Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-374/2026 06.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Rzayev Mәhәmmәdәli Əsәd oğlunun sәdrliyi, Hacıyeva Aytәkin Qurban qızının katibliyi, “xxxx” ASC-nin nümayәndәsi Nümayәndә, “xxxx” X2 etibarnamә üzrә nümayәndәlәri Ağayev İlqar İbrahim oğlu vә X1 iştirakları ilә, “xxxx” ASC-nin (VÖEN **********) barәsindә Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 326-cı maddәsi ilә başlanmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair Siyәzәn Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından “xxxx” X2 tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ : “xxxx” ASC barәsindә Azәrbaycan Respublikasının Rәqәmsal İnkişaf vә Nәqliyyat Nazirliyinin Tabeliyindә xxxxnin Bakı regional idarәsinin inspektoru X6 tәrәfindәn ## ##### 2026cı il tarixli, MN seriyalı, ******* nömrәli inzibati xәta haqqında protokol tәrtib edilәrәk baxılması üçün Siyәzәn Rayon Mәhkәmәsinә tәqdim olunmuşdur. Siyәzәn Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı ilә “xxxx” ASC-nin әmәlindә Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 326-cı maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta tәrkibi olmadığından barәsindә başlanmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmişdir (hakim X7). Qәrardan narazı qalan “xxxx” X2 apellyasiya şikayәti verәrәk, Siyәzәn Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarının lәğv edilmәsini, "xxxx” ASC-nin Azәrbaycan Respublikası İXM-nin 326-cı maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәsinә dair tәqsirli hesab edilәrәk 2000 (iki min) manatdan 3000 (üç min) manatadәk mәblәğindә cәrimә edilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir . Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, mәhkәmә iş üzrә әhәmiyyәt kәsb edәn halları tam, hәrtәrәfli, vә obyektiv araşdırmamış, iş materriallarına vә sübutlara düzgün qiymәt vermәmiş, mövcud qanunvericiliyi tәtbiq etmәmiş, inzibati xәta törәdildiyi vaxt güvvәdә olan maddi normanı deyil, әvvәllәr olmuş vә hal-hazırda qüvvәdәn düşmüş maddi normanı tәtbiq etmişdir. Qeyd edilir ki, mәhkәmә iclasının yeri vә vaxtı barәdә müvafiq qaydada AYNA-ya heç bir mәlumat göndәrilmәmişdir vә ya göndәrilmәsinә dair hәr hansı bir tәsdiq edici mәlumatlar qeyd edilmәmişdir. Bu da AYNA-nın nümayәndәlәrinin mәhkәmәdә iştirak etmәk vә iş üzrә mövqeyini tam vә әtraflı tәqdim edilmәsinә dair imkan yaradılmamasına sәbәb olmuşdur. Mәhkәmә Konstitusiya Mәhkәmәsinin qәrarına istinad etmişdir. Halbuki, Konstitusiya Mәhkәmәsinin hәmin qәrarından sonra qanunvericiliyә dәyişikliklәr edilmişdir. Konstitusiya Mәhkәmәsinin sözügedәn mövgeyindәn irәli gәlәrәk Qanunvericilikdә müәyyәn dәyişiliklәr vә әlavәlәr edilmişdir. Qeyd olunur ki, Avtonәqliyyat vasitәlәrinin texniki vәziyyәtinin reysqabağı yoxlanılmasının nәticәlәrinin qeydiyyatı forması Azәrbaycan Respublikasının Rәqәmsal İnkişaf vә Nәqliyyat Nazirliyi tәrәfindәn müәyyәn edilәn “Avtonәqliyyat vasitәlәrinin reysqabağı müayinә jurnalı”nda aparılır. Avtonәqliyyat vasitәlәrinin texniki vәziyyәtinin reysqabağı yoxlanılmasının nәticәlәrinә әsasәn daşıyıcıya vә ya avtonәqliyyat vasitәlәrinin sürücülәrinә müayinә mәntәqәsinin möhürü ilә tәsdiq edilmiş arayış verilir. Arayışın forması Azәrbaycan Respublikasının Rәqәmsal İnkişaf vә Nәqliyyat Nazirliyi tәrәfindәn müәyyәn edilir. Arayış yalnız texniki cәhәtdәn qanunvericiliklә müәyyәn edilmiş tәlәblәrә cavab verәn avtonәqliyyat vasitәlәri üçün verilir. Texniki vәziyyәtinin reysqabağı yoxlanılması barәdә arayış olmadan avtonәqliyyat vasitәlәri daşımalara buraxılmır. Əlavә olaraq bildirilir ki, Avtomobil nәqliyyatı ilә sәrnişin vә yük daşmalarını yerinә yetirәn daşıyıcıların sәrәncamlarında olan avtonәqliyyat vasitәlәrinin texniki vәziyyәtinin reysqabağı yoxlanılması Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2009-cu il ## ##### tarixli ** nömrәli Qәrarı ilә tәsdiq edilmiş “Avtomobil nәqliyyatı ilә sәrnişin vә yük daşımalarını yerinә yetirәn daşıyıcılar tәrәfindәn mülkiyyәt, icarә vә ya istifadәsindә olan avtonәqliyyat vasitәlәrinin texniki vәziyyәtinin reysqabağı yoxlanılması, sürücülәrin reysqabağı tibbi müayinәsinin keçirilmәsi Qaydası”nın 2ci vә 3-cü hissәlәrinә әsasәn hәyata keçirilir. Müvafiq tibb müәssisәlәri tәrәfindәn sürücülәrin reysqabağı tibbi müayinәsi Azәrbaycan Respublikası Nәqliyyat Nazirliyinin tәyin etdiyi hüquqi vә ya fiziki şәxslәr tәrәfindәn tәşkil edilmiş mәntәqәlәrdә aparılır. Reysqabağı tibbi müayinәnin nәticәlәrinә görә forması Azәrbaycan Respublikasının Sәhiyyә Nazirliyi tәrәfindәn tәsdiq edilәn sürücünün reysqabağı tibbi müayinә kitabçasında müayinә mәntәqәsinin möhürü ilә tәsdiq edilmiş qeydlәr aparılır. Sağlamlıq vәziyyәti tibbi tәlәblәrә uyğun olmayan sürücülәr nәqliyyat vasitәsinin idarә edilmәsinә buraxılmırlar. Vurğulanır ki, daşıyıcılar daşıma fәaliyyәtinә başlamazdan әvvәl mütlәq qaydada sәrәncamlarında olan avtonәqliyyat vasitәlәrinin texniki vәziyyәtinin reysqabağı yoxlanılmadan, hәmin nәqliyyat vasitәlәrinin sürücülәri isә reysqabağı tibbi müayinәdәn keçmәlidilәr.Bu tәlәb mövcud qanunvericiliyin imperativ tәlәbidir.Azәrbaycan Respublikasının әrazisindә avtomobil nәqliyyatı ilә sәrnişin vә yük daşımalarının hüquqi, tәşkilati vә iqtisadi әsaslarını müәyyәn edir, bu sahәdә dövlәt orqanları (qurumları), daşıyıcılar vә avtomobil nәqliyyatı ilә sәrnişin vә yük daşımaları üzrә xidmәtlәrin istehlakçıları arasında yaranan münasibәtlәrini mәhz “xxxx” Azәrbaycan Respublikası Qanunu tәnzimlәyir vә hәmin qanunla hәr-hansı bir digәr qanunun arasında ziddiyәt yoxdur. Azәrbaycan Respublikası Əmәk Mәcәllәsinin vә Mülki Mәcәllәnin hazırki işә hәr-hansı bir aidiyyәti yoxdur. Digәr tәrәfdәn ASC-nin nümayәndәsi hansısa özünә bәlli bir sәbәbdәn sözügedәn mәcәllәlәrin istinadını mәhz deliktlә әsaslandırmağa cәhd etmişdir. Hazırki mәhkәmә işindә isә hәr hansı bir mülki zәrәr yetirmәmişdir. Hazırki iş, mәhz yükdaşımalar sahәsindә mövcüd olan hüquqi aktlarının pozulması nәticәsindә baş vermiş inzibati xәta ilә әlaqәdar işdir vә bu isә mülki iş deyil. Siyәzәn Rayon Mәhkәmәsinin ##.##.2026cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarının mәtnindә ASC-nin nümayәndәsinin mövqeyi (әtraflı araşdırmadan, analiz olunmadan) әsas kimi tәqdim edilmişdir. Bu da öz növbәsindә bir daha onu sübut edir ki, ASC-nin nümayәndәsi tәrәfindәn vә hәmin nümayәndәnin mәhkәmә qәrarında qeyd olunan mövqeyi formal mülahizәlәrindәn ibarәtdir. Siyәzәn Rayon Mәhkәmәsinin qәrarında fәrqlәnmә nişanı ilә bağlı istinadları mübahisә predmeti ilә әlaqәli olmadığından, hәmin halların iş üzrә sübut әhәmiyyәti mövcud deyildir. Əksinә ASC-nin xüsusi fәqlәnmә nişanının olması onun yük daşımaları ilә mәşqul olduğunu tәsdiq edәn bir sәnәddir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә İnzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Apellyasiya mәhkәmәsi mәhkәmә iclasında “xxxx” ASC-nin nümayәndәsi Nümayәndә çıxış edәrәk, bildirdi ki, “xxxx” ASC “xxxx” Qanunun subyekti deyil. ASC daşıma fәaliyyәti hәyata keçirmir. İş üzrә kobud qanun pozuntularına yol verilmişdir. Konstitusiya Mәhkәmәsinin müvafiq Plenum Qәrarı qәbul olunduqdan sonra mәhkәmәlәr tәrәfindәn müvafiq inzibati xәtanın yaranmaması qәnaәtinә gәlinәn qәrarlar qәbul olunmuşdur. ASC toyuq әtinin istehsalı fәaliyyәtini hәyata keçirmәklә daşıma deyil, çatdırılmanı tәmin edir. Şirkәtin öz balansında olan nәqliyyat vasitәlәri xüsusi texniki qurğularla tәmin edilmişdir. Toyuq әti mәhsulları tez xarab olan mal olduğundan, ASC bu vәzifәni öz üzәrinә götürmüşdür. Vәsatәti әsasında şahidlәrin izahatları alınmış vә yanlışlığa, saxtakarlığa yol verildiyi müәyyәn edilmişdir. X9 akt vә protokolun hadisә yerindә tәrtib edildiyini, hәmçinin etibarnamә tәqdim edilmәsә dә, sürücünü videogörüntüyә uyğun olaraq nümayәndә kimi qәbul etdiyini bildirmişdir. Qanunvericiliyә әsasәn, bu cür kobud prosessual pozuntulara müvafiq hüquqi qiymәt verilmәlidir. Sürücü ona imzalamaq üçün aktın tәqdim edilmәdiyini bildirmişdir. ASC-yә yalnız iş mәhkәmәyә göndәrildikdәn sonra bununla bağlı bildiriş göndәrilmişdir. İşә mәhkәmәdә baxılarkәn onlar inzibati araşdırmadan mәlumatlı olmuşlar. AYNA-nın (xxxx) әmәkdaşları tәrәfindәn saxtakarlığa yol verildiyi üçün barәlәrindә xüsusi qәrar çıxarılmasını xahiş edir. Bu, cinayәt-prosessual qanunvericilikdә nәzәrdә tutulmuşdur vә Konstitusiya Mәhkәmәsinin müvafiq Plenum Qәrarına görә bu cür halların analogiya üzrә inzibati xәtalara dair işlәrdә tәtbiqinә yol verilir. Akt vә protokolda Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin ** saylı Qәrarına istinad olunmuşdur. 2026-cı ilin ## #### tarixindә qanuna dәyişiklik edilsә dә, hәmin Qәrarda hәr hansı dәyişiklik edilmәmişdir. Hәmin qәrarda yalnız kommersiya mәqsәdli daşımaların adı göstәrilir. Kommersiya mәqsәdli daşımaların anlayışı isә qanunvericilikdә verilmişdir. Daşımanın anlayışı Mülki Mәcәllәdә vә “xxxx” Qanunda izah edilmişdir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa әsasәn, Mülki Mәcәllә daha üstün hüquqi qüvvәyә malikdir. Belәliklә, birinci instansiya mәhkәmәsinin qәrarının dәyişdirilmәdәn saxlanılmasını xahiş etmişdir. Apellyasiya mәhkәmәsi mәhkәmә iclasında “xxxx” X2 etibarnamә üzrә nümayәndәsi X1 apellyasiya şikayәtinin dәlillәrinә uyğun çıxış edәrәk, bildirdi ki, qanunvericiliyә әsasәn “xxxx” ASC İXM-nin 326-cı maddәsinin subyekti hesab olunur. Çünki, “xxxx” Qanuna әsasәn artıq ASC daşıyıcı hesab olunur. Bu mәsәlәnin qanuni tәrәfidir. Birinci instansiya mәhkәmәsi tәrәfindәn qәbul edilәn qәrar qanunun köhnә redaksiyasına uyğun qәbul edilib. Halbuki protokol qanunvericiliyә dәyişiklik edildikdәn sonra - ## ##### 2026-cı il tarixindә tәrtib edilib. Protokolda Hәsәnov Ruslan nümayәndә kimi qәbul olunub vә bu qaydada qeyd edilib. Etibarnamәyә gәldikdә isә yol vәrәqәsi sürücüyә mәhz nәqliyyat vasitәsini idarә etmәk üçün sәlahiyyәt verib. Protokol qanunvericiliyә әsasәn hadisә yerindә dә, idarәdә dә tәrtib edilә bilәr vә bunun üçün 2 gün vaxt verilir. Mülki Mәcәllәdә daşıyıcıların anlayışı verilsә dә, hәr bir qanunun özünün tәnzimlәmә predmeti var. Hazırkı mәsәlә "xxxx" qanunla tәnzimlәnir. Nazirlәr Kabinetinin müvafiq qәrarlarında reysqabağı yoxlamadan keçirilmәnin vacibliyi vurğulanır. Qeyd olunanlara әsasәn apellyasiya şikayәtinin tәmin olunmasını xahiş etmişdir. “xxxx” X2 etibarnamә üzrә nümayәndәsi Ağayev İlqar İbrahim oğlu da X1 ilә eyni mәzmunlu izahat vermişdir. Apellyasiya mәhkәmәsi mәhkәmә iclasında “xxxx” X2 Bakı Regional İdarәsinin inspektoru X6 izahat verәrәk bildirdi ki, onlar nәqliyyat vasitәsi dayandığı halda yaxınlaşaraq hәmin vaxt tәk olan sürücüdәn reysqabağı yoxlama vә sürücünün tibbi müayinә olunması haqqında arayış tәlәb etmişlәr, lakin sürücü tәrәfindәn tәqdim edilmәmişdir. Bundan sonra elektron sistemdә yoxlama әsasında hәmin sәnәdlәr aşkar edilmәmişdir. Bunun әsasında onun tәrәfindәn hәmin gün akt vә idarәdә isә tәrәfә bildiriş göndәrildikdәn sonra protokol tәrtib edilmişdir. Onlar sürücüdәn aktı imzalayıb imzalamasını soruşmuşlar vә bunun әsasında “imtina edir” kimi qeyd aparılmışdır. Aktı aşağı hissәdә iştirak edәnlәr imza edib, yuxarı hissәdә isә protokolu tәrtib edәnin adı qeyd olunmuşdur. Hәmin vaxt Babәk adlı әmәkdaş tәrәfindәn “Samsung” markalı – adi istifadәdә olan telefon vasitәsilә foto vә videogörüntülәr qeydә alınmış vә sübutlar da әldә edilmişdir. Apellyasiya mәhkәmәsi mәhkәmә iclasında “xxxx” X2 mütәxәssisi X4 izah verәrәk bildirdi ki, ##.##.2026-cı il tarixdә onlar Binәqәdi rayonunda, Şövkәt Mәmmәdova küçәsindә Bravo marketin qarşısında “xxxx” ASC-yә mәxsus bir neçә nәqliyyat vasitәsini yoxlamışlar. 3-4 nәqliyyat vasitәsinin sürücüsünün tibbi müayinәsi vә nәqliyyat vasitәsinin dә reys qabağı texniki müayinәsinә dair sәnәdlәri mövcud olmamışdır. O, hәmin vaxt Planşet vasitәsilә yoxlama aparmış vә nәqliyyat vasitәsinin telefon vasitәsilә şәkillәrini çәkmiş vә videoçәkiliş aparmışdır. Akif Şahbazov sürücüyә, nümayәndәyә mәsәlә ilә bağlı izah edәndә ona görә çәkiliş aparmışdır ki, bu iş materialında müәyyәn olunsun, hәmçinin, hәmin nümayәndә-sürücü dә öz növbәsindә şirkәtә mәlumatı çatdıra bilsin. Hәmçinin nәqliyyat vasitәsinin yüklü olubolmamasının müәyyәn edilmәsi üçün sürücüdәn nәqliyyat vasitәsinin baqajının da açılmasını istәmişlәr. Ona verilәn suallara cavab olaraq bildirmişdir ki, akt hadisә yerindә, protokol isә idarәdә tәrtib olunub. Sürücü onlarla AYNA-nın inzibati binasında olmamışdır. Akt yerindә tәrtib olunarkәn inspektor sәnәdi imzalamağı tәklif etsә dә, o imza atmaqdan imtina edib. Azәrbaycan Respublikası İXM-nin 133.2.8-ci maddәsinә әsasәn, inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә şikayәtin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdırıb, tәdqiq olunmuş sübutlara qiymәt verәrәk hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәli, Siyәzәn Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı lәğv edilmәlidir. Belə ki, iş materiallarında olan vergi ödәyicilәrinin mәlumatlarından görünür ki, “xxxx” Mәhdud Mәsuliyyәtli Cәmiyyәti vergi ödәyicisi qismindә qeydiyyatdan keçәrәk ********** nömrәli VÖEN almış, hüquqi ünvanı Siyәzәn rayonu, Siyәzәn şәhәrindә yerlәşir. “xxxx” ASC barәsindә Azәrbaycan Respublikasının Rәqәmsal İnkişaf vә Nәqliyyat Nazirliyinin Tabeliyindә xxxxnin Bakı regional idarәsinin inspektoru X6 tәrәfindәn ## ##### 2026cı il tarixli, MN seriyalı, ******* nömrәli inzibati xәta haqqında protokoldan görünür ki, Azәrbaycan Respublikasının Rәqәmsal İnkişaf vә Nәqliyyat Nazirliyinin Tabeliyindә xxxxnin әmәkdaşları tәrәfindәn ## ##### 2026-cı il tarixdә, saat 10:00 radәlәrindә Bakı şәhәri, Binәqәdi rayonu, Şövkәt Mәmmәdova küçәsindә “xxxx” ASC-nin mülkiyyәtindә olan yük daşıma yerinә yetirәn “İsuzu” markalı, **-AC-*** dövlәt qeydiyyat nişanlı nәqliyyat vasitәsinin texniki vәziyyәti reysqabağı yoxlanılmamış, hәmin nәqliyyat vasitәsinin sürücüsünün reysqabağı tibbi müayinәsinin tәşkil edilmәmәsi aşkar edilmiş vә Azәrbaycan Respublikası İXM-nin 326-cı maddәsi ilә inzibati xәta haqqında protokol tәrtib edilmişdir. ## ##### 2026-cı il tarixli “Avtomobil nәqliyyatı ilә daşımalar sahәsindә pozuntuların aşkar olunması” haqqında aktdan görünür ki, ## ##### 2026-cı il tarixdә, saat 10:00 radәlәrindә Bakı şәhәri, Binәqәdi rayonu, Şövkәt Mәmmәdova küçәsindә “xxxx” ASC-nin mülkiyyәtindә olan yük daşıma yerinә yetirәn “İsuzu” markalı, **-AC-*** dövlәt qeydiyyat nişanlı nәqliyyat vasitәsini idarә edәn sürücü Ruslan Hәsәnov Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin ## ##### 2009-cu il tarixli ** saylı qәrarı ilә tәsdiq edilmiş avtomobil nәqliyyatı ilә yük daşımalarını yerinә yetirәn daşıyıcılar tәrәfindәn mülkiyyәt, icarә vә istifadәsindә olan avtonәqliyyat vasitlәrinin texniki vәziyyәti reysqabağı yoxlanılmamış, hәmin nәqliyyat vasitәsinin sürücüsünün reysqabağı tibbi müayinәsinin keçirilmә qaydasının 2.2, 3.2-ci bәndlәrinin pozulduğu aşkar edilmişdir. Apellyasiya mәhkәmәsi şikayәtin dәlillәrinә hüquqi qiymәt verәrәk, hәmin dәlillәri әsaslı hesab edir. Belә ki, “xxxx” ASC-nin Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 326cı maddәsi ilә tәqsirli olması iş materallarında olan sübutlarla tam tәsdiq edilir. Belә ki, “Avtomobil nәqliyyatı ilә sәrnişin vә yük daşımalarını yerinә yetirәn daşıyıcılar tәrәfindәn mülkiyyәt, icarә vә ya istifadәsindә olan avtonәqliyyat vasitәlәrinin texniki vәziyyәtinin reysqabağı yoxlanılması, sürücülәrin reysqabağı tibbi müayinәsinin keçirilmәsi Qaydası”nın (bundan sonra - Qaydalar) 2.1-ci bәndinә әsasәn avtonәqliyyat vasitәlәrinin texniki vәziyyәtinin reysqabağı yoxlanılmasının әsas mәqsәdi onların reysqabağı texniki vәziyyәtinin qüvvәdә olan tәhlükәsizlik vә istismar qaydalarının, normativlәrinin, standartlarının tәlәblәrinә uyğun olmasını, insanların hәyat vә sağlamlığının qorunmasını tәmin etmәkdir. Hәmin qaydaların 2.5-ci bәndinә әsasәn avtonәqliyyat vasitәlәrinin texniki vәziyyәtinin reysqabağı yoxlanılması zamanı onların tormoz sistemi, sükan idarә mexanizmi, xarici işıq cihazları, qabaq şüşәnin şüşә silgәclәri vә şüşәyuyanları, tәkәrlәr vә şinlәr, mühәrrik vә konstruksiyanın digәr ünsürlәri yoxlanılır. Qeyd olunan qaydaların 3.1-ci bәndinә görә reysqabağı tibbi müayinәnin әsas mәqsәdi reysә çıxmazdan әvvәl sürücülәrin sağlamlıq vәziyyәtinin tibbi norma vә tәlәblәrә müvafiq olmasını, insanların hәyat vә sağlamlığının qorunmasını tәmin etmәkdir. Qaydaların 3.6-cı bәndinә әsasәn reysqabağı tibbi müayinә zamanı sürücülәrin anamnezi toplanmalı, bәdәn temperaturu ölçülmәli, nәbzi sayılmalı vә nәfәsvermә havasında alkoqolun olmaması tәyin edilmәlidir. Apellyasiya mәhkәmәsi qeyd edir ki, göründüyü kimi, “xxxx" Azәrbaycan Respublikası Qanununun vә müvafiq Qaydaların qeyd olunan müddәalarının tәnzimlәmә predmeti birbaşa yol hәrәkәti tәhlükәsizliyinin tәmin edilmәsinә, sәrnişin vә yük daşımalarını hәyata keçirәn şәxslәrin (sürücülәrin) fiziki-tibbi yararlılığının, habelә nәqliyyat vasitәlәrinin texniki sazlığının nәzarәtdә saxlanılmasına yönәlmişdir. Bu normaların tәtbiqindә qanunvericinin әsas mәqsәdi yol hәrәkәti iştirakçılarının, o cümlәdәn sәrnişinlәrin hәyat vә sağlamlığının qorunması, mümkün yol-nәqliyyat hadisәlәrinin preventiv tәdbirlәrlә qarşısının alınması vә ümumilikdә ictimai tәhlükәsizliyin effektiv şәkildә tәmin edilmәsidir. Bundan başqa “xxxx” Qanunun 26.3-cü maddәsinin tәtbiqini tәmin etmәk mәqsәdilә ilә Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2009-cu il ## ##### tarixli ** nömrәli qәrarı ilә tәsdiq edilmiş “Avtomobil nәqliyyatı ilә sәrnişin vә yük daşımalarını yerinә yetirәn daşıyıcılar tәrәfindәn mülkiyyәt, icarә vә ya istifadәsindә olan avtonәqliyyat vasitәlәrinin texniki vәziyyәtinin reysqabağı yoxlanılması, sürücülәrin reysqabağı tibbi müayinәsinin keçirilmәsi Qaydası”nın (bundan sonra - Qaydalar) 1.2-ci bәndinә әsasәn, bu Qaydanın müddәaları avtomobil nәqliyyatı ilә kommersiya mәqsәdli müntәzәm vә qeyri-müntәzәm sәrnişin daşımalarını, taksi minik avtomobillәri ilә sәrnişin daşımalarını, habelә beynәlxalq vә ölkәdaxili yük daşımalarını yerinә yetirәn hüquqi şәxslәrә vә fәrdi sahibkarlara şamil edilir. Konstitusiya Mәhkәmәsinin Plenumu ## ###### 2025-ci il tarixli qәrarında göstәrilmişdir ki, reysqabağı texniki yoxlama vә tibbi müayinәlәrlә bağlı tәlәblәrin tәsәrrüfat ehtiyacları üçün daşımanı hәyata keçirәn hüquqi şәxslәrә vә fәrdi sahibkarlara, qanunvericiliyә dәyişikliklәr edilmәklә şamil olunması mümkündür vә belә tәnzimlәmә bu tәlәblәrin yönәldiyi әsas mәqsәdlә (daşımaların tәhlükәsiz icrası vә insanların hәyat vә sağlamlığının qorunması) ziddiyyәt tәşkil etmir. Konstitusiya Mәhkәmәsinin yuxarıda qeyd olunan qәrarından göründüyü kimi, mәhkәmә mәhz qanunvericiliyә edilә bilәcәk dәyişikliklәri mümkün sayaraq hәmin dәyişiklәr edilәcәyi tәqdirdә “xxxx” Qanunun 26.3-cü maddәsindә göstәrilәn tәlәbin tәsәrrüfat ehtiyacları üçün daşımaları yerinә yetirәn hüquqi şәxslәrә vә fәrdi sahibkarlara şamil olunmasının mümkünlüyü vurğulanmışdır. Konstitusiya Mәhkәmәsinin sözügedәn mövgeyindәn irәli gәlәrәk Qanunvericilikdә müәyyәn dәyişiliklәr vә әlavәlәr edilmişdir. Belә ki, # #### 2026-cı ii tarixli 375-VIIQD nömrә “Azәrbaycan Respublikasının Qanunu ilә “xxxx” Azәrbaycan Respublikası Qanununda bәzi dәyişiliklәr edilmiş, o cümlәdәn dә 1,0.9-cu maddәsi yeni redaksiyada verilmişdir. 1,0.9-cu maddәsindә “daşınma müqavilәsi vә ya digәr qanuni әsaslarla haqq müqabilindә” sözlәri "daşınma müqavilәsi (haqq müqabilindә) vә ya digәr qanuni әsaslarla bu Qanunun müvafiq olaraq 1.0.4-cü vә 1.0.5-ci maddәlәrindә nәzәrdә tutulmuş” sözlәri ilә әvәz edilmişdir. Hәmin Qanunun hal-hazırda qüvvәdә olan 1.0.9-cu maddәsinә әsasәn daşıyıcı - daşınma müqavilәsi (haqq müqabilindә) vә ya digәr qanuni әsaslarla bu Qanunun müvafiq olaraq 1,0.4cü vә 1.0.5-ci maddәlәrindә nәzәrdә tutulmuş sәrnişin vә yük daşımalarını yerinә yetirәn, mülkiyyәt, icarә vә ya istifadә hüququ ilә nәqliyyat vasitәlәrinә malik olan hüquqi şәxs vә ya fәrdi sahibkarlardır. Qanunun 1.0.4-cü yarımbәndinә uyğun olaraq avtomobil nәqliyyatı ilә kommersiya mәqsәdli daşımalar- sәrnişin vә ya yük daşınması müqavilәsi yaxud digәr qanuni әsaslarla, daşınma haqqı ödәnilmәklә yerinә yetirilәn daşımalar; Qanunun 1.0.5-ci bәndinә әsasәn avtomobil nәqliyyatı ilә tәsәrrüfat ehtiyacları üçün daşımalar - hüquqi şәxslәr vә fәrdi sahibkarlar tәrәfindәn sәrәncamlarında olan avtonәqliyyat vasitәlәri ilә işçilәrinin vә ya yüklәrinin daşınması mәqsәdilә vә öz hesabına yerinә yetirilәn daşımalar. Bu cür daşımalar üçün istifadә olunan avtonәqliyyat vasitәlәri hәmin hüquqi şәxslәrin vә ya fәrdi sahibkarların işçilәri tәrәfindәn idarә olunmalıdır. Hәmin Qanunun 26.3-cü maddәsinә әsasәn avtomobil nәqliyyatı ilә sәrnişin vә yük daşımalarını yerinә yetirәn daşıyıcılar sәrәncamlarında olan avtonәqliyyat vasitәlәrinin texniki vәziyyәtinin reysqabağı yoxlanılmasını, sürücülәrinin reysqabağı tibbi müayinәsini müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilmiş qaydada tәşkil etmәlidirlәr. Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 326-cı maddәsinә әsasәn sәrnişin vә yük daşımalarını yerinә yetirәn avtonәqliyyat vasitәlәrinin texniki vәziyyәtinin reysqabağı yoxlanılmasının, hәmin avtonәqliyyat vasitәlәrinin sürücülәrinin reysqabağı vә digәr zәruri tibbi müayinәsinin tәşkil edilmәmәsinә görә mәsuliyyәt nәzәrdә tutulmuşdur. Göründüyü kimi qanunvericiliyә yeni edilmiş dәyişikliyә әsasәn hәm kommersiya mәqsәdli daşımaları, hәmdә tәsәrrüfat ehtiyacları üçün olan daşımaları yerinә yetirәn avtonәqliyyat vasitәlәrinin reysqabağı texniki vәziyyәtinin yoxlanılması, eyni zamanda sürücülәrin zәruri tibbi müayindәn keçirilmәsi tәlәb olunur vә bu tәlәbә riayәt olunmaması isә Azәrbaycan Respublikası İXM-nin 326-cı maddәsi ilә inzibati mәsuliyәtә sәbәb olur. İş materiallarından da görünür ki, “xxxx” ASC tәrәfindәn ## ##### 2026-cı il tarixdә, saat 10:00 radәlәrindә mülkiyyәtindә olan “İsuzu” markalı, **-AC-*** dövlәt qeydiyyat nişanlı nәqliyyat vasitәsinin reysqabağı yoxlanılması, habelә hәmin nәqliyyat vasitәsinin sürücüsü Hәsәnov Ruslanın reysqabağı tibbi müayinәdәn keçirilmәsi tәşkil edilmәmişdir. Bununla da, “xxxx” ASC tәrәfindәn yük daşımalarını yerinә yetirәn avtonәqliyyat vasitәsinin texniki vәziyyәtinin reysqabağı yoxlanılması, hәmin avtonәqliyyat vasitәsinin sürücüsünün reysqabağı digәr zәruri tibbi müayinәsinin tәşkil edilmәmәsi ilә bağlı qanunvericiliyin tәlәbi pozulmuşdur. Mәhkәmә hesab edir ki, toplanmış sübutlar birinci instansiya mәhkәmәsindә tam, hәrtәrәfli vә obyektiv araşdırılmamış vә “xxxx” ASC barәsindә iş üzrә icraata xitam verilmişdir. Belә ki, iş materiallarında hüquqi şәxs “xxxx” ASC-nin tәqsirinin sübuta yetirilmәsi üçün kifayәt qәdәr sübutlar vardır. Eyni zamanda inzibati xәta haqqında protokolun surәtinin ASC-yә verilmәmәsinә münasibәtdә qeyd edilmәlidir ki, Azәrbaycan Respublikasının Rәqәmsal İnkişaf vә Nәqliyyat Nazirliyinin Tabeliyindә xxxxnin Bakı regional idarәsinin inspektoru X6 tәrәfindәn ## ##### 2026cı il tarixli, MN seriyalı, ******* nömrәli inzibati xәta haqqında protokol ## ##### 2026-cı il tarixli, *-**-***/*-*****/**** nömrәli mәktubla hüquqi şәxsin Siyәzәn şәhәrindә yerlәşәn ünvanına göndәrilmişdir. Bundan başqa ## ##### 2026-cı il tarixli “Avtomobil nәqliyyatı ilә daşımalar sahәsindә pozuntuların aşkar olunması” haqqında aktın qanuni olmamasına dair qeyd edilәnlәrә münasibәtdә göstәrilmәlidir ki, sözügedәn aktın qanunsuz olması barәdә gәtirilәn dәlillәr әsassızdır. Hәmin aktın tәrtib edilmәsi prosedur cәhәtdәn tam hüquqi qüvvәyә malikdir vә qanunidir. Belә ki, yoxlama zamanı nәqliyyat vasitәsinin texniki vәziyyәti reysqabağı yoxlanılmaması, hәmin nәqliyyat vasitәsinin sürücüsünün reysqabağı tibbi müayinәsinin tәşkil edilmәmәsi aşkarlanmış vә bu hallar aktda birbaşa qeyd olunmuşdur. Bundan başqa hüquqi şәxsin nümayәndәsi Azәrbaycan Respublikası Mülki Mәcәllәsinә vә Mülki hüquq pozuntusuna (delikt) istinad etsәdә işdәn görünür ki, hazırkı mübahisә mülkihüquqi xarakter daşımır, birbaşa avtomobil nәqliyyatı ilә yükdaşımalar sahәsindә mövcud olan qanunvericiliyin vә normativ-hüquqi aktların tәlәblәrinin pozulması nәticәsindә yaranan inzibati xәta icraatı ilә bağlıdır. Hüquq münasibәtlәrinin xarakterinә görә bu iş mülki-hüquqi mәsuliyyәt deyil vә müvafiq olaraq inzibati qanunvericiliyin normaları ilә tәnzimlәnmәlidir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn, yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizlik) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur vә tәnbeh edilir. Azәrbaycan Respublikası İXM-nin 9.1-ci maddәsinә görә, inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. Azәrbaycan Respublikası İXM-nin 18.1-ci maddәsinә әsasәn hüquqi şәxslәr, o cümlәdәn xarici hüquqi şәxslәr vә xarici hüquqi şәxslәrin filial vә nümayәndәliklәri bu Mәcәllәnin Xüsusi hissәsindә nәzәrdә tutulmuş inzibati xәtalara görә inzibati mәsuliyyәtә cәlb olunurlar. Azәrbaycan Respublikası İXM-nin 18.5-ci maddәsinә әsasәn hüquqi şәxs barәsindә inzibati tәnbeh yalnız hakim tәrәfindәn tәtbiq edilir. Azәrbaycan Respublikası İXM-nin 21 vә 31.1-ci maddәlәrinә әsasәn inzibati tәnbeh inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır vә bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. Azәrbaycan Respublikası İXM-nin 31.3-cü maddәsinә әsasәn hüquqi şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, inzibati xәtanın xarakteri, inzibati xәta nәticәsindә hüquqi şәxsin әldә etdiyi xeyrin hәcmi vә ya onun maraqlarının tәmin edilmәsinin xarakteri vә dәrәcәsi, hüquqi şәxsi xarakterizә edәn hallar, o cümlәdәn onun maliyyә vә әmlak vәziyyәti, xeyriyyәçilik vә ya digәr ictimai faydalı fәaliyyәtlә mәşğul olması, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. Azәrbaycan Respublikası İXM-nin 76-cı maddәsinin tәlәblәrinә görә inzibati xәtanın olubolmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr hallar sübutlar әsasında müәyyәn edilir. Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 326-cı maddәsinә әsasәn sәrnişin vә yük daşımalarını yerinә yetirәn avtonәqliyyat vasitәlәrinin texniki vәziyyәtinin reysqabağı yoxlanılmasının, hәmin avtonәqliyyat vasitәlәrinin sürücülәrinin reysqabağı vә digәr zәruri tibbi müayinәsinin tәşkil edilmәmәsinә görә - vәzifәli şәxslәr yüz әlli manatdan iki yüz manatadәk mәblәğdә, hüquqi şәxslәr iki min manatdan üç min manatadәk mәblәğdә cәrimә edilir. “xxxx” ASC-nin mәsuliyyәtini yüngüllәşdirәn vә ağırlaşdıran hallar müәyyәn edilmәdi. Göstәrilәnlәri nәzәrә alaraq mәhkәmә belә qәnatә gәlir ki, apellyasiya şikayәti tәmin edilmәli, “xxxx” ASC-nin barәsindә Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 326-cı maddәsi ilә başlanmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair Siyәzәn Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı lәğv edilmәli vә “xxxx” ASC Azәrbaycan Respublikası İXM-nin 326-cı maddәsi ilә inzibati xәta törәtmәkdә tәqsirli bilinәrәk, 2000 (iki min) manat mәblәğindә cәrimә edilmәlidir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1.2-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәbul edilmiş qәrardan şikayәt vә ya protestә baxılarkәn bu Mәcәllәnin 135.1.2–135.1.5-ci maddәlәri ilә müәyyәn edilmiş hallarda qәrarın dәyişdirilmәsi haqqında vә ya qәrarı lәğv edәrәk yeni qәrarın çıxarılması haqqında qәrar qәbul edilir. Azәrbaycan Respublikası İXM-nin 135.1.2-ci maddәsinә әsasәn hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) gәldiyi nәticәlәrin işin faktiki hallarına uyğun olmaması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsasdır. Göstәrilәnlәri vә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1.2 vә 135.1.2-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDİ: Apellyasiya şikayәti tәmin edilsin. “xxxx” ASC-nin (VÖEN **********) barәsindә Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 326-cı maddәsi ilә başlanmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair Siyәzәn Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı lәğv edilsin. İş üzrә yeni qәrar qәbul edilsin. “xxxx” ASC Azәrbaycan Respublikasının İXM-nin 326-cı maddәsi ilә inzibati xәta törәtmәkdә tәqsirli bilinәrәk 2000 (iki min) manat mәblәğindә cәrimә edilsin. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan şikayәt vә ya protest verilә bilmәz. Hakim: Məhəmmədəli Rzayev
Məhkəmə qərarları › İş №3(3-8)-374/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-374/2026
06.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver