Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-384/2026 19.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Əhmәdov Elman Mәmmәd oğlu, mәhkәmә iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, tәlәbkar Zәrәrçәkmiş şәxs, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs vә müdafiәçisi – Sumqayıt şәhәr * saylı Vәkil Bürosunun vәkili X2 iştirakları ilә Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin müdafiәçisi Vәkil tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDI: Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә (hakim Samir Ismayılov) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (##.##.1989-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Bazardüzü küçəsində yerləşən fərdi yaşayış evində yaşayan) Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinәrәk, 8 (sәkkiz) gün müddәtinә inzibati qaydada hәbs edilmişdir. Işin halları: Sumqayıt şәhәri üzrә Icra idarәsinin icra mәmuru X1 tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrәli inzibati xәta haqqında protokol tәrtib olunmuşdur, ona görә ki, borclu Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** nömrәli icra sәnәdi üzrә tәlәbi üzürsüz sәbәbdәn icra etmәmiş, bununla da, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn AR IXM-nin 528.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәta törәdilmişdir. Protokol baxılmaq üçün Sumqayıt Şәhәr Mәhkәmәsinә göndәrilmiş vә mәhkәmә tәrәfindәn yuxarıda qeyd olunan qәrar qәbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin müdafiәçisi Vәkil apellyasiya şikayәti verәrәk, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ****/**** nömrәli qәrarının lәğv edilmәsini vә әmәldә inzibati xәta tәrkibi olmadığı üçün inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayәtini onunla әsaslandırmışdır ki, borclu gündәlik cüzi gәlir müqabilindә aylıq özünün xәrclәrini vә övladlarına 200 manat ödәmәklә çәtinliklә çatdıra bilir. Icra mәmurunun iddia etdiyi qәrәzlilikdәn heç bir müzakirә gedә bilmәz. Borclu inzibati xәta törәtmәmiş, yәni mәhkәmә qәrarını icra etmәkdәn qәrәzli boyun qaçırmamışdır. Şәxs özünün maddi vәziyyәtinә uyğun olaraq davranış göstәrmişdir. Qәrәzli yayınmaq, boyun qaçırmaq olmamışdır. Şәxs hәmin pulun qaytarılması üçün hәtta onun işçi olaraq harasa göndәrilmәsinә belә etiraz etmәmişdir. Mәhkәmә ümumiyyәtlә әmәlin mәhz qәrәzli olaraq törәdilib-törәdilmәmәsini vә digәr mühüm halları araşdırmalı olduğu halda sadәcә işin faktiki hallarına baxaraq qiymәt vermişdir. Prosessual məsələlər: Mәhkәmә iclasında barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs vә müdafiәçisi Əlәsgәr Mәmmәdov apellyasiya şikayәtini müdafiә edәrәk, tәmin edilmәsini, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarının lәğv edilәrәk, iş üzrә icraata xitam verilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etdilәr. Mәhkәmә iclasında tәlәbkar Zәrәrçәkmiş şәxs apellyasiya şikayәtinә etiraz edәrәk, bildirdi ki, borclu qәrәzli olaraq ödәnişlәri tam hәyata keçirmir, hәr ay yalnız 200 manat ödәniş edir. Hәmin mәblәğlә uşaqların xәrclәrini qarşılaya bilmir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә inzibati xәtaya dair işin materiallarını araşdırıb, proses iştirakçılarını dinlәyib, şikayәtin dәlillәrini iş materialları ilә müqayisәli şәkildә tәdqiq edәrәk hesab edir ki, aşağıda qeyd olunanlara görә şikayәt tәmin edilmәmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, iş materiallarında olan Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli e- *(***)-****/**** saylı icra sәnәdindәn görünür ki, ##.##.2025-ci il tarixdәn başlayaraq ##.##.2016cı il tәvәllüdlü X4 vә ##.##.2020-ci il tәvәllüdlü X3 yetkinlik yaşına çatanadәk saxlanılmaları üçün hәr ay Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Zәrәrçәkmiş şәxs xeyrinә sonrakı artımlar nәzәrә alınmaqla, hәr uşağa görә hәr ay ölkә üzrә müәyyәn olunmuş minimum әmәk haqqının 0,55 misli hәddindә sabit pul mәblәğindә aliment tutulmalıdır. Iş materiallarında olan ##.##.2026-cı il tarixli icraata başlamaq haqqında qәrardan görünür ki, Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** saylı icra sәnәdi üzrә icraata başlanmışdır. Iş materiallarında olan tәlәbin könüllü icrası haqqında ##.##.2026-cı il tarixli bildirişdәn görünür ki, Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** saylı icra sәnәdini dәrhal könüllü icra etmәsi borclu Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәklif edilmiş, әks halda mәsuliyyәt daşıması barәdә xәbәrdarlıq edilmişdir. Belәliklә, işin hallarından görünür ki, Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** saylı icra sәnәdinә әsasәn ##.##.2025-ci il tarixdәn başlayaraq ##.##.2016-cı il tәvәllüdlü X4 vә ##.##.2020-ci il tәvәllüdlü X3 yetkinlik yaşına çatanadәk saxlanılmaları üçün hәr ay Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Zәrәrçәkmiş şәxs xeyrinә sonrakı artımlar nәzәrә alınmaqla, hәr uşağa görә hәr ay ölkә üzrә müәyyәn olunmuş minimum әmәk haqqının 0,55 misli hәddindә sabit pul mәblәğindә aliment tutulmalıdır. Icra sәnәdi üzrә ##.##.2026-cı il tarixdә icraata başlama barәdә qәrar qәbul edilmiş vә tәlәbin könüllü icrası barәdә bildiriş borcluya tәqdim edilmişdir. Icra sәnәdi üzrә indiyә kimi ümumilikdә 950 manat aliment borcu ödәnilmiş, lakin ödәnişlәr tam hәyata keçirilmәdiyi üçün 2570 manat aliment borcu mövcuddur. Azәrbaycan Respublikası IXM-nin 528.1-ci maddәsinin tәlәbinә görә mәhkәmә vә ya digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar icra mәmurunun qanuni tәlәblәrinin yerinә yetirilmәmәsinә vә ya icra mәmuru tәrәfindәn müәyyәn olunmuş müddәtdә borclunu müәyyәn hәrәkәtlәri etmәyә vә ya müәyyәn hәrәkәtlәri etmәkdәn çәkinmәyә mәcbur edәn icra sәnәdinin üzrsüz sәbәbdәn icra edilmәmәsinә görә fiziki şәxslәr beş yüz manatdan min manatadәk mәblәğdә cәrimә edilir vә ya işin hallarına görә, pozuntunu törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla, bir ayadәk müddәtә inzibati hәbs tәtbiq olunur, vәzifәli şәxslәr min iki yüz manatdan iki min beş yüz manatadәk mәblәğdә, hüquqi şәxslәr üç min manatdan beş min manatadәk mәblәğdә cәrimә edilir. Hәmin Mәcәllәnin 528.1-ci maddәsindә qeyd olunan inzibati xәtanın obyekti әdalәt mühakimәsinin, xeyrinә mәhkәmә qәrarı çıxarılmış ayrı-ayrı hüquqi vә fiziki şәxslәrin, habelә dövlәtin mәnafeyi olmaqla, obyektiv cәhәtdәn qanuni qüvvәyә minmiş mәhkәmә qәtnamәsini qәrәzli olaraq icra etmәmәdә, hәmin mәhkәmә qәtnamәsinin icrasına maneçilik törәtmәdә, habelә icra ilә әlaqәdar icra mәmurlarının qanuni tәlәblәrini icra etmәmәdә ifadә olunur. Inzibati hüquq nәzәriyyәsindә mәhkәmә qәtnamәsini, hökmünü, qәrarını vә yaxud digәr aktını icra etmәmә dedikdә, icra üçün daxil olmuş mәhkәmә qәtnamәsinin, hökmünün, qәrardadının vә ya qәrarının icrasını hәyata keçirmәk üçün bu vә ya digәr hәrәkәti etmәli olan şәxsin qanunla müәyyәn edilmiş müddәtdә hәmin hәrәkәtlәri etmәmәsi başa düşülür. Mәhkәmә aktlarının icrası ilә әlaqәdar icra mәmurlarının qanuni tәlәblәrini üzrsüz sәbәbdәn icra etmәmә onda ehtiva olunur ki, tәqsirkar şәxsә yazılı şәkildә mәhkәmә qәrarının icra edilmәsi barәdә xәbәrdarlıq edilmiş olsun, hәmin xәbәrdarlıqdan vә icra mәmurlarının qanuni tәlәblәrindәn tәqsirkar şәxsin mәlumatı olsun vә hәr hansı üzrlü sәbәb göstәrmәdәn hәmin hәrәkәtlәrini davam etdirmiş olsun. Yuxarıda qeyd olunanlara görә mәhkәmә hesab edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs icra mәmurunun qanuni tәlәblәrini üzrsüz sәbәbdәn icra etmәmәsi iş materialları ilә sübuta yetirildiyindәn birinci instansiya mәhkәmәsinin onu IXM-nin 528.1-ci maddәsi ilә tәqsirli bilәrәk, barәsindә 8 gün müddәtindә inzibati hәbs tәnbeh tәdbirini tәtbiq etmәsi qanuni vә әsaslı olmuşdur. Birinci instansiya mәhkәmәsi düzgün olaraq qәrarda qeyd etmişdir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs icra sәnәdi üzrә ödәnişlәri tam hәyata keçirmәmәsi icra sәnәdindәki tәlәbin üzrsüz sәbәbdәn icra mәmuru tәrәfindәn müәyyәn olunmuş müddәtdә icra edilmәmәsi vә icra mәmurunun qanuni tәlәbinin yerinә yetirilmәmәsi kimi qiymәtlәndirilmәldir. Onun әmәlindә Azәrbaycan Respublikası IXM-in 528.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın tәrkibi vardır. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә başlanmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi vә mәsuliyyәtdәn azad edilmәsi üçün әsaslar yoxdur. Mәhkәmә hesab edir ki, birinci instansiya mәhkәmәsinin Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә 8 gün müddәtindә inzibati hәbs tәnbeh tәdbirini tәtbiq etmәsi inzibati tәnbeh tәdbirinin inzibati xәta törәtmiş şәxsin islah olunmasına, onun qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirilmәsi, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısının alınması baxımından qanuni vә әdalәtli olmuşdur, şikayәtin dәlillәri ona tәtbiq olunmuş hәbs inzibati tәnbeh tәdbirinin lәğv edilmәsi üçün qanuni әsas kimi qәbul oluna bilmәz. Azərbaycan Respublikası IXM-nin: 9.1-ci maddәsinә әsasәn inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına uyğun, qanuni vә әsaslı olmalıdır. 21-ci maddәsinә әsasәn inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. 22-ci maddәsinә әsasәn inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. 31.2-ci maddәsinә әsasәn fiziki vә ya vәzifәli şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn xәtanın xarakteri, inzibati xәta törәdәn şәxsin şәxsiyyәti, onun tәqsirinin dәrәcәsi, әmlak vәziyyәti, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Yuxarıda qeyd olunanlara mәcmu halında qiymәt verәrәk mәhkәmә hesab edir ki, şikayәtin dәlillәri iş üzrә müәyyәn olunmuş faktiki hallarla tәkzib olunan dәlillәr olmaqla, birinci instansiya mәhkәmәsinin qәrarının lәğv edilәrәk, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә tәtbiq edilmiş inzibati tәnbeh tәdbirinin lәğv olunması üçün qanuni әsas kimi qәbul oluna bilmәz. Ona görә dә, mәhkәmә hesab edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası IXM-nin 528.1-ci maddәsindә nәzәrdә tutulan inzibati xәtanı törәtmәkdә tәqsirli bilinib tәnbeh edilmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalı, apellyasiya şikayәti tәmin edilmәmәlidir. Hәmçinin mәhkәmә kollegiyası hesab edir ki, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya mәhkәmә iclasında dövlәt hesabına hüquqlarını müdafiә etmiş Sumqayıt şәhәr * saylı Vәkil Bürosunun vәkili X2 dövlәt büdcәsi hesabına vәsait ödәnilmәlidir. Belә ki, “Müdafiәçilәrә, tәrcümәçilәrә, mütәxәssislәrә vә ekspertlәrә ödәnilmәli olan mәblәğlәrin miqdarı haqqında” Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2001-ci il # ###### tarixli ** nömrәli qәrarının 1-ci, 4-cü vә 5-ci hissәlәrinә әsasәn hüquqi yardım göstәrilmәsinә görә müdafiәçiyә ödәnilәn haqq hәr iş saatı üçün 11 manat mәblәğindә müәyyәn edilmişdir. Odur ki, apellyasiya instansiyası mәhkәmәsindә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs göstәrilmiş hüquqi xidmәtә görә Sumqayıt şәhәr * saylı Vәkil Bürosunun vәkili X2 2 (iki) iş saatına görә 22 (iyirmi iki) manat mәblәğindә vәsait Azәrbaycan Respublikası Dövlәt büdcәsinin vәsaiti hesabından Sumqayıt şәhәr * saylı Vәkil Bürosu vasitәsilә ödәnilmәlidir. Göstәrilәnlәrә әsasәn IXM-nin 134.1.1, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılsın. Müdafiәçi Vәkil tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin olunmasın. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya mәhkәmәsi iclasında dövlәt hesabına hüquqlarını müdafiә etmiş Sumqayıt şәhәr * saylı Vәkil Bürosunun vәkili X2 etdiyi hәr iş saatına görә 11 (on bir) manat hesab edilmәklә, 2 (iki) iş saatına görә 22 (iyirmi iki) manat mәblәğindә vәsait Sumqayıt şәhәr * saylı Vәkil Bürosu vasitәsilә ödәnilsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-384/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-384/2026
19.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver