Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-387/2026 30.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Əhmәdov Elman Mәmmәd oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) iştirakı ilә Şamaxı Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDI: Şamaxı Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarı ilә Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәti tәmin edilmәmiş, Baş Dövlәt Yol Polisi Idarәsinin EQ ******** nömrәli ## ##### 2026-cı il tarixli inzibati tәnbeh vermә haqqında qәrarı dәyişdirilmәdәn saxlanılmışdır (hakim Qürur Abasov). Işin halları : Baş Dövlәt Yol Polisi Idarәsinin EQ ******** nömrәli ## ##### 2026-cı il tarixli qәrarı ilә Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 346.2-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtdiyinә görә 40 manat mәblәğindә cәrimә edilmişdir. Hәmin qәrardan narazı qalan Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtlә mәhkәmәyә müraciәt edәrәk, inzibati tәnbeh vermә haqqında hәmin qәrarın lәğv edilmәsini xahiş etmişdir. Işә baxan Şamaxı Rayon Mәhkәmәsi yuxarıda qeyd edilәn qәrarı qәbul etmişdir. Şikayətin dəlilləri: Barәsindә inzibati xәta haqqında qәrar qәbul edilmiş Qәrardan şikayәt verәn orqan (şәxs) qәrardan apellyasiya şikayәti verәrәk, Şamaxı Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarıı vә Baş Dövlәt Yol Polisi Idarәsinin EQ ******** nömrәli ## ##### 2026-cı il tarixli inzibati tәnbeh vermә haqqında qәrarının lәğv edilmәsini xahiş etmәklә apellyasiya şikayәtini onunla әsaslandırmışdır ki, ##.##.2026-cı il tarixdә idarә etdiyi "Toyota Prius" minik markalı, **-UN-*** dövlәt qeydiyyat nişanlı avtonәqliyyat vasitәsi ilә Bakı şәhәrindә yerlәşәn Bakı Beynәlxalq Avtovağzal Kompeksi әrazisindә dayanan zaman tәrәfindәn AR IXM-nin 346.2-ci maddәsinin tәlәblәrini pozulmasına görә onu 40 (qırx) manat mәblәğindә inzibati cәrimә edilmişdir. Gәlәn şәkillәrә baxan zaman barәsindә tәrtib edilәn cәrimәni qanunsuz hesab edәrәk, geri dönmüş vә durduğu yerdәn 5.12 yol nişanına qәdәr mәsәfәni ölçmüş, 5.12 yol nişanından durduğu yerә qәdәr mәsafәnin 15 (on beş) metrdәn artıq olduğuna әmin olmuşdur. Cәrimә ilә razı deyil. Hesab edir ki, ##.##.2026-cı il tarixdә idarә etdiyi "Toyota Prius" minik markalı, 99 - UN - 325 dövlәt qeydiyyat nişanlı avtonәqliyyat vasitәsi ilә Bakı Beynalxalq Avtovağzal Kompeksindә dayandığı zaman 5.12 yol nişanından 15 metrdәn aralı olması sәbәbindәn yazılan inzibati tәnbeh qanunsuzdur, buna görә dә mәhkәmәnin qәrarını әdalәtli vә qanuni hesab etmir. Prosessual məsələlər: Apellyasiya instansiyası mәhkәmәsindә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәtini müdafiә edәrәk, tәmin edilmәsini vә Şamaxı Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarının lәğv edilmәsini xahiş etdi. Apellyasiya instansiyası mәhkәmәsinin iclasının yeri vә vaxtı barәdә mәlumat verilmәsinә baxmayaraq, Azәrbaycan Respublikası Daxili Işlәr Nazirliyi Baş Dövlәt Yol Polisi Idarәsinin nümayәndәsi mәhkәmә iclasına gәlmәmiş vә şikayәt üzrә mәhkәmә baxışının nümayәndәnin iştirakı olmadan keçirilmәsi mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә inzibati xәtaya dair işin materiallarını araşdırıb, proses iştirakçısını dinlәyib, şikayәtin dәlillәrini iş materialları ilә müqayisәli şәkildә tәdqiq edәrәk hesab edir ki, aşağıda qeyd olunanlara görә şikayәt tәmin edilmәmәli, iş üzrә Şamaxı Rayon Mәhkәmәsinin *(*-***)- ***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, iş materiallarında olan EQ ******** nömrәli, ## ##### 2026-cı il tarixli inzibati tәnbeh vermә haqqında elektron qәrardan görünür ki, Qәrardan şikayәt verәn orqan (şәxs) ##.##.2026-cı il tarixdә, saat 23:28:30 radәlәrindә “TOYOTA PRIUS” minik markalı, **-UN-*** dövlәt qeydiyyat nişanlı nәqliyyat vasitәsi ilә ümumi istifadәdә olan nәqliyyat vasitәlәrinin dayanacaq meydançasında vә ya 5.12, 5.13 yol nişanlarından 15 metrdәn az yaxınlıqda digәr nәqliyyat vasitәlәrinin dayanma qaydalarını pozduğundan, Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 346.2-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinib, 40 manat mәblәğindә inzibati qaydada cәrimә edilmişdir. Azәrbaycan Respublikası IXM-nin 346.2-ci maddәsinә әsasәn ümumi istifadәdә olan nәqliyyat vasitәlәrinin dayanacaq meydançasında vә ya 5.12, 5.13 yol nişanlarından 15 metrdәn az yaxınlıqda digәr nәqliyyat vasitәlәrinin dayanmasına vә ya durmasına görә qırx manat mәblәğindә cәrimә edilir. Mәhkәmә Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtinin dәlillәrini işdә olan sübutlar әsasında qiymәtlәndirәrәk hesab edir ki, şikayәt әsassız olduğundan tәmin edilmәmәlidir. Birinci instansiya mәhkәmәsi düzgün olaraq qәrarda qeyd etmişdir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) ##.##.2026-cı il tarixdә, saat 23:28:30 radәlәrindә “TOYOTA PRIUS” minik markalı, 99-UN325 dövlәt qeydiyyat nişanlı nәqliyyat vasitәsi ilә ümumi istifadәdә olan nәqliyyat vasitәlәrinin dayanacaq meydançasında vә ya 5.12, 5.13 yol nişanlarından 15 metrdәn az yaxınlıqda digәr nәqliyyat vasitәlәrinin dayanma qaydalarını pozması inzibati tәnbeh vermә haqqında qәrar vә iş materiallarında olan digәr sәnәdlәrlә tam sübuta yetirildiyindәn, onun qeyd edilәn inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinmәsinә dair inzibati tәnbeh vermә haqqında qәrar qanuni vә әsaslıdır. Apellyasiya mәhkәmәsi birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә ilә razılaşaraq hesab edir ki, mәhkәmә tәrәfindәn şikayәtdә göstәrilәn hallar yoxlanılmış vә qәrar qәbul edilәrkәn IXM-nin tәlәblәrinә әmәl edilmiş, әsaslı vә qanuni qәrar qәbul edilmişdir. Ona görә dә, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә qәbul edilmiş inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsi qanuni әsaslar yoxdur. Mәhkәmә yuxarıda qeyd olunanlara mәcmu halında qiymәt verәrәk hesab edir ki, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinin dәlillәri Şamaxı Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarının lәğv edilmәsi vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi üçün әsas ola bilmәz. Azәrbaycan Respublikası IXM-nin 21 vә 31.1-ci maddәlәrinә әsasәn inzibati tәnbeh inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır vә bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. Azәrbaycan Respublikası IXM-nin 134.1, 134.1.1-ci maddәlәrinә әsasan inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxıldıqda, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә protestin tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Göstәrilәnlәrә әsasәn Azәrbaycan Respublikası IXM-nin 134.1.1, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Şamaxı Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-387/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-387/2026
30.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver