Məhkəmə qərarları › İş №3(3-8)-377/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-377/2026

24.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-377/2026 24.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Mәmmәdov Bilal Mahir oğlunun sәdrliyi, Nabalıyeva Aynur Akif qızının katibliyi ilә, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs), Azәrbaycan Respublikasının Əmәk vә Əhalinin Sosial Müdafiә Nazirliyi yanında X3 Xidmәtinin nümayәndәsi X1 iştirakları ilә, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 192.3-cü maddәsi ilә olan inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından Azәrbaycan Respublikasının Əmәk vә Əhalinin Sosial Müdafiә Nazirliyi yanında X3 Xidmәtinin Hüquq Idarәsinin rәis müavini Tamerlan Mәlikli tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtlә mәhkәmәyә müraciәt edәrәk Azәrbaycan Respublikası IXM-in 192.3-cü maddәsi ilә 1000 manat mәblәğindә cәrimә edilmәsinә dair X3 Xidmәtinin ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarının lәğv edilmәsini vә barәsindә olan inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәti tәmin olunaraq X3 Xidmәtinin ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarı lәğv edilmiş vә Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә başlanmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmişdir (Hakim Samir Ismayılov). X2 Müfәttişliyi Xidmәtinin Hüquq Idarәsinin rәis müavini Tamerlan Mәlikli apellyasiya şikayәti verәrәk, mübahisәli qәrarın lәğv edilmәsini vә ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarın dәyişdirilmәdәn saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn işin faktiki halları nәzәrә alınarkәn vәtәndaşlar şahid1 vә şahid2 әmәk müqavilәlәri üzrә әmәk haqlarının qanunvericiliklә müәyyәn edilmiş hәddәn aşağı (345 manat) olmasına hüquqi qiymәt verilmәmişdir. Müәssisәnin müvәqqәti sahibkarlıq fәaliyәtinin dayandırılması ilә bağlı vergi orqanına arayış tәqdim etmәsi Qәrardan şikayәt verәn orqan (şәxs) işәgötürәn kimi vәzifәlәrini hәyata keçirmәyә әsas vermir vә onu mәsuliyyәtdәn azad etmir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Apellyasiya mәhkәmәsinin iclasında X3 Xidmәtinin nümayәndәsi X1 apellyasiya şikayәtinin dәlillәrinә uyğun çıxış edәrәk apellyasiya şikayәti әsaslı olduğundan şikayәtin tәmin edilmәsini vә birinci instansiya mәhkәmәsinin qәrarının lәğv edilmәsini xahiş etmişdir. Apellyasiya mәhkәmәsinin iclasında barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) çıxış edәrәk bildirdi ki, direktoru olduğu “xxxx” MMC-nin fәaliyyәt vә әmәliyyatları ##.##.2024-cü il tarixdәn ##.##.2029-cu il tarixәdәk dayandırılmış, bununla bağlı әvvәllәr MMC-dә işlәmiş işçilәr faktiki olaraq başqa yerdә işlәmişlәr. Əmәk müqavilәlәri dә vardır. Odur ki, apellyasiya şikayәtinin tәmin edilmәmәsini vә birinci instansiya mәhkәmәsinin qәrarının dәyişdirilmәdәn saxlanılmasını xahiş etmişdir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn, inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsi inzibati icraat üzrә qәrar qәbul edәrkәn işin materiallarını mahiyyәti üzrә araşdırmış, inzibati mәsuliyyәtә cәlb edilmәnin әsası olan qanunvericiliyin tәlәblәrinә riayәt etmişdir. Belə ki, iş materiallarında olan: Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X3 Xidmәtinin ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarından görünür ki, işçilәrә (şahid1 vә şahid2) minimum әmәk haqqından aşağı mәblәğdә әmәk haqqının verilmәsinә görә işәgötürәn “xxxx” MMC-nin (VÖEN: **********) direktoru Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası IXM-in 192.3- cü maddәsi ilә tәqsirli bilinәrәk 1000 mәblәğindә inzibati cәrimә edilmişdir. * saylı Ərazi Vergilәr Baş Idarәsinin mәktubundan vә vergi ödәyicisi “xxxx” MMC-nin X6 Sistemindә (AVIS) olan elektron kabinetindәn çıxarışdan görünür ki, “xxxx” MMC-nin fәaliyyәti ##.##.2024-cü ildәn ##.##.2029-cu il tarixә kimi dayandırılmışdır. “Əmәk vә Mәşğulluq” altsistemindәn (ƏMAS) çıxarılmış әmәk müqavilәsi bildirişlәrindәn görünür ki, şahid1 ##.##.2024-cü ildә “xxxx” MMC-dә memar kimi müddәtsiz işә götürülmüş vә әmәk haqqı 345 manat tәşkil etmiş, şahid2 ##.##.2024-cü ildә “xxxx” MMC-dә memar kimi müddәtsiz işә götürülmüş vә әmәk haqqı 345 manat tәşkil etmişdir. Elektron mәhkәmә informasiya sistemindәn çıxarışdan görünür ki, şahid1 "xxxx" MMCdә memar işlәyir vә aylıq әmәk haqqı 1400 manat tәşkil edir. “Əmәk vә Mәşğulluq” altsistemindә (ƏMAS) qeydә alınmış әmәk müqavilәsinә xitam verilmәsi barәdә әmrlәrdәn görünür ki, “xxxx” MMC-nin işçilәri şahid1 vә şahid2 әmәk müqavilәlәrinә Azәrbaycan Respublikası Əmәk Mәcәllәsinin 68.2-ci maddәsinin “a” bәndinә әsasәn ##.##.2026-cı il tarixdә xitam verilmişdir. Birinci instansiya mәhkәmәsi iclasında şahid qismindә iştirak etmiş şahid1 izahatında bildirmişdir ki, “xxxx” MMC-nin direktoru Qәrardan şikayәt verәn orqan (şәxs) onun atasıdır. Əvvәllәr “xxxx” MMC-dә işlәmiş, sonradan hәmin MMC fәaliyyәtini dayandırdığı üçün başqa yerdә işlәmişdir. Hazırda "xxxx" MMC-dә memar kimi çalışır vә aylıq әmәk haqqı 1400 manat tәşkil edir. “xxxx” MMC fәaliyyәtini dayandırdığı 2024-cü ildәn orada çalışmamış vә ya hәr hansı әmәk haqqı almamışdır. Ümumiyyәtlә onun adının işçi kimi hәmin MMC-dә qalmasından da mәlumatsız olmuşdur. Birinci instansiya mәhkәmәsi iclasında şahid qismindә iştirak etmiş şahid2 izahatında bildirmişdir ki, o, әvvәllәr “xxxx” MMC-dә işlәmiş, sonradan 2024-cü ilә hәmin MMC fәaliyyәtini dayandırdığı üçün işdәn çıxmışdır. “xxxx” MMC fәaliyyәtini dayandırdığı 2024-cü ildәn orada çalışmamış vә ya hәr hansı әmәk haqqı almamışdır. Ümumiyyәtlә onun adının işçi kimi hәmin MMC-dә qalmasından da mәlumatsız olmuşdur. Apellyasiya mәhkәmәsi inzibati xәta haqqında iş üzrә icraat materiallarını araşdırıb, proses iştirakçılarının izahatını dinlәyib, şikayәtin dәlillәrini öyrәnәrәk belә qәnaәtә gәlir ki, aşağıdakı әsaslara görә qәrar dәyişdirilmәdәn saxlanılmalı vә apellyasiya şikayәti tәmin edilmәmәlidir. Belә ki, Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. Azәrbaycan Respbulikasının IXM-nin 4-cü maddәsinә әsasәn bu Mәcәllә insan vә vәtәndaş hüquqlarına vә azadlıqlarına hörmәt edilmәsi, qanunçuluq, qanun qarşısında bәrabәrlik, tәqsirsizlik prezumpsiyası, әdalәtlilik vә inzibati xәtaların qarşısının alınması prinsiplәrinә әsaslanır. Azәrbaycan Respublikasının IXM-nin 6.2-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә icraatın tәmin olunması tәdbirlәri tәtbiq edilәrkәn qanunvericiliyin tәlәblәrinә әmәl olunması yuxarı orqanların vә vәzifәli şәxslәrin idarә nәzarәti ilә, mәhkәmә vә prokuror nәzarәti ilә vә şikayәt etmәk hüququ ilә tәmin edilir. Azәrbaycan Respbulikasının IXM-nin 8.1-ci maddәsinә әsasәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin tәqsiri bu Mәcәllәdә nәzәrdә tutulmuş qaydada sübuta yetmәdikdә vә bu, inzibati xәta haqqında iş üzrә icraata baxmış hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) qüvvәyә minmiş qәrarı ilә müәyyәn edilmәdikdә o, tәqsirsiz hesab edilir. Azәrbaycan Respbulikasının IXM-nin 12.1-ci maddәsinә әsasәn bu Mәcәllә ilә qorunan ictimai münasibәtlәrә qәsd edәn, hüquqazidd olan, tәqsirli sayılan (qәsdәn vә ya ehtiyatsızlıqdan törәdilәn) vә inzibati mәsuliyyәtә sәbәb olan әmәl (hәrәkәt vә ya hәrәkәtsizlik) inzibati xәta hesab olunur. Azәrbaycan Respublikasının IXM-nin 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olubolmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Azәrbaycan Respbulikasının IXM-nin 84.1-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәrә baxan hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) işin bütün hallarının mәcmusunun hәrtәrәfli, tam vә obyektiv surәtdә baxılmasına әsaslanan öz daxili inamı ilә sübutları qiymәtlәndirir. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәrinә hüquqi qiymәt verәrәk, hәmin dәlillәri әsaslı hesab etmir. Belә ki, iş materiallarından da göründüyü kimi mәhkәmә araşdırması zamanı müәssisәnin fәaliyyәtini dayandırdıqdan sonra qeyd olunan işçilәrin orada әmәk funksiyalarını yerinә yetirmәdiyi, onlarla faktiki әmәk münasibәtlәrinin davam etdirilmәdiyi vә әmәk haqqı ödәnilmәdiyi müәyyәn edilmişdir. Qeyd olunan hal Azәrbaycan Respublikası IXM-in 192.3-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsi kimi qiymәtlәndirilә bilmәz. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinә görә әmәk qanunvericiliyinin pozulmasından bәhs edәn hәmin Mәcәllәnin 192-ci maddәsindә nәzәrdә tutulan inzibati xәtalar şәxslәrin әmәk hüquqları әleyhinә olan inzibati xәtalar kimi tәsnif edilmişdir. Bu isә o demәkdir ki, bu inzibati xәtaların әsas obyekti qismindә şәxslәrin әmәk hüquqlarının qorunması sahәsindә çıxış edәn ictimai münasibәtlәr çıxış edir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 192.3-cü maddәsinin dispozisiyasına görә işçiyә müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilmiş minimum әmәkhaqqından aşağı mәblәğdә әmәk haqqının verilmәsi inzibati xәta hesab olunur. Birinci instansiya mәhkәmәsindә aparılan araşdırma zamanı inzibati orqanın hüquqlarının pozularaq müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilmiş minimum әmәkhaqqından aşağı mәblәğdә әmәk haqqının aldığını hesab etdiyi hәr iki şәxs şahid1 vә şahid2 “xxxx” MMC fәaliyyәtini dayandırdığı 2024-cü ildәn orada çalışmadıqlarını vә ya hәr hansı әmәk haqqı almadıqlarını, yәni әmәk hüquqlarının pozulmadığını qeyd etmişlәr. Bundan başqa X3 tәrәfindәn Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә onun Inzibati Xәtalar Mәcәllәsinin 192.3-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәsinә görә elektron qәrar çıxarılarkәn sәhvәn elektron sistemdә mövcud olan әmәk müqavilәlәri әsas götürülmüş, “xxxx” MMC tәrәfindәn şahid2 vә Qәrardan şikayәt verәn orqan (şәxs) müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilmiş minimum әmәkhaqqından aşağı mәblәğdә әmәk haqqının verilmәsini tәsdiq edәn hansısa digәr sәnәd, ödәniş cәdvәli vә s. tәqdim edilmәmişdir. Apellyasiya instansiya mәhkәmәsi inzibati xәta haqqında iş materiallarına әlavә edilmiş sübutları bir daha tәhlil edib, apellyasiya şikayәti üzrә apellyasiya instansiyası mәhkәmәsindә aparılmış mәhkәmә araşdırmasının nәticәlәrinә әsaslanıb, birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә ilә razılaşaraq hesab edir ki, apellyasiya şikayәtinin dәlillәri әsassızdır. Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarının lәğv edilmәsi üçün әsas yoxdur. Birinci instansiya mәhkәmәsi Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikasının IXM-in 192.3-cü maddәsindә nәzәrdә tutulan inzibati xәta hadisәsinin olmaması әsası ilә iş üzrә icraata xitam vermәklә düzgün nәticәyә gәlmişdir. Belәliklә, apellyasiya instansiyası mәhkәmәsi hesab edir ki, X3 Xidmәtinin Hüquq Idarәsinin rәis müavini Tamerlan Mәlikli tәrәfindәn verilmiş şikayәt tәmin edilmәmәli, mәhkәmәnin mübahisә edilәn qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn Azәrbaycan Respublikası Inzibatı Xәtalar Mәcәllәsinin 134.1.1ci maddәsini rәhbәr tutaraq mәhkәmә, QƏRARA ALDİ: Apellyasiya şikayәti tәmin edilmәsin. Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 192.3-cü maddәsi ilә olan inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz. Hakim Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar