Məhkəmə qərarları › İş №3(3-8)-388/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-388/2026

29.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-388/2026 29.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Mәmmәdov Bilal Mahir oğlunun sәdrliyi, Nabalıyeva Aynur Akif qızının katibliyi, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs iştirakı ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 535.1-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair Xaçmaz Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin binasında açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Inzibati materialdan müәyyәn olunur ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 535.1-ci maddәsi ilә nәzәrdә tutulan inzibati xәtanı törәtmәsi haqqında Xaçmaz rayon Polis Şöbәsi tәrәfindәn tәrtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* №-li inzibati xәta haqqında protokol baxılması üçün Xaçmaz Rayon Mәhkәmәsinә tәqdim edilmişdir. Xaçmaz Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının IXM-in 535.1-ci maddәsindә nәzәrdә tutulan inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәrәk barәsindә 100 manat mәblәğindә cәrimә növündә inzibati tәnbeh tәtbiq edilmişdir (Hakim Sәrxan Sәmәdzadә) Qәrardan barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәti verәrәk, Xaçmaz Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarının lәğv edilmәsini vә barәsindә olan inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, birinci instansiya mәhkәmәsinin qәrarı qanunsuz, әsassız vә natamam araşdırma nәticәsindә qәbul edilmişdir. Belә ki, ## ###### 2026-cı il tarixdә şәxsi avtomobili ilә ağır әmәliyyat keçirmiş vә sәhhәti ciddi vәziyyәtdә olan anasını Xaçmaz rayon Mәrkәzi Xәstәxanasına apararkәn YPX әmәkdaşları tәrәfindәn saxlanılmışdır. Yoxlama zamanı sürücülük vәsiqәsinin etibarlılıq müddәtinin bitdiyi bildirilsә dә bundan xәbәri olmadığını, buna görә müәyyәn olunmuş cәrimәni ödәmәyә etiraz etmәdiyini, lakin xәstә anasının vәziyyәtinin ağır olduğunu vә tәcili xәstәxanaya çatdırılmalı olduğunu polis әmәkdaşlarına dәfәlәrlә bildirmişdir. Buna baxmayaraq polis әmәkdaşları humanist yanaşma nümayiş etdirmәmiş, xәstә şәxsin vәziyyәtini nәzәrә almamış vә onu qanunsuz olaraq polis şöbәsinә aparmışlar. Mәhkәmә qәrarında guya onun polis әmәkdaşlarının qanuni tәlәblәrinә tabe olmadığı göstәrilsә dә iş materiallarında bunu tәsdiq edәn hәr hansı obyektiv sübut yoxdur. Mәhkәmә yalnız inzibati protokolu tәrtib etmiş polis әmәkdaşının ifadәsinә әsaslanmışdır ki, bu da obyektiv vә hәrtәrәfli araşdırma prinsiplәrinә ziddir. O heç bir polis әmәkdaşına qarşı fiziki müavimәt göstәrmәmiş, aqressiv dayanmamış vә tәhqir etmәmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Apellyasiya mәhkәmәsinin iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәtinin dәlillәrinә uyğun çıxış edәrәk, şikayәtinin tәmin edilmәsini xahiş etmişdir. Mәhkәmә iclasının yeri vә vaxtı barәdә lazımi qaydada mәlumat verilmәsinә baxmayaraq inzibati xәta haqqında protokol tәrtib etmiş şәxsin nümayәndәsi mәhkәmә iclasında iştirak etmәmiş, mәhkәmә onun iştirakı olmadan materiala baxılmasını mümkün hesab etmişdir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn, inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya mәhkәmәsi inzibati icraat materiallarını araşdırıb, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsi dinlәyib hesab edir ki, Xaçmaz Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı dәyişdirilmәdәn, apellyasiya şikayәti tәmin edilmәdәn saxlanılmalıdır. Apellyasiya mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsi inzibatı icraat üzrә qәrar qәbul edәrkәn iş materiallarını mahiyyәti üzrә tam araşdırmışdır. Belə ki, iş materiallarında olan: Xaçmaz rayon Polis Şöbәsi tәrәfindәn tәrtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* №li inzibati xәta haqqında protokoldan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2026-cı il tarixdә Xaçmaz-Xudat yolunda Protokol tәrtib edәn orqanlar-nin YPX inspektorlarına qarşı әl-qol hәrәkәtlәri edәrәk tabesizlik etmişdir. Inzibati qaydada tutma haqqında ##.##.2026-cı il tarixli, *** №-li protokoldan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2024-cü il tarixdә saat 14:00-da tutulmuşdur. “Polis Haqqında” Azәrbaycan Respublikası Qanunun 4-cü maddәsinә әsasәn Polis insan vә vәtәndaş hüquqlarına vә azadlıqlarına hörmәt, qanunçuluq, humanistlik vә tәkbaşçılıq prinsiplәri әsasında fәaliyyәt göstәrir. ictimai qaydanın qorunması vә ictimai tәhlükәsizliyin tәmin edilmәsi, cinayәtlәrin vә digәr xәtaların qarşısının alınması vә açılması vә yol hәrәkәti tәhlükәsizliyinin tәmin edilmәsi, polisin fәaliyyәtinin әsas istiqamәtlәridir. Hәmin qanunun 7-ci maddәsinә әsasәn polis әmәkdaşı bu Qanunla müәyyәnlәşdirilmiş sәlahiyyәtlәri yerinә yetirәrkәn dövlәt hakimiyyәtinin nümayәndәsi kimi çıxış edir. Azәrbaycan Respublikasının әrazisindә olan bütün hüquqi vә fiziki şәxslәr polis әmәkdaşının qanuni tәlәblәrini icra etmәlidirlәr. Polis әmәkdaşının qanuni tәlәblәrinә tabe olmamaq, ona müqavimәt göstәrmәk vә zor işlәtmәk vә ya onu tәhqir etmәk Azәrbaycan Respublikasının qanunvericiliyi ilә müәyyәn edilmiş mәsuliyyәtә sәbәb olur. Azәrbaycan Respublikası Inzibatı Xәtalar Mәcәllәsinin 535.1-ci maddәsinә әsasәn polis işçisi vә ya hәrbi qulluqçu ictimai qaydanın mühafizә vәzifәlәrini icra edәrkәn, onların qanuni tәlәblәrinә qәsdәn tabe olmamağa görә mәsuliyyәt nәzәrdә tutulmuşdur. Inzibati tәnbeh tәtbiq edәrkәn, mәhkәmә xәtanın xarakterini, inzibati xәta törәdәn şәxsin şәxsiyyәtini, tәqsirinin dәrәcәsini nәzәrә alır. Belә ki, Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn, yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizlik) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur vә tәnbeh edilir. Azәrbaycan Respublikası IXM-nin 9.1-ci maddәsinә görә, inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. Azәrbaycan Respublikası IXM-nin 21-ci maddәsindәn görünür ki, inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsin qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. Azәrbaycan Respublikası IXM-nin 31.2-ci maddәsinә әsasәn, fiziki vә ya vәzifәli şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, xәtanın xarakteri, inzibati xәta törәdәn şәxsin şәxsiyyәtini xarakterizә edәn hallar, onun tәqsirinin dәrәcәsi, әmlak vәziyyәti, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. Azәrbaycan Respublikası IXM-nin 76-cı maddәsinin tәlәblәrinә görә inzibati xәtanın olubolmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları sübutlar әsasında müәyyәn edilir. Apellyasiya mәhkәmәsi şikayәtin dәlillәrinә hüquqi qiymәt verәrәk hәmin dәlillәri әsassız hesab edir. Belә ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs törәtdiyi inzibati xәtanın xarakterini vә şәxsiyyәtini nәzәrә alaraq birinci instansiya mәhkәmәsinin tәyin etdiyi tәnbeh tәdbiri törәdilmiş inzibati xәtanın xarakterinә, inzibati xәta törәtmiş şәxsin şәxsiyyәtinә, onun tәqsirinin dәrәcәsinә uyğundur. Azәrbaycan Respublikası IXM-nin 31.4-1-ci maddәsinә әsasәn inzibati qaydada tutulmuş şәxs barәsindә inzibati hәbs istisna olmaqla tәtbiq edilәn digәr inzibati tәnbehin hәddi, bu Mәcәllәnin Xüsusi hissәsindә inzibati xәtanın törәdilmәsinә görә müәyyәn edilәn inzibati tәnbehin yuxarı hәddinin dörddә üçündәn çox ola bilmәz. Azәrbaycan Respublikası IXM-nin 535.1-ci maddәsinin sanksiyasında nәzәrdә tutulmuşdur ki, fiziki şәxslәr iki yüz manat mәblәğindә cәrimә edilir vә ya işin halları vә pozuntu törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla, bu tәdbirlәrin tәtbiqi kifayәt hesab edilmәdikdә bir ayadәk müddәtә inzibati hәbs tәtbiq olunur. Apellyasiya Mәhkәmәsi inzibati işin mahiyyәtinә tәsir etmәyәn o halı da qeyd edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 535.1-ci maddәsi ilә tәqsirli bilinәrәk IXM-nin 31.4-1-ci maddәsi tәtbiq edilmәklә barәsindә tәnbeh tәdbiri tәtbiq edilmәli idi. Qeyd olunan norma tәtbiq olunmasa da mübahisәli qәrarın lәğv edilmәsi üçün әsas yoxdur. Apellyasiya instansiyası mәhkәmәsi hesab edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 535.1-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair Xaçmaz Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrәli qәrarından Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәmәli, birinci instansiya mәhkәmәsinin mübahisә olunan qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası Inzibatı Xәtalar Mәcәllәsinin 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn Azәrbaycan Respublikası Inzibatı Xәtalar Mәcәllәsinin 134.1.1ci maddәsini rәhbәr tutaraq mәhkәmә, QƏRARA ALDİ: Apellyasiya şikayәti tәmin edilmәsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 535.1-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair Xaçmaz Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz. Hakim Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar