Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-383/2026 30.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Rzayev Mәhәmmәdәli Əsәd oğlunun sәdrliyi, Hacıyeva Aytәkin Qurban qızının katibliyi, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ASC-nin nümayәndәsi X3 iştirakı ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Açıq Sәhmdar Cәmiyyәtinin (VÖEN: **********) Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsi ilә tәqsirli bilinmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Açıq Sәhmdar Cәmiyyәti tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ASC-nin Azәrbaycan Respublikasının İXM-nin 430.4-cü maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәsinә dair Protokolu tәrtib edәn orqan tәrәfindәn tәrtib olunmuş EP № ******* nömrәli, ## ##### 2026-cı il tarixli protokol vә ona әlavә edilmiş sәnәdlәr aidiyyәti üzrә baxılması üçün Sumqayıt Şәhәr Mәhkәmәsinә göndәrilmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarına әsasәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ASC İXM-nin 430.4-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinib barәsindә inzibati xәtanın obyekti olmuş 25.446,00 ABŞ dolları valyuta vәsaiti mәblәğinin 20% mәblәğindә, yәni 5.090(beş min doxsan) ABŞ dolları mәblәğindә (ödәniş gününә olan Azәrbaycan manatının mәzәnnәsi nәzәrә alınmaqla) cәrimә növündә tәnbeh tәdbiri tәtbiq olunmuşdur (Hakim: Samir İsmayılov). Qәrardan hüquqi şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Açıq Sәhmdar Cәmiyyәti apellyasiya şikayәti verәrәk, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarının lәğv edilmәsini vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Açıq Sәhmdar Cәmiyyәti (VÖEN:**********) ilә Türkiyә Cümhuriyyәtinin “X2 Makine ve İnşaat Sanayi Tic.Ltd.Şti” şirkәti arasında bağlanmış “02/26032024” nömrәli, ##.##.2024-cü il tarixli müqavilәyә әsasәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ASC hesabından “X2 Makine ve İnşaat Sanayi Tic.Ltd.Şti” şirkәtinә ## #### 2024-cü il tarixindә 25 446.00 Dollar mәblәğindә avans ödәnişi edilmişdir. Köçürülәn hәmin vәsait hesabına Türkiyә Cümhuriyyәtindәn alınmış tikinti materialları Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ASC ilә Gürcüstan Respublikasının “xxxx” şirkәti arasında bağlanmış ##.##.2024 tarixli “26324” nömrәli müqavilә öhdәliklәrinә uyğun olaraq C***** nömrәli gömrük bәyannamәsi ilә rәsmilәşdirilәrәk Gürcüstan Respublikasına tam şәkildә idxal olunmuşdur. Lakin Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ASC tәrәfindәn ## #### 2026-cı il tarixindә “xxxx” ASC Sumqayıt filialına müraciәt edәrәk, “X2 Makine ve İnşaat Sanayi Tic.Ltd.Şti” şirkәtinә ödәnilmiş 25 446.00 Dollar mәblәğindә avans ödәnişinin bankın elektron sistemindә qeydiyyata alınmaması barәdә mәktubuna ## #### 2026-cı il tarixindә “xxxx” ASC tәrәfindәn verilmiş cavab mәktubunda qeyd edilmişdir ki, “02/26032024” nömrәli, ##.##.2024-cü il tarixli müqavilә ilә aparılmış köçürmәnin icra olunduğu zaman texniki sәhv olaraq idxal müqavilәsinә әsasәn ödәnildiyi, yәni tikinti materiallarının tam şәkildә Gürcüstan Respublikasına idxal olunmasına baxmayaraq ödәnişin tәyinatında mal alışının qeyd olunduğu üçün hәmin köçürmәnin bank sistemindә bağlanması üçün Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ASC tәrәfindәn Azәrbaycan Respublikasına idxal olunmuş malların gömrük bәyannamәsi tәqdim edilmәlidir. Hәmçinin qeyd edilmişdir ki, ##.##.2026-cı ildә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ASC şirkәtinә “xxxx” LLC şirkәtindәn geri qaytarılmış 42.085.58 dollar vәsait köçürmә ilә uyğunsuzdur, yәni ”xxxx” ASC hesabından “X2 Makine ve İnşaat Sanayi Tic.Ltd.Şti” şirkәtinә ödәnilmiş avans vәsaiti eyni adlı şirkәt әvәzinә üçüncü tәrәf olan “xxxx” LLC-dәn geri qayıtdığı üçün vәsait bankın elektron sistemindә bağlanıla bilmәmişdir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ASC 25 446.00 Dollar ödәnişi әvvәlcәdәn Türkiyә Cümhuriyyәtinin “X2 Makine ve İnşaat Sanayi Tic.Ltd.Şti” şirkәtinә etmiş, bunun isә qarşılığında Türkiyә Cümhuriyyәtinin “X2 Makine ve İnşaat Sanayi Tic.Ltd.Şti” şirkәti tikinti mallarını Gürcüstan Respublikasının “xxxx” şirkәtinә ixrac etmiş, “xxxx” şirkәti isә әvvәlcәdәn ödәnilmiş 25 446.00 dollar vәsait ilә yanaşı ##.##.2024-cü il tarixindә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ASC şirkәtindәn Türkiyә Cümhuriyyәtinin digәr şirkәtә yәni, “X1 Aluminyum San ve Tic A.Ş” şirkәtinә eyni mәqsәdlә әvvәlcәdәn ödәndiyi 18 499.90 Dollar vәsaiti, cәmi olaraq 42 085.58 Dollar vәsaiti Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ASC şirkәtinin Azәrbaycan Beynәlxalq Bankının Sәbail fililında olan hesabına geri ödәmişdir. Hәmçinin qeyd edir ki, ## ### 2026-cı il tarixindә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ASC “xxxx” ASC Sumqayıt filialına müraciәt edәrәk Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ASC tәrәfindәn “02/26032024” nömrәli, ##.##.2024-cü il tarixli müqavilә әsasında aparılmış köçürmәlәr barәdә arayış verilmәsi xahiş olunmuşdur. ## ### 2026cı il tarixindә “xxxx” ASC Sumqayıt filialı mәktuba cavab olaraq qeyd edilәn müqavilә üzrә köçürülәn vәsaitin mәblәğinin 25 446.00 (iyirmi beş min, dörd yüz qırx altı) Dollar tәşkil etdiyi qeyd edilmişdir. Mәhkәmәyә tәqdim etdiyi “X2 Makine ve İnşaat Sanayi Tic.Ltd.Şti” şirkәti tәrәfindәn rәsmilәşdirilmiş ********EX******** nömrәli ixrac vә “xxxx” şirkәti tәrәfindәn rәsmilәşdirilmiş C***** nömrәli idxal bәyannәmәlәrindә dә qeyd olunduğu kimi, X7 Respublikasına göndәrilәn tikinti materiallarının ümumi mәblәğinin dәyәrinin 25 446.00 (iyirmi beş min, dörd yüz qırx altı) Dollar olduğu tam tәsdiq olunur. Yuxarıda qeyd olunan faktlar vә tikinti materiallarının Gürcüstan Respublikasına tam idxal olunduğunu tәsdiq edәn mötәbәr sübutlar yәni, 1 әdәd ixrac bәyannamәsi, 1 әdәd idxal bәyannamәsi, bank arayışları vә digәr sәnәdlәr mәhkәmәyә tәqdim edilir. Bu fakt da bir daha onu tәsdiq edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Açıq Sәhmdar Cәmiyyәti tәrәfindәn müqavilә üzrә köçürülmüş pul mәblәği yekun olaraq şirkәtin hesabına geri qaytarılmışdır. Hüquqi məsələlər: Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә İnzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikasının İXM-nin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. İnzibati xәta haqqında protokolu tәrtib edәn orqanın nümayәndәsi mәhkәmә iclasının yeri vә vaxtı barәdә lazımi qaydada mәlumatlandırılmasına baxmayaraq mәhkәmә iclasına gәlmәmişdir. Mәhkәmә nümayәndәnin iştirakı olmadan materiala baxılmasını mümkün hesab etmişdir. Mәhkәmә iclasında barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ASC-nin nümayәndәsi X3, apellyasiya şikayәtinin dәlillәrinә uyğun çıxış edәrәk bildirdi ki, şikayәti müdafiә edir. xxxx ASC ilә Türkiyә Cümhuriyyәtinin “X2 Makine ve İnşaat Sanayi Tic.Ltd.Şti” şirkәti arasında müqavilә bağlanmış vә buna әsasәn 25 446 dollar vәsait hәmin şirkәtә köçürülmüşdür. Bundan sonra şirkәt onların әmәkdaşlıq etdiyi Gürcüstan “xxxx” şirkәtinә pulları köçürmüş vә Gürcüstan Kristal şirkәti hәmin pulları onlara qaytarmışdır. Yәni onların üçtәrәfli müqavilәlәri mövcuddur. Onlar pulları Türkiyәyә göndәrmişlәr. Türkiyә Gürcüstana malları göndәrmiş, Gürcüstandan isә vәsaiti geri qaytarılmışdır. Bununla bağlı Express Banka müraciәt edәrәk, idxal vә ixrac bәyannamәlәrini göndәrmişlәr. Onlara cavab olaraq texniki sәhv olduğu, köçürmәdә uyğunsuzluq olduğu üçün qeydiyyata alına bilmәdiyi deyilmişdir. Malların qeydiyyata alınmama sәbәbi barәdә arayış tәqdim edilmişdir. Yәni texniki sәhvliyә yol verilmişdir. Ona verilәn suallara cavab olaraq bildirmişdir ki, Gürcüstanda fәaliyyәt göstәrәn şirkәt onlarla әlaqәli şirkәtdir.Tikinti materialları işlәrin dayanmaması üçün Gürcüstana göndәrilib. Gürcüstan isә hәmin vәsaiti onlara geri qaytarıb. Hәm idxal hәm ixrac bәyannamәlәri tәqdim edilmişdir. Mәhkәmә şikayәtin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdırıb, tәdqiq olunmuş sübutlara hüquqi qiymәt verәrәk hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı lәğv edilәrәk iş üzrә icraata xitam verilmәlidir. Belә ki, Azәrbaycan Respublikası Konstitusiyasının 59-cu maddәsinә görә hәr kәs öz imkanlarından, qabiliyyәtindәn vә әmlakından sәrbәst istifadә edәrәk tәkbaşına vә ya başqaları ilә birlikdә azad sahibkarlıq fәaliyyәti vә ya qanunla qadağan edilmәmiş digәr iqtisadi fәaliyyәt növü ilә mәşğul ola bilәr. Dövlәt sahibkarlıq sahәsindә yalnız dövlәt maraqlarının, insan hәyatının vә sağlamlığının müdafiәsi ilә bağlı tәnzimlәmәni hәyata keçirir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә müvafiq olaraq, yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. İnzibati Xәtalar Mәcәllәsinin 8-ci maddәsindә tәqsirsizlik prezumpsiyası prinsipi öz әksini tapmışdır. Belә ki, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin tәqsiri bu Mәcәllәdә nәzәrdә tutulmuş qaydada sübuta yetmәdikdә vә bu inzibati xәta haqqında iş üzrә icraata baxmış hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) qüvvәyә minmiş qәrarı ilә müәyyәn edilmәdikdә o, tәqsirsiz hesab edilir. Hәmin Mәcәllәnin 12.1-ci maddәsinә әsasәn bu Mәcәllә ilә qorunan ictimai münasibәtlәrә qәsd edәn, hüquqazidd olan, tәqsirli sayılan (qәsdәn vә ya ehtiyatsızlıqdan törәdilәn) vә inzibati mәsuliyyәtә sәbәb olan әmәl (hәrәkәt vә ya hәrәkәtsizlik) inzibati xәta hesab olunur. “Azәrbaycan Respublikasının rezident vә qeyri-rezidentlәrinin xarici valyuta әmәliyyatlarının aparılması Qaydaları”nda dәyişikliklәr edilmәsi barәdә Azәrbaycan Respublikası Mәrkәzi Bankının İdarә Heyәtinin ## ###### 2020-ci il tarixli **/* nömrәli Qәrarı ilә “Azәrbaycan Respublikasnın rezident vә qeyri - rezidentlәrinin xarici valyuta әmәliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbәnddә dәyişikliklәr edilәrәk, müvafiq sәnәdlәrin ödәnişin aparıldığı gündәn әn geci 2 (iki) il müddәtindә banka tәqdim edilmәdikdә vә ya qabaqcadan ödәnilmiş mәblәğ geri qaytarılmadıqda vә bu zaman idxal edilmәyәn malların (göstәrilmәyәn xidmәtlәrin) vә ya geri qaytarılmayan mәblәğin qalıq dәyәri 10.000 (on min) ABŞ dolları ekvivalenti mәblәğindәn çox olduqda, bank tәrәfindәn qabaqcadan ödәniş әmәliyyatına dair bütün sәnәdlәr 5 (beş) iş günü әrzindә Protokolu tәrtib edәn orqan tәqdim edilir kimi qeyd edilmişdir. Konstiusiya Mәhkәmәsinin Plenumu “Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsi ilә nәzәrdә tutulan inzibati xәtalara münasibәtdә hәmin Mәcәllәnin 38.1-ci maddәsinin inzibati mәsuliyyәtә cәlb etmә müddәtlәri baxımından şәrh edilmәsinә dair” 2019-cu il ## ###### tarixli Qәrarında qeyd etmişdir ki, mәhkәmәlәr sәlahiyyәtli orqan tәrәfindәn barәsindә protokol tәrtib edilәn şәxsin İnzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsi ilә nәzәrdә tutulmuş xәtanın törәdilmәsindә tәqsirini dәqiq müәyyәn etmәlidir. Apellyasiya Mәhkәmәsi işin materiallarını araşdıraraq, toplanmış sübutları hüquqi baxımdan qiymәtlәndirib aşağıdakı qәnaәtә gәlir: Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsinә әsasәn, avans yolu ilә ödәnilmiş valyuta vәsaitinin müqabilindә müәyyәn edilmiş müddәtlәrdә müvafiq mallar idxal edilmәdikdә, işlәr görülmәdikdә vә ya xidmәtlәr göstәrilmәdikdә ödәnilmiş valyuta vәsaitinin xaricdәn geri qaytarılmamasına görә inzibati mәsuliyyәt nәzәrdә tutulur. İş materiallarında olan ## ##### 2026-cı il tarixli, EP seriyalı ******* nömrәli inzibati xәta haqqında protokolda Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ASC tәrәfindәn ## #### 2024-cü il tarixindә xaricә köçürülmüş 25.446,00 ABŞ dolları mәblәğindә avans vәsaitinin qanunvericiliklә müәyyәn edilmiş 2 (iki) il müddәtindә ölkәyә idxal edilmәdiyi vә ya geri qaytarılmadığı göstәrilmişdir. Lakin işә әlavә edilmiş ilkin sәnәdlәrin vә bank hesabatlarının mәzmunundan görünür ki, sözügedәn valyuta әmәliyyatı iqtisadi vә hüquqi baxımdan tam yekunlaşmış, vәsaitin xaricdә qalması faktı öz tәsdiqini tapmamışdır. Belә ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ASC (Alıcı/Ödәyici) ilә Türkiyә Respublikasının “X2 Makine ve İnşaat Sanayi Tic.Ltd.Şti” şirkәti (Satıcı/Göndәrәn) arasında bağlanmış ## #### 2024cü il tarixli, 02/26032024 (vә ya **/********) nömrәli müqavilәyә әsasәn 25.446,00 ABŞ dolları mәblәğindә öncәdәn ödәniş icra edilmişdir. Daha sonra tәrәflәr vә Gürcüstan Respublikasının “xxxx” LLC (Yükalan) arasında "25042024-10" nömrәli borcun ödәnilmәsi barәdә üçtәrәfli razılaşma imzalanmışdır. Hәmin razılaşmaya әsasәn, Türkiyә şirkәti tәrәfindәn mallar birbaşa Gürcüstan şirkәtinә çatdırılmış, bu әmәliyyatdan yaranan qanuni borc öhdәliyi isә Gürcüstan şirkәti (“xxxx” LLC) tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ASC-yә qaytarılmalı olan vәsait kimi tәsbit edilmişdir. Bundan başqa Türkiyә Cümhuriyyәtinin rәsmilәşdirdiyi ********EX******** nömrәli ixrac bәyannamәsi vә “xxxx” tәrәfindәn rәsmilәşdirilmiş C***** nömrәli idxal bәyannamәsi sübut edir ki, dәyәri tam olaraq 25.446,00 ABŞ dolları tәşkil edәn tikinti materialları real olaraq göndәrilәrәk tәyinatı üzrә tәhvil verilmişdir. Bu isә köçürülәn vәsaitin müqabilindә әmtәә dövriyyәsinin baş verdiyini maddi baxımdan tәsdiq edir. Eyni zamanda Azәrbaycan Beynәlxalq Bankının ## #### 2026-cı il tarixli, *-*-**/*- ****/**** nömrәli mәktubundan rәsmi olaraq görünür ki, ## ###### 2026-cı il tarixdә (yәni qanunla müәyyәn edilmiş 2 illik müddәt bitmәmişdәn әvvәl) 42.085,58 ABŞ dolları (bura iddia olunan 25.446,00 ABŞ dolları da daxildir) mәblәğindә vәsait Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ASC-nin müvafiq valyuta hesabına daxil olmuşdur. “xxxx” ASC-nin ## #### 2026-cı il tarixli mәktubunda vәsaitin ilkin satıcıdan deyil, üçtәrәfli razılaşmanın tәrәfi olan “xxxx” LLC-dәn daxil olması sәbәbindәn "uyğunsuzluq" qeyd edilsә dә, bu hal inzibati xәta tәrkibi yarada bilmәz. Mülki qanunvericiliyә vә beynәlxalq ticarәt adәtlәrinә görә, öhdәliklәrin üçüncü şәxslәr vasitәsilә icra edilmәsi vә ya qarşılıqlı tәlәblәrin әvәzlәşdirilmәsi qanunla qadağan olunmamışdır. Əsas hüquqi şәrt — avans kimi köçürülmüş valyuta vәsaitinin ölkәdәn kәnarda qanunsuz saxlanılmaması vә qanuni müddәt daxilindә rezidentin bank hesabına mәdaxil edilmәsidir. Valyuta vәsaiti tam hәcmdә rezidentin Azәrbaycan Respublikasındakı bank hesabına geri qaytarılmışdır. Belәliklә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ASC-nin hәrәkәtlәrindә valyuta vәsaitlәrinin xaricdәn geri qaytarılmaması faktı, yәni İXM-nin 430.4cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın obyekti vә obyektiv tәrәfi mövcud deyildir. Azәrbaycan Respublikası İXM-nin 53.1.2-ci maddәsinә әsasәn, inzibati xәta tәrkibi olmadıqda inzibati xәta haqqında işlәr üzrә icraat başlanıla bilmәz, başlanmış icraata isә xitam verilmәlidir. Göstәrilәnlәrә әsasәn, apellyasiya instansiyası mәhkәmәsi hesab edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ASC-nin İXM-nin 430.4-cü maddәsi ilә inzibati mәsuliyyәtә cәlb edilmәsi barәdә Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı әsassız olduğundan lәğv edilmәli, inzibati xәta haqqında iş üzrә icraata İXM-nin 53.1.2-ci maddәsinә әsasәn xitam verilmәlidir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 105.1-ci maddәsindә göstәrilir ki, bu Mәcәllәnin 53-cü maddәsindә nәzәrdә tutulan hallardan biri mövcud olduqda, icraatında inzibati xәta haqqında iş olan hakim vә ya sәlahiyyәtli orqan (vәzifәli şәxs) inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi haqqında qәrar çıxarır. Azәrbaycan Respublikası İXM-nin 134.1.3-cü maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılan zaman bu Mәcәllәnin 53-cü maddәsindә nәzәrdә tutulduğu hallarda qәrarın lәğv edәrәk inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 8, 12.1, 53.1.2, 134.1.3, 136-cı maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDİ: Apellyasiya şikayәti tәmin edilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ASC-nin (VÖEN: **********) Azәrbaycan Respublikasının İXM-nin 430.4-cü maddәsi ilә inzibati mәsuliyyәtә cәlb edilmәsi barәdә Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı lәğv edilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ASC barәsindә Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsi ilә başlanılmış inzibati xәta haqqında iş üzrә icraata әmәlindә inzibati xәta tәrkibi olmadığından xitam verilsin. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz. Hakim Məhəmmədəli Rzayev
Məhkəmə qərarları › İş №3(3-8)-383/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-383/2026
30.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver