Məhkəmə qərarları › İş №3(3-8)-390/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-390/2026

29.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-390/2026 29.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Mәmmәdov Bilal Mahir oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Nabalıyeva Aynur Akif qızının katibliyi, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs iştirakı ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair Xaçmaz Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Inzibati materialdan müәyyәn olunur ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası IXM-in 528.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәsinә dair Xaçmaz rayon Icra vә Probasiya şöbәsi tәrәfindәn tәrtib edilmiş ## ##### 2026-cı il tarixli MN ******* nömrәli inzibati xәta haqqında protokol vә ona әlavә edilmiş sәnәdlәr baxılması üçün Xaçmaz Rayon Mәhkәmәsinә göndәrilmişdir. Xaçmaz Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı ilә (hakim Sәrxan Sәmәdzadә) Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının IXM-in 528.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinәrәk 500 (beş yüz) manat mәblәğindә inzibati cәrimә edilmişdir. Qәrardan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәti verәrәk, mübahisәli qәrarın lәğv edilmәsini vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, aliment öhdәliyindәn yayınmır. Lakin hazırda rәsmi iş yeri yoxdur, maddi durumu olduqca ağırdır, kirayәdә yaşayır, bu sәbәbdәn borcunu bütövlükdә ödәmәyә imkanı çatmır. Işsiz vә maddi imkanı olmadığı haldaәlavә olaraq 500 manat cәrimә edilmәsi vәziyyәtini daha da ağırlaşdırmışdır. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Apellyasiya instansiyası mәhkәmәsindә iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәtinin dәlillәrinә uyğun çıxış edәrәk şikayәtinin tәmin edilmәsini xahiş etmişdir. Mәhkәmә iclasının vaxtı vә yeri barәdә qanunvericiliklә müәyyәn olunmuş qaydada mәlumatlandırılmasına baxmayaraq inzibati xәta haqqında protokolu tәrtib etmiş orqanın nümayәndәsi vә tәlәbkar mәhkәmә iclasına gәlmәmiş, mәhkәmә işә onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn, inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya mәhkәmәsi inzibati icraat materiallarını yoxlayıb hesab edir ki, aşağıdakı әsaslara görә verilmiş apellyasiya şikayәti qismәn tәmin edilmәli Xaçmaz Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı lәğv edilmәli, inzibati xәta haqqında iş yenidәn baxılması üçün Xaçmaz Rayon Mәhkәmәsinә qaytarılmalıdır. Apellyasiya mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsinin hakimi tәrәfindәn mühüm әhәmiyyәt kәsb edәn hallar tam vә hәrtәrәfli araşdırılmadan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә tәqsirli bilinib cәrimә edilmәsinә dair yekun nәticәyә gәlinmişdir. Belә ki, birinci instansiya mәhkәmәsinin hakimi mübahisәlәndirilәn qәrarını onunla әsaslandırmışdır ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs qeyd olunan inzibati xәtanı törәtmәsi işdә olan inzibati xәta haqqında protokol vә işin digәr materialları ilә tam sübuta yetirilmişdir. Iş materiallarında olan: Xaçmaz Rayon Mәhkәmәsinin *(***)-****/**** nömrәli, ##.##.2025-ci il tarixli icra sәnәdindәn görünür ki, cavabdeh Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2025-ci il tәvәllüdlü X1 yetkinlik yaşına çatanadәk saxlanılması üçün ## ####### 2025-ci il tarixdәn hesablanmaqla hәr ay sabit pul mәblәğindә ölkә üzrә müәyyәn olunmuş minimum әmәk haqqı mәblәğinin 0.5 misli miqdarında aliment alınaraq iddiaçı Şahid verilmәlidir. ##.##.2026-cı il tarixli icraata başlamaq haqqında qәrardan görünür ki, Xaçmaz Rayon Mәhkәmәsinin *(***)-****/**** nömrәli, ##.##.2025-ci il tarixli icra sәnәdi üzrә icraata başlanmışdır. ##.##.2026-cı il tarixli tәlәbin könüllü icrası haqqında bildirişdәn görünür ki, borcludan icra sәnәdindә göstәrilәn tәlәbi könüllü icra etmәyi xahiş olunmuşdur. Borclu ##.##.2026-cı il tarixdә hәmin bildirişi şәxsәn imza etmәklә qәbul etmişdir. ## ##### 2026-cı il tarixli MN ******* nömrәli inzibati xәta haqqında protokoldan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Xaçmaz Rayon Mәhkәmәsinin *(***)- ****/**** nömrәli, ##.##.2025-ci il tarixli icra sәnәdinә әsasәn 1000 manat aliment borcunu ödәmәyәrәk icra mәmurunun qanuni tәlәblәrini yerinә yetirmir. Mәhkәmә qeyd edir ki, Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsinin dispozisiyasına görә icra sәnәdindәki tәlәbin üzrsüz sәbәbdәn icra mәmuru tәrәfindәn müәyyәn olunmuş müddәtdә icra edilmәmәsinә vә ya icra mәmurunun mәhkәmә vә ya başqa dövlәt orqanlarının qәrarlarının icrası ilә әlaqәdar digәr qanuni tәlәblәrinin yerinә yetirilmәmәsinә görә mәsuliyyәt nәzәrdә tutulur. Apellyasiya Mәhkәmәsi qeyd edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn tam araşdırma aparılmadan barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin әmlak vәziyyәti dәqiqlәşdirilmәmiş, bu barәdә müvafiq sorğular verilmәmişdir. Birinci instansiya mәhkәmәsi barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin barәsindә cәrimә növündә inzibati tәnbeh tәtbiq edәrkәn onun ilk dәfә inzibati mәsuliyyәtә cәlb edilmәsini, icra sәnәdi üzrә aliment borcunun yüksәk olmamasını vә icra vәrәqәsinin verilmәsindәn cәmi 4 ay müddәtin keçmәsini әsas kimi göstәrmiş, lakin barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin maddi vәziyyәtini, onun törәtdiyi inzibati xәtanın mәhz pul vәsatinin ödәnilmәmәsi ilә әlaqәdar olmasını nәzәrә almamışdır. Odur ki, işә yenidәn baxılarkәn yuxarıda sadalanan hallar әtraflı aydınlaşdırılmalı, zәrurәt olarsa müvafiq sorğular verilmәli, qeyd edilәnlәrlә yanaşı işin digәr halları araşdırılmalı, nәticәsindәn asılı olaraq iş üzrә qanunamüvafiq qәrar qәbul edilmәlidir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 48-ci maddәsinә әsasәn inzibati xәta haqqında hәr bir işin hallarının vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә araşdırılması inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәrinә aid edilmişdir. Hәmin Mәcәllәsinin 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Qeyd olunanlara әsasәn, apellyasiya instansiyası mәhkәmәsi belә qәnatә gәlir ki, Xaçmaz Rayon Mәhkәmәsi Azәrbaycan Respublikası IXM-nin 48-ci maddәsinin tәlәblәrini pozaraq işin hallarını hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaq üçün lazımi tәdbirlәr görmәdiyindәn, hazırki inzibati xәta haqqında iş üzrә qәrar işin hallarının tam vә hәrtәrәfli şәkildә araşdırılmaması ilә bağlı әsaslı vә qanuni hesab edilә bilmәz. Buna görә dә Xaçmaz Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı lәğv edilmәli vә inzibati xәta haqqında iş yenidәn baxılması üçün Xaçmaz Rayon Mәhkәmәsinә göndәrilmәlidir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1.4-cü maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq bu Mәcәllәnin 135.1.1 vә 135.1.6-cı maddәlәri ilә müәyyәn edilmiş hallarda qәrarın lәğv edilmәsi vә inzibati xәta haqqında işin yenidәn baxılmaq üçün hakimә, sәlahiyyәtli orqana (vәzifәli şәxsә) göndәrilmәsi haqqında qәrar qәbul edilir. Azәrbaycan Respublikası IXM-nin 135.1.1-ci maddәsindә әsasәn hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) gәldiyi nәticәlәr üzrә mühüm әhәmiyyәt kәsb edәn bütün faktiki halların araşdırılmaması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsasdır. Göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1, 134.1.4-cü vә 136-cı maddәlәrini rәhbәr tutaraq mәhkәmә, QƏRARA A L D İ: Apellyasiya şikayәti qismәn tәmin edilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair Xaçmaz Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı lәğv edilsin. Işә yenidәn baxılması üçün material Xaçmaz Rayon Mәhkәmәsinә, yeni mәhkәmә baxışına göndәrilsin. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrar qәtidir, ondan şikayәt vә ya protest verilә bilmәz. Hakim: Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar