Məhkəmə qərarları › İş №3(3-8)-380/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-380/2026

29.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-380/2026 29.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Əhmәdov Elman Mәmmәd oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi ilә Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDI: Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı ilә Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәt tәmin edilmәmiş, Azәrbaycan Respublikası Daxili Işlәr Nazirliyinin Baş Dövlәt Yol Polis Idarәsi tәrәfindәn qәbul edilmiş ## ##### 2026-cı il tarixli, 16/1-K-***** №-li inzibati tәnbeh tәtbiq etmә haqqında qәrar dәyişdirilmәdәn saxlanılmışdır (hakim Abusәt Qasımov). Işin halları: Daxili Işlәr Nazirliyi Baş Dövlәt Yol Polisi Idarәsinin ## ##### 2026-cı il tarixli, **/*-K-***** nömrәli qәrarına әsasәn Qәrardan şikayәt verәn orqan (şәxs) idarә etdiyi “Hyundai minik” markalı, ** SF *** dövlәt qeydiyyat nişanlı avtomobillә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 346.4-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәtaları törәtmәklә, 80 manat mәblәğindә cәrimә etmişdir. Qәrardan şikayәt verәn orqan (şәxs) hәmin qәrardan şikayәt verәrәk, inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Işә baxan Abşeron Rayon Mәhkәmәsi tәrәfindәn yuxarıda qeyd olunan qәrar qәbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәti verәrәk, Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarının vә Daxili Işlәr Nazirliyi Baş Dövlәt Yol Polisi Idarәsinin ## ##### 2026-cı il tarixli, **/*-K-***** nömrәli qәrarının lәğv edilmәsini vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, Abşeron Rayon Mәhkәmәsi (hakim Elvin Teymur-Zadә) tәrәfindәn qәbul edilmiş ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı mәhkәmә qәrarı ilә müәyyәn edilmişdir ki, “..... Mәhkәmә qeyd edir ki, inzibati mәsuliyyәtә cәlb olunmuş şәxs öz tәqsirsizliyini sübut etmәyә borclu deyildir (IXM-in 8-ci maddәsinin II hissәsi, tәqsirsizlik prezumpsiyası prinsipi). Şikayәtçinin әmәlindә inzibati xәtanın olub-olmamasını, inzibati xәtanın törәdilmәsindә onun tәqsirliliyini, elәcә dә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün faktik mәlumatlar, inzibati xәtalar haqqında işlәr üzrә sübutlar, o cümlәdәn inzibati xәta haqqında qәrarın qәbul edilmәsinә әsas olmuş sәnәdlәr sәlahiyyәtli orqan (vәzifәli şәxs) tәrәfindәn mәhkәmәyә tәqdim edilmәmişdir. Mәhz inzibati xәta haqqında qanunvericiliyin mәzmunundan da göründüyü kimi inzibati xәtanın baş vermәsini sübutetmә yükü hazırki işdә mәhz sәlahiyyәtli orqanın üzәrinә düşür. Hәm milli, hәm dә beynәlxalq hüququn mövqeyindәn çıxış edәrәk, mәhkәmә onu da qeyd etmәyi zәruri hesab edir ki, adәtәn, bütün sübutlar xәta törәdәn şәxsin iştirakı ilә açıq mәhkәmә iclasında tәqdim olunmalıdır. Yәni inzibati tәnbeh tәtbiq etmә haqqında qәrarı qәbul etmiş orqan şikayәtçi tәrәfindәn mübahisәlәndirilәn mәsәlә ilә bağlı mövqeyini sübutlarla әsaslandırmalı, hәmin sübutları açıq mәhkәmә iclasında tәqdim etmәli idi”. Abşeron rayon Mәhkәmәsi tәrәfindәn qәbul edilmiş ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** saylı mәhkәmә qәrarı icra olunması üçün mübahisәli ##.##.2025-cü il tarixli, EQ ******** nömrәli elektron qәrarı qәbul etmiş Baş Dövlәt Yol Polisi Idarәsinә göndәrilmişdir. Mәhkәmәnin diqqәtinә çatdırmaq istәyirәm ki, Abşeron Rayon Mәhkәmәsinin 3(5-105)- ***/**** saylı inzibati xәta haqqında iş üzrә qәrarı ##.##.2026-cı il tarixdә qәbul edilmәsinә vә hәmin qәrar qanunvericiliyin tәlәbinә uyğun olaraq icra edilmәsi üçün Baş Dövlәt Yol Polisi Idarәsinә fevral ayının sonlarında göndәrilmәsinә baxmayaraq, Baş Dövlәt Yol Polisi Idarәsi Azәrbaycan Respublikası IXM-nin tәlәblәrini kobud şәkildә pozmaqla Abşeron Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qәrarına qәrarın qәbul edilmәsindәn uzun müddәt keçdikdәn sonra baxmış vә nәticәdә ##.##.2026-cı il tarixdә **/*-K-***** nömrәli yeni inzibati xәta haqqında iş üzrә qәrar qәbul etmişdir. Hәmin inzibati xәta haqqında iş üzrә qәrarla barәsindә yenidәn Azәrbaycan Respublikası IXM-nin 346.4-cü maddәsi ilә 80 (sәksәn) manat mәblәğindә qanunsuz vә әsassız inzibati cәrimә növündә inzibati tәnbeh vә 2 cәrimә balı tәtbiq edilmişdir. Tәrәfindәn Abşeron Rayon Mәhkәmәsinә şikayәt әrizәsi ilә müraciәt edilәrәk, Baş Dövlәt Yol Polisi Idarәsi tәrәfindәn barәsindә IXM-nin tәlәblәri pozulmaqla hәmin Mәcәllәnin 346.4-cü maddәsi ilә yenidәn qәbul edilmiş ##.##.2026-cı il tarixli, **/*-K-***** nömrәli inzibati xәta haqqında iş üzrә qәrar lәğv edilmәklә, hәmin qәrar әsasında Baş Dövlәt Yol Polisi Idarәsi tәrәfindәn elektron kabinetә ##.##.2026-cı il tarixdә yerlәşdirilmiş EQ/******** nömrәli qәrarın elektron informasiya sistemindәn silinmәsi vә sözügedәn inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi barәdә qәrar qәbul edilmәsi xahiş edilmişdir. Abşeron Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, 3(5-105)- ****/**** nömrәli inzibati xәta haqqında iş üzrә qәrarı ilә onun Baş Dövlәt Yol Polisi Idarәsinin ##.##.2026-ci il tarixli, **/*-K-***** nömrәli inzibati xәta haqqında iş üzrә qәrarından verdiyi şikayәt tәmin edilmәmiş vә hәmin qanunsuz vә әsassız qәrar dәyişdirilmәdәn qüvvәdә saxlanılmışdır. Bildirir ki, Abşeron Rayon Mәhkәmәsi tәrәfindәn ##.##.2026-cı il tarixdә qәbul edilmiş inzibati xәta haqqında iş üzrә *(*- ***)-****/**** nömrәli qәrar qanunsuz vә әsassız olmaqla onun Azәrbaycan Respublikasının Konstitusiyasında tәsbit olunmuş әsas hüquqlarını pozmaqla yanaşı, eyni zamanda IXM-nin tәlәblәrinin dә әsaslı şәkildә pozulmasına gәtirib çıxarmışdır. Belәliklә dә, Abşeron Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli inzibati xәta haqqında iş üzrә qәrarının qanunsuz vә әsassız olması, mәhkәmәnin gәldiyi nәticә üçün mühüm әhәmiyyәti olan bütün faktiki halların araşdırılmaması, hakimin gәldiyi nәticәlәrin işin faktiki hallarına uyğun olmaması vә hakim tәrәfindәn müәyyәn edilmiş iş üçün әhәmiyyәtli olan halların araşdırılmaması vә eyni zamanda sübuta yetirilmәmәsi tәsdiq edilir. Belә ki, Abşeron Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qәrarına baxaraq yenidәn barәsindә IXM-nin 346.4-cü maddәsi ilә ##.##.2026-cı il tarixli, **/*-K-***** nömrәli inzibati xәta haqqında iş üzrә qanunsuz qәrar qәbul edәn zaman IXM ilә müәyyәn edilmiş qaydada Baş Dövlәt Yol Polisi Idarәsi tәrәfindәn yenidәn heç bir araşdırma aparılmamış, IXM-nin tәlәblәri kobud şәkildә pozulmaqla sözügedәn inzibati xәta haqqında iş üzrә obyektiv vә әdalәtli araşdırmanın tәmin edilmәsi üçün o yenә dә inzibati orqana dәvәt edilmәmiş, onun iştirakı ilә “inzibati orqan tәrәfindәn onun inzibati xәta haqqında pozuntuya yol verdiyi güman edilәn” inzibati xәta hadisәsi ilә bağlı görüntülәrә (foto vә videogörüntülәrә), elәcә dә inzibati xәta haqqında iş üzrә digәr materiallara baxılmadan tәkrarәn birtәrәfli qaydada sözügedәn qanunsuz qәrar, yәni##.##.2026-cı il tarixli, **/*-K-***** nömrәli inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilmişdir. Bu hal ##.##.2026-cı il tarixli, **/*-K-***** nömrәli inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә baxan Abşeron rayon Mәhkәmәsi tәrәfindәn araşdırılmamışdır. Mәhkәmә tәrәfindәn icraatında olan *(*-***)-****/**** saylı inzibati xәta haqqında iş üzrә ##.##.2026-cı il tarixә tәyin edilmiş mәhkәmә baxış iclası ##.##.2026-cı il tarixә tәxirә salınmaqla mәhz Baş Dövlәt Yol Polisi Idarәsinin sәlahiyyәtli nümayәndәsinin növbәti mәhkәmә iclasında iştirakının tәmin edilmәsi vә inzibati xәta hadisәsinin mövcud olubolmamasını sübutlar әsasında müәyyәn etmәk üçün video görüntülәr vә inzibati xәta haqqında iş üzrә materialların mәhkәmәyә tәqdim edilmәsi tәlәb edilmişdir. Lakin işlә bağlı Baş Dövlәt Yol Polisi Idarәsi tәrәfindәn mәhkәmәyә inzibati xәta haqqında işlә bağlı heç bir sәnәd – nә foto, nә video görüntü, nә dә ki, inzibati xәta haqqında iş üzrә hәr hansı bir material tәqdim edilmәmәmişdir, eyni zamanda qanunsuz qәrarı qәbul etmiş inzibati orqanın nümayәndәsi hәr hansı bir üzürlü sәbәb olmadan ##.##.2026-cı il tarixli mәhkәmә iclasında iştirak etmәmişdir. Bundan başqa Abşeron Rayon Mәhkәmәsinin (hakim Elvin Teymur-zadә) ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı ilә lәğv edilmiş EQ ******** nömrәli elektron qәrar üzrә Baş Dövlәt Yol Polisi Idarәsi tәrәfindәn yenidәn ##.##.2026-cı il tarixdә qәbul edilmiş **/*-K-***** nömrәli qәrar (elektron informasiya sisteminә EQ/******** nömrәli qәrar kimi yerlәşdirilmişdir) IXM-nin tәlәblәri kobud şәkildә pozulmaqla ##.##.2026-cı il tarixdә, yәni hәmin qәrarın qәbul edildiyi tarixdәn 19 (on doqquz) gün keçdikdәn sonra elektron kabinetә yerlәşdirilmişdir. Halbuki, IXM-nin 38.6-cı maddәsinin birmәnalı tәlәbinә әsasәn, inzibati tәnbeh vermә haqqında elektron qәrar, habelә sәlahiyyәtli orqanlar (vәzifәli şәxslәr) tәrәfindәn inzibati xәta haqqında iş üzrә nömrәlәnmiş blanklarda tәrtib edilmiş qәrar tәrtib olunduğu vaxtdan (bu Mәcәllәnin 122.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati tәnbeh vermә haqqında elektron qәrar vә onun әlavәsi (foto vә ya video materiallar) isә inzibati xәtanın törәdildiyi vaxtdan) 24 saat müddәtindә şәxs üçün internet informasiya ehtiyatında yaradılan elektron kabinetdә yerlәşdirilmәdikdә, şәxs inzibati mәsuliyyәtә cәlb oluna bilmәz. Abşeron Rayon Mәhkәmәsi tәrәfindәn qәbul edilmiş *(*-***)-****/**** nömrәli inzibati xәta haqqında iş üzrә ##.##.2026-cı il tarixli qәrarda göstәrilmişdir ki, “.... qәrardan şikayәt vermiş şәxsin istinad etdiyi IXM-nin 122.1ci maddәsindә nәzәrdә tutulmuş inzibati tәnbeh vermә haqqında elektron qәrarın elektron kabinetdә yerlәşdirilmәsi ilә bağlı müddәalar hazırki hüquq münasibәtinә tәtbiq edilә bilmәz. Odur ki, qәrarın elektron kabinetdә yerlәşdirilmәsi müddәtinin pozulması ilә bağlı dәlillәr qәbul edilmiş qәrarın qanunsuz hesab olunması üçün әsas tәşkil etmir”. Qeyd edir ki, birinci instansiya mәhkәmәsi hu hissәdә dә IXM-nin müәyyәn etdiyi tәlәblәrdәn (normadan) fәrqli olaraq tamamilә sәhv mövqeyә gәlmәklә, hazırki mübahisәyә IXM-nin 38.6-cı maddәsini tәtbiq etmәli olduğu halda tәtbiq etmәmiş vә nәticәdә *(*-***)-****/**** saylı inzibati xәta haqqında iş üzrә qanunsuz vә әsassız qәrar qәbul etmişdir. Abşeron Rayon Mәhkәmәsi inzibati xәta haqqında iş üzrә zәruri hesab olunan halları araşdırmadan, yәni işlә bağlı müvafiq sübutları inzibati orqandan – Baş Dövlәt Yol Polisi Idarәsindәn tәlәb edәrәk әldә etmәdәn, inzibati orqan tәrәfindәn mәhkәmәyә tәqdim edilmәli olan video görüntülәrә baxıb bu barәdә ümumiyyәtlә tәdqiqat aparmadan vә ya işlә bağlı qanuni vә әsaslı mәhkәmә qәrarının qәbul edilmәsini tәmin etmәk üçün qanunvericiliklә müәyyәn edilmiş qaydada araşdırma aparmaq belә istәmәdәn, eyni zamanda IXM-nin 38.6-cı maddәsi ilә müәyyәn edilmiş tәlәblәrә әhәmiyyәt vermәdәn yalnız özünün formal mülahizәlәri әsasında qanunsuz vә әsassız qәrar qәbul etmişdir. Prosessual məsələlər: Mәhkәmә iclasının vaxtı vә yeri barәdә rәsmi qaydada mәlumat verilmәsinә baxmayaraq, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) vә inzibati tәnbeh vermә haqqında qәrar qәbul etmiş oqran Baş Dövlәt Yol Polisi Idarәsinin nümayәndәsi mәhkәmә iclasına gәlmәmişlәr vә işә onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә inzibati xәtaya dair iş materiallarını araşdırıb, şikayәtin dәlillәrini iş materialları ilә müqayisәli şәkildә tәdqiq edәrәk hesab edir ki, aşağıda qeyd olunanlara görә şikayәt tәmin edilmәmәli, Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, iş materiallarında olan Baş Dövlәt Yol Polis Idarәsi tәrәfindәn qәbul edilmiş ##.##.2025-ci il tarixli, EQ ******** saylı inzibati tәnbeh vermә haqqında qәrardan görünür ki, Qәrardan şikayәt verәn orqan (şәxs) idarә etdiyi “Hyundai minik” markalı, ** SF *** dövlәt qeydiyyat nişanlı avtomobillә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 346.4-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәtaları törәtmәklә, 80 manat mәblәğindә cәrimә etmişdir. Iş materiallarında olan Abşeron rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qәrarından görünür ki, şikayәt qismәn tәmin edilmiş, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikası DIN Baş Dövlәt Yol Polisi Idarәsinin ##.##.2025- ci il tarixli, EQ ******** saylı inzibati tәnbeh haqqında iş üzrә qәrarı lәğv edilmiş vә iş yenidәn baxılması üçün Azәrbaycan Respublikası DIN-in Baş Dövlәt Yol Polisi Idarәsinә göndәrilmişdir. Iş materiallarında olan Azәrbaycan Respublikası Daxili Işlәr Nazirliyinin Baş Dövlәt Yol Polis Idarәsi tәrәfindәn qәbul edilmiş ## ##### 2026-cı il tarixli, 16/1-K-***** №-li inzibati qәrara әsasәn Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 346.4-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәsinә görә vәtәndaş Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә 80 (sәksәn) manat mәblәğindә inzibati cәrimә növündә inzibati tәnbeh tәtbiq edilmişdir. Azәrbaycan Respublikası IXM-nin 346.4-cü maddәsinә görә yanqoşqusu olmayan motosikletlәr, mopedlәr, velosipedlәr vә kiçik elektrik nәqliyyat vasitәlәri istisna olmaqla, digәr nәqliyyat vasitәlәrinin yolun hәrәkәt hissәsinin kәnarında ikinci vә sonrakı cәrgәlәrdә dayanmasına vә ya durmasına görә - sәksәn manat mәblәğindә cәrimә edilir. Apellyasiya mәhkәmәsi qeyd olunanlara mәcmu halında qiymәt verәrәk, hesab edir ki, birinci instansiya mәhkәmәsi Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtinin tәmin edilmәmәsi vә Baş Dövlәt Yol Polis Idarәsi tәrәfindәn qәbul edilmiş ## ##### 2026-cı il tarixli, 16/1-K-***** №-li inzibati tәnbeh tәtbiq etmә haqqında qәrarın dәyişdirilmәdәn saxlanılmasına dair qәrar qәbul etmәkdә haqlı olmuşdur. Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn, yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizlik) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur vә tәnbeh edilir. Hәmin Mәcәllәnin 12-ci maddәsinә әsasәn, bu Mәcәllә ilә qorunan ictimai münasibәtlәrә qәsd edәn, hüquqazidd olan, tәqsirli sayılan (qәsdәn vә ya ehtiyatsızlıq üzündәn törәdilәn) vә inzibati mәsuliyyәtә sәbәb olan әmәl (hәrәkәt vә ya hәrәkәtsizlik) inzibati xәta hesab olunur. Hәmin Mәcәllәnin 48-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir. Hәmin Mәcәllәnin 76.1-ci maddәsinә әsasәn, inzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. Birinci instansiya mәhkәmәsi düzgün olaraq qәrarda qeyd etmişdir ki, tәdqiq edilmiş sübutlar inzibati xәta hadisәsinin baş vermәsini vә qәrardan şikayәt vermiş şәxsin inzibati mәsuliyyәtә cәlb edilmәsinin әsaslı olduğunu tәsdiq edir. Belә ki, iş materiallarında olan fotogörüntüdәn müәyyәn olunur ki, qәrardan şikayәt vermiş Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn Azәrbaycan Respublikası IXM-nin 346.4-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәta törәdilmişdir. Hәmin fotogörüntüdә nәqliyyat vasitәsinin dövlәt qeydiyyat nişanı, inzibati xәtanın törәdildiyi tarix, vaxt vә yer aydın şәkildә әks olunmuşdur. Müәyyәn olunur ki, nәqliyyat vasitәsi dayandığı üçün eyni zolaqda olan digәr nәqliyyat vasitәlәrinin hәrәkәtinә maneә törәtmişdir. Mәhkәmә qәrardan şikayәt vermiş şәxsin inzibati orqan tәrәfindәn araşdırmaya dәvәt olunmaması, videogörüntü ilә tanış edilmәmәsi, habelә inzibati xәta haqqında iş üzrә qәrarın qanunvericilikdә nәzәrdә tutulmuş müddәtdә elektron kabinetdә yerlәşdirilmәmәsi barәdә dәlillәrini araşdıraraq hesab edir ki, hәmin hallar özlüyündә inzibati tәnbeh tәtbiq edilmәsi haqqında qәrarın lәğv edilmәsi üçün әsas vermir. Bundan başqa mәhkәmә qәrardan şikayәt vermiş şәxsin ## ##### 2026-cı il tarixli, **/*- K-***** nömrәli qәrarın qәbul edildiyi tarixdәn 24 saat müddәtindә elektron kabinetdә yerlәşdirilmәmәsi ilә bağlı dәlilini dә әsassız hesab edir. Apellyasiya mәhkәmәsi birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә ilә razılaşaraq, hesab edir ki, birinci instansiya mәhkәmәsinin qәrarının lәğv edilmәsi vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair apellyasiya şikayәtinin dәlillәri әsassızdır. Yuxarıda qeyd olunanlara mәcmu halında qiymәt verәrәk mәhkәmә hesab edir ki, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtinin dәlillәri formal xarakterli dәlillәr olmaqla Abşeron Rayon Mәhkәmәsinin *(*- ***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarının lәğv edilmәsi vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi üçün әsas kimi qәbul oluna bilmәz, ona görә dә şikayәt tәmin edilmәmәli, birinci instansiya mәhkәmәsinin qәrarı isә dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikasının Inzibatı Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Qeyd olunanlara әsasәn vә IXM-nin 133, 134 vә 136-cı maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar qәbul edildiyi andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan şikayәt vә protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar