Məhkəmə qərarları › İş №3(3-8)-376/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-376/2026

24.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-376/2026 24.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Mәmmәdov Bilal Mahir oğlunun sәdrliyi, Nabalıyeva Aynur Akif qızının katibliyi ilә, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs “X5” MMC-nin nümayәndәsi Vәkil, Azәrbaycan Respublikasının Əmәk vә Əhalinin Sosial Müdafiә Nazirliyi yanında X6 Xidmәtinin nümayәndәsi X1 iştirakları ilә, “X5” MMC-nin Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 192.1-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)- ****/**** nömrәli qәrarından “X5” MMC-nin nümayәndәsi Vәkil tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin binasında açıq mәhkәmә iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә “X5” MMC (VÖEN: **********) Azәrbaycan Respublikası IXM-in 192.1-ci maddәsi ilә tәqsirli bilinәrәk barәsindә 20.000 (iyirmi min) manat mәblәğindә cәrimә növündә inzibati tәnbeh tәdbiri tәtbiq edilmişdir (Hakim Samir Ismayılov). Işin halları: Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanındaProtokolu tәrtib edәn orqan tәrәfindәn “X5” MMC-nin barәsindә Azәrbaycan Respublikası IXM-nin 192.1ci maddәsi ilә ## ### 2026-cı il tarixli MN seriyalı ******* nömrәli inzibati xәta haqqında protokol tәrtib edilәrәk baxılması üçün Sumqayıt Şәhәr Mәhkәmәsinә göndәrilmişdir. Protokola baxan birinci instansiya mәhkәmәsinin hakimi yuxarıda qeyd olunan nәticәyә gәlmişdir. Hәmin qәrardan “X5” MMC-nin nümayәndәsi Vәkil apellyasiya şikayәti verәrәk, mübahisәli qәrarın lәğv edilmәsini vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, birinci instansiya mәhkәmәsinin qәrarı qanunsuz, әsassız, işin faktiki hallarına uyğun olmamaqla, sübutların natamam vә birtәrәfli qiymәtlәndirilmәsi nәticәsindә qәbul edilmişdir. IXM-in 192.1-ci maddәsinin tәtbiqi üçün mütlәq şәkildә sübuta yetirilmәlidir ki, fiziki şәxs işәgötürәn tәrәfindәn hәr hansı işlәrin vә ya xidmәtlәrin yerinә yetirilmәsinә cәlb edilmişdir. Yәni burada sadәcә şәxsin müәssisәdә olması, müşahidә aparması vә ya tәcrübә toplaması kifayәt deyil. Hәmin şәxsin konkret әmәk funksiyasını yerinә yetirmәsi, işәgötürәnin tapşırıqlarına tabe olması, müәssisәnin tәşkilati strukturuna daxil edilmәsi vә faktiki olaraq işçi kimi fәaliyyәt göstәrmәsi müәyyәn edilmәlidir. Hazırkı işdә isә bu halların heç biri sübuta yetirilmәmişdir. Zәrәrçәkmiş şәxs müşahidәçi qismindә dәrs proseslәrindә iştirak etmәsi onun әmәk funksiyası icra etmәsi demәk deyildir. Müşahidәçi şәxs tәdris prosesini izlәyә, müәllimlәrin dәrs aparma metodikasını öyrәnә, gәlәcәkdә peşәkar bacarıq әldә etmәk mәqsәdilә tәcrübә toplaya bilәr. Bu, avtomatik olaraq әmәk münasibәti yaratmır. Qanunvericilikdә müşahidәçilik, könüllü iştirak, tәcrübә toplama vә ya tәdris prosesini izlәmә müddәtinin maksimum hәddi müәyyәn edilmәmişdir. Ikincisi, tәhsil sahәsindә müşahidә vә tәcrübә müddәti şәxsin bilik vә bacarıqlarından, müәssisәnin daxili imkanlarından, tәdris prosesinin xarakterindәn vә tәrәflәrin qarşılıqlı razılığından asılı ola bilәr. Üçüncüsü, şәxsin müәyyәn müddәt әrzindә müәssisәdә olması onun mütlәq işçi kimi fәaliyyәt göstәrmәsi anlamına gәlmir. Mәhkәmә bu müddәtin uzunluğunu hüquqi fakt kimi qәbul etmiş, lakin hәmin müddәt әrzindә konkret hansı әmәk funksiyasının icra olunduğunu müәyyәn etmәmişdir. Dördüncüsü, müddәtin uzun olması yalnız müşahidәnin uzun davam etdiyini göstәrә bilәr. Bu faktın әmәk münasibәti kimi qiymәtlәndirilmәsi üçün әlavә vә mötәbәr sübutlar tәlәb olunur. Belәliklә, mәhkәmәnin “beş ay müşahidәçi ola bilmәzdi” mәzmunlu yanaşması hüquqi norma deyil, subyektiv ehtimaldır. Inzibati mәsuliyyәt isә ehtimal üzәrindә qurula bilmәz. Mәhkәmә hәmçinin Zәrәrçәkmiş şәxs müәyyәn pul vәsaitlәrinin verilmәsini faktiki әmәk münasibәtlәrinin mövcudluğu kimi qiymәtlәndirmişdir. Lakin bu yanaşma da әsassızdır. Ilk növbәdә qeyd olunmalıdır ki, hәr hansı şәxsә pul vәsaitinin verilmәsi hәmin vәsaitin mütlәq әmәk haqqı olması demәk deyildir. Pul vәsaiti borc, yardım, sosial dәstәk, yol xәrci, gündәlik xәrc vә ya digәr mәqsәdlә verilә bilәr. Hәmin vәsaitin әmәk haqqı hesab edilmәsi üçün onun әmәk funksiyasının qarşılığı olaraq, әvvәlcәdәn razılaşdırılmış mәblәğdә, müәyyәn dövriliklә vә işәgötürәnin öhdәliyi kimi ödәnilmәsi sübut olunmalıdır. Hazırkı işdә isә bu sübutlar mövcud deyildir. Iş materiallarında әmәk haqqı barәdә razılaşma yoxdur. Ödәniş cәdvәli yoxdur. Kassa sәnәdi yoxdur. Bank köçürmәsi yoxdur. Əmәk haqqı hesablanmasını tәsdiq edәn mühasibat sәnәdi yoxdur. Şәxsin hansı mәblәğdә әmәk haqqı almalı olduğu müәyyәn edilmәmişdir. Belә olan halda, mәhkәmәnin hәmin vәsaitlәri әmәk haqqı kimi qiymәtlәndirmәsi sübuta deyil, ehtimala әsaslanır. Mәhkәmә qәrarında qeyd etmişdir ki, hәmin ödәnişlәrin sosial yardım olması barәdә sübut tәqdim edilmәmişdir. Lakin mәhkәmә bu yanaşma ilә sübutetmә yükünü qanunsuz olaraq hüquqi şәxsin üzәrinә qoymuşdur. Inzibati mәsuliyyәt işlәrindә hüquqi şәxs öz tәqsirsizliyini sübut etmәyә borclu deyil. Əksinә, inzibati xәta haqqında protokol tәrtib etmiş orqan şәxsin tәqsirini vә inzibati xәta tәrkibinin bütün elementlәrini sübut etmәlidir. Yәni inzibati orqan sübut etmәli idi ki, verilәn vәsait sosial yardım deyil, mәhz әmәk haqqıdır. Lakin inzibati orqan bunu sübut etmәmişdir. Mәhkәmә isә sübut olunmamış halı hüquqi şәxsin ziyanına şәrh etmişdir. Bu isә inzibati mәsuliyyәtin ümumi prinsiplәrinә ziddir. Bundan әlavә, mәhkәmә hәmin vәsaitlәri alan şәxsin özünün mövqeyini dә tam araşdırmamışdır. Əgәr mәhkәmә bu vәsaitlәrin hüquqi mahiyyәtini müәyyәn etmәk istәyirdisә, Zәrәrçәkmiş şәxs mәhkәmә iclasında dindirmәli, ona verilәn vәsaitlәrin hansı mәqsәdlә verildiyini, onun bunu әmәk haqqı kimi qәbul edib-etmәdiyini, hәmin vәsaitin mәblәği, dövriliyi vә verilmә sәbәblәri barәdә aydınlaşdırma aparmalı idi. Mәhkәmә iş üzrә әsas şikayәtçini belә bilavasitә dindirmәdәn onun müraciәtinә vә inzibati orqanın mövqeyinә әsaslanmışdır. Halbuki işin taleyi mәhz hәmin şәxsin real statusundan asılı idi. Onun müәllim kimi işlәyib-işlәmәmәsi, yalnız müşahidәçi olub-olmaması, pul vәsaitlәrini hansı әsasla alması mәhkәmә tәrәfindәn birbaşa sorğu-sual edilmәli idi. Birinci instansiya mәhkәmәsi işin obyektiv araşdırılması üçün zәruri olan digәr şәxslәri dә dindirmәmişdir. Filial müdiri Ilkin müәllim dindirilmәmişdir. Halbuki hüquqi şәxsin izahatına görә, Zәrәrçәkmiş şәxs mәhz filial müdiri Ilkin müәllimә müraciәt etmiş, müşahidәçi kimi iştirak etmәk xahişini ona bildirmişdir. Bu şәxs işin faktiki hallarını әn yaxşı bilәn әsas şahidlәrdәn biridir. Hәmin dövrdә dәrslәri aparan müәllimlәr dindirilmәmişdir. Şagirdlәr vә ya valideynlәr dindirilmәmişdir. Halbuki әgәr Zәrәrçәkmiş şәxs hәqiqәtәn müәllim kimi fәaliyyәt göstәrmişdirsә, bunu tәsdiq edә bilәcәk әsas şәxslәr şagirdlәr vә valideynlәr olmalı idi. Pul vәsaitlәrini verәn şәxs dindirilmәmişdir. Halbuki hәmin vәsaitlәrin sosial dәstәk, yardım vә ya әmәk haqqı olması mәhz hәmin şәxsin izahatı ilә aydınlaşdırıla bilәrdi. Hәmçinin şәxsin şagirdlәrlә ünsiyyәtdә olması vә ya mübahisә yaşaması onun әmәk münasibәtindә olmasını sübut etmir. Müşahidәçi şәxs dә dәrs prosesindә iştirak etdiyi üçün şagirdlәrlә müәyyәn ünsiyyәtdә ola bilәr. Hәr hansı anlaşılmazlıq vә ya etik davranış mәsәlәsinin yaranması hәmin şәxsin işçi statusunda olmasını tәsdiq edәn hüquqi fakt deyildir. Mәhkәmә bu hadisәnin dәqiq şәraitini araşdırmamışdır. Hadisәnin nә zaman, hansı şәraitdә, hansı şәxslәrin iştirakı ilә baş vermәsi müәyyәn edilmәmişdir. Şagirdlәr, müәllimlәr vә filial rәhbәrliyi bu mәsәlә ilә bağlı dindirilmәmişdir. Buna baxmayaraq, mәhkәmә hәmin hadisәni faktiki әmәk münasibәtinin sübutu kimi qiymәtlәndirmişdir. Birinci instansiya mәhkәmәsi “müşahidәçi”, “tәcrübә toplamaq”, “sınaq xarakterli iştirak”, “sosial dәstәk” kimi ifadәlәri formal izah kimi qiymәtlәndirmişdir. Lakin mәhkәmә bu ifadәlәrin formal olduğunu tәsdiq edәn hәr hansı sübut göstәrmәmişdir. Əksinә, bu ifadәlәr işin real hallarını izah edir. Zәrәrçәkmiş şәxs әvvәlcә müәllim kimi işә qәbul üçün imtahanda iştirak etmiş, lakin qәbul edilmәmişdir. Əgәr müәssisә onu işçi kimi qәbul etmәk niyyәtindә olsaydı, onun müsahibә nәticәsinin qәnaәtbәxş olmaması sәbәbindәn işә qәbul edilmәmәsi faktı mövcud olmazdı. Bu fakt onu göstәrir ki, müәssisә hәmin şәxsi rәsmi vә faktiki olaraq işçi kimi qәbul etmәmişdir. Sonradan onun müәssisәyә müşahidәçi kimi gәlmәsi mәhz işә qәbul edilmәmәsi fonunda tәcrübә toplamaq mәqsәdi ilә bağlı olmuşdur. Hazırkı işdә inzibati orqan vә mәhkәmә Zәrәrçәkmiş şәxs müәssisәnin maraqları naminә hansı konkret işi gördüyünü müәyyәn etmәmişdir. Əgәr şәxs yalnız dәrslәri müşahidә etmişdirsә, bu müәssisә üçün iş vә ya xidmәtin yerinә yetirilmәsi sayıla bilmәz. Müşahidә prosesinin әsas faydası müәssisәyә deyil, müşahidә aparan şәxsin özünә aiddir. O, tәcrübә toplayır, dәrs metodikasını öyrәnir vә gәlәcәk peşәkar inkişafı üçün bilik әldә edir. Bu sәbәbdәn onun müşahidәçi qismindә iştirakının IXM-in 192.1-ci maddәsindә nәzәrdә tutulan “işlәrin vә ya xidmәtlәrin yerinә yetirilmәsinә cәlb edilmә” kimi qiymәtlәndirilmәsi düzgün deyil. Mәhkәmә qәrarında hüquqi şәxsin izahatları “dolayısı ilә etiraf” kimi qiymәtlәndirilmişdir. Bu da әsassızdır. Hüquqi şәxsin Zәrәrçәkmiş şәxs müәssisәdә müşahidәçi kimi iştirak etdiyini, ona sosial dәstәk mәqsәdilә müәyyәn vәsait verildiyini vә onun dәrs proseslәrini izlәdiyini bildirmәsi әmәk münasibәtinin etirafı deyil. Əksinә, bu izahatlarda ardıcıl olaraq vurğulanmışdır ki, hәmin şәxsә әmәk funksiyası hәvalә edilmәmiş, onunla әmәk münasibәti yaranmamış vә o, işçi kimi qәbul edilmәmişdir. Mәhkәmә hüquqi şәxsin izahatlarının yalnız bәzi hissәlәrini götürmüş, hәmin hissәlәri kontekstdәn çıxararaq hüquqi şәxsin ziyanına şәrh etmişdir. Halbuki izahatlar bütöv şәkildә qiymәtlәndirilmәli idi. Bundan başqa inzibati mәsuliyyәt tәdbiri tәtbiq edilәrkәn mәhkәmә qәrarı yüksәk sübut standartına cavab vermәlidir. Xüsusilә hüquqi şәxsә 20.000 manat mәblәğindә ağır maliyyә sanksiyası tәtbiq edilirsә, qәrar ehtimallara deyil, dәqiq, konkret vә mötәbәr sübutlara әsaslanmalıdır. Mәhkәmә hәmçinin şәxsin şikayәtini geri götürmәsi faktına da lazımi hüquqi qiymәt vermәmişdir. Əgәr Zәrәrçәkmiş şәxs sonradan şikayәtini geri götürmüşdürsә, bu hal әn azı onun ilkin müraciәtinin obyektivliyi ilә bağlı әlavә araşdırma aparılmasını zәruri edirdi. Mәhkәmә bu faktı formal şәkildә qeyd etmiş, lakin onun hüquqi әhәmiyyәtini araşdırmamışdır. Bundan başqa, hüquqi şәxsin izahatında qeyd edilmişdir ki, Zәrәrçәkmiş şәxs müәyyәn pul müqabilindә müraciәtindәn imtina etmәyә hazır olduğunu bildirmişdir. Bu hal da müraciәtin motivlәri vә obyektivliyi baxımından araşdırılmalı idi. Lakin mәhkәmә bu mәsәlәni dә tam vә obyektiv araşdırmamışdır. Inzibati işlәrdә mәhkәmәnin vәzifәsi yalnız protokolu tәsdiqlәmәk deyil, protokolda göstәrilәn halların hәqiqәtәn baş veribvermәdiyini müstәqil, obyektiv vә hәrtәrәfli araşdırmaqdır. Hazırkı işdә isә mәhkәmә inzibati orqanın gәldiyi nәticәlәri mahiyyәtcә tәkrar etmiş, onların sübut bazasını ciddi şәkildә yoxlamamışdır. Belә olan halda hüquqi şәxsin inzibati mәsuliyyәtә cәlb edilmәsi qanunsuzdur. Mәhkәmә hәmçinin tәtbiq edilәn cәrimәnin ağırlığını vә işin konkret hallarını lazımi şәkildә qiymәtlәndirmәmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә Inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Apellyasiya Mәhkәmәsinin mәhkәmә iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs “X5” MMC-nin nümayәndәsi Vәkil apellyasiya şikayәtinin dәlillәrinә uyğun çıxış edәrәk şikayәtin tәmin edilmәsini vә iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya Mәhkәmәsinin mәhkәmә iclasında iştirak edәn X6 Xidmәtinin nümayәndәsi X1 izahatında bildirdi ki, birinci instansiya mәhkәmәsinin qәrarı tam qanuni vә әsaslıdır. Belә ki, Zәrәrçәkmiş şәxs әmәk hüquqlarının pozulması barәdә müraciәtindәn görünür ki, ##.##.2025ci il tarixdәn ##.##.2026-cı il tarixәdәk “X5” MMC-dә Azәrbaycan dili vә әdәbiyyat müәllimi vәzifәsi üzrә әmәk fәaliyyәtinә cәlb edilmiş, lakin onun adına әmәk müqavilәsi rәsmilәşdirilmәmişdir. Ona kurs tәrәfindәn fevral ayının әmәk haqqı ödәnişi hәyata keçirilmәmiş, o kurs ilә onun arasında әmәk münasibәtlәrinin yaradılmaması vә әmәk haqqı ödәnilmәmәsi hallarından narazıdır. Bundan başqa X6 Xidmәti X9 tәrәfindәn “X5” MMC-yә göndәrilmiş mәktuba cavab mәktubunda MMC-nin direktoru X3 özü hәmin şәxsә verilmiş müәyyәn pul vәsaitlәrinin әmәk haqqı kimi deyil, sonuncunun şәxsi vәziyyәti nәzәrә alınaraq, humanitar vә sosial dәstәk mәqsәdilә müәssisәnin mәsul vәzifәli şәxsi tәrәfindәn fәrdi qaydada tәqdim edildiyini göstәrmәklә dolayısı ilә Zәrәrçәkmiş şәxs kursda әmәk fәaliyyәtinә cәlb edildiyini etiraf etmişdir. Yәni şәxsin hәm özünün şikayәti, hәm direktorun dolayısı ilә etirafedici ifadәsi, hәm dә müәssisәdә 5 ay müddәtindә olması onun әmәk müqavilәsi olmadan әmәk fәaliyyәtinә cәlb edildiyini sübut edir. Qeyd olunanlara әsasәn apellyasiya şikayәtinin tәmin edilmәmәsini vә birinci instansiya mәhkәmәsinin inzibati tәnbeh tәtbiq edilmәsinә dair qәrarının dәyişdirilmәdәn saxlanılmasını xahiş etmişdir. Apellyasiya Mәhkәmәsi şikayәtin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdırıb, apellyasiya şikayәtinin dәlillәrini öyrәnib, tәrәflәrin çıxışlarını dinlәyib, tәdqiq olunmuş sübutlara hüquqi qiymәt verәrәk hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Belə ki, iş materiallarında olan: Zәrәrçәkmiş şәxs әmәk hüquqlarının pozulması barәdә Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyinin 142 “Çağrı Mәrkәzi”nә etdiyi müraciәtindәn görünür ki, ##.##.2025-ci il tarixdәn ##.##.2026-cı il tarixәdәk “X5” MMC-dә Azәrbaycan dili vә әdәbiyyat müәllimi vәzifәsi üzrә әmәk fәaliyyәtinә cәlb edilmişdir. Lakin, onun adına әmәk müqavilәsi rәsmilәşdirilmәmişdir. Ona kurs tәrәfindәn fevral ayının әmәk haqqı ödәnişi hәyata keçirilmәmişdir. O, kurs ilә onun arasında әmәk münasibәtlәrinin yaradılmaması vә әmәk haqqı ödәnilmәmәsi hallarından narazıdır. “X5” MMC-nin direktoru X3 X6 Xidmәti X9 ünvanladığı ##.##.2026-cı il tarixli cavab mәktubunda göstәrilmişdir ki, Zәrәrçәkmiş şәxs müәssisәyә müraciәt edәrәk müәllim kimi fәaliyyәt göstәrmәk istәdiyini bildirmiş, o, ##.##.2025-ci il tarixdә müәssisәdә müәllimlәrin işә qәbulu mәqsәdilә keçirilәn imtahanda iştirak etmiş, lakin müsahibә mәrhәlәsindә nәticәsi qәnaәtbәxş olmadığından işә qәbul olunmamışdır. Buna baxmayaraq, o, öz xahişi ilә tәcrübә toplamaq vә dәrs prosesini yaxından öyrәnmәk mәqsәdilә müәssisәdә müşahidәçi qismindә iştirak etmәk istәdiyini bildirmişdir. Müәssisә tәrәfindәn sosial dәstәk mәqsәdi ilә onun bu istәyinә müsbәt yanaşılmış vә heç bir әmәk fiınksiyası hәvalә edilmәdәn, yalnız dәrs proseslәrini müşahidә etmәsinә vә mәhdud şәkildә sınaq xarakterli iştirakına şәrait yaradılmışdır. Zәrәrçәkmiş şәxs müәssisәdә iştirakı hәr hansı tәlim vә ya ödәnişli xidmәt münasibәtlәri çәrçivәsindә deyil, yalnız onun şәxsi tәşәbbüsü әsasında tәcrübә toplamaq mәqsәdi ilә tәşkil olunmuşdur. Bu sәbәbdәn tәrәflәr arasında hәr hansı mülkihüquqi vә ya әmәk münasibәtlәrinin rәsmilәşdirilmәsinә zәrurәt yaranmamışdır. Tәrәflәr arasında hәr hansı әmәk müqavilәsi bağlanmamış, әmәk münasibәtlәri yaranmamış vә adı çәkilәn şәxs müәssisәnin ştat cәdvәlinә daxil edilmәmişdir. Hәmin şәxsә verilmiş müәyyәn pul vәsaitlәri әmәk haqqı kimi deyil, onun şәxsi vәziyyәti nәzәrә alınaraq, humanitar vә sosial dәstәk mәqsәdilә müәssisәnin mәsul vәzifәli şәxsi tәrәfindәn fәrdi qaydada tәqdim edilmişdir. Sonradan hәmin şәxs dәrs prosesindә iştirak edәn şagirdlәrlә olan münasibәtlәrindә etik davranış qaydalarına riayәt etmәmiş, bu sәbәbdәn tәrәflәrindәn ona irad bildirilmişdir. Bundan sonra o, öz tәşәbbüsü ilә müәssisәdә iştirakını dayandırmışdır. Əlavә olaraq bildiririk ki, adı çәkilәn şәxs tәrәfindәn üçüncü şәxslәrә ünvanlanan şifahi müraciәtlәrdә ona müәyyәn mәblәğdә pul vәsaiti ödәnilәcәyi tәqdirdә aidiyyәti orqanlara edilmiş müraciәtindәn imtina etmәsini bildirmişdir. Bu hallar müraciәtin obyektivliyi ilә bağlı müәssisәdә әsaslı şübhәlәr yaratmışdır. Zәrәrçәkmiş şәxs ilә müәssisә arasında hәr hansı әmәk münasibәtlәri mövcud olmamış vә buna görә dә şöbәnin tәlәb etdiyi sәnәdlәri göndәrmәk qeyri-mümkündür. X6 Xidmәti X9 tәtәfindәn tәrtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrәli inzibati xәta haqqında protokoldan görünür ki, “X5” MMC tәrәfindәn Azәrbaycan Respublikası Əmәk Mәcәllәsinin 7 vә 49-cu maddәlәrinin tәlәblәri pozularaq Zәrәrçәkmiş şәxs әmәk müqavilәsi hüquqi qüvvәyә minmәdәn işә cәlb edilmişdir. Bununla da, “X5” MMC Azәrbaycan Respublikası IXM-nin 192.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmişdir. Apellyasiya mәhkәmәsi şikayәtin dәlillәrinә hüquqi qiymәt verәrәk, hәmin dәlillәri әsassız hesab edir. Belә ki, iş materiallarında olan vә birinci instansiya mәhkәmәsindә tәdqiq olunmuş sübutlarla “X5” MMC tәrәfindәn Zәrәrçәkmiş şәxs әmәk müqavilәsi olmadan işә cәlb edilmәsi faktı tam sübut olunur. Apellyasiya mәhkәmәsi birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә ilә razılaşaraq qeyd edir ki, sahibkarlıq subyekti olan kommersiya tәşkilatları (MMC-lәr) xeyriyyәçilik vә ya humanitar yardım tәşkilatı deyildir. Onların әsas mәqsәdi mәnfәәt әldә etmәkdir. Müәssisәdә "tәcrübә toplamaq" vә ya "müşahidә aparmaq" bu qәdәr uzunmüddәtli (5 ay) vә sistematik xarakter daşıya bilmәz. Vәtәndaş şikayәt әrizәsindә ##.##.2025-ci il tarixdәn ##.##.2026-cı il tarixәdәk kursda azәrbaycan dili vә әdәbiyyat müәllimi vәzifәsi üzrә әmәk fәaliyyәtinә cәlb olunduğunu, lakin adına әmәk müqavilәsinin rәsmilәşdirilmәdiyini vә fevral ayının da әmәk haqqısının ödәnilmәdiyini göstәrmişdir. 5 ay әrzindә hәr ay mütәmadi olaraq şәxsә "sosial dәstәk" adı altında pul ödәnilmәsi, әslindә ödәnilәn vәsaitin gizlәdilmiş әmәk haqqı olduğunu sübut edir. MMC-nin direktoru bu izahatı ilә vәtәndaşa pul ödәnildiyini (yәni onun müәssisәdә xidmәt göstәrdiyini) vә bu xidmәtin qarşılığında maddi әvәz aldığını dolayısı ilә etiraf etmişdir. Belәliklә, göründüyü kimi “X5” MMC tәrәfindәn Zәrәrçәkmiş şәxs ##.##.2025-ci il tarixdәn ##.##.2026-cı il tarixәdәk Azәrbaycan Respublikasının Əmәk Mәcәllәsindә nәzәrdә tutulmuş qaydada әmәk müqavilәsi hüquqi qüvvәyә minmәdәn müәllim vәzifәsi üzrә işlәrin (xidmәtlәrin) yerinә yetirilmәsinә cәlb edilmişdir. Mәhkәmә birinci instansiya mәhkәmәsinin qәrarının tәsviri-әsaslandırıcı hissәsindә inzibati xәtanın törәdilmәsinin әsaslandırılmasına münasibәtdә sadalanan bütün dәlillәrlә tam razılaşaraq hәmin halların yenidәn tәkrarlanmasına zәrurәt görmür. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn, yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizlik) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur vә tәnbeh edilir. Azәrbaycan Respublikası IXM-nin 18.2-ci maddәsinә әsasasәn hüquqi şәxs inzibati mәsuliyyәtә hәmin hüquqi şәxsin xeyrinә vә ya onun maraqlarının qorunması üçün hüquqi şәxsi tәmsil etmәk sәlahiyyәtinә malik olan vәzifәli şәxs; hüquqi şәxsin adından qәrarlar qәbul etmәk sәlahiyyәtinә malik olan vәzifәli şәxs; hüquqi şәxsin fәaliyyәtinә nәzarәt etmәk sәlahiyyәtinә malik olan vәzifәli şәxs; bu Mәcәllәnin 18.2.1-18.2.3-cü maddәlәrindә nәzәrdә tutulmuş vәzifәli şәxslәr tәrәfindәn nәzarәtin hәyata keçirilmәmәsi nәticәsindә hüquqi şәxsin işçisi tәrәfindәn törәdilәn inzibati xәtalara görә cәlb edilir. Azәrbaycan Respublikası IXM-nin 21 vә 31.1-ci maddәlәrinә әsasәn inzibati tәnbeh inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır vә bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. Azәrbaycan Respublikası IXM-nin 48-ci maddәsinә әsasәn inzibati xәta haqqında hәr bir işin hallarının vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә araşdırılması inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәrinә aid edilmişdir. Azәrbaycan Respublikası IXM-nin 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olubolmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cürnfaktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. Azәrbaycan Respublikası 84.1-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәrә baxan hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) işin bütün hallarının mәcmusunun hәrtәrәfli, tam vә obyektiv surәtdә baxılmasına әsaslanan öz daxili inamı ilә sübutları qiymәtlәndirir. Azәrbaycan Respublikası IXM-nin 192.1-ci maddәsinә әsasәn Azәrbaycan Respublikasının Əmәk Mәcәllәsindә nәzәrdә tutulmuş qaydada әmәk müqavilәsi (kontraktı) hüquqi qüvvәyә minmәdәn işәgötürәn tәrәfindәn fiziki şәxslәri hәr hansı işlәrin (xidmәtlәrin) yerinә yetirilmәsinә cәlb edilmәsinә görә-fiziki şәxslәr min manatdan iki min manatadәk mәblәğdә, vәzifәli şәxslәr üç min manatdan beş min manatadәk mәblәğdә, hüquqi şәxslәr iyirmi min manatdan iyirmi beş min manatadәk mәblәğdә cәrimә edilir. Azәrbaycan Respublikası Əmәk Mәcәllәsinin 7-ci maddәsinin 2-ci bәndinә әsasәn Bu Mәcәllәnin 7-ci maddәsinin 2-1-ci vә 2-2-ci hissәlәri ilә müәyyәn edilmiş hallar istisna olmaqla, әmәk münasibәtlәri әmәk müqavilәsi elektron informasiya sistemindә elektron sәnәd formasında bağlandıqda yaranır. Hәmin Mәcәllәnin 49-cu maddәsinin 1-ci bәndinә әsasәn bu maddәnin 2-ci vә 3-cü hissәlәri ilә müәyyәn edilmiş hallar istisna olmaqla, әmәk müqavilәsi vә ya ona dәyişiklik tәrәflәrin güclәndirilmiş elektron imzası ilә imzalandıqda, son imzalanma tarixindәn әmәk müqavilәsi bağlanılmış vә ya ona dәyişiklik edilmiş hesab olunur vә hüquqi qüvvәyә minir. Belәliklә, apellyasiya mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәtindә göstәrilәn dәlillәr әsasında mübahisәli qәrarın lәğv edilmәsi üçün әsaslar yoxdur. “X5” MMC tәrәfindәn Azәrbaycan Respublikası IXM-nin 192.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsi tәsdiq olunur. Apellyasiya mәhkәmәsi hәmçinin “X5” MMC barәsindә tәtbiq edilmiş tәnbehә münasibәtdә qeyd edir ki, birinci instansiya mәhkәmәsinin IXM-in 192.1-ci maddәsinin sanksiyasında nәzәrdә tutulmuş minimum hәddә tәnbeh tәtbiq edilmәsinә dair gәldiyi nәticә qanuni vә әsaslı olmaqla hәm dә әdalәtlidir. Azәrbaycan Respublikası IXM-in 21-ci maddәsinә әsasәn inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. Ona görә dә apellyasiya şikayәti tәmin edilmәmәli, “X5” MMC-nin Azәrbaycan Respublikası IXM-in 192.1-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn Azәrbaycan Respublikası Inzibatı Xәtalar Mәcәllәsinin 134.1.1ci maddәsini rәhbәr tutaraq mәhkәmә, Q Ə R A RA A L D İ: Apellyasiya şikayәti tәmin edilmәsin. “X5” MMC-nin Azәrbaycan Respublikası IXM-in 192.1-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz. Hakim Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar