Məhkəmə qərarları › İş №3(3-8)-391/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-391/2026

01.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-391/2026 01.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Əhmәdov Elman Mәmmәd oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 571-ci maddәsindә nәzәrdә tutulmuş xәtanı törәtmәkdә tәqsirli bilinib tәnbeh edilmәsinә dair Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDI: Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarı ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 571-ci maddәsindә nәzәrdә tutulmuş xәtanı törәtmәkdә tәqsirli bilinәrәk, 300 (üç yüz) manat mәblәğindә cәrimә edilmişdir (hakim Günel Quluzadә). Işin halları: Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 571-ci maddәsi ilә ##.##.2026-cı il tarixli, MN ******* nömrәli inzibati xәta haqqında protokol tәrtib olunmuşdur ona görә ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ## ##### 2026-ci il tarixdә, saat 07:10-da “BH-3003” bort markalı, “Taxta” tipli, “Yamaha-55/55” mühәrrikli üzmә vasitәsinin müvafiq sәnәdlәri olmadan rәsmilәşdirilmәmiş Siyәzәn rayonunda yerlәşәn Böyük Hәmyә sahil nәzarәt bölmәsinin xidmәti әrazisindә sәrhәd sularında su-sәrhәdboyu rejim qaydalarını pozmuşdur. Protokol baxılması üçün Siyәzәn Rayon Mәhkәmәsinә göndәrilmiş vә mәhkәmә işә baxaraq, yuxarıda qeyd edilәn qәrarı qәbul etmişdir. Şikayətin dəlilləri: Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәti verәrәk, Siyәzәn Rayon Mәhkәmәsinin *(*- ***)-***/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarının lәğv edilmәsini vә iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayәtini onunla әsaslandırmışdır ki, protokol tamamilә qanunsuz vә әsassızdır. Onun mәhkәmә iclasında vermiş olduğu izahatında әslindә hansısa bir şәkildә nәyisә etiraf etmәyi, özünü tәqsirli bilmәyi olmamışdır. Ola bilәr ki, nәyisә “etiraf etmişdir”, ancaq bunu savadsızlığı ilә әlaqәlәndirir, faktiki olaraq mahiyyәtini anlamamışdır. O, balıqçıdır vә kiçik hәcmli balıqçı gәmisini etibarnamә әsasında idarә edir. Qeyd edilәn tarixdә vә saatda bәlkә dә o, Xәzәr dәnizinә daxil olmuşdur, ancaq hәr hansı bir DSX әmәkdaşı ilә rastlaşmamışdır vә eyni zamanda dәnizә daxil olub çıxdıqdan sonra hәr hansı bir şәxslәrlә dә ünsiyyәtdә olmamışdır. Ərazidә xidmәt aparan sәrhәdçilәr tәrәfindәn hәr hansı bir irad eşitmәmişlәr. Bundan әlavә 29 aprel tarixindә hәr hansı bir protokolun tәrtib edilmәsi vә ya tәrtib edilmiş protokolu imzalama vә yaxud da imzalamaqdan imtina etmәk hadisәsi dә baş vermәmişdir. Onun sәrhәd nәzarәtini hәyata keçirәn şәxslәr tәrәfindәn saxlanılmağı faktı isә ümumiyyәtlә baş vermәmişdir. Əgәr belә bir hal baş vermişdirsә, o zaman qeyd edilәn fakt foto vә ya video çәkilişlә sübut qismindә mәhkәmәyә tәqdim edilmәli idi. Bu olmadığı halda isә mәhkәmәnin qәrar vermәsi vә sübut tәqdim edilmәdәn mәhkәmәnin belә bir qәrara gәlmәsi hesab edir ki, doğru deyil. Izahatında göstәrdiyi halların heç biri baş vermәmişdir. Protokol ümumiyyәtlә onun iştirakı ilә tәrtib edilmәmişdir, ona imzalamaq üçün tәqdim edilmәmişdir vә ümumiyyәtlә bununla bağlı ona nәsә deyilmәmişdir. Yalnız Siyәzәn Rayon Mәhkәmәsindәn ona bildiriş gәldiyi halda mәlumatı olmuşdur. Onun dәnizә girib çıxmağı ilә bağlı mәlumat olmasa da, bunu sübut etmәk vәzifәsi mütlәq şәkildә inzibati xәta haqqında protokolu tәrtib edәn orqanın üzәrindәdir. Bununla bağlı zәruri sübut hesab edilә bilәn sәnәdlәr onun hәmin gün dәnizә giriş çıxışını tәsdiqlәyә bilәcәk xüsusi texniki vasitәlәrlә aşkarlanmasını tәqdim edilmәli idi. Ən azından onun hәmin gün hәmin saatda orada olmağını tәsdiq edә bilәcәk hәr hansı bir foto vә video görüntülәr tәqdim edilmәli idi. Heç bir sübut tәqdim edilmәmişdir. Sadәcә inzibati orqan tәrәfindәn qәrәzli şәkildә tәrtib edilmiş protokol vә onun guya hәmin protokolu imzalamaqdan imtina etmәyi vә o cümlәdәn izahat vermәkdәn imtina etmәyi mötәbәr sübut hesab edilә bilmәz. Inzibati orqana üzmә vasitәsinin sәnәdlәri tәqdim edilmişdir. Bununla bağlı inzibati orqan tәrәfindәn zәruri qeydlәr aparılmışdır. Eyni zamanda qeyd edilmiş saatda onun dәnizә girmәyinә dair GPS mәlumatları inzibati orqan tәrәfindәn tәqdim edilmәli idi. Hesab edir ki, tәqdim edilmәmәsi pozuntunun tәsdiqlәmәmәsi vә protokolun qәrәzli olaraq tәrtib edilmәsi anlamına gәlir. DSX әmәkdaşlarının ümumiyyәtlә oturuşmuş praktikası ondan ibarәt olmuşdur ki, sәhәr saatlarında onlar ümumiyyәtlә qeydiyyat aparmırlar. Əmәkdaşlar adәtәn saat 09:00-10:00 radәlәrindә әraziyә gәlirlәr vә mütlәq şәkildә onların dәnizdәn geri qayıtdığı saatlarda hәm girişlәrini, hәm dә çıxışlarını rәsmilәşdirirlәr. Mәhkәmәnin әslindә araşdırmanı dәrindәn aparmamasının әn bariz әsaslarından biri dә mәhz budur ki, mәhkәmә öncәki günlәrin vә ayların giriş-çıxışlarının yoxlanılmasına tәşәbbüs göstәrmәli idi vә hәqiqәtәn dә әmin olmalı idi ki, o, digәr günlәrdә saat neçә radәlәrindә girmiş vә neçәdә çıxmışdır. Ümumiyyәtlә giriş-çıxış pozuntusu niyә mәhz aprel ayında olmuşdur. Ötәn aylarda giriş-çıxışlarda hәr hansı bir pozuntunun aşkarlanmaması onu demәyә әsas verir ki, hәqiqәtәn dә o, düz deyir. Sәrhәd naryadı yalnız, onların dәnizdәn çxıdığı saatı rәsmilәşdirmәklә, giriş saatını mәhz onların demәyinә uyğun vә ya özlәri tәrәfindәn mәqbul hesab edilәn saata uyğun qeyd etmişlәr. Mәhkәmә eyni zamanda müәyyәn etmәyә borclu idi ki, tәrtib edilmiş protokol hәqiqәtәn dә faktiki әsaslara uyğun şәkildә hәqiqәtә әsaslanmaqla dürüstcәsinә tәrtib edilmişdir. Hesab edir ki, mәhkәmәnin gәldiyi qәnaәt vә qәbul etdiyi qәrar әsassız vә әdalәtsizdir. Prosessual məsələlər: Mәhkәmә iclasının vaxtı vә yeri barәdә rәsmi qaydada mәlumat verilmәsinә baxmayaraq, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs vә protokol tәrtib edәn orqan Azәrbaycan Respublikasının Dövlәt Sәrhәd Xidmәtinin Sahil Mühafizәsinin 5-ci Sumqayıt sahil nәzarәti şöbәsinin 30-cu Bğyük Hәmyә sahil nәzarәti bölmәsinin rәisi Nümayәndә mәhkәmә iclasına gәlmәmişlәr vә mәhkәmә şikayәt üzrә mәhkәmә baxışının onların iştirakı olmadan keçirilmәsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә inzibati xәtaya dair işin materiallarını araşdırıb, şikayәtin dәlillәrini iş materialları ilә müqayisәli şәkildә tәdqiq edәrәk hesab edir ki, aşağıda göstәrilәnlәrә әsasәn Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalı, apellyasiya şikayәti tәmin edilmәmәlidir. Belә ki, iş materiallarında olan inzibati xәta haqqında protokoldan vә ona әlavә edilmiş sәnәdlәrdәn görünür ki, ##.##.2026-cı il tarixdә, saat 07:10-da 30-cu (Böyük Hәmyә) sahil nәzarәti bölmәsinin 76-cı yanalma körpüsündә “ÜVR/ƏBQ” sәrhәd naryadı xidmәti tәşkil edәn sәrhәd naryad başçısı-30-cu (Böyük Hәmyә) sahil nәzarәti bölmәsinin rәisi Nümayәndә, sәrhәd naryadı üzvlәri-hәmin bölmәnin nәzarәtçi-sürücüsü R Vüqar Paşayev vә R Elfaq Baxşәlizadә tәrәfindәn “BH-3003” bort markalı, “Taxta” tipli, “Yamaha-55/55” mühәrrikli, 2 nәfәr hәyәt üzvü olan üzmә vasitәsinin müvafiq sәnәdlәri olmadan rәsmilәşdirmәmiş icazәsiz rejim sularına daxil olduqları aşkar edilәrәk aidiyyәti üzrә mәlumat verilmiş, habelә qeyd olunan üzmә vasitәsi saat 10:00-da 76-cı yanlama körpüsünә yan alarkәn sәrhәd naryadları tәrәfindәn saxlanılaraq baxış keçirilmiş, hәmçinin yuxarıda qeyd olunan üzmә vasitәsinin heyәt üzvlәri Siyәzәn rayon sakinlәri ##.##.1973-cü il tәvәllüdlü Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs (AA*******), ##.##.1987-ci il tәvәllüdlü X1 (AA3680079) olması müәyyәn edilmiş vә baxış zamanı qayıqda 3 kisәdә qanunsuz balıqovlama vasitәsi olan sintetik tor aşkar edilmişdir. Ad çәkilәn vәtәndaşlara müvafiq sәnәdlәri olmadan rәsmilәşdirilmiş icazәsiz rejim sularına daxil olduqları vә qanunsuz balıqovlama vasitәsi olan sintetik toru tәhvil vermәlәri izah olunaraq, 30-cu (Böyük Hәmyә) SNB-nә dәvәt olunsalar da, vәtәndaşlar sahil nәzarәti bölmәsinә gәlmәkdәn, yazılı izahat vermәkdәn vә sintetik toru tәhvil vermәkdәn imtina etmişdirlәr. Belәliklә saat 10:40-da sәrhәd rejim qaydalarını pozuqları üçün birtәrәfli qaydada rejim pozucusu qismindә sәnәdlәşdirilmişdir Iş materiallarında olan ## ##### 2026-cı il tarixdә Azәrbaycan Respublikasının Dövlәt Sәrhәd Xidmәtinin Sahil Mühafizәsinin 5-ci Sumqayıt sahil nәzarәti şöbәsinin 30-cu Böyük Hәmyә sahil nәzarәti bölmәsinin әmәkdaşlarının iştirakları ilә tәrtib edilmiş ** nömrәli aktdan görünür ki, ## ##### 2026-cı il tarixdә 30-cu Böyük Hәmyә sahil nәzarәti bölmәsinin xidmәti әrazisindә su-sәrhәd rejim qaydalarını pozmuş Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs vә X1 heç bir әsas gәtirmәdәn barәlәrindә tәrtib olunmuş inzibati xәta haqqında sәnәdlәri imzalamaqdan vә izahat vermәkdәn imtina etmişlәr. Mәhkәmә hesab edir ki, birinci instansiya mәhkәmәsi inzibati icraat üzrә qәrar qәbul edәrkәn iş materiallarını mahiyyәti üzrә tam araşdırmış, inzibati mәsuliyyәtә cәlb edilmәnin әsası olan qanunvericiliyin tәlәblәrinә әsasәn riayәt etmişdir. Göründüyü kimi, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ## ##### 2026-ci il tarixdә, saat 07:10-da “BH-3003” bort markalı, “Taxta” tipli, “Yamaha-55/55” mühәrrikli üzmә vasitәsinin müvafiq sәnәdlәri olmadan rәsmilәşdirilmәmiş Siyәzәn rayonunda yerlәşәn Böyük Hәmyә sahil nәzarәt bölmәsinin xidmәti әrazisindә sәrhәd sularında su-sәrhәdboyu rejim qaydalarını pozmaqla Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 571-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmişdir. Birinci instansiya mәhkәmәsi düzgün olaraq, iş materiallarında olan sübutlar әsasında Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 571-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәsi qәnaәtinә gәlmişdir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 571-ci maddәsinә әsasәn Azәrbaycan Respublikasının sәrhәd sularında, yәni sәrhәd çaylarının, göllәrin vә başqa sututarların, Xәzәr dәnizinin Azәrbaycan Respublikasına mәnsub olan bölmәsindә balıqçılıq, ovçuluq, elmi-tәdqiqat, idman gәmilәrinin, motorlu vә motorsuz başqa gәmilәrin vә digәr üzәn vasitәlәrin qeydiyyata alınması, saxlanması, onların yanalma körpülәrindәn dәniz vә digәr sututarların sularına çıxması, orada olması, üzmәsi vә geri qayıtması qaydalarının pozulmasına, göstәrilәn sularda icazә olmadan vә ya belә icazә olduqda, lakin müәyyәn edilmiş qaydaları pozmaqla ovçuluq (balıqçılıq), tәdqiqat vә axtarış fәaliyyәtinin hәyata keçirilmәsinә görә -gәmi vә ya digәr üzәn vasitә müsadirә edilmәklә vә ya edilmәmәklә fiziki şәxslәr iki yüz әlli manatdan üç yüz әlli manatadәk mәblәğdә, vәzifәli şәxslәr dörd yüz әlli manatdan altı yüz әlli manatadәk mәblәğdә cәrimә edilir. Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin ## ####### 1992-ci il tarixli, *** nömrәli Qәrarı ilә tәsdiq edilmiş Azәrbaycan Respublikası әrazi vә daxili sularında özü hәrәkәt edәn vә özü hәrәkәt etmәyәn üzmә vasitәlәrin saxlanılması Qaydalarının (* nömrәli әlavә) 12-ci bәndinә әsasәn turistlәrin vә idmançıların dәnizә çıxmasına günün işıqlı vaxtında sәrhәd mühafizәsi orqanlarının verdiyi buraxılış әsasında qeydiyyatdan keçmiş özü hәrәkәt edәn vә özü hәrәkәt etmәyәn üzmә vasitәlәrdә, qaranlıq düşәnә qәdәr müәyyәn olunmuş körpüyә vә baza mәntәqәsinә qayıtmaq şәrtilә icazә verilir. Sahildәn 2 milә qәdәr aralanmaqla dәnizә çıxmağa icazә verilir. Hәmin Qaydaların 13-cü bәndinә әsasәn gecә-gündüz, gündәlik balıq tutma ilә mәşğul olan rejim sularında digәr işlәri görmәyә sәrhәd mühafizәsi orqanlarının razılığı ilә, yalnız üzmә vasitәsi yola düşәrkәn mәlumat verildiyi hallarda yol verilir. Ov rayonunun dәyişilmәsi haqqında üzmә vasitәsinin Rı (böyük briqadir) yaxındakı sәrhәd bölmәsinә, yaxud sәrhәd qayığına vaxtında mәlumat verilmәlidir. 10 millik tәnzimlәnәn balıqçılıq zonasının hüdudundan o yana gündәlik balıq ovuna çıxmaq haqqında tәşkilatlar sәrhәd mühafizәsi orqanlarına vaxtında mәlumat verirlәr. Çoxgünlük balıq ovuna çıxan bütün balıqçı üzmә vasitәlәri (üzmә vasitәsi qrupu) lazımi rabitә vasitәlәrilә tәmin olunmalıdırlar. “Azәrbaycan Respublikasının dövlәt sәrhәdi haqqında” Qanununun 25-ci maddәsinin İ bәndinә әsasәn Azәrbaycan Respublikasının sәrhәdboyu zonasında yerlәşәn әrazi vә daxili sularına, habelә oradakı adalara sәrhәd mühafizә orqanları nәzarәt edir. Sözügedәn Qanunun 25-ci maddәsinin VII bәndinә әsasәn dәnizә vә sәrhәdboyu çayların, çöllәrin başqa sututarların sularına çıxmağa qeydә alınmış mühәrrikli vә mühәrriksiz üzmә vasitәlәrindә, yalnız günün işıqlı vaxtında, sәrhәd mühafizә orqanlarının verdiyi vәsiqәlәr üzrә, tәyin edilmiş yanalma körpülәrinә vә yerlәşmә mәntәqәlәrinә qaranlıq düşәnәdәk qayıtmaq şәrti ilә yol verilir. Hәmin Qanunun 25-ci maddәsinin 7-1-ci bәndinә әsasәn bu maddәnin 2-ci bәndinin dördüncü abzası vә 7-ci bәndi nәzәrә alınmaqla, dәnizә çıxarkәn balıqçılıq tәyinatlı mühәrrikli kiçik hәcmli gәmilәrlә sahildәn on dәniz milinәdәk, digәr üzmә vasitәlәri ilә isә sahildәn iki dәniz milinәdәk uzaqlaşmağa yol verilir. “Sәrhәd mühafizә orqanları” haqqında Azәrbaycan Respublikasının Qanununun 4-cü maddәsinin İ vә VII bәndlәrinә әsasәn sәrhәd mühafizә orqanları dövlәt sәrhәdini qanunla müәyyәnlәşdirilmiş qaydada mühafizә edir, öz sәlahiyyәti hәddindә qanunla müәyyәn edilmiş Dövlәt sәrhәd rejiminә, sәrhәdboyu rejimә (o cümlәdәn sәrhәd sularında) vә Dövlәt sәrhәdinin buraxılış mәntәqәlәrindәki rejimә әmәl olunmasını tәmin edir. Bu Qanunun 8-ci maddәsinә әsasәn sәrhәd mühafizә orqanlarının vәzifәli şәxslәri Azәrbaycan Respublikasının inzibati qanunvericiliyi ilә nәzәrdә tutulmuş sәlahiyyәtlәr hәddindә Dövlәt sәrhәd rejiminә, sәrhәdboyu rejimә (o cümlәdәn sәrhәd sularında) vә Dövlәt sәrhәdinin buraxılış mәntәqәlәrindәki rejimә qәsd edәn inzibati xәtalar barәdә işlәr üzrә icraatı hәyata keçirir. Hәmin Qanunun 19-cu maddәsinә әsasәn sәrhәd zastavası, sәrhәd nәzarәti bölmәsi, sәrhәd gәmisi (kateri), radiotexniki post, sahil nәzarәti bölmәsi, sәrhәd hava gәmisi, әmәliyyataxtarış orqanının bölmәsi, sәrhәd mühafizә orqanlarının sahә müvәkkili Dövlәt sәrhәdinin bilavasitә mühafizәsini hәyata keçirәn әsas bölmәlәrdir vә qanunla sәlahiyyәt verilmiş vәzifәli şәxslәrdәn başqa heç kim onların xidmәti vә tәsәrrüfat fәaliyyәtinә qarışa bilmәz. Hәmin Qanunun 23-1-ci maddәsinә әsasәn müvafiq icra hakimiyyәti orqanının sahil mühafizәsinin sahil nәzarәti bölmәsi sәrhәd sularında sәrhәdboyu rejimә (üzmә vasitәlәrinin qeydiyyata alınması, onların yanalma körpülәrindәn dәniz vә digәr sututarların sularına çıxma vә qayıtma qaydalarına) әmәl olunmasına nәzarәti hәyata keçirir. Sahil nәzarәti bölmәsinә sıra nömrәsi verilir. Müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilәn istiqamәtlәr üzrә sahil nәzarәti bölmәsinin tәrkibindә texnikimüşahidә mәntәqәsi yaradılır. Azәrbaycan Respublikası IXM-nin 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olubolmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. Apellyasiya mәhkәmәsi hesab edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn AR IXM-nin 571-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsi barәdә birinci instansiya mәhkәmәsinin qәnaәti әsaslı olmuşdur. Ona görә dә, mәhkәmә hesab edir ki, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs birinci instansiya mәhkәmәsinin qәrarının lәğv edilmәsi vә iş üzrә icraata xitam verilmәsinә dair apellyasiya şikayәtinin dәlillәri әsassızdır. Mәhkәmә eyni zamanda Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә tәtbiq edilmiş inzibati tәnbehin әsaslılığını müzakirә edәrәk aşağıdakıları nәzәrә alır. Azәrbaycan Respublikası IXM-nin 21 vә 31.1-ci maddәlәrinә әsasәn inzibati tәnbeh inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır vә bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. Hәmin Mәcәllәnin 31.2-ci maddәsinә әsasәn fiziki şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, xәtanın xarakteri, inzibati xәta törәdәn şәxsin şәxsiyyәtini xarakterizә edәn hallar, onun tәqsirinin dәrәcәsi, әmlak vәziyyәti, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. Qәrardan görünür ki, birinci instansiya mәhkәmәsi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә inzibati tәnbeh tәtbiq edәrkәn mәsuliyyәtini yüngüllәşdirәn hallar müәyyәn etmәmiş, inzibati xәtanın bir qrup şәxs tәrәfindәn törәdilmәsini isә IXM-nin 33.1.5-ci maddәsinә әsasәn mәsuliyyәtini ağırlaşdıran hal kimi nәzәrә almışdır. Mәhkәmә hesab edir ki, birinci instansiya mәhkәmәsi düzgün olaraq, törәdilmiş inzibati xәtanın xarakterini, inzibati xәta törәdәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs şәxsiyyәtini, qeyd edilәn xәtanın bir qrup şәxs tәrәfindәn törәdilmәsini, onun Azәrbaycan Respublikasının sәrhәd sularında, yәni Xәzәr dәnizinin Azәrbaycan Respublikasına mәnsub olan bölmәsindә yanalma körpüsündәn icazәsiz vә rәsmi sәnәdi olmadan dәniz sularına çıxaraq su-sәrhәd rejim qaydalarını pozmasını, bu әmәli ilә özünü cәmiyyәtin vә ictimaiyyәtin fövqündә qoyaraq, başqalarından әsaslı surәtdә fәrqlәndirәrәk, müstәsna şәxsiyyәt olduğunu göstәrmәsini, hüquq pozuntusuna meylli olmasını, tәqsirinin dәrәcәsini, әmlak vәziyyәtini, hәmçinin mәsuliyyәtini ağırlaşdıran halların mövcudluğunu nәzәrә alaraq, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs IXM-nin 571-ci maddәsinin sanksiyasında nәzәrdә tutulan, cәrimә növündә inzibati tәnbeh tәtbiq edilmәsini qanuni vә әdalәtli hesab etmiş, bundan әlavә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs dolanacaq mәnbәyi balıqçılıq fәaliyyәti olduğundan, hәmçinin inzibati xәta haqqında iş materiallarında inzibati xәtanın bilavasitә obyekti olmuş predmetin onun xüsusi mülkiyyәtindә olmasını sübut edәcәk mötәbәr sübut mövcud olmadığından, üzmә vasitәsinin müsadirәsini mәqsәdәmüvafiq hesab etmәmişdir. Azәrbaycan IXM-nin 134.1, 134.1.1-ci maddәlәrinә әsasan inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxıldıqda, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә protestin tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Yuxarıda qeyd olunanlara mәcmu halında qiymәt verәrәk mәhkәmә hesab edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs AR IXM-nin 571-ci maddәsindә nәzәrdә tutulmuş xәtanı törәtmәkdә tәqsirli bilinәrәk, tәnbeh edilmәsinә dair birinci instansiya mәhkәmәsinin qәrarı qanuni vә әsaslıdır. Ona görә dә, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinin dәlillәri Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarının lәğv edilmәsi üçün әsas bilmәz. Odur ki, apellyasiya şikayәti tәmin edilmәdәn, Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Göstәrilәnlәrә әsasәn IXM-nin 134.1.1, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar