Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-378/2026 24.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Əhmәdov Elman Mәmmәd oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) iştirakı ilә Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDI: Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2025-ci il tarixli, *(***)-*****/**** nömrәli qәrarı ilә Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәti tәmin edilmәmiş, Azәrbaycan Respublikası DIN Baş Dövlәt Yol Polisi Idarәsinin ## ### 2026-cı il tarixli, EQ seriyalı ******** nömrәli inzibati tәnbeh vermә haqqında qәrarı dәyişdirilmәdәn saxlanılmışdır (hakim Samir Ismayılov). Işin halları : Baş Dövlәt Yol Polisi Idarәsinin ## ### 2026-cı il tarixli, EQ seriyalı ******** nömrәli qәrarı ilә Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 346.5-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtdiyinә görә 40 manat mәblәğindә cәrimә edilmişdir. Hәmin qәrardan narazı qalan Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtlә mәhkәmәyә müraciәt edәrәk, inzibati tәnbeh vermә haqqında hәmin qәrarın lәğv edilmәsini xahiş etmişdir. Işә baxan Sumqayıt Şәhәr Mәhkәmәsi yuxarıda qeyd edilәn qәrarı qәbul etmişdir. Şikayətin dəlilləri : Barәsindә inzibati xәta haqqında qәrar qәbul edilmiş Qәrardan şikayәt verәn orqan (şәxs) qәrardan apellyasiya şikayәt verәrәk, inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsini xahiş etmәklә apellyasiya şikayәtini onunla әsaslandırmışdır ki, birinci instansiya mәhkәmәsi işin hallarını tam vә obyektiv araşdırmamış, tәqdim etdiyi sübutlara lazımi hüquqi qiymәt vermәmişdir. Qәrarda göstәrilәn nәticәlәr işin faktiki hallarına uyğun gәlmir. Hadisәnin baş verdiyi әrazi faktiki olaraq yol kәsişmәsi xüsusiyyәtlәrinә malik deyil. Tәqdim edilmiş fotoşәkillәrdәn vә әrazinin vәziyyәtindәn göründüyü kimi, hәmin hissәdә nәqliyyat vasitәlәrinin müxtәlif istiqamәtlәrdәn hәrәkәt etmәsini tәmin edәn yol qovşağı mövcud deyil. Əksinә, әraziyә kommersiya mәqsәdli karavan vә digәr obyektlәr yerlәşdirilmişdir ki, bu da hәmin yerin yol kәsişmәsi kimi istifadә olunmadığını göstәrir. Buna görә dә inzibati xәta protokolunda göstәrilәn “yol kәsişmәsi” anlayışının faktiki vәziyyәtә uyğun olmadığı qәnaәtinә gәlmәk olar. Bundan başqa, avtomobilin saxlanıldığı yerdә dayanma vә ya durmanı qadağan edәn yol nişanı mövcud olmamışdır. Hәmçinin hәmin әrazi faktiki olaraq nәqliyyat vasitәlәrinin dönәrәk hәrәkәt etdiyi yol kәsişmәsi kimi istifadә edilmir. Əksinә, hadisә yerindә uzun müddәtdir karavan tipli obyekt yerlәşdirilmiş vә orada kofe vә çay satışı fәaliyyәti hәyata keçirilmişdir. Inzibati xәta haqqında protokolu tәrtib etmiş polis orqanının nümayәndәsi mәhkәmә iclaslarında iştirak etmir vә iş üzrә sübutların araşdırılmasında iştirakdan yayınır. Halbuki, protokolun tәrtib edilmәsinin qanuniliyini vә hәmin әrazinin yol kәsişmәsi hesab edilmәsinin әsaslarını izah etmәk vәzifәsi mәhz inzibati xәta haqqında materialları tәqdim etmiş orqanın üzәrinә düşür. Prosessual məsələlər: Apellyasiya instansiyası mәhkәmәsindә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәtini müdafiә edәrәk, tәmin edilmәsini vә inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsini xahiş etdi. Apellyasiya instansiyası mәhkәmәsinin iclasının yeri vә vaxtı barәdә mәlumat verilmәsinә baxmayaraq, Azәrbaycan Respublikası Daxili Işlәr Nazirliyi Baş Dövlәt Yol Polisi Idarәsinin nümayәndәsi mәhkәmә iclasına gәlmәmiş vә şikayәt üzrә mәhkәmә baxışının nümayәndәnin iştirakı olmadan keçirilmәsi mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә inzibati xәtaya dair işin materiallarını araşdırıb, proses iştirakçısını dinlәyib, şikayәtin dәlillәrini iş materialları ilә müqayisәli şәkildә tәdqiq edәrәk hesab edir ki, aşağıda qeyd olunanlara görә şikayәt tәmin edilmәmәli, iş üzrә Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, Azәrbaycan Respublikası DIN Baş Dövlәt Yol Polisi Idarәsinin ## ### 2026-cı il tarixli, EQ seriyalı ******** nömrәli inzibati tәnbeh vermә haqqında qәrarından görünür ki, “Audi A4” minik markalı, **-KG-*** dövlәt nişanlı avtomobilin ##.##.2026-cı il tarixdә saat 11:34-dә ünvan 1 ünvanında nәqliyyat vasitәlәrinin hәrәkәt hissәlәrinin kәsişmәsindә vә kәsişәn hәrәkәt hissәsinin kәnarında 5 metrdәn az yaxınlıqda dayanmasına vә ya durmasına görә, sürücü Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası IXM-in 346.5-ci maddәsi ilә tәqsirli bilinәrәk 40 manat mәblәğindә inzibati cәrimә edilmişdir. Birinci instansiya mәhkәmәsi tәrәfindәn hadisәnin qeydә alındığı yerә baxış keçirilmiş vә müәyyәn edilmişdir ki, “Audi A4” minik markalı, **-KG-*** dövlәt nişanlı avtomobilin durduğu yerin ünvan 1 ünvanında yerlәşәn yanacaqdoldurma mәntәqәsindәn çıxışa bilavasitә bitişik yerdir, hәmin yerlә yola çıxış yerinin mәsafәsi 05 metrdәn azdır, hәmçinin hәmin yer avtomobillәrin hәrәkәt hissәsidir. Belә ki, avtomobillәr yanacaqdoldurma mәntәqәsindәn әsas yola mәhz hәmin yerdәn keçmәklә daxil olmalıdırlar Azәrbaycan Respublikası IXM-nin 346.5-ci maddәsinә әsasәn “Yol hәrәkәti haqqında” Azәrbaycan Respublikasının Qanunu ilә müәyyәn edilmiş hallar istisna olmaqla, nәqliyyat vasitәlәrinin hәrәkәt hissәlәrinin kәsişmәsindә vә kәsişәn hәrәkәt hissәsinin kәnarından 5 metrdәn az yaxınlıqda dayanmasına vә ya durmasına görә qırx manat mәblәğindә cәrimә edilir. Mәhkәmә Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtinin dәlillәrini işdә olan vә tәqdim edilmiş sübutlar әsasında qiymәtlәndirәrәk hesab edir ki, şikayәt әsassız olduğundan tәmin edilmәmәlidir. Birinci instansiya mәhkәmәsi düzgün olaraq qәrarda qeyd etmişdir ki, hazırki şikayәt üzrә mübahisә parklama yerinin “yol” vә ya “hәrәkәt hissәsi” anlayışına daxil olub-olmaması ilә bağlıdır. Azәrbaycan Respublikası IXM-in 346.5-ci maddәsi nәqliyyat vasitәlәrinin hәrәkәt hissәlәrinin kәsişmәsindә vә kәsişәn hәrәkәt hissәsinin kәnarından 5 metrdәn az mәsafәdә dayanma vә ya durmaya görә mәsuliyyәt nәzәrdә tutur. Eyni zamanda “Yol hәrәkәti haqqında” Azәrbaycan Respublikası Qanununun 1-ci maddәsinin 7-ci bәndinә әsasәn, “yolun hәrәkәt hissәsi – yolun nәqliyyat vasitәlәrinin hәrәkәti üçün istifadә edilәn hissәsidir”. Hәmin maddәnin 32-1-ci bәndinә әsasәn isә “parklanma yeri – yaşayış mәntәqәlәrinin hüdudlarında avtomobil yolunun hәrәkәt hissәsindә vә ya ona bitişik hissәdә nәqliyyat vasitәlәrinin durması üçün ayrılmış, bu Qanunla müәyyәn edilmiş qaydada işarәlәnmiş vә tәchiz edilmiş yerdir”. Göründüyü kimi qanunvericliyin tәlәbinә әsasәn “hәrәkәt hissәsi” dedikdә yolun nәqliyyat vasitәlәrinin hәrәkәti üçün istifadә olunan hissәsi başa düşülür. Əgәr yanacaqdoldurma mәntәqәsindәn birbaşa yolun hәrәkәt hissәsinә çıxış mövcuddursa vә hәmin çıxış yolun hәrәkәt hissәsi ilә funksional vә fiziki baxımdan birbaşa әlaqәlidirsә, bu halda hәmin çıxış hissәsi yol şәbәkәsinin elementi kimi qiymәtlәndirilmәli vә hәrәkәt hissәlәrinin kәsişmәsi anlayışına daxil edilmәlidir. Nәqliyyat vasitәsinin yanacaqdoldurma mәntәqәsinin yola birlәşdiyi hissәdә, hәrәkәt hissәsinә bilavasitә bitişik vә çıxışın sağ tәrәfindә dayanması digәr nәqliyyat vasitәlәrinin hәrәkәt trayektoriyasına vә tәhlükәsizliyinә tәsir göstәrәn vәziyyәt yaratmışdır. Bu baxımdan hәmin yer şikayәtçi tәrәfindәn “parklama sahәsi” kimi qәbul edilsә dә, faktiki olaraq yolun hәrәkәt hissәsi ilә kәsişәn vә nәqliyyat axınının tәşkilindә iştirak edәn sahәdir. Bu sәbәbdәn dә sürücünün әmәli Azәrbaycan Respublikası IXM-in 346.5-ci maddәsinin dispozisiyasına uyğun gәlir vә hazırki iş üzrә sürücü Qәrardan şikayәt verәn orqan (şәxs) әmәlindә inzibati xәta tәrkibi mövcuddur. Apellyasiya mәhkәmәsi birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә ilә razılaşaraq hesab edir ki, mәhkәmә tәrәfindәn şikayәtdә göstәrilәn hallar yoxlanılmış vә qәrar qәbul edilәrkәn IXM-nin tәlәblәrinә әmәl edilmiş, әsaslı vә qanuni qәrar qәbul edilmişdir. Ona görә dә, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә qәbul edilmiş inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsi qanuni әsaslar yoxdur. Mәhkәmә yuxarıda qeyd olunanlara mәcmu halında qiymәt verәrәk hesab edir ki, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinin dәlillәri Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 346.5-ci maddәsi ilә tәqsirli bilinib tәnbeh edilmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarının lәğv edilmәsi vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi üçün әsas ola bilmәz. Azәrbaycan Respublikası IXM-nin 21 vә 31.1-ci maddәlәrinә әsasәn inzibati tәnbeh inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır vә bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. Azәrbaycan Respublikası IXM-nin 134.1, 134.1.1-ci maddәlәrinә әsasan inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxıldıqda, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә protestin tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Göstәrilәnlәrә әsasәn Azәrbaycan Respublikası IXM-nin 134.1.1, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-378/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-378/2026
24.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver