Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-373/2026 25.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, Mirzəyev Pərvin Əbil oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Abasov İbrahim Hilal oğlunun müdafiəçisi X3, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi Əliyev Elçin İsmayıl oğlunun iştirakı ilə, Abasov İbrahim Hilal oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı Şəhər İdarəsinin rəisi, X1 ##.##.2025-ci il tarixli MN ******* saylı qərarı ilə Abasov İbrahim Hilal oğlu işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1000 manat məbləğində şərti olaraq cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan Abasov İbrahim Hilal oğlu şikayətlə birinci instansiya məhkəməsinə müraciət edərək tərtib olunan inzibati tənbeh vermə haqqında MN ******* saylı, ##.##.2025-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Abasov İbrahim Hilal oğlunun şikayəti təmin olunmuş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı Şəhər İdarəsinin rəisi, X1 ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və Abasov İbrahim Hilal oğlunun barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Birinci instansiya məhkəməsinin qərarından narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və Abasov İbrahim Hilal oğlu barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı Şəhər İdarəsinin ##.##.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vətəndaş Məmmədova Nazilə Əfqan qızının "Sosial Quruculuq" İB-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin 142 Çağrı Mərkəzinə ünvanladığı müraciətinə Nazirlik yanında X5 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Araşdırma zamanı vətəndaşın müraciətində qeyd olunan məsələlərin ətraflı araşdırılması məqsədilə "Sosial Quruculuq" İB-nin ünvanına ##.##.2025-ci il tarixli 3-17- */*-*****/**** nömrəli məktubla müraciət olunaraq N.Məmmədovaya aid olan sənədlərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuşdur. Belə ki, müəssisə tərəfindən ##.##.2025-ci il tarixində X5 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmiş sənədlərdən vətəndaş Məmmədova Naziləni iş günü hesab edilməyən bayram günləri qabağı iş günü müddətinin 1 (bir) saat qısaldılmadığı (# #### 2025-ci il tarixdə) müəyyən edilmişdir. Eyni zamanda həmin artıq iş saatı üçün əmək haqqı ödənilməmişdir. Müəssisə tərəfindən ##.##.2025-ci il tarixində X5 Xidmətinin Bakı şəhər İdarəsinə yenidən təqdim edilmiş cavab məktubunda (hüquq pozuntusunun olduğu bildirildikdən sonra) iş vaxtının uçotu tabeli cədvəlində texniki səhv edildiyi bildirilmiş və düzəliş edilmiş yeni iş vaxtının uçot cədvəli təqdim edilmişdir. Müəssisə tərəfindən təqdim edilən iş uçotu tabeli cədvəli həm müəssisənin mühasibi (hr), həm də işəgötürən tərəfindən nəzərdən keçirilir və işəgötürənin imzası və müəssisənin möhürü ilə təsdiq edilir. Belə olan halda məsuliyyət yaradan tabel cədvəlinin texniki səhv olması ilə əlaqədar sonradan təqdim edilməsi inzibati məsuliyyətdən yayınma halı kimi qiymətləndirilməlidir. Ona görə ki, sözügedən sənəd işəgötürən tərəfindən yenidən tərtib oluna bildiyinə görə və həmin sənədin reysetri aparlamadığına görə mötəbərliyi şübhə doğurur. Odur ki, ilk təqdim edilən iş uçotu tabel cədvəli daha mötəbər sübut hesab olunur. Göründüyü kimi, Abasov İbrahim Hilal oğlunın əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tərkib əlaməti olduğundan haqlı olaraq barəsində ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi Əliyev Elçin İsmayıl oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və Abasov İbrahim Hilal oğlu barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı Şəhər İdarəsinin ##.##.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Abasov İbrahim Hilal oğlunun müdafiəçisi X3 çıxış edərək apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçılarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, İXM-in 75, 76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq iş materiallarında olan sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək düzgün nəticəyə gəlmişdir. Belə ki, İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı Şəhər İdarəsinin rəisi, X1 ##.##.2025-ci il tarixli MN ******* saylı qərarından görünür ki, Abasov İbrahim Hilal oğlu Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1000 manat məbləğində şərti olaraq cərimə edilmişdir. İş materiallarında olan iş vaxtının Uçotu Tabelindən görünür ki, Məmmədova Nazilə Əfqan qızının 0# #### 2025-ci il tarixli qrafasında iş saatı olaraq 8 rəqəmi qeyd edilmişdir. İş materiallarında olan Məmmədova Nazilə Əfqan qızı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə ünvanlanmış ##.##.2025-ci il tarixli izahatından qeyd etmişdir ki, ##.##.2025-ci il tarixində qısa iş günü olduğu üçün bir saat tez işdən getmişdir. İş materiallarında olan Məmmədova Nazilə Əfqan qızı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə ünvanlanmış ##.##.2025-ci il tarixli izahatında qeyd etmişdir ki, o, 2015-ci ildən Sosial Quruculuq İB-də çalışmışdır. Hər ay əmək haqqını almışdır. Əmək haqqı barədə idarənin ona borcu yoxdur. İş materiallarında olan Məmmədova Nazilə Əfqan qızı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə ünvanlanmış ##.##.2025-ci il tarixli izahatından qeyd etmişdir ki, hazırda işlədiyi S.Q İB-də qeyri iş günü onları işə cəlb etdilər, lakin o iştirak etməmişdir. O, olmadığı təqdirdə onun adına ödəniş olmuşdur. Bu məsələnin araşdırılmasını xahiş edir. Baş vermiş hadisə 2025-ci ilin may ayında baş vermişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, uçotu tabeli cədvəlində texniki edilmiş səhvdən başqa səlahiyyətli dövlət qurumu inzibati xətanın törədilməsinə dair hər hansı bir sübut təqdim edilməmişdir. X4 Əfqan qızı X5 Xidmətində verdiyi izahatında 7 martl 2026-cı il tarixdə 7 saat işlədiyini göstərmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsində şikayətdə göstərilən dəlillər ətraflı araşdırılmaqla, toplanmış sübutlar tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında qanunauyğun qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-8)-373/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-373/2026
25.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver