Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-375/2026 24.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimi Əhmәdov Elman Mәmmәd oğlu, mәhkәmә iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X2 Xidmәtinin nümayәndәsi nümayәndә2, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) iştirakları ilә Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarından Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X2 Xidmәti tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDI: Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarı ilә Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәti tәmin olunmuş, Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X2 Xidmәtinin ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarı lәğv edilmiş vә Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә başlanmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmişdir (hakim Samir Ismayılov). Işin halları: Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X2 Xidmәtinin ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarından görünür ki, işçilәrә (şahid2 vә şahid1) minimum әmәk haqqından aşağı mәblәğdә әmәk haqqının verilmәsinә görә işәgötürәn Qәrardan şikayәt verәn orqan (şәxs) (VÖEN: **********) Azәrbaycan Respublikası IXM-in 192.3-cü maddәsi ilә tәqsirli bilinәrәk, 1000 mәblәğindә inzibati cәrimә edilmişdir. Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtlә Sumqayıt Şәhәr Mәhkәmәsinә müraciәt edәrәk, Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X2 Xidmәtinin ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarının lәğv edilmәsini xahiş etmişdir. Işә baxan Sumqayıt Şәhәr Mәhkәmәsi tәrәfindәn yuxarıda qeyd olunan qәrar qәbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X2 Xidmәtinin rәisi müavini Tamerlan Mәlikli apellyasiya şikayәti verәrәk, Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarının lәğv edilmәsini, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә qәbul edilmiş ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrәli qәrarın qüvvәdә saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, iş materiallarına әlavә edilәn vәtәndaşlar şahid2 vә şahid1 mәxsus qüvvәdә olan әmәk müqavilәlәrindә işәgötürәn qismindә Qәrardan şikayәt verәn orqan (şәxs) qeyd edilmişdir. Hәmçinin, elektron sistem tәrәfindәn hәmin işçilәrin әmәk müqavilәlәrindә aylıq әmәk haqqının 300 manat mәblәğindә olduğu müәyyәn edilәrәk inzibati tәnbeh vermә haqqında elektron qәrar tәrtib edilmişdir. Azәrbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli Sәrәncamına әsasәn minimum aylıq әmәkhaqqının mәblәği 2025-ci il ######ın #-dәn 400 manat müәyyәn edilib. Göründüyü kimi işәgötürәn tәrәfindәn Azәrbaycan Respublikasının Əmәk Mәcәllәsinin 155-ci maddәsinin 1-ci hissәsinin tәlәbinә әmәl edilmәmәsi nәticәsindә işçilәrin öz işinә görә dövlәtin müәyyәnlәşdirdiyi minimum әmәk haqqı miqdarından az olmayan haqq almaq hüququ pozulmuşdur. Mәhkәmә tәrәfindәn işin faktiki halları nәzәrә alınarkәn qeyd edilәn әmәk müqavilәlәri üzrә әmәk haqlarının qanunvericilikdә müәyyәn edilmiş hәddәn aşağı olmasına hüquqi qiymәt verilmәmişdir. Müәssisәnin müvәqqәti sahibkarlıq fәaliyyәtinin dayandırılması ilә bağlı vergi orqanına arayış tәqdim etmәsi işәgötürәn kimi vәzifәlәrini hәyata keçirmәyә әsas vermir vә onu mәsuliyyәtdәn azad etmir. X2 Xidmәtinin ##.##.2026-cı il tarixli, MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarı tam qanuni vә әsaslıdır. Göründüyü kimi Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn Azәrbaycan Respublikası Əmәk Mәcәllәsinin 155-ci maddәsinin 1-ci hissәsinin tәlәbinә әmәl edilmәmәsi nәticәsindә işçinin öz işinә görә dövlәtin müәyyәnlәşdirdiyi minimum әmәk haqqı miqdarından az olmayan haqq almaq hüququ pozulmuşdur. Qәrardan şikayәt verәn orqan (şәxs) әmәlindә IXM-in 192.3-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәta tәrkibinin bütün әlamәtlәri mövcuddur vә sübuta yetirilmişdir. Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn Azәrbaycan Respublikası Əmәk Mәcәllәsinin 155-ci maddәsinin 1-ci hissәsindә tәsbit olunan tәlәblәrin yerinә yetirilmәmәsi vә müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilmiş minimum әmәk haqqından aşağı әmәk haqqının verilmәsi sәbәbindәn, nәticәdә Azәrbaycan Respublikası IXM-nin 192.3-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәta tәrkibinin әsas obyekti olan әmәk qanunvericiliyi pozulmaqla әmәk münasibәtlәrinә ziyan vurulmuşdur. Qәrardan şikayәt verәn orqan (şәxs) tәqsiri yuxarıda qeyd olunmuş mötәbәr, qanuni vә etibarlı sәnәd vә dәlillәrlә tam sübuta yetirilmişdir. Proses iştirakçılarının çıxışları: Apellyasiya instansiya mәhkәmәsinin iclasında iştirak edәn X2 Xidmәtinin nümayәndәsi nümayәndә2 apellyasiya şikayәtini müdafiә edәrәk, tәmin olunmasını, Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarının lәğv edilmәsini, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә qәbul edilmiş ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrәli qәrarın qüvvәdә saxlanılmasını xahiş etdi. Apellyasiya instansiya mәhkәmәsinin iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәtinә etiraz edәrәk, şiayәtin tәmin edilmәmәsi üçün әsaslar olmadığını vә birinci instansiya mәhkәmәsinin qәrarının dәyişdirilmәdәn saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә şikayәtin dәlillәrini işin materiallarına әsasәn araşdırıb, işdә iştirak edәn şәxslәri dinlәyib, hesab edir ki, şikayәt tәmin edilmәmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*- ***)-****/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, iş materiallarında olan Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X2 Xidmәtinin ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarından görünür ki, işçilәrә (şahid2 vә şahid1) minimum әmәk haqqından aşağı mәblәğdә әmәk haqqının verilmәsinә görә işәgötürәn Qәrardan şikayәt verәn orqan (şәxs) (VÖEN: **********) Azәrbaycan Respublikası IXM-in 192.3-cü maddәsi ilә tәqsirli bilinәrәk 1000 mәblәğindә inzibati cәrimә edilmişdir. Iş materiallarında olan * saylı Ərazi Vergilәr Baş Idarәsinin ##.##.2026-cı il tarixli, 3- **-*- */*-İ-***-**/**** saylı mәktubundan görünür ki, fәrdi sahibkar Qәrardan şikayәt verәn orqan (şәxs) (VÖEN: **********) vergi ödәyicisi kimi ##.##.2009-cu ildә qeydiyyata alınmış vә ##.##.2022-ci il tarixdәn ##.##.2042-ci il tarixәdәk fәaliyyәti dayandırılmışdır. Iş materiallarında olan “Əmәk vә Mәşğulluq” altsistemindәn (ƏMAS) çıxarılmış әmәk müqavilәsi bildirişindәn görünür ki, şahid1 ##.##.2022-ci ildә fәrdi sahibkar Qәrardan şikayәt verәn orqan (şәxs) (VÖEN: **********) tәrәfindәn administrator kimi müddәtsiz işә götürülmüş vә әmәk haqqı 300 manat tәşkil etmişdir. Iş materiallarında olan “Əmәk vә Mәşğulluq” altsistemindәn (ƏMAS) çıxarılmış әmәk müqavilәsi bildirişindәn görünür ki, şahid2 ##.##.2022-ci ildә fәrdi sahibkar Qәrardan şikayәt verәn orqan (şәxs) (VÖEN: **********) tәrәfindәn aşbaz kimi müddәtsiz işә götürülmüş vә әmәk haqqı 300 manat tәşkil etmişdir. Iş materiallarında olan elektron mәhkәmә sistemindәn çıxarışdan görünür ki, şahid2 hazırda fәrdi sahibkar X1 tәrәfindәn aşbaz kimi işә götürülmüşdür. Birinci instansiya mәhkәmәsindә mәhkәmә araşdırması zamanı müәyyәn edilmişdir ki, fәrdi sahibkar Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn şahid1 ##.##.2022-ci ildә vә şahid2 isә ##.##.2022-ci il tarixdә işә qәbul edilmiş, onlarla bağlanılmış әmәk müqavilәlәri elektron informasiya sistemindә qeydiyyata alınmış vә hәmin müqavilәlәrdә aylıq әmәk haqqı 300 manat mәblәğindә müәyyәn edilmişdir. Iş materiallarında olan sübutlardan, o cümlәdәn vergi orqanının tәqdim etdiyi mәlumatlardan vә şahidlәrin mәhkәmә iclasında verdiklәri izahatlardan müәyyәn olunur ki, fәrdi sahibkar Qәrardan şikayәt verәn orqan (şәxs) fәaliyyәtini ##.##.2022-ci il tarixdәn dayandırmış, hәmin tarixdәn sonra fәrdi sahibkar Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn hәr hansı tәsәrrüfat fәaliyyәti hәyata keçirilmәmiş, işçilәr faktiki olaraq әmәk funksiyalarını yerinә yetirmәmiş, onlara hәr hansı әmәk haqqı hesablanmamış vә ya ödәnilmәmişdir. Işçilәr dә izahatlarında 2022-ci ildәn Qәrardan şikayәt verәn orqan (şәxs) yanında işlәmәdiklәrini vә ondan hәr hansı әmәk haqqı almadıqlarını tәsdiq etmişlәr. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin n 192.3-cü maddәsinә әsasәn işçiyә müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilmiş minimum әmәk haqqından aşağı mәblәğdә әmәkhaqqı verilmәsinә görә - vәzifәli şәxslәr min manatdan min beş yüz manatadәk mәblәğdә cәrimә edilir. Mәhkәmә hesab edir ki, birinci instansiya mәhkәmәsi düzgün olaraq, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikası IXM-nin 192.3-cü maddәsi ilә başlanmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi barәdә qәnaәtә gәlmişdir. Mәhkәmә hesab edir ki, birinci instansiya mәhkәmәsi haqlı olaraq qәrarda qeyd etmişdir ki, Hazırkı iş üzrә isә mәhkәmә araşdırması zamanı işçilәrә hәr hansı әmәk haqqının ödәnilmәsi faktını tәsdiq edәn sübutlar әldә edilmәmişdir. Əksinә, iş materialları ilә müәyyәn edilir ki, sahibkar fәaliyyәtini dayandırdıqdan sonra işçilәr әmәk funksiyalarını yerinә yetirmәmiş, onlarla faktiki әmәk münasibәtlәri davam etmәmiş vә әmәk haqqı ödәnilmәmişdir. X2 Xidmәti tәrәfindәn inzibati mәsuliyyәtә cәlbetmә üçün әsas kimi yalnız ƏMAS sistemindә әmәk müqavilәlәrinin aktiv vәziyyәtdә qalması vә hәmin müqavilәlәrdә әmәk haqqının 300 manat mәblәğindә göstәrilmәsi nәzәrә alınmışdır. Lakin, informasiya sistemindә mövcud olan mәlumatın özü-özlüyündә işçiyә әmәk haqqının faktiki ödәnilmәsi faktını tәsdiq etmir vә belә mәlumat inzibati xәta tәrkibinin bütün elementlәrinin mövcudluğu barәdә qәti nәticәyә gәlmәk üçün kifayәt hesab edilә bilmәz. Işçilәrlә әmәk münasibәtlәrinә faktiki olaraq xitam verildiyi halda, hәmin xitamın müәyyәn müddәt әrzindә ƏMAS sistemindә rәsmilәşdirilmәmәsi işçiyә minimum әmәk haqqından aşağı mәblәğdә әmәk haqqı verilmәsi kimi qiymәtlәndirilә bilmәz. Qәrardan şikayәt verәn orqan (şәxs) әmәllәrindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 192.3-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın obyektiv tәrәfi mövcud olmamışdır. Iş üzrә işçilәrә minimum әmәk haqqından aşağı mәblәğdә әmәk haqqının verilmәsi faktı vә ümumiyyәtlә әmәk haqqının ödәnilmәsi halı müәyyәn edilmәdiyindәn, inzibati xәta hadisәsinin baş vermәsi öz tәsdiqini tapmamışdır. Bu sәbәbdәn X2 Xidmәtinin ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarı qanuni vә әsaslı hesab edilә bilmәz, hәmin qәrar lәğv edilmәli vә Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә başlanmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәlidir. Apellyasiya mәhkәmәsi birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә ilә razılaşaraq, hesab edir ki, birinci instansiya mәhkәmәsi inzibati xәta haqqında iş üzrә icraata inzibati xәta tәrkibi olmadığından xitam verilmәsinә dair qanuni vә әsaslı nәticәyә gәlmişdir. Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. Hәmin mәcәllәnin 12.1-ci maddәsinin tәlәbinә görә bu Mәcәllә ilә qorunan ictimai münasibәtlәrә qәsd edәn, hüquqazidd olan, tәqsirli sayılan (qәsdәn vә ya ehtiyatsızlıqdan törәdilәn) vә inzibati mәsuliyyәtә sәbәb olan әmәl (hәrәkәt vә ya hәrәkәtsizlik) inzibati xәta hesab olunur. Hәmin mәcәllәnin 53.1.2-ci maddәsinә әsasәn, әmәldә inzibati xәta tәrkibi olmadıqda inzibati xәtalar haqqında işlәr üzrә icraat başlanıla bilmәz, başlanmış icraata isә xitam verilir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 105.1-ci maddәsinә әsasәn Bu Mәcәllәnin 53-cü maddәsindә nәzәrdә tutulmuş hallardan hәr hansı biri olduqda, icraatında inzibati xәta haqqında iş olan hakim vә ya sәlahiyyәtli orqan (vәzifәli şәxs) inzibati xәta haqqında işin icraatına xitam verilmәsi haqqında qәrar qәbul edir. Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqanın (qurumun) informasiya sistemindә, habelә digәr dövlәt informasiya sistemlәrindә (ehtiyatlarında) aşkar olunan mәlumatlarla, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. Yuxarıda qeyd olunanlara mәcmu halında qiymәt verәrәk mәhkәmә hesab edir ki, Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X2 Xidmәti tәrәfindәn verilmiş apellyasiya şikayәtinin dәlillәri formal xarakterli dәlillәr olmaqla, Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarının lәğv edilmәsi üçün әsas kimi qәbul oluna bilmәz, ona görә dә şikayәt tәmin edilmәmәli, birinci instansiya mәhkәmәsinin qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası IXM-nin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Göstәrilәnlәrә әsasәn IXM-nin 134.1.1, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. X2 Xidmәti tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-375/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-375/2026
24.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver