Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-389/2026 25.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, Mirzəyev Pərvin Əbil oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Xaçmaz Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN-in BDYPİ tərəfindən ## #### 2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN-in BDYPİ tərəfindən ## #### 2026-cı il tarixli TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərarından verdiyi şikayət təmin edilməmiş, həmin qərar dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Birinci instansiya məhkəməsinin qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarını tam ləğv edərək, şikayətin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixində Qərardan şikayət verən orqan (şəxs), idarə etdiyi ARCH ICO MMC-yə məxsus, dövlət qeydiyyat nişanı **JN*** olan X4 markalı yük-sərnişin avtomobili ilə Xaçmaz-Xudat istiqamətində hərəkətdə olarkən Xaçmaz RPŞ-nin YPX- nin əməkdaşları X2 və X3 tərəfindən heç bir inzibati xəta hadisəsi olmadığı halda saxlanılmışdır. Yol Patrul Xidmətinin əməkdaşları etik davranış hərəkətlərini pozmuş, ona qarşı nalayiq ifadələr işlətmiş və ondan pul tələb etmişlər. Qərardan şikayət verən orqan (şəxs) heç bir inzibati xəta törətmədiyini və sənədlərinin qaydasında olduğunu bildirsə də ondan narkotest üçün sidik analizi götürülmüş və ona narkotik vasitənin təsiri altında olduğunu bildirmişlər. Sürücü onlarla razılaşmamış və analiz üçün xəstəxanaya aparılmasını xahiş etmişdir. Yol Patrulı Xidmətinin əməkdaşları Qərardan şikayət verən orqan (şəxs) Xaçmaz RPŞ-nə və ya xəstəxanaya aparmaq əvəzinə həkim tanışları Şahid evinə getmişlər. Xaçmaz RMX-da aparılmış “müayinə”nin nəticəsi olaraq guya Qərardan şikayət verən orqan (şəxs) sidiyində az miqdarda narkotik tərkib müyyən olunmuşdur. Buna görə də, onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) Xaçmaz RMX-da aparılmış “müayinə”nin nəticələri ilə razılaşmadığına görə ##.##.2026cı il tarixində Sumqayıt şəhər Narkoloji Mərkəzdə təkrar analiz verməklə müayinədən keçmiş və yoxlanıldıqdan sonra narkotik qəbulu aşkar olunmaması barədə ##.##.2026-cı il tarixli 795 №li akt tərtib olunmuşdur. Qərardan şikayət verən orqan (şəxs) hüquqlarının müdafiəsi məqsədilə şikayət ərizəsi ilə yaşadığı yer üzrə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, lakin naməlum səbəblərdən şikayət Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir. Xaçmaz Rayon Məhkəməsində süründürməçiliyə yol verilərək şikayət ərizəsi gec icraata götürülmüş və ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarla şikayət təmin edilməmişdir. Xaçmaz Rayon Məhkəməsi Yol Patrul Xidməti tərəfindən hansı qayda pozuntusuna görə hərəkətdə olan avtomobili saxlanılmasını araşdırmamışdır. Halbuki, protokolu tərtib etmiş əməkdaş buna əsas olmuş sübutları (video çəkilişləri) məhkəməyə təqdim etməli idi. Hərəkətdə olan avtomobilin sürücüsü heç bir inzibati xəta hadisəsi tötərmədiyi halda, fenomenal bacarığa malik yol patrul xidmətinin serjantları necə müəyyən etmişlər ki, sürücü narkotik vasitənin təsiri altında avtomobili idarə edir. Məhkəmə baxış iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Xaçmaz Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarını tam ləğv edərək, şikayətin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli dövlət orqanının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçısını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, İXM-in 75, 76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq iş materiallarında olan sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək düzgün nəticəyə gəlmişdir. İş üzrə şahid qismində dindirilmiş həkim narkoloq Şahid məhkəmə iclasında izahatında bildirmişdir ki, ## ###### 2026-cı il tarixdə gecə saatlarında YPX-nin əməkdaşları bir nəfər vətəndaşın müayinədən keçməsi üçün onun iş yerinə gətirmişlər. O, həmin vətəndaşdan, adını sonradan bildiyi Qərardan şikayət verən orqan (şəxs) narkotik vasitə qəbul edib-etməməsini soruşmuş, Fikrət isə qəbul etmədiyini bildirmişdir. Daha sonra Qərardan şikayət verən orqan (şəxs) sidik analizini təqdim etməsini xahiş etmişdir. Vətəndaş Qərardan şikayət verən orqan (şəxs) analizi təqdim etdikdən sonra o, yeni testi gözünün qabağında açaraq sidiyə salmışdır. Test üzərində aşkar olunmuşdur ki, vətəndaş narkotik vasitə qəbul edib. Sumqayıtda verilən rəylə bağlı isə onu qeyd etmişdir ki, narkotik vasitənin növündən asılı olaraq onun qanda qalması müddəti dəyişir. Elə narkotik vasitə var ki, uzunmüddətli qalır, eləsi var ki, bir günə yoxa çıxır. Bundan başqa, Xaçmazda olan müayinə ##.##.2026-cı il axşam saat 20 radələrində olmuşdur. Sumqayıtda isə müayinə aktı ##.##.2026-cı il saat 09:50-də olmuşdur. Yəni 12 saat vaxt keçmişdir. Belə ki, iş materiallarında olan: ## #### 2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, ## ###### 2026-cı il tarixdə Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi X4 Yük Sərnişin markalı ** JN *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən Xaçmaz rayonu, Abbasqulu bəy Şadlinski küçəsində saxlanılaraq, barəsində İXM-nin 329.3 və 333-1.1-ci maddələri 600 manat məbləğində inzibati cərimə olunmuşdur. ## ###### 2026-cı il tarixli *** nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2026-cı il tarixdə saat 09:50-də müayinədən keçərkən narkotik vasitə qəbul etməsi faktı aşkarlanmamışdır. YPX-nin əməkdaşı Nümayəndə tərəfindən təqdim edilmiş videogörüntülər məhkəmə iclasında tərəflərin iştirakları ilə tədqiq edilərkən müəyyən edilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) dedikləri tamamilə təkzib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 329.3-cu maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə - otuz manat məbləğində cərimə edilir. 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə qeyd edir ki, verilmiş apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir. Belə iş üzrə tədqiq edilmiş sübutlar bu halı birbaşa şəkildə ifadə edir. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) saxlanılması və və narkoloji müayinədən keçməsi videoçəkiliş əsasında aparılmışdır. Bu zaman hər hansı qanun pozuntusuna yol verilməmişdir. ##.##.2026-cı il tarixdə aparılmış narkoloji müayinə ilə bağlı qeyd edilməlidir ki, 795№-li müayinə aktından da aydın olur ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən sidik numunəsi oraya gətirilmiş və onun sonuncuya məxsus olması özü şübhə doğurur. Bundan başqa, ##.##.2026-cı il tarixli qan analizinin cavabları ilə bağlı qeyd edilməlidir ki, bu analiz 3 aydan sonra verilmiş və həmin dövrə kimi uzun müddət keçdiyindən nakotik vasitə qanda qalmaya bilərdi. Sadalananlar bir daha Azərbaycan Respublikası DİN-in BDYPİ tərəfindən ## #### 2026cı il tarixli TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarın qanunvericiliyin tələbinə uyğun qaydada tərtib edildiyini göstərir. Bu baxımdan məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsində şikayətdə göstərilən dəlillər ətraflı araşdırılmaqla, toplanmış sübutlar tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında qanunauyğun qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-8)-389/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-389/2026
25.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver