Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-382/2026 25.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Mәmmәdov Bilal Mahir oğlunun sәdrliyi, Nabalıyeva Aynur Akif qızının katibliyi, Azәrbaycan Respublikasının Əmәk vә Əhalinin Sosial Müdafiә Nazirliyi yanında X3 Xidmәtinin nümayәndәsi Nümayәndә iştirakı ilә, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 469-1-ci maddәsi ilә olan inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından X3 Xidmәtinin Hüquq Idarәsinin rәis müavini Tamerlan Mәlikli tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәti tәmin olunmuş, X3 Xidmәtinin ##.##.2025-ci il tarixli, MN******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarı lәğv edilmiş vә onun barәsindә başlanmış inzibati xәta haqqında iş üzrә icraata onun inzibati xәtanın törәdilmәsinә aidiyyәti olmadığından xitam verilmiş, inzibati xәtanı törәtmiş şәxsin müәyyәn edilәrәk inzibati mәsuliyyәtә cәlb edilmәsi üçün müvafiq tәdbirlәr görülmәsi Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X3 Xidmәtinә hәvalә edilmişdir (Hakim Günel Ismayılova). Işin halları: Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtlә mәhkәmәyә müraciәt edәrәk, X3 Xidmәtinin ##.##.2025-ci il tarixli, MN******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarının lәğv edilmәsini vә barәsindә olan inzibati xәta haqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Birinci instansiya mәhkәmәsinin hakimi yuxarıda qeyd olunan nәticәyә gәlmişdir. X1 Müfәttişliyi Xidmәtinin Hüquq Idarәsinin rәis müavini Tamerlan Mәlikli apellyasiya şikayәti verәrәk, inzibati tәnbeh vermә haqqında elektron qәrarın qüvvәdә saxlanılması haqqında qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı әsassız olduğundan lәğv edilmәli vә Xidmәt tәrәfindәn qәbul edilmiş ##.##.2025-ci il tarixli, MN******* nömrәli әmәk, mәşğulluq, әmәk pensiyaları, sosial müavinәtlәr vә icbari sığorta sahәlәrindә qanunvericiliyin pozulması ilә әlaqәdar çıxarılan inzibati tәnbeh vermә haqqında elektron qәrar tam qanuni vә әsaslı olduğundan qüvvәdә saxlanılmalıdır. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Apellyasiya mәhkәmәsinin iclasında Azәrbaycan Respublikasının Əmәk vә Əhalinin Sosial Müdafiә Nazirliyi yanında X3 Xidmәtinin nümayәndәsi Nümayәndә apellyasiya şikayәtinin dәlillәrinә uyğun çıxış edәrәk әlavә olaraq ona verilәn suallara cavab olaraq bildirmişdir ki, elektron sistemdә “xxxx” MMC-nin direktoru kimi Qәrardan şikayәt verәn orqan (şәxs) әmәk müqavilәsi aktiv olduğundan inzibati tәnbeh vermә haqqında qәrar onun barәsindә tәtbiq edilmişdir. Apellyasiya mәhkәmәsinin iclasının yeri vә vaxtı barәdә lazımi qaydada mәlumatlandırılmasına baxmayaraq barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) mәhkәmә iclasında iştirak etmәmiş, mәhkәmә işә onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә şikayәtin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdırıb, tәdqiq olunmuş sübutlara hüquqi qiymәt verәrәk aşağıda göstәrilәn sәbәblәrә görә hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı lәğv edilmәlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X3 Xidmәti tәrәfindәn tәrtib edilmiş ##.##.2025-ci il tarixli MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrardan görünür ki, Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn işçilәrin istehsalatda bәdbәxt hadisәlәr vә peşә xәstәliklәri nәticәsindә peşә әmәk qabiliyyәtinin itirilmәsi hallarından icbari sığortalanmamasına görә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 469-1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәta törәdilmişdir vә nәticәdә barәsindә 1500 manat mәblәğindә inzibati cәrimә növündә tәnbeh tәtbiq edilmişdir. “xxxx” MMC-nin ##.##.2019-cu il tarixli tәsisçisinin qәrarından görünür ki, “xxxx” MMCnin qanuni tәmsilçilik funksiyasına malik direktoru vәzifәsinә X2 tәyin edilmişdir. Qәrardan şikayәt verәn orqan (şәxs) mәxsus xarici pasportun surәtindәn vә Elektron Mәhkәmә Informasiya Sistemindәn çıxarışdan görünür ki, o, 2023-cü ildәn mütәmadi olaraq Qazaxıstan Respublikasına gedib-gәlmiş, sonuncu dәfә ##.##.2025-ci il tarixdә Qazaxıstan Respublikasına getmiş vә ##.##.2025-ci il tarixdә Azәrbaycan Respublikasına qayıtmış, ##.##.2026-cı il tarixdә yenidәn Qazaxıstan Respublikasına getmişdir. Qәrardan şikayәt verәn orqan (şәxs) mәxsus ******* nömrәli әmәk kitabçasından görünür ki, o, ##.##.2014-cü il tarixdә “xxxx” MMC-nin direktoru vәzifәsinә tәyin edilmiş, ##.##.2014-cü il tarixdә öz әrizәsinә әsasәn işdәn azad edilmişdir. Elektron sistemdәn çıxarışdan görünür ki, Qәrardan şikayәt verәn orqan (şәxs) “xxxx” MMC-nin direktoru vәzifәsindә müqavilәnin başlanma tarixi ##.##.2014-cü il, müqavilәnin bitmә tarixi ##.##.2014-cü il qeyd edilmişdir. Birinci instansiya mәhkәmәsinin hakimi Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә başlanmış inzibati xәta haqqında iş üzrә icraata onun inzibati xәtanın törәdilmәsinә aidiyyәti olmadığını qeyd edәrәk Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtini tәmin etmәklә inzibati xәta haqqında iş üzrә icraata IXM-in 53.2-ci maddәsinә әsas xitam verilmәsinә dair yekun nәticәyә gәlmәklә sәhvә yol vermişdir. Apellyasiya mәhkәmәsi birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә ilә razılaşmayaraq apellyasiya şikayәtinin dәlillәrini әsaslı hesab edәrәk qeyd edir ki, Azәrbaycan Respublikası IXM-nin 469-1-ci maddәsinә әsasәn “Istehsalatda bәdbәxt hadisәlәr vә peşә xәstәliklәri nәticәsindә peşә әmәk qabiliyyәtinin itirilmәsi hallarından icbari sığorta haqqında” Azәrbaycan Respublikasının Qanununa әsasәn hәr bir işçinin istehsalatda bәdbәxt hadisәlәr vә peşә xәstәliklәri nәticәsindә peşә әmәk qabiliyyәtinin itirilmәsi hallarından icbari sığortalanmamasına, o cümlәdәn müvafiq risklәri icbari qaydada sığorta etdirmәk vәzifәsi müәyyәn edilmiş fiziki vә ya hüquqi şәxslәr tәrәfindәn sığortaçı ilә icbari sığorta müqavilәsinin bağlanmamasına görә –vәzifәli şәxslәr min beş yüz manat mәblәğindә, hüquqi şәxslәr beş min manat mәblәğindә cәrimә edilir. “Icbari sığortalar haqqında” Azәrbaycan Respublikası Qanununun 8.1-ci maddәsinә әsasәn icbari sığorta müqavilәsi icbari sığortanın tәmin edilmәsi üçün sığortaçı ilә sığortalı arasında, bu Qanunun 8.1-1-ci vә 8.1-2-ci maddәlәrinin tәlәblәri nәzәrә alınmaqla, elektron sәnәd formasında tәrtib edilmiş vә güclәndirilmiş elektron imza vasitәsilә tәsdiq edilmiş müvafiq icbari sığorta şәhadәtnamәsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilmәsi yolu ilә bağlanan müqavilәdir. Hәmin Qnunun 8.1-1-ci maddәsinә әsasәn icbari sığorta müqavilәsi yalnız bu Qanunda nәzәrdә tutulmuş informasiya sistemi vasitәsilә bağlandığı vә hәmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır. “Istehsalatda bәdbәxt hadisәlәr vә peşә xәstәliklәri nәticәsindә peşә әmәk qabiliyyәtinin itirilmәsi hallarından icbari sığorta haqqında” Azәrbaycan Respublikasının Qanununun 11.3cü maddәsinә әsasәn Icbari sığorta müqavilәsi elektron sәnәd formasında “Icbari sığortalar haqqında” Azәrbaycan Respublikasının Qanununun 34–1-ci maddәsindә nәzәrdә tutulmuş informasiya sistemi vasitәsilә bağlanılır. Apellyasiya instansiyası mәhkәmәsinә tәqdim edilmiş elektron informasiya sistemindәn çıxarışdan görünür ki, Qәrardan şikayәt verәn orqan (şәxs) ##.##.2014-cü il tarixdә “xxxx” MMCdә müddәtli әmәk müqavilәsi әsasında direktor vәzifәsindә işә başlamış, ##.##.2014-cü ildә müqavilәnin tarixi bitmişdir. Hәmin әmәk müqavilәsinә isә ##.##.2026-cı il tarixdә xitam verilmişdir. Göründüyü kimi Qәrardan şikayәt verәn orqan (şәxs) 2014-cü ildәn etibarәn faktiki olaraq “xxxx” MMC-dә işlәmәsә dә onun әmәk müqavilәsinә ##.##.2026-cı il tarixdә xitam verilmişdir. Azәrbaycan Respublikası Əmәk Mәcәllәsinin 49-cu maddәsinin 5-ci hissәsinә әsasәn bu Mәcәllәnin 7-ci maddәsinin 2-1-ci hissәsi ilә müәyyәn edilmiş hallar istisna olmaqla, әmәk müqavilәsinә xitam verilmәsi bu barәdә әmrin (sәrәncamın, qәrarın) işәgötürәn tәrәfindәn elektron informasiya sisteminә daxil edilәrәk güclәndirilmiş elektron imza ilә imzalandığı tarixdәn hüquqi qüvvәyә minir. Belәliklә, Qәrardan şikayәt verәn orqan (şәxs) 2014-cü ildәn sonra faktiki olaraq MMCdә işlәmәmәsi onu inzibati mәsuliyyәtdәn azad etmir. Belә ki, әmәk müqavilәsinә elektron sistemdә xitam verilmәdiyi müddәtdә şәxs vәzifәli şәxs statusunu saxlayır vә qanunla onun üzәrinә qoyulmuş vәzifәlәrin (icbari sığorta müqavilәsinin bağlanması da daxil olmaqla) icra edilmәmәsinә görә mәsuliyyәt daşıyır. Mәhkәmә Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә inzibati xәta haqqında iş üzrә cәrimә tәtbiq edilmәsinin әsaslılığını müzakirә edәrәk aşağıdakıları qeyd edir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn, yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizlik) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur vә tәnbeh edilir. Azәrbaycan Respublikası IXM-nin 21-ci maddәsinә әsasәn inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. Azәrbaycan Respublikası IXM-nin 9.1-ci maddәsinә görә, inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. Azәrbaycan Respublikası IXM-nin 76.1-ci maddәsәnә әsasәn inzibati xәtanın olubolmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqanın (qurumun) informasiya sistemindә, habelә digәr dövlәt informasiya sistemlәrindә (ehtiyatlarında) aşkar olunan mәlumatlarla, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. Azәrbaycan Respublikası IXM-nin 84.1-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәrә baxan hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) işin bütün hallarının mәcmusunun hәrtәrәfli, tam vә obyektiv surәtdә baxılmasına әsaslanan öz daxili inamı ilә sübutları qiymәtlәndirir. Qәrardan şikayәt verәn orqan (şәxs) X3 Xidmәti tәrәfindәn Azәrbaycan Respublikası IXMnin 469-1-ci maddәsi ilә tәqsirli bilinib 1500 (min beş yüz) manat mәblәğindә cәrimә edilmәsinә dair qәrarı qanuni vә әsaslıdır vә apellyasiya şikayәtindә göstәrilәn dәlillәrә әsasәn ##.##.2025-ci il tarixli MN ******* nömrәli qәrarın qüvvәdә saxlanılması barәdә qәrarın qәbul edilmәsi üçün әsaslar vardır. Ona görә dә, mәhkәmә hesab edir ki, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı lәğv edilmәli vә apellyasiya şikayәti tәmin edilmәlidir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1.2-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq bu Mәcәllәnin 135.1.2 - 135.1.5-ci maddәlәri ilә müәyyәn edilmiş hallarda qәrarın dәyişdirilmәsi haqqında vә ya qәrarı lәğv edәrәk yeni qәrarın çıxarılması haqqında qәrar qәbul edilir. Azәrbaycan Respublikası IXM-in 135.1.2-ci maddәsindә әsasәn hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) gәldiyi nәticәlәrin işin faktiki hallarına uyğun olmaması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsasdır. Göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 135.1.2, 134.1.2 vә 136-cı maddәlәrini rәhbәr tutaraq mәhkәmә, QƏRARA ALDI: Apellyasiya şikayәti tәmin edilsin. Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı lәğv edilsin. Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә olan Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X3 Xidmәti tәrәfindәn tәrtib edilmiş ##.##.2025-ci il tarixli MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarı dәyişdirilmәdәn saxlanılsın. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz. Hakim Bilal Məmmədov
Məhkəmə qərarları › İş №3(3-8)-382/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-382/2026
25.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver