Məhkəmə qərarları › İş №3(3-8)-386/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-386/2026

14.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-386/2026 14.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Mәmmәdov Bilal Mahir oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Nabalıyeva Aynur Akif qızının katibliyi, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ASC-nin nümayәndәsi X1 iştirakı ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ASC-nin Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsi ilә tәqsirli bilinmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ASC tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ASC-nin Azәrbaycan Respublikasının IXM-nin 430.4-cü maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәsinә dair Protokolu tәrtib edәn orqan tәrәfindәn tәrtib olunmuş ##.##.2026-cı il tarixli, EP seriyalı ******* nömrәli protokol vә ona әlavә edilmiş sәnәdlәr aidiyyәti üzrә baxılması üçün Sumqayıt Şәhәr Mәhkәmәsinә göndәrilmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarına әsasәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ASC IXM-nin 430.4-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinib barәsindә inzibati xәtanın bilavasitә obyekti olmuş 123222.40 (yüz iyirmi üç min iki yüz iyirmi iki dollar 40 sent) ABŞ dolları valyuta vәsaiti mәblәğinin iyirmi faizi miqdarında, yәni 24644.48 (iyirmi dörd min altı yüz qırx dörd dollar, qırx sәkkiz sent) ABŞ dolları mәblәğindә (ABŞ dollarının ödәniş gününә qüvvәdә olan Azәrbaycan manatına mәzәnnәsi ilә) cәrimә növündә inzibati tәnbeh tәdbiri tәtbiq olunmuşdur (Hakim - Fәrid Nәsimiyev). Qәrardan hüquqi şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ASC apellyasiya şikayәti verәrәk, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ****/**** nömrәli qәrarının lәğv edilmәsini vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ASC ilә Türkiyә Cümhuriyyәtinin “xxxx” şirkәti arasında bağlanmış “01/26032024” nömrәli, ##.##.2024-cü il tarixli müqavilәyә әsasәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ASC-nin hesabından “xxxx” şirkәtinә ## ##### 2024-cü il tarixindә 123 222.40 Dollar mәblәğindә avans ödәnişi edilmişdir. Eyni zamanda ## ###### 2024-cü il tarixindә 52 809.60 Dollar vә ## ###### 2024-cü il tarixindә isә 8 000.00 Dollar mәblәğindә vәsait qeyd edilәn müqavilә әsasında Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ASC hesabından Türkiyә Cümhuriyyәtinin “xxxx” şirkәti hesabına köçürülmüşdür. Köçürülәn cәmi 184 032.00 Dollar mәblәğindә vәsaitin hesabına Türkiyә Cümhuriyyәtindәn alınmış tikinti materialları Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ASC ilә Türkiyә Cümhuriyyәtinin “xxxx”xxxx“xxxx” şirkәtlәri arasında bağlanmış ##.##.2025-ci il tarixli “26052025-10” nömrәli Üçtәrәfli müqavilә öhdәliklәrinә uyğun olaraq C22741 vә C***** nömrәli gömrük bәyannamәlәri ilә rәsmilәşdirilәrәk Gürcüstan Respublikasına tam şәkildә idxal olunmuşdur. Lakin Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ASC tәrәfindәn ## ### 2026-cı il tarixindә “xxxx” ASC Sumqayıt filialına müraciәt edәrәk “xxxx” şirkәtinә ödәnilmiş 123 222.40 Dollar mәblәğindә avans verilmiş cavab mәktubunda qeyd edilmişdir ki, “01/26032024” nömrәli, ##.##.2024-cü il tarixli müqavilә ilә aparılmış köçürmәnin icra olunduğu zaman texniki sәhv olaraq idxal müqavilәsinә әsasәn ödәnildiyi, yәni Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ASC-nin Üçtәrәfli müqavilә öhdәliklәrinә uyğun olaraq vasitәçi kimi xidmәt göstәrmәsinә vә tikinti materiallarının tam şәkildә Gürcüstan Respublikasına idxal olunmasına baxmayaraq ödәnişin tәyinatında mal alışının qeyd olunduğu üçün hәmin köçürmәnin bank sistemindә bağlanması üçün Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ASC tәrәfindәn Azәrbaycan Respublikasına idxal olunmuş malların gömrük bәyannamәsi tәqdim edilmәlidir. Lakin yuxarıda da qeyd edildiyi kimi, Üçtәrәfli müqavilә öhdәliklәrinә uyğun olaraq Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ASC yalnızca vasitәçi kimi xidmәt göstәrәrәk ödәnişi әvvәlcәdәn Türkiyә Cümhuriyyәtinin “xxxx” şirkәtinә etmiş, bunun isә qarşılığında Türkiyә Cümhuriyyәtinin “xxxx”xxxx“xxxx” şirkәtinә ixrac etmişdir. Hәmçinin ## ### 2026-cı il tarixindә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ASC “xxxx” ASC Sumqayıt filialına müraciәt edәrәk Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ASC tәrәfindәn “01/26032024” nömrәli, ##.##.2024-cü il tarixli müqavilә әsasında aparılmış köçürmәlәr barәdә arayış verilmәsi xahiş olunmuşdur. ## ### 2026-cı il tarixindә “xxxx” ASC Sumqayıt filialı mәktuba cavab olaraq qeyd edilәn müqavilә üzrә köçürülәn vәsaitin mәblәğinin cәminin 184 032.00 (yüz sәksәn dörd min, otuz iki) Dollar tәşkil etdiyi qeyd edilmişdir. Mәhkәmәyә tәqdim edilmiş “xxxx” şirkәti tәrәfindәn rәsmilәşdirilmiş 25411300EX00011360 vә ********EX******** nömrәli ixrac vә “xxxx” şirkәti tәrәfindәn rәsmilәşdirilmiş C22741 vә C***** nömrәli idxal bәyannәmәlәrindә dә qeyd olunduğu kimi, X6 Respublikasına göndәrilәn tikinti materiallarının ümumi mәblәğinin dәyәrinin 184 032.00 (yüz sәksәn dörd min, otuz iki) Dollar olduğu tam tәsdiq olunur. Qeyd edilәn faktlardan da görünür ki, tәrәflәr, yәni üçtәrәfli bağlanmış müqavilәnin tәrәflәri olan şirkәtlәr biznes fәaliyyәti ilә mәşğuldurlar vә işgüzar fәaliyyәtlәri vardır. Pulun köçürülmәsinin sәbәbi dә hәmin işgüzar fәaliyyәtlәrlә әlaqәlidir vә bu faktlardan da görünür ki, hәr hansı bir mәblәğdә pul qanunsuz olaraq ölkәdәn çıxarılmamışdır. Hәmçinin qeyd edir ki, ASC ilә Mәrkәzi Bank arasında pul vәsaitinin geri qaytarılaraq hesaba köçürülmәsinә imkan yaradılması üçün danışıqlar aparılır vә qısa bir zamanda hәmin pul vәsaiti ASC-nin hesabına geri qaytarılacaqdır. Hazırki halda isә müqavilә üzrә köçürülәn ümumi vәsaitin şirkәtin bank hesabına geri qayıtmasının mötәbәr sübutlarla, yәni gömrük bәyәnnamәlәri, bank arayışları, hesabdan çıxarışlarla tam tәsdiq olunur. Belә olan halda isә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ASC-nin inzibati tәnbehә mәruz qalması tam әsassız vә qanunsuz olmaqla yanaşı, әdalәtsizlikdir. Hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn qeyd edilәn qәrar qәbul edilәrkәn Inzibati Xәtalar qanunvericliyinin әsas prinsiplәrindәn olan tәqsirsizlik prezumpsiyası prinsipi açıq-aşkar şәkildә pozulmuşdur. Yuxarıda sadalanan işin fаktiki hаllаrındаn vә еlәcә dә qanunvericlik normalarının tәlәblәrindәn dә aydın olur ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ASC-nin әmәlindә inzibаti хәtа tәrkibi mövcud dеyildir. Qеyd оlunаnlаrdаn dа аydın оlur ki, hаzırkı iş üzrә inzibаti tәnbеh tәtbiq еdilmәsi üçün qаnunvеricilikdә nәzәrdә tutulmuş әsаslаr mövcud dеyildir, bu sәbәbdәn dә qаnunvеriciliyin tәlәbinә uyğun оlаrаq iş üzrә icrааtа хitаm vеrilmәlidir. Hüquqi məsələlər: Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә Inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikasının IXM-nin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә iclasında barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ASC-nin nümayәndәsi X1, apellyasiya şikayәtinin dәlillәrinә uyğun çıxış edәrәk apellyasiya şikayәtinin tәmin edilmәsini xahiş etmişdir. Inzibati xәta haqqında protokolu tәrtib edәn orqanın nümayәndәsi mәhkәmә iclasının yeri vә vaxtı barәdә lazımi qaydada mәlumatlandırılmasına baxmayaraq mәhkәmә iclasına gәlmәmişdir. Mәhkәmә nümayәndәnin iştirakı olmadan materiala baxılmasını mümkün hesab etmişdir. Mәhkәmә şikayәtin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdırıb, proses iştirakçısının izahatını dinlәyib, tәdqiq olunmuş sübutlara hüquqi qiymәt verәrәk hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-****/**** nömrәli qәrarı lәğv edilәrәk iş üzrә icraata xitam verilmәlidir. Belә ki, Azәrbaycan Respublikası Konstitusiyasının 59-cu maddәsinә görә hәr kәs öz imkanlarından, qabiliyyәtindәn vә әmlakından sәrbәst istifadә edәrәk tәkbaşına vә ya başqaları ilә birlikdә azad sahibkarlıq fәaliyyәti vә ya qanunla qadağan edilmәmiş digәr iqtisadi fәaliyyәt növü ilә mәşğul ola bilәr. Dövlәt sahibkarlıq sahәsindә yalnız dövlәt maraqlarının, insan hәyatının vә sağlamlığının müdafiәsi ilә bağlı tәnzimlәmәni hәyata keçirir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә müvafiq olaraq, yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. Inzibati Xәtalar Mәcәllәsinin 8-ci maddәsindә tәqsirsizlik prezumpsiyası prinsipi öz әksini tapmışdır. Belә ki, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin tәqsiri bu Mәcәllәdә nәzәrdә tutulmuş qaydada sübuta yetmәdikdә vә bu inzibati xәta haqqında iş üzrә icraata baxmış hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) qüvvәyә minmiş qәrarı ilә müәyyәn edilmәdikdә o, tәqsirsiz hesab edilir. Hәmin Mәcәllәnin 12.1-ci maddәsinә әsasәn bu Mәcәllә ilә qorunan ictimai münasibәtlәrә qәsd edәn, hüquqazidd olan, tәqsirli sayılan (qәsdәn vә ya ehtiyatsızlıqdan törәdilәn) vә inzibati mәsuliyyәtә sәbәb olan әmәl (hәrәkәt vә ya hәrәkәtsizlik) inzibati xәta hesab olunur. “Azәrbaycan Respublikasının rezident vә qeyri-rezidentlәrinin xarici valyuta әmәliyyatlarının aparılması Qaydaları”nda dәyişikliklәr edilmәsi barәdә Azәrbaycan Respublikası Mәrkәzi X3 ## ###### 2020-ci il tarixli **/* nömrәli Qәrarı ilә “Azәrbaycan Respublikasnın rezident vә qeyri - rezidentlәrinin xarici valyuta әmәliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbәnddә dәyişikliklәr edilәrәk, müvafiq sәnәdlәrin ödәnişin aparıldığı gündәn әn geci 2 (iki) il müddәtindә banka tәqdim edilmәdikdә vә ya qabaqcadan ödәnilmiş mәblәğ geri qaytarılmadıqda vә bu zaman idxal edilmәyәn malların (göstәrilmәyәn xidmәtlәrin) vә ya geri qaytarılmayan mәblәğin qalıq dәyәri 10.000 (on min) ABŞ dolları ekvivalenti mәblәğindәn çox olduqda, bank tәrәfindәn qabaqcadan ödәniş әmәliyyatına dair bütün sәnәdlәr 5 (beş) iş günü әrzindә Protokolu tәrtib edәn orqan tәqdim edilir kimi qeyd edilmişdir. Konstiusiya Mәhkәmәsinin Plenumu “Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsi ilә nәzәrdә tutulan inzibati xәtalara münasibәtdә hәmin Mәcәllәnin 38.1-ci maddәsinin inzibati mәsuliyyәtә cәlb etmә müddәtlәri baxımından şәrh edilmәsinә dair” 2019-cu il ## ###### tarixli Qәrarında qeyd etmişdir ki, mәhkәmәlәr sәlahiyyәtli orqan tәrәfindәn barәsindә protokol tәrtib edilәn şәxsin Inzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsi ilә nәzәrdә tutulmuş xәtanın törәdilmәsindә tәqsirini dәqiq müәyyәn etmәlidir. Mәhkәmә işin materiallarını araşdıraraq, toplanmış sübutları hüquqi baxımdan qiymәtlәndirib aşağıdakı qәnaәtә gәlir: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsinә әsasәn, avans yolu ilә ödәnilmiş valyuta vәsaitinin müqabilindә müәyyәn edilmiş müddәtlәrdә müvafiq mallar idxal edilmәdikdә, işlәr görülmәdikdә vә ya xidmәtlәr göstәrilmәdikdә ödәnilmiş valyuta vәsaitinin xaricdәn geri qaytarılmamasına görә inzibati mәsuliyyәt nәzәrdә tutulur. Iş materiallarında olan ##.##.2026-cı il tarixli, EP seriyalı ******* nömrәli inzibati xәta haqqında protokolda Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ASC tәrәfindәn ## ##### 2024-cü il tarixindә xaricә köçürülmüş 123222.40 ABŞ dolları mәblәğindә avans vәsaitinin qanunvericiliklә müәyyәn edilmiş 2 (iki) il müddәtindә ölkәyә idxal edilmәdiyi vә ya geri qaytarılmadığı göstәrilmişdir. Lakin işә әlavә edilmiş ilkin sәnәdlәrin vә bank hesabatlarının mәzmunundan görünür ki, sözügedәn valyuta әmәliyyatı iqtisadi vә hüquqi baxımdan tam yekunlaşmış, vәsaitin xaricdә qalması faktı öz tәsdiqini tapmamışdır. Belә ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ASC (Alıcı/Ödәyici) ilә Türkiyә “xxxx” şirkәti (Satıcı/Göndәrәn) arasında bağlanmış ## #### 2024-cü il tarixli, “01/26032024” nömrәli müqavilәyә әsasәn 123 222.40 ABŞ dolları mәblәğindә öncәdәn ödәniş icra edilmişdir. Daha sonra tәrәflәr vә Gürcüstan Respublikasının “xxxx” şirkәti (Yükalan) arasında ##.##.2025-ci il tarixli “26052025-10” nömrәli borcun ödәnilmәsi barәdә üçtәrәfli razılaşma imzalanmışdır. Hәmin razılaşmaya әsasәn, Türkiyә şirkәti tәrәfindәn mallar birbaşa Gürcüstan şirkәtinә çatdırılmış, bu әmәliyyatdan yaranan qanuni borc öhdәliyi isә Gürcüstan şirkәti (“xxxx” şirkәti) tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ASC-yә qaytarılmalı olan vәsait kimi tәsbit edilmişdir. “xxxx” ASC-nin ## #### 2026-cı il tarixli mәktubunda vәsaitin ilkin satıcıdan deyil, üçtәrәfli razılaşmanın tәrәfi olan xxxx Şirkәtindәn daxil olması sәbәbindәn "uyğunsuzluq" qeyd edilsә dә, bu hal inzibati xәta tәrkibi yarada bilmәz. Mülki qanunvericiliyә vә beynәlxalq ticarәt adәtlәrinә görә, öhdәliklәrin üçüncü şәxslәr vasitәsilә icra edilmәsi vә ya qarşılıqlı tәlәblәrin әvәzlәşdirilmәsi qanunla qadağan olunmamışdır. Əsas hüquqi şәrt — avans kimi köçürülmüş valyuta vәsaitinin ölkәdәn kәnarda qanunsuz saxlanılmaması vә qanuni müddәt daxilindә rezidentin bank hesabına mәdaxil edilmәsidir. Valyuta vәsaiti tam hәcmdә rezidentin Azәrbaycan Respublikasındakı bank hesabına geri qaytarılmışdır. Mәhkәmә hesab edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ASC (Alıcı/Ödәyici) ilә Türkiyә “xxxx” şirkәti (Satıcı/Göndәrәn) arasında bağlanmış ## #### 2024-cü il tarixli, “01/26032024” nömrәli müqavilәyә әsasәn ##.##.2024-cü il tarixdә 123 222.40 ABŞ dolları, ##.##.2024-cü il tarixdә 52 809,60 ABŞ dolları vә ##.##.2024-cü il tarixdә 8 000 ABŞ dolları mәblәğindә cәmi 184 032 ABŞ dolları ödәniş icra edilmiş, hәmin vәsait sonuncu vәsaitin ödәnildiyi tarixdәn iki il keçmәdәn “xxxx” LLC şirkәti hesabından Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ASC şirkәtinin hesabına geri ödәnilmişdir. Belәliklә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ASC-nin hәrәkәtlәrindә valyuta vәsaitlәrinin xaricdәn geri qaytarılmaması faktı, yәni IXM-nin 430.4-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın obyekti vә obyektiv tәrәfi mövcud deyildir. Azәrbaycan Respublikası IXM-nin 53.1.2-ci maddәsinә әsasәn, inzibati xәta tәrkibi olmadıqda inzibati xәta haqqında işlәr üzrә icraat başlanıla bilmәz, başlanmış icraata isә xitam verilmәlidir. Göstәrilәnlәrә әsasәn, apellyasiya instansiyası mәhkәmәsi hesab edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ASC-nin IXM-nin 430.4-cü maddәsi ilә inzibati mәsuliyyәtә cәlb edilmәsi barәdә Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-****/**** nömrәli qәrarı әsassız olduğundan lәğv edilmәli, inzibati xәta haqqında iş üzrә icraata IXM-nin 53.1.2-ci maddәsinә әsasәn xitam verilmәlidir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 105.1-ci maddәsindә göstәrilir ki, bu Mәcәllәnin 53-cü maddәsindә nәzәrdә tutulan hallardan biri mövcud olduqda, icraatında inzibati xәta haqqında iş olan hakim vә ya sәlahiyyәtli orqan (vәzifәli şәxs) inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi haqqında qәrar çıxarır. Azәrbaycan Respublikası IXM-nin 134.1.3-cü maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılan zaman bu Mәcәllәnin 53-cü maddәsindә nәzәrdә tutulduğu hallarda qәrarın lәğv edәrәk inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 8, 12.1, 53.1.2, 134.1.3, 136-cı maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDİ: Apellyasiya şikayәti tәmin edilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ASC-nin (VÖEN: **********) Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsi ilә tәqsirli bilinmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı lәğv edilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ASC barәsindә Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsi ilә başlanılmış inzibati xәta haqqında iş üzrә icraata әmәlindә inzibati xәta tәrkibi olmadığından xitam verilsin. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz. Hakim Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar