Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-379/2026 25.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Muxtarov Kamran Nüsrәt oğlunun sәdrliyi, Mirzәyev Pәrvin Əbil oğlunun katibliyi ilә, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs müdafiәçisi X3, Zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs iştirakı ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qәrarından zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİM: Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәsinә dair Abşeron rayon İcra vә Probasiya Şöbәsinin icra mәmuru X5 tәrәfindәn tәrtib ##.##.2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati xәta haqqında protokol baxılaraq hüquqi qiymәt verilmәsi üçün Abşeron Rayon Mәhkәmәsinә tәqdim olunmuşdur. Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qәrarı ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәsinә dair iş üzrә icraata barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin әmәlindә inzibati xәta tәrkibi olmadığından xitam verilmәsi qәrara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Birinci instansiya mәhkәmәsinin qәrarından narazı qalan zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs apellyasiya şikayәti verәrәk Abşeron Rayon Mәhkәmәsinin *(*- ***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qәrarının lәğv edilmәsi, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә tәqsirli bilinәrәk inzibati hәbs növündә tәnbeh tәdbirinin tәtbiq edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, alimentin ödәnilmәmәsi yetkinlik yaşına çatmayan övladının maddi durumuna ciddi zәrbә vurur, onun zәruri qidalanma, tәhsil vә geyim ehtiyaclarının qarşılanmasını qeyri-mümkün edir. Zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs apellyasiya şikayәtinin dәlillәrini müdafiә edәrәk Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qәrarının lәğv edilmәsi, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә tәqsirli bilinәrәk inzibati hәbs növündә tәnbeh tәdbirinin tәtbiq edilmәsini xahiş etmişdir. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs müdafiәçisi X3 çıxış edәrәk apellyasiya şikayәtinin tәmin edilmәmәsi, birinci instansiya mәhkәmәsinin qәrarının dәyişdirilmәdәn saxlanılmasını xahiş etmişdir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs vә Abşeron rayon icra vә probasiya şöbәsinә mәhkәmә iclasının yeri vә vaxtı barәdә qanunvericiliklә müәyyәn edilmiş qaydada xәbәrdar edilmәlәrinә baxmayaraq, onlar mәhkәmә iclasına gәlmәmiş vә gәlmәmәsinin sәbәblәri barәdә mәhkәmәyә mәlumat vermәmişlәr. Bu sәbәbdәn mәhkәmә şikayәtә onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşin halları və hüquqi məsələlər: Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә apellyasiya qaydasında verilmiş şikayәt ilә әlaqәdar inzibati işin materiallarını araşdırıb, proses iştirakçılarını dinlәyәrәk hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәli, birinci instansiya mәhkәmәsinin qәrarı lәğv edilmәli, iş üzrә yeni qәrar qәbul edilmәlidir. Apellyasiya instansiyası mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. “Mәhkәmәlәr vә hakimlәr haqqında” Azәrbaycan Respublikası Qanunun 5-ci maddәsinin 3 vә 4-cü bәndlәrinә görә Azәrbaycan Respublikasının qanunvericiliyi ilә müәyyәn edilmiş qaydada qanuni qüvvәyә minmiş bu qәrarlar Azәrbaycan Respublikası әrazisindә bütün fiziki vә hüquqi şәxslәr tәrәfindәn mütlәq, vaxtında vә dәqiq icra olunmalıdır. Qanuni qüvvәyә minmiş mәhkәmә qәrarlarının icra edilmәmәsi Azәrbaycan Respublikası qanunvericiliyi ilә nәzәrdә tutulmuş mәsuliyyәtә sәbәb olur. Mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar icra mәmurunun tәlәblәri Azәrbaycan Respublikasının әrazisindә bütün orqanlar, hüquqi şәxslәr, onların vәzifәli şәxslәri vә fiziki şәxslәr üçün mәcburidir. Mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar icra mәmurlarının tәlәblәrini yerinә yetirmәyәn, onlara hәvalә edilmiş vәzifәlәrin icrasına mane olan şәxslәr Azәrbaycan Respublikasının qanunvericiliyi ilә nәzәrdә tutulmuş qaydada mәsuliyyәt daşıyırlar (“İcra haqqında” Azәrbaycan Respublikası Qanunun 3.1 vә 3.2-ci maddәsi). Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsinin dizpozisiyasında, icra sәnәdindәki tәlәbin üzrsüz sәbәbdәn icra mәmuru tәrәfindәn müәyyәn olunmuş müddәtdә icra edilmәmәsinә vә ya icra mәmurunun mәhkәmә vә ya başqa dövlәt orqanlarının qәrarlarının icrası ilә әlaqәdar digәr qanuni tәlәblәrinin yerinә yetirilmәmәsinә görә - fiziki şәxslәr beş yüz manatdan min manatadәk mәblәğdә cәrimә edilir vә ya işin hallarına görә, pozuntunu törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla, bir ayadәk müddәtә inzibati hәbs tәtbiq olunur, vәzifәli şәxslәr min iki yüz manatdan iki min beş yüz manatadәk mәblәğdә, hüquqi şәxslәr üç min manatdan beş min manatadәk mәblәğdә cәrimә nәzәrdә tutulmuşdur. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 9.1-ci maddәsinә әsasәn inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 12.1-ci maddәsinә әsasәn bu Mәcәllә ilә qorunan ictimai münasibәtlәrә qәsd edәn, hüquqazidd olan, tәqsirli sayılan (qәsdәn vә ya ehtiyatsızlıqdan törәdilәn) vә inzibati mәsuliyyәtә sәbәb olan әmәl (hәrәkәt vә ya hәrәkәtsizlik) inzibati xәta hesab olunur. Mәhkәmә qeyd edir ki, inzibati xәta haqqında iş üzrә sübutlar vә onların qiymәtlәndirilmәsini tәnzimlәyәn Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 84.1-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәrә baxan hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) işin bütün hallarının mәcmusunun hәrtәrәfli, tam vә obyektiv surәtdә baxılmasına әsaslanan öz daxili inamı ilә sübutları qiymәtlәndirir. İş materiallarında olan: Pirallahı Rayon Mәhkәmәsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı icra sәnәdinә әsasәn iddia tәlәbi tәmin edilmiş, Bakı şәhәri Rayon Mәhkәmәsinin ##.##.2023- cü il tarixli, *(***)-***/**** saylı mәhkәmә qәtnamәsi ilә müәyyәn edilmiş alimentin mәblәği artırılmış, ## ### 2019-cu il tәvәllüdlü X1 yetkinlik yaşına çatanadәk saxlanılması üçün Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs hәr ay 235 manat sabit pul mәblәğindә alimentin tutularaq Zәrәrçәkmiş şәxs verilmәsi qәt edilmişdir. Qeyd edilәn icra sәnәdi üzrә ##.##.2025-ci il tarixindә icraata başlanılmış vә tәlәbin könüllü icrası haqqında bildiriş göndәrilmişdir. Mәhkәmә qeyd etmәyi zәruri hesab edir ki, yekun mәhkәmә aktlarının icra edilmәmәsi onların qәbul edilmәsi mahiyyәtinә, ümumiyyәtlә hüququn üstünlüyünә xәlәl gәtirir. Buna uyğun olaraq birinci instansiya mәhkәmәsi işin faktiki hallarına düzgün hüquqi qiymәt vermәmişdir. İkincisi, birinci instansiya mәhkәmәsindә aparılan icraat zamanı Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs vermiş olduğu izahatından görünür ki, 300 manat mәblәğindә aliment ödәmiş, 200 manat mәblәğindә aliment ödәmәyi öhdәsinә götürmüşdür. Sadalananlar bir daha Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs icra sәnәdi üzrә öhdәliyi yerinә yetirmәyә imkanı olduğunu, buna baxmayaraq yalnız barәsindә inzibati xәta haqqında protokol tәrtib edildikdәn sonra ödәniş hәyata keçirdiyini, yekun mәhkәmә aktı әsasında üzәrinә qoyulan öhdәçiliyә mәsuliyyәtlә vә vicdanla yanaşmadığını göstәrmişdir. Mәhkәmә hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәli, Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qәrarı lәğv edilmәli, iş üzrә yeni qәrar qәbul edilmәli, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsindә nәzәrdә tutulan inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinib tәnbeh edilmәlidir. Mәhkәmә inzibati xәtaya görә tәnbeh tәtbiq edәrkәn Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 31.2-ci maddәsinin tәlәblәrinә uyğun olaraq xәtanın xarakteri, inzibati xәta törәdәn şәxsin şәxsiyyәtini xarakterizә edәn hallar, onun tәqsirinin dәrәcәsi, әmlak vәziyyәti, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. Mәhkәmә tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs inzibati mәsuliyyәtini yüngüllәşdirәn vә ağırlaşdıran hallar müәyyәn edilmәmişdir. İnzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh tәrbiyәvi xarakter daşıdığından, hәmçinin vәtәndaşların hüquq şüurunun vә mәdәniyyәtinin, qanunlara hörmәt vә әmәl edilmәli olması ilә bağlı vәrdişlәrinin formalaşmasında mühüm rol oynadığından, mәhkәmә vә digәr orqanların inzibati tәnbeh tәtbiq etmә haqqında qәrarlarının icrası zamanı icra mәmurları müxtәlif qanuni vasitәlәrdәn istifadә edәrәk qәrarların icrasının tәmin edilmәsi üçün şәrait yaratmalı, bunu qanunvericiliklә nәzәrdә tutulmuş müddәtlәr daxilindә etmәli vә yalnız bütün imkanlar tükәndikdәn sonra sәrt inzibati tәsir tәdbirlәrindәn istifadә etmәlidir. Göstәrilәnlәrә әsasәn mәhkәmә törәdilmiş inzibati xәtanın xarakterini, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs şәxsiyyәtini xarakterizә edәn halları, tәqsirinin dәrәcәsini, әmlak vәziyyәtini nәzәrә alaraq hesab edir ki, ona Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsinin sanksiyası hәddindә hәbs növündә inzibati tәnbeh tәtbiq edilmәlidir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1.2-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq bu Mәcәllәnin 135.1.2–135.1.5-ci maddәlәri ilә müәyyәn edilmiş hallarda qәrarın dәyişdirilmәsi haqqında vә ya qәrarı lәğv edәrәk yeni qәrarın çıxarılması haqqında qәbul edilir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 135.1.2-ci maddәsinә әsasәn hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) gәldiyi nәticәlәrin işin faktiki hallarına uyğun olmaması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsasdır. Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin “Müdafiәçilәrә, tәrcümәçilәrә, mütәxәssislәrә vә ekspertlәrә ödәnilmәli olan mәblәğlәrin miqdarı haqqında” ##.##.2001-ci il tarixli, ** nömrәli qәrarına әsasәn hüquqi yardımla bağlı X3 vәkil işlәdiyi Sumqayıt şәhәr * saylı Vәkil Bürosunun hesabına 33 (otuz üç) manat mәblәğindә pul vәsaitinin köçürülmәsi Azәrbaycan Respublikası Vәkillәr Kollegiyasına hәvalә edilmәlidir. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 134.1.2-ci maddәsini rәhbәr tutaraq, QƏRARA ALDIM: Zәrәrçәkmiş Zәrәrçәkmiş şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәti qismәn tәmin edilsin. Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qәrarı lәğv edilsin vә iş üzrә yeni qәrar qәbul edilsin. ##.##.1998-ci ildә Yevlax rayonunda anadan olmuş, Azәrbaycan Respublikasının vәtәndaşı, işlәmәyәn, subay, ünvan 1 ünvanında qeydiyyatda olan vә Abşeron rayonu, Xırdalan şәhәri, Quşçuluq yaşayış massivindә yaşayan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs (AA6210157) Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә tәqsirli bilinsin vә 8 (sәkkiz) gün müddәtinә inzibati hәbs növündә tәnbeh tәdbiri tәtbiq edilsin. Qәrarın icrası Abşeron rayon polis idarәsi hәvalә edilsin. Qәrarın icra edilmәsi mәqsәdi ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә axtarış elan edilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs mәhkәmә iclasında hüquqlarının müdafiә olunmasına görә dövlәt büdcәsindәn vәkil X4 33 (otuz üç) manat pul vәsaiti Sumqayıt şәhәr * saylı Vәkil Bürosu vasitәsilә, Əhmәdli Lәman İsmayıl qızına 33 (otuz üç) manat pul vәsaiti Abşeron Rayon Vәkil Bürosu vasitәsilә ödәnilsin. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrar qәtidir, ondan şikayәt vә ya protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-379/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-379/2026
25.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver