Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-396/2026 30.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Mәmmәdov Bilal Mahir oğlunun sәdrliyi, Nabalıyeva Aynur Akif qızının katibliyi, Barәsindә inzibati xәta haqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs, Azәrbaycan Respublikasının Dövlәt Sәrhәd Xidmәtinin Sahil Mühafizәsinin 5-ci Sumqayıt sahil nәzarәti şöbәsinin 30-cu (Böyük Hәmyә) sahil nәzarәti bölmәsinin rәisi X1 iştirakları ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikasının IXM-nin 571-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDI: Azәrbaycan Respublikasının Dövlәt Sәrhәd Xidmәtinin Sahil Mühafizәsi tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının IXM-nin 571ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәsi ilә bağlı tәrtib olunmuş ## ##### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrәli inzibati xәta haqqında protokol vә ona әlavә edilmiş sәnәdlәr baxılması üçün Siyәzәn Rayon Mәhkәmәsinә göndәrilmişdir. Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarı (hakim Günel Quluzadә) ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 571-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәrәk, 300 (üç yüz) manat mәblәğindә cәrimә edilmәsi qәrara alınmışdır. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs qәrardan apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilmәsini, inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, barәsindә tәrtib edilmiş protokol tamamilә qanunsuz vә әsassızdır. Onun mәhkәmә iclasında vermiş olduğu izahatında әslindә hansısa bir şәkildә nәyisә etiraf etmәsi, özünü tәqsirli bilmәsi olmamışdır. Ola bilәr ki, nәyisә "etiraf etmişdir", ancaq bunu savadsızlığı ilә әlaqәlәndirmişdir vә faktiki olaraq mahiyyәtini anlamamışdır. O, balıqçıdır vә kiçikhәcmli gәmini etibarnamә әsasında idarә edir. Qeyd edilәn tarixdә vә saatda bәlkә dә o, Xәzәr dәnizinә daxil olmuşdur, ancaq hәr hansı bir DSX әmәkdaşı ilә rastlaşmamışdır vә eyni zamanda dәnizә daxil olub çıxdıqdan sonra hәr hansı bir şәxslәrlә dә ünsiyyәtdә olmamışdır. Ərazidә xidmәt aparan sәrhәdçilәr tәrәfindәn hәr hansı bir irad eşitmәmişdirlәr. Bundan әlavә, 22 aprel tarixindә qayığın sәnәdlәri tam qaydasında olmuşdur vә bütün dövlәt qurumları tәrәfindәn rәsmi şәkildә icazә sәnәdlәri mövcud olmuşdur. Eyni zamanda, qeyd edilәn tarixdә vә saatda hәr hansı bir protokolun tәrtib edilmәsi, vә ya tәrtib edilmiş protokolu imzalama, vә yaxud da imzalamaqdan imtina etmәk hadisәsi dә baş vermәmişdir. O, sәrhәd nәzarәtini hәyata keçirәn şәxslәr tәrәfindәn saat 14:15-dә SNB әmәkdaşları tәrәfindәn saxlanılmamışdır vә ona hәr hansı bir mәsәlә barәsindә mәlumat verilmәmişdir. Ümumiyyәtlә, tabesizlik olmamışdır. Əgәr belә bir hal baş vermişdirsә, o zaman qeyd edilәn fakt foto vә ya video çәkilişlә sübut qismindә mәhkәmәyә tәqdim edilmәli idi. Bu olmadığı halda isә mәhkәmәnin qәrar vermәsi vә sübut tәqdim edilmәdәn mәhkәmәnin belә bir qәrara gәlmәsi hesab edir ki, doğru hesab edilә bilmәz. Qeyd edilәn halların heç biri baş vermәmişdir. Protokol ümumiyyәtlә onun iştirakı ilә tәrtib edilmәmişdir, ona imzalamaq üçün tәqdim edilmәmişdir vә bununla bağlı ona nәsә deyilmәmişdir. Onun yalnız Siyәzәn Rayon Mәhkәmәsindәn bildiriş gәldiyi halda mәlumatı olmuşdur. Inzibati orqana üzmә vasitәsinin sәnәdlәri tәqdim edilmişdir. Bununla bağlı inzibati orqan tәrәfindәn zәruri qeydlәr aparılmışdır. Eyni zamanda, qeyd edilmiş saatda onun dәnizә girmәyinә dair GPS mәlumatları inzibati orqan tәrәfindәn tәqdim edilmәli idi. Mәhkәmәnin gәldiyi qәnaәt vә qәbul etdiyi qәrar әsassız vә әdalәtsizdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Apellyasiya mәhkәmәsinin iclasında iştirak edәn barәsindә inzibati xәta haqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәtini müdafiә edәrәk şikayәtinin tәmin edilmәsini xahiş etmişdir. Apellyasiya mәhkәmәsinin iclasında iştirak edәn inzibati xәta haqqında protokolu tәrtib etmiş şәxs X1 bildirdi ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs dәniz mili mәsafәsini vә tәyin olunmuş rejim vaxtını keçmәklә su-sәrhәd rejim qaydalarını pozmaqla Azәrbaycan Respublikasının IXM-nin 571-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmişdir. Odur ki, apellyasiya şikayәtinin tәmin edilmәmәsini xahiş edir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri ilә bağlı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, qәrar dәyişdirilmәdәn saxlanılmalıdır. Apellyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. Belә ki, inzibati xәta haqqında protokoldan vә ona әlavә edilmiş sәnәdlәrdәn görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ## ##### 2026-cı il tarixdә, saat 07:44 radәlәrindә Azәrbaycan Respublikasının sәrhәd sularından, yәni Xәzәr dәnizinin Azәrbaycan Respublikasına mәnsub olan Siyәzәn rayonu әrazisindә yerlәşәn Böyük Hәmyә sahil nәzarәt bölmәsinin xidmәti әrazisindәn (76-cı yanalma körpüsündәn) "BH-2804" bort markalı, "Taxta" tipli, "Yamaha-115/115" mühәrrikli üzmә vasitәsilә dәnizә çıxaraq, müvafiq sәnәdlәri olmadan rәsmilәşdirilmәmiş icazәsiz rejim sularına daxil olmuş vә bununla da su-sәrhәdboyu rejim qaydalarını pozmuşdur. Azәrbaycan Respublikası IXM-nin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. Inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir (Inzibati Xәtalar Mәcәllәsinin 48-ci maddәsi). Inzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәrçәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir (IXM-nin 76.1-ci maddәsi). Hәmin Mәcәllәnin 84.1-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәrә baxan hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) işin bütün hallarının mәcmusunun hәrtәrәfli, tam vә obyektiv surәtdә baxılmasına әsaslanan öz daxili inamı ilә sübutları qiymәtlәndirir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 571-ci maddәsinin mәzmununa görә Azәrbaycan Respublikasının sәrhәd sularında, yәni sәrhәd çaylarının, göllәrin vә başqa sututarların, Xәzәr dәnizinin Azәrbaycan Respublikasına mәnsub olan bölmәsindә balıqçılıq, ovçuluq, elmi-tәdqiqat, idman gәmilәrinin, motorlu vә motorsuz başqa gәmilәrin vә digәr üzәn vasitәlәrin qeydiyyata alınması, saxlanması, onların yanalma körpülәrindәn dәniz vә digәr sututarların sularına çıxması, orada olması, üzmәsi vә geri qayıtması qaydalarının pozulmasına, göstәrilәn sularda icazә olmadan vә ya belә icazә olduqda, lakin müәyyәn edilmiş qaydaları pozmaqla ovçuluq (balıqçılıq), tәdqiqat vә axtarış fәaliyyәtinin hәyata keçirilmәsinә görә — gәmi vә ya digәr üzәn vasitә müsadirә edilmәklә vә ya edilmәmәklә fiziki şәxslәr iki yüz әlli manatdan üç yüz әlli manatadәk mәblәğdә cәrimә edilir. Apellyasiya Mәhkәmәsi şikayәtin dәlillәri ilә razılaşmır. Belә ki, inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan ibarәtdir. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәtindә әmәlindә inzibati xәta tәrkibinin olmadığını, dәnizә qayda pozuntusu olmadan girib-çıxdığını bildirsә dә, iş materiallarında toplanmış sübutlar bunu tәkzib edir vә onun әmәlini tam sübuta yetirir. Belә ki, iş materiallarında olan sәnәdlәrdәn, o cümlәdәn ## ##### 2026-cı il tarixli materiallardan görünür ki, hәmin tarixdә saat 07:44 radәlәrindә Siyәzәn rayonunda yerlәşәn Böyük Hәmyә sahil nәzarәt bölmәsinin xidmәti әrazisindә (76-cı yanalma körpüsündә) xidmәt aparan sәrhәd naryadı tәrәfindәn "BH-2804" bort markalı, "Taxta" tipli üzmә vasitәsinin müvafiq sәnәdlәri olmadan rәsmilәşdirilmәmiş icazәsiz rejim sularına daxil olduğu aşkar edilmişdir. Saat 14:15-dә körpüyә yan alarkәn saxlanılan üzmә vasitәsinә baxış keçirilәrkәn onun heyәt üzvü olan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs vә digәrlәrinin su-sәrhәdboyu rejim qaydalarını pozduqları müәyyәn edilmişdir. Şәxslәrin rәsmi izahat vermәkdәn, sәnәdlәri imzalamaqdan vә bölmәyә gәlmәkdәn imtina etmәsi sәbәbindәn, Sahil Mühafizәsinin әmәkdaşlarının iştirakı ilә ## ##### 2026-cı il tarixli ** nömrәli akt tәrtib edilәrәk sәnәdlәşmә qanunvericiliyin tәlәblәrinә uyğun olaraq birtәrәfli qaydada tamamlanmışdır. Müәyyәn edilmişdir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs әmәlindә IXMnin 571-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın tәrkibi mövcuddur. Birinci instansiya mәhkәmәsi inzibati tәnbeh tәtbiq edәrkәn xәtanın xarakterini, onun bir qrup şәxs tәrәfindәn törәdilmәsini (ağırlaşdırıcı hal kimi), tәqsirkarın şәxsiyyәtini vә әmlak vәziyyәtini düzgün qiymәtlәndirmiş, ona sanksiya daxilindә 300 (üç yüz) manat mәblәğindә inzibati cәrimә tәnbehi tәtbiq etmәklә qanuni nәticәyә gәlmişdir. Eyni zamanda, adıçәkilәn şәxsin dolanacaq mәnbәyinin mәhz balıqçılıq fәaliyyәti olması vә üzmә vasitәsinin onun xüsusi mülkiyyәtindә olmasını tәsdiq edәn mötәbәr sübutların olmaması әsası ilә "BH-2804" bort markalı üzmә vasitәsinin müsadirә edilmәmәsi dә tamamilә mәqsәdәmüvafiq vә әdalәtlidir. Hәmçinin, birinci instansiya mәhkәmәsi tәrәfindәn işә baxılarkәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs mәhkәmә iclasında şәxsәn iştirakı tәmin edilmişdir. O, mәhkәmә iclasında özünü IXM-nin 571-ci maddәsi ilә tәqsirli bilәrәk izahat vermişdir. Bu sәbәbdәn onun sonradan apellyasiya şikayәtindә irәli sürdüyü dәlillәr tamamilә әsassızdır vә iş materialları ilә ziddiyyәt tәşkil edir. Birinci instansiya mәhkәmәsi şәxsin barәsindә inzibati qaydada tәnbeh tәtbiq edilmәsi ilә bağlı bütün halların hәrtәrәfli, tam vә obyektiv araşdırılmasını tәmin etmiş, qanuni üsullarla toplanmış sübutları tam araşdırmaqla Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәnbeh olunan әmәli törәtmәsinә dair işin faktiki hallarına uyğun olan düzgün nәticәyә gәlmişdir. Mәhkәmә onun hәmin әmәlini Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 571ci maddәsi ilә düzgün qiymәtlәndirәrәk, maddәnin sanksiyası daxilindә (300 manat cәrimә tәtbiq etmәklә vә dolanacaq mәnbәyi balıqçılıq olduğu üçün gәmini müsadirә etmәmәklә) әdalәtli tәnbeh növü tәtbiq etmişdir. Işin faktiki halları vә әmәlin hüquqi tövsifinә dair gәlinәn nәticә qanuni vә әsaslıdır. Apellyasiya şikayәtinin dәlillәri әmәldә inzibati xәta tәrkibinin olmaması vә inzibati tәnbeh tәtbiq edilmәsi barәdә qәrarın lәğv edilmәsi üçün әsas ola bilmәz. Konstitusiya Mәhkәmәsinin Plenumu, hәmçinin apellyasiya instansiyası mәhkәmәlәrinin diqqәtini ona cәlb etmәyi lazım bilir ki, onlar birinci instansiya mәhkәmәsinin faktlar nöqteyi nәzәrindәn qanuni vә әsaslı, mahiyyәt üzrә düzgün olan qәrarının yalnız formal mülahizәlәrә görә lәğv edilmәsindәn çәkinmәlidirlәr (Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2019-cu il tarixli Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 38.1 vә 430.4-cü maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair Qәrarı). Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Belәliklә apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikasının IXM-nin 571-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası IXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Apellyasiya şikayәti tәmin edilmәsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikasının IXM-nin 571-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Azәrbaycan Respublikası IXM-nin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrar qәtidir, ondan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz. Hakim Bilal Məmmədov
Məhkəmə qərarları › İş №3(3-8)-396/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-396/2026
30.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver