә xarici hüquqi şәxslәrin filial vә nümayәndәliklәri bu Mәcәllәnin Xüsusi hissәsindә nәzәrdә tutulmuş inzibati xәtalara görә inzibati mәsuliyyәtә cәlb olunurlar. Azәrbaycan Respublikası IXM-nin 18.5-ci maddәsinә әsasәn hüquqi şәxs barәsindә inzibati tәnbeh yalnız hakim tәrәfindәn tәtbiq edilir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 21 vә 31.1-ci maddәlәrinә әsasәn inzibati tәnbeh inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır vә bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. Azәrbaycan Respublikası IXM-nin 31.3-cü maddәsinә әsasәn hüquqi şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, inzibati xәtanın xarakteri, inzibati xәta nәticәsindә hüquqi şәxsin әldә etdiyi xeyrin hәcmi vә ya onun maraqlarının tәmin edilmәsinin xarakteri vә dәrәcәsi, hüquqi şәxsi xarakterizә edәn hallar, o cümlәdәn onun maliyyә vә әmlak vәziyyәti, xeyriyyәçilik vә ya digәr ictimai faydalı fәaliyyәtlә mәşğul olması, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. “xxxx” MMC-nin mәsuliyyәtini yüngüllәşdirәn vә ağırlaşdıran hallar müәyyәn edilmәdi. Göstәrilәnlәri nәzәrә alaraq apellyasiya mәhkәmәsi belә qәnatә gәlir ki, apellyasiya şikayәti tәmin edilmәli, “xxxx” MMC barәsindә Azәrbaycan Respublikası IXM-in 518.1-ci maddәsi ilә olan inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair Şabran Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı apellyasiya şikayәtinә әsasәn lәğv edilmәli vә “xxxx” MMC (VÖEN **********) Azәrbaycan Respublikası IXM-in 518.1ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinib tәnbeh edilmәlidir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1.2-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәbul edilmiş qәrardan şikayәt vә ya protestә baxılarkәn bu Mәcәllәnin 135.1.2–135.1.5-ci maddәlәri ilә müәyyәn edilmiş hallarda qәrarın dәyişdirilmәsi haqqında vә ya qәrarı lәğv edәrәk yeni qәrarın çıxarılması haqqında qәrar qәbul edilir. Azәrbaycan Respublikası IXM-nin 135.1.2-ci maddәsinә әsasәn hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) gәldiyi nәticәlәrin işin faktiki hallarına uyğun olmaması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsasdır. Göstәrilәnlәri vә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1.2 vә 135.1.2-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDİ: Apellyasiya şikayәti tәmin edilsin. “xxxx” MMC barәsindә Azәrbaycan Respublikası IXM-in 518.1-ci maddәsi ilә olan inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair Şabran Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı apellyasiya şikayәtinә әsasәn lәğv edilsin. Iş üzrә yeni qәrar qәbul edilsin. “xxxx” MMC (VÖEN **********) Azәrbaycan Respublikasının IXM-in 518.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinsin vә barәsindә 400 (dörd yüz) manat mәblәğindә cәrimә növündә inzibati tәnbeh tәdbiri tәtbiq edilsin. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan şikayәt vә ya protest verilә bilmәz. Hakim: Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar