Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-397/2026 30.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Mәmmәdov Bilal Mahir oğlunun sәdrliyi, Nabalıyeva Aynur Akif qızının katibliyi, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs iştirakı ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 571-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azәrbaycan Respublikasının Dövlәt Sәrhәd Xidmәtinin Sahil Mühafizәsi tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının İXM-nin 571ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәsi ilә bağlı tәrtib olunmuş ## ##### 2026cı il tarixli, MN seriyalı ******* nömrәli inzibati xәta haqqında protokol vә ona әlavә edilmiş sәnәdlәr baxılması üçün Siyәzәn Rayon Mәhkәmәsinә göndәrilmişdir. Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarı ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İXM-nin 571-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәrәk, 330 (üç yüz otuz) manat mәblәğindә cәrimә edilmәsi qәrara alınmışdır (hakim Bәylәr Əlәkbәrov). Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs qәrardan apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilmәsini, inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, barәsindә tәrtib edilmiş protokol tamamilә qanunsuz vә әsassızdır. Mәhkәmә iclasında vermiş olduğu izahatında әslindә hansısa bir şәkildә nәyisә etiraf etmәsi, özünü tәqsirli bilmәsi olmamışdır. Ola bilәr ki, o, nәyisә "etiraf etmişdir", ancaq bunu savadsızlığı ilә әlaqәlәndirmişdir vә faktiki olaraq mahiyyәtini anlamamışdır. Bildirir ki, o, balıqçıdır vә kiçik hәcmli gәmini etibarnamә әsasında idarә edir. Qeyd edilәn tarixdә vә saatda bәlkә dә o, Xәzәr dәnizinә daxil olmuşdur, ancaq hәr hansı bir DSX әmәkdaşı ilә rastlaşmamışdır vә eyni zamanda dәnizә daxil olub çıxdıqdan sonra hәr hansı bir şәxslәrlә dә ünsiyyәtdә olmamışdır. Ərazidә xidmәt aparan sәrhәdçilәr tәrәfindәn hәr hansı bir irad eşidilmәmişdir. 6 әdәd kisәdә olan sintetik torlar özünә aid olmuşdur vә o, toru dәnizdәn toplamışdır. Bundan әlavә 25 aprel tarixindә qayığın sәnәdlәri tam qaydasında olmuşdur vә bütün dövlәt qurumları tәrәfindәn rәsmi şәkildә icazә sәnәdlәri mövcud olmuşdur. Eyni zamanda qeyd edilәn tarixdә vә saatda hәr hansı bir protokolun tәrtib edilmәsi, vә ya tәrtib edilmiş protokolu imzalama vә yaxud da imzalamaqdan imtina etmәk hadisәsi dә baş vermәmişdir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs saat 14:15-dә sәrhәd nәzarәtini hәyata keçirәn SNB әmәkdaşları tәrәfindәn saxlanılmamışdır vә ona hәr hansı bir mәsәlә barәsindә mәlumat verilmәmişdir. Protokol ümumiyyәtlә onun iştirakı ilә tәrtib edilmәmişdir, ona imzalamaq üçün tәqdim edilmәmişdir vә bununla bağlı ona nәsә deyilmәmişdir. Onun yalnız Siyәzәn rayon Mәhkәmәsindәn bildiriş gәldiyi vaxt mәlumatı olmuşdur. Heç bir sübut olmadan sadәcә inzibati orqan tәrәfindәn qәrәzli şәkildә tәrtib edilmiş protokol vә onun guya hәmin protokolu imzalamaqdan imtina etmәsi vә o cümlәdәn izahat vermәkdәn imtina etmәsinә dair inzibati orqanın әmәkdaşları tәrәfindәn aktın tәrtib edilmәklә mәhkәmәyә tәqdim edilmәsi mötәbәr sübut hesab edilә bilmәz. İnzibati orqana üzmә vasitәsinin sәnәdlәri tәqdim edilmişdir. Bununla bağlı inzibati orqan tәrәfindәn zәruri qeydlәr aparılmışdır. Eyni zamanda qeyd edilmiş saatda Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs dәnizә girmәsinә dair GPS mәlumatları inzibati orqan tәrәfindәn tәqdim edilmәli idi. Mәhkәmә öncәki günlәrin vә ayların giriş-çıxışlarının yoxlanılmasını tәşәbbüs göstәrmәli idi vә hәqiqәtәn dә әmin olmalı idi ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs digәr günlәrdә saat neçә radәlәrindә girmişdir vә neçәdә dә çıxmışdır. Ümumiyyәtlә giriş-çıxış pozuntusu niyә mәhz aprel ayında olmuşdur. Ötәn aylarda giriş-çıxışlarda hәr hansı bir pozuntunun aşkarlanmaması onu demәyә әsas verir ki, hәqiqәtәn dә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs düz deyir. Sәrhәd naryadı yalnız, dәnizdәn çıxılan saatı rәsmilәşdirmәklә, giriş saatını mәhz dәnizçilәrin demәyinә uyğun vә ya özlәri tәrәfindәn mәqbul hesab edilәn saata uyğun qeyd etmişdir. Mәhkәmә eyni zamanda müәyyәn etmәli idi ki, tәrtib edilmiş protokol hәqiqәtәn dә faktiki әsaslara uyğun şәkildә hәqiqәtә әsaslanmaqla tәrtib edilmişdir. Hesab edilir ki, mәhkәmәnin gәldiyi qәnaәt vә qәbul etdiyi qәrar әsassız vә әdalәtsizdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Apellyasiya instansiyası mәhkәmәsindә iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәtinin dәlillәrinә uyğun çıxış edәrәk şikayәtin tәmin edilmәsini xahiş etmişdir. Mәhkәmә iclasının vaxtı vә yeri barәdә mәlumat verilmәsinә baxmayaraq Azәrbaycan Respublikasının Dövlәt Sәrhәd Xidmәtinin Sahil Mühafizәsinin nümayәndәsi mәhkәmә iclasına gәlmәmişdir. Mәhkәmә onun iştirakı olmadan mәhkәmә iclasının keçirilmәsini mümkün hesab etmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri ilә bağlı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, qәrar dәyişdirilmәdәn saxlanılmalıdır. Apellyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. Belә ki, inzibati xәta haqqında protokoldan vә ona әlavә edilmiş sәnәdlәrdәn görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ## ##### 2026-cı il tarixdә, saat 10:15 radәlәrindә Azәrbaycan Respublikasının sәrhәd sularından, yәni Xәzәr dәnizinin Azәrbaycan Respublikasına mәnsub olan Siyәzәn rayonunun Zarat kәndi әrazisindәn, 30-cu SNB-nin 76-cı yanalma körpüsündәn "BH-2804" bort nömrәli, "Taxta" tipli, "Yamaha-115" mühәrrikli üzmә vasitәsilә icazә olmadan dәnizә çıxaraq, su-sәrhәd rejim qaydalarını pozmuşdur. Azәrbaycan Respublikası İXM-nin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. İnzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir (İnzibati Xәtalar Mәcәllәsinin 48-ci maddәsi). İnzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәrçәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir (İXM-nin 76.1-ci maddәsi). İnzibati xәtalar haqqında işlәrә baxan hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) işin bütün hallarının mәcmusunun hәrtәrәfli, tam vә obyektiv surәtdә baxılmasına әsaslanan öz daxili inamı ilә sübutları qiymәtlәndirir (İXM-nin 84.1-ci maddәsi). Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 571-ci maddәsinin mәzmununa görә Azәrbaycan Respublikasının sәrhәd sularında, yәni sәrhәd çaylarının, göllәrin vә başqa sututarların, Xәzәr dәnizinin Azәrbaycan Respublikasına mәnsub olan bölmәsindә balıqçılıq, ovçuluq, elmi-tәdqiqat, idman gәmilәrinin, motorlu vә motorsuz başqa gәmilәrin vә digәr üzәn vasitәlәrin qeydiyyata alınması, saxlanması, onların yanalma körpülәrindәn dәniz vә digәr sututarların sularına çıxması, orada olması, üzmәsi vә geri qayıtması qaydalarının pozulmasına, göstәrilәn sularda icazә olmadan vә ya belә icazә olduqda, lakin müәyyәn edilmiş qaydaları pozmaqla ovçuluq (balıqçılıq), tәdqiqat vә axtarış fәaliyyәtinin hәyata keçirilmәsinә görә — gәmi vә ya digәr üzәn vasitә müsadirә edilmәklә vә ya edilmәmәklә fiziki şәxslәr iki yüz әlli manatdan üç yüz әlli manatadәk mәblәğdә cәrimә edilir. Apellyasiya Mәhkәmәsi qeyd edir ki, inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan ibarәtdir. Apellyasiya Mәhkәmәsi şikayәtin dәlillәri ilә razılaşmır. Belә ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәtindә әmәlindә inzibati xәta tәrkibinin olmadığını, dәnizә qayda pozuntusu olmadan girib-çıxdığını, protokolun onun iştirakı olmadan әsassız tәrtib edildiyini bildirsә dә, iş materiallarında toplanmış sübutlar bunu tәkzib edir vә onun әmәlini tam sübuta yetirir. İş materiallarından görünür ki, hәmin tarixdә saat 10:15 radәlәrindә Siyәzәn rayonunun Zarat kәndi әrazisindә yerlәşәn 30-cu SNB-nin xidmәti әrazisindә (76-cı yanalma körpüsündә) xidmәt aparan sәrhәd naryadı tәrәfindәn "BH-2804" bort nömrәli, "Taxta" tipli, "Yamaha-115" mühәrrikli üzmә vasitәsinin müvafiq sәnәdlәri olmadan, rәsmilәşdirilmәmiş vә icazәsiz şәkildә rejim sularına daxil olduğu aşkar edilmişdir. Körpüyә yan alarkәn saxlanılan üzmә vasitәsinә baxış keçirilәrkәn heyәt üzvü olan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs vә digәrlәrinin su-sәrhәdboyu rejim qaydalarını pozduqları müәyyәn edilmişdir. Şәxslәrin rәsmi izahat vermәkdәn, sәnәdlәri imzalamaqdan vә bölmәyә gәlmәkdәn imtina etmәsi sәbәbindәn, Sahil Mühafizәsinin әmәkdaşlarının iştirakı ilә ## ##### 2026-cı il tarixli akt tәrtib edilәrәk sәnәdlәşmә qanunvericiliyin tәlәblәrinә uyğun olaraq birtәrәfli qaydada tamamlanmışdır. Hәmçinin, birinci instansiya mәhkәmәsi tәrәfindәn işә baxılarkәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs mәhkәmә iclasında şәxsәn iştirakı tәmin edilmişdir. O, mәhkәmә iclasında özünü İXM-nin 571-ci maddәsi ilә tәqsirli bilәrәk xәtanın protokolda vә sәlahiyyәtli şәxsin izahatında göstәrildiyi kimi baş verdiyini şәxsәn etiraf etmiş vә izahat vermişdir. Bu sәbәbdәn onun sonradan apellyasiya şikayәtindә irәli sürdüyü dәlillәr tamamilә әsassızdır vә iş materialları ilә ziddiyyәt tәşkil edir. Birinci instansiya mәhkәmәsi şәxsin barәsindә inzibati qaydada tәnbeh tәtbiq edilmәsi ilә bağlı bütün halların hәrtәrәfli, tam vә obyektiv araşdırılmasını tәmin etmiş, qanuni üsullarla toplanmış sübutları tam araşdırmaqla Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәnbeh olunan әmәli törәtmәsinә dair işin faktiki hallarına uyğun olan düzgün nәticәyә gәlmişdir. Mәhkәmә onun әmәlini Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 571-ci maddәsi ilә düzgün qiymәtlәndirәrәk, maddәnin sanksiyası daxilindә (330 manat cәrimә tәtbiq etmәklә vә dolanacaq mәnbәyi balıqçılıq olduğu üçün gәmini müsadirә etmәmәklә) әdalәtli tәnbeh növü tәtbiq etmişdir. İşin faktiki halları vә әmәlin hüquqi tövsifinә dair gәlinәn nәticә qanuni vә әsaslıdır. Apellyasiya şikayәtinin dәlillәri әmәldә inzibati xәta tәrkibinin olmaması vә inzibati tәnbeh tәtbiq edilmәsi barәdә qәrarın lәğv edilmәsi üçün әsas ola bilmәz. Konstitusiya Mәhkәmәsinin Plenumu, hәmçinin apellyasiya instansiyası mәhkәmәlәrinin diqqәtini ona cәlb etmәyi lazım bilir ki, onlar birinci instansiya mәhkәmәsinin faktlar nöqteyi nәzәrindәn qanuni vә әsaslı, mahiyyәt üzrә düzgün olan qәrarının yalnız formal mülahizәlәrә görә lәğv edilmәsindәn çәkinmәlidirlәr (Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2019-cu il tarixli Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 38.1 vә 430.4-cü maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair Qәrarı). Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Belәliklә, apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikasının İXM-nin 571-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Apellyasiya şikayәti tәmin edilmәsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikasının İXM-nin 571-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Azәrbaycan Respublikası İXM-nin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrar qәtidir, ondan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz. Hakim Bilal Məmmədov
Məhkəmə qərarları › İş №3(3-8)-397/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-397/2026
30.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver