Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-405/2026 02.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, Abdullayeva Naibə İlham qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Siyəzən Rayon Məhəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2026-ci il tarixdə, saat 16:10-da BH-2804 bort nömrəli, taxta tipli, yamaha-115 mühərrikli üzmə vasitəsilə Azərbaycan Respublikasının sərhəd sularından, yəni Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan ərazisindən, 30-cu SNB-nin 76-cı yanalma körpüsündən dənizə çıxaraq, sahildən 6,3 mil məsafə aralanmaqla, su-sərhəd rejim qaydalarını pozduğuna görə barəsində Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin 5-ci (Sumqayıt) sahil nəzarət şöbəsinin 30-cu (Böyük Həmyə) sahil nəzarət bölməsinin rəisi X1 tərəfindən ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunub baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə təqsirli bilinmiş və ona inzibati tənbeh olaraq 310 (üç yüz on) manat məbləğində inzibati cərimə təyin olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Birinci instansiya məhkəməsinin qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Siyəzən Rayon Məhəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,inzibati xəta haqqında protokolu qəbul edən AR DSX Sahil Mühafizəsinin sahibkar Pərviz Xankişiyevlə aralarında yaranmış şəxsi ədavətdən dolayı ona qarşı tərtib etmişdir və protokol tamamilə qanunsuz və əsassızdır. O, balıqçıdır və kiçik həcmli balıqçı gəmisini etibarnamə əsasında idarə edir. Qeyd edilən tarixdə və saatda bəlkə də o, Xəzər dənizinə daxil olmuş, ancaq hər hansı bir DSX əməkdaşı ilə rastlaşmamış və eyni zamanda dənizə daxil olub çıxdıqdan sonra hər hansı bir şəxslərlə də ünsiyyətdə olmamışdır. Ərazidə xidmət aparan sərhədçilər tərəfindən hər hansı bir irad eşitməmişdir. Eyni zamanda ona 6.3 mil məsafədə Xəzər dənizinə daxil olmağı göstərilməmişdir. Heç bu barədə sübut məhkəməyə təqdim edilməmişdir (GPS aşkarlanması). Bundan əlavə 22 yanvar tarixində hər hansı bir protokolun tərtib edilməsi və ya protokolu imzalama və yaxud da imzalamaqdan imtina etmək hadisəsi də baş verməmişdir. Onun dənizə girib çıxmağı ilə bağlı məlumatı olmasa da, bunu sübut etmək vəzifəsi mütləq şəkildə inzibati xəta haqqında protokolu tərtib edən orqanın üzərindədir. Bununla bağlı zəruri sübut hesab edilə bilən sənədlər onun həmin gün dənizə giriş çıxışımı təsdiqləyə biləcək xüsusi texniki vasitələrlə aşkarlanmasını təqdim edilməli idi. Ən azından GPS məlumatlarına dair sənəd təqdim edilməli idi. Heç bir sübut ortaya qoyulmadan sadəcə inzibati orqan tərəfindən qərəzli şəkildə tərtib edilmiş protokol və onun guya həmin protokolu imzalamaqdan imtina etməyi və o cümlədən izahat verməkdən imtina etməyinə dair inzibati orqanın əməkdaşları tərəfindən aktın tərtib edilməklə məhkəməyə təqdim edilməsi mötəbər sübut hesab edilə bilməz. Məhkəmənin gəldiyi qənaət və qəbul etdiyi qərar əsassız və ədalətsizdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və səlahiyyətli dövlət orqanının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, İXM-in 75, 76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq iş materiallarında olan sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək düzgün nəticəyə gəlmişdir. Belə ki, inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, ##.##.2026-cı il tarixdə, saat 16:10-da “Böyük Həmyə” TMM-nin baş texnik operatoru R Fərid Abbasov tərəfindən radar vasitəsi ilə sahildən 6,3 mil məsafədə 1 ədəd naməlum hədəfin hərəkəti müşahidə edilmiş və hədəfin hərəkəti nəzarətdə saxlanılaraq 30- cu (Böyük Həmyə) sahil nəzarəti bölməsinə məlumat verilmişdir. Qeyd olunan üzmə vasitəsi saat 17:00-da 76-cı yanalma körpüsünə yan alarkən “ÜVR” sərhəd naryadı R şahid2 tərəfindən saxlanılaraq, keçirilmiş baxış zamanı 2 ədəd yamha-115 mühərrikli, taxta tipli, 2 (iki) nəfər həyət üzvü olan BH-2804 bort nömrəli üzmə vasitəsinin olması müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq qayığın heyət üzvləri Siyəzən rayon Böyük Həmyə kənd sakini ##.##.1977-ci il təvəllüdlü X2 və Siyəzən rayon sakini ##.##.1973-cü il Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin olunmuş 7 mil məsafəni keçdikləri izah olunaraq 30-cu (Böyük Həmyə) sahil nəzarəti bölməsinə dəvət olunmuşdur. Lakin adı çəkilən vətəndaşlar 30-cu (Böyük Həmyə) sahil nəzarəti bölməsinə gəlməkdən və yazılı izahat verməkdən imtina etmişlər. Beləliklə, saat 17:50də təyin olunmuş mil məsafəsini (6,3 mil) keçərək su-sərhəd rejim qaydalarını pozduqları üçün birtərəfli qaydada su-sərhəd rejim pozucusu qismində sənədləşdirilmişdirlər. İşdə olan ## ###### 2026-cı il tarixdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin 5-ci Sumqayıt sahil nəzarəti şöbəsinin 30-cu Böyük Həmyə sahil nəzarəti bölməsinin əməkdaşlarının iştirakları ilə tərtib edilmiş ** nömrəli aktdan görünür ki, ## ###### 2026-cı il tarixdə 30-cu Böyük Həmyə sahil nəzarəti bölməsinin xidməti ərazisində susərhəd rejim qaydalarını pozmuş X2 və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs heç bir əsas gətirmədən barələrində tərtib olunmuş inzibati xəta haqqında sənədləri imzalamaqdan və izahat verməkdən imtina etmişlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 571-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sərhəd sularında, yəni sərhəd çaylarının, göllərin və başqa sututarların, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmilərinin, motorlu və motorsuz başqa gəmilərin və digər üzən vasitələrin qeydiyyata alınması, saxlanması, onların yanalma körpülərindən dəniz və digər sututarların sularına çıxması, orada olması, üzməsi və geri qayıtması qaydalarının pozulmasına, göstərilən sularda icazə olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla ovçuluq (balıqçılıq), tədqiqat və axtarış fəaliyyətinin həyata keçirilməsinə görə -gəmi və ya digər üzən vasitə müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz əlli manatdan altı yüz əlli manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 1992-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazi və daxili sularında özü hərəkət edən və özü hərəkət etməyən üzmə vasitələrin saxlanılması Qaydalarının (* nömrəli əlavə) 12-ci bəndinə əsasən turistlərin və idmançıların dənizə çıxmasına günün işıqlı vaxtında sərhəd mühafizəsi orqanlarının verdiyi buraxılış əsasında qeydiyyatdan keçmiş özü hərəkət edən və özü hərəkət etməyən üzmə vasitələrdə, qaranlıq düşənə qədər müəyyən olunmuş körpüyə və baza məntəqəsinə qayıtmaq şərtilə icazə verilir. Sahildən 2 milə qədər aralanmaqla dənizə çıxmağa icazə verilir. Həmin Qaydaların 13-cü bəndinə əsasən gecə-gündüz, gündəlik balıq tutma ilə məşğul olan rejim sularında digər işləri görməyə sərhəd mühafizəsi orqanlarının razılığı ilə, yalnız üzmə vasitəsi yola düşərkən məlumat verildiyi hallarda yol verilir. Ov rayonunun dəyişilməsi haqqında üzmə vasitəsinin Rı (böyük briqadir) yaxındakı sərhəd bölməsinə, yaxud sərhəd qayığına vaxtında məlumat verilməlidir. 10 millik tənzimlənən balıqçılıq zonasının hüdudundan o yana gündəlik balıq ovuna çıxmaq haqqında təşkilatlar sərhəd mühafizəsi orqanlarına vaxtında məlumat verirlər. Çoxgünlük balıq ovuna çıxan bütün balıqçı üzmə vasitələri (üzmə vasitəsi qrupu) lazımi rabitə vasitələrilə təmin olunmalıdırlar. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanununun 25-ci maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasının sərhədboyu zonasında yerləşən ərazi və daxili sularına, habelə oradakı adalara sərhəd mühafizə orqanları nəzarət edir. Sözügedən Qanunun 25-ci maddəsinin VII bəndinə əsasən dənizə və sərhədboyu çayların, çöllərin başqa sututarların sularına çıxmağa qeydə alınmış mühərrikli və mühərriksiz üzmə vasitələrində, yalnız günün işıqlı vaxtında, sərhəd mühafizə orqanlarının verdiyi vəsiqələr üzrə, təyin edilmiş yanalma körpülərinə və yerləşmə məntəqələrinə qaranlıq düşənədək qayıtmaq şərti ilə yol verilir. Həmin Qanunun 25-ci maddəsinin 7-1-ci bəndinə əsasən bu maddənin 2-ci bəndinin dördüncü abzası və 7-ci bəndi nəzərə alınmaqla, dənizə çıxarkən balıqçılıq təyinatlı mühərrikli kiçik həcmli gəmilərlə sahildən on dəniz milinədək, digər üzmə vasitələri ilə isə sahildən iki dəniz milinədək uzaqlaşmağa yol verilir. “Sərhəd mühafizə orqanları” haqqında Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinin İ və VII bəndlərinə əsasən sərhəd mühafizə orqanları dövlət sərhədini qanunla müəyyənləşdirilmiş qaydada mühafizə edir, öz səlahiyyəti həddində qanunla müəyyən edilmiş Dövlət sərhəd rejiminə, sərhədboyu rejimə (o cümlədən sərhəd sularında) və Dövlət sərhədinin buraxılış məntəqələrindəki rejimə əməl olunmasını təmin edir. Bu Qanunun 8-ci maddəsinə əsasən sərhəd mühafizə orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının inzibati qanunvericiliyi ilə nəzərdə tutulmuş səlahiyyətlər həddində Dövlət sərhəd rejiminə, sərhədboyu rejimə (o cümlədən sərhəd sularında) və Dövlət sərhədinin buraxılış məntəqələrindəki rejimə qəsd edən inzibati xətalar barədə işlər üzrə icraatı həyata keçirir. Həmin Qanunun 19-cu maddəsinə əsasən sərhəd zastavası, sərhəd nəzarəti bölməsi, sərhəd gəmisi (kateri), radiotexniki post, sahil nəzarəti bölməsi, sərhəd hava gəmisi, əməliyyataxtarış orqanının bölməsi, sərhəd mühafizə orqanlarının sahə müvəkkili Dövlət sərhədinin bilavasitə mühafizəsini həyata keçirən əsas bölmələrdir və qanunla səlahiyyət verilmiş vəzifəli şəxslərdən başqa heç kim onların xidməti və təsərrüfat fəaliyyətinə qarışa bilməz Sözügedən Qanunun 23-1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının sahil mühafizəsinin sahil nəzarəti bölməsi sərhəd sularında sərhədboyu rejimə (üzmə vasitələrinin qeydiyyata alınması, onların yanalma körpülərindən dəniz və digər sututarların sularına çıxma və qayıtma qaydalarına) əməl olunmasına nəzarəti həyata keçirir. Sahil nəzarəti bölməsinə sıra nömrəsi verilir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən istiqamətlər üzrə sahil nəzarəti bölməsinin tərkibində texnikimüşahidə məntəqəsi yaradılır. Məhkəmə qeyd edir ki, verilmiş apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarətdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs təqdim olunmuş inzibati xəta haqqında protokol və aktdan xəbəri olmadığını, dövlət qurumunun əməkdaşlarını görmədiyini dəlillərdə bildirsə də, məhkəmə daxili inamını ilə qanunvericiliyin tələbləri əsasında tərtib edilmiş sənədləri (sübutları) qiymətləndirərək hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Eyni zamanda apellyasiya şikayətinin dəlillərini özündə əks etdirəm hər hansı sübut iş materiallarında müəyyən edilməmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən təqdim edilməmişdir. Digər tərəfdən birinci instansiya məhkəməsində aparılan icraat zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətində göstərilən dəlillərdən fərqli izahat vermiş, özünü təqsirli bilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsində şikayətdə göstərilən dəlillər ətraflı araşdırılmaqla, toplanmış sübutlar tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında qanunauyğun qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-8)-405/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-405/2026
02.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver