Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-406/2026 30.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Rzayev Mәhәmmәdәli Əsәd oğlunun sәdrliyi, Hacıyeva Aytәkin Qurban qızının katibliyi, Dövlәt Sәrhәd Xidmәti Sahil Mühafizәsinin 5-ci (Sumqayıt) sahil nәzarәt şöbәsinin R-Rı X1 iştirakı ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikasının İXM-nin 571-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azәrbaycan Respublikasının Dövlәt Sәrhәd Xidmәtinin Sahil Mühafizәsi tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının İXM-nin 571ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәsi ilә bağlı tәrtib olunmuş ##.##.2026-cı il tarixli, MN ******* nömrәli inzibati xәta haqqında protokol vә ona әlavә edilmiş sәnәdlәr baxılması üçün Siyәzәn Rayon Mәhkәmәsinә göndәrilmişdir. Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarı (hakim G.Quluzadә) ilә ## ####### 1973-cü il tarixdә Siyәzәn şәhәrindә doğulmuş, Azәrbaycan Respublikasının vәtәndaşı, subay, fәrdi qaydada әmәk fәaliyyәti ilә mәşğul olan, Siyәzәn şәhәri, Nizami Gәncәvi küçәsi, Ailәvi Yataqxanada qeydiyyatda olmaqla yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (fәrdi identifikasiya nömrәsi *******) Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 571-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәrәk, 310 (üç yüz) manat mәblәğindә cәrimә edilmәsi qәrara alınmışdır. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs qәrardan apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilmәsini, inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, o, bu protokolu qәbul etmir. Bildirir ki o, balıqçıdır vә kiçik hәcmli balıqçı gәmisini etibarnamә әsasında idarә edir. Qeyd edilәn tarixdә vә saatda bәlkә dә o, Xәzәr dәnizinә daxil olmuşdur, lakin hәr hansı bir DSX әmәkdaşı ilә rastlaşmamış vә eyni zamanda dәnizә daxil olub çıxdıqdan sonra hәr hansı bir şәxslәrlә dә ünsiyyәtdә olmamışdır.Ərazidә xidmәt aparan sәrhәdçilәr tәrәfindәn hәr hansı bir irad eşitmәmişdir. Eyni zamanda ona 9 mil mәsafәdә Xәzәr dәnizinә daxil olmağı göstәrilmәmiş, heç bu barәdә sübut mәhkәmәyә tәqdim edilmәmişdir. Bundan әlavә 25 fevral tarixindә hәr hansı bir protokolun tәrtib edilmәsi vә ya tәrtib edilmiş protokolu imzalama vә yaxud da imzalamaqdan imtina etmәk hadisәsi dә baş vermәmişdir. Onun sәrhәd nәzarәtini hәyata keçirәn şәxslәr tәrәfindәn saxlanılması faktı isә ümumiyyәtlә baş vermәmişdir. Əgәr belә bir hal baş vermişdirsә, o zaman qeyd edilәn fakt foto vә ya video çәkilişlә sübut qismindә mәhkәmәyә tәqdim edilmәli idi. Bu olmadığı halda isә mәhkәmәnin qәrar vermәsi vә sübut tәqdim edilmәdәn mәhkәmәnin belә bir qәrara gәlmәsi hesab edir ki, doğru hesab edilә bilmәz. İzahatında göstәrdiyi halların heç biri baş vermәmişdir. Protokol ümumiyyәtlә onun iştirakı ilә tәrtib edilmәmiş, ona imzalamaq üçün tәqdim edilmәmiş vә bununla bağlı ona nәsә deyilmәmişdir. Onun yalnız Siyәzәn Rayon Mәhkәmәsindәn ona bildiriş gәldiyi halda mәlumatı olmuşdur. Onun dәnizә girib çıxması ilә bağlı mәlumatı olmasa da bunu sübut etmәk vәzifәsi mütlәq şәkildә inzibati xәta haqqında protokolu tәrtib edәn orqanın üzәrindәdir. Bununla bağlı zәruri sübut hesab edilә bilәn sәnәdlәr onun hәmin gün dәnizә giriş-çıxışını tәsdiqlәyә bilәcәk xüsusi texniki vasitәlәrlә aşkarlanması tәqdim edilmәli idi. Ən azından GPS mәlumatlarına dair sәnәd tәqim edilmәli idi. Heç bir sübut ortaya qoyulmadan sadәcә inzibati orqan tәrәfindәn qәrәzli şәkildә tәrtib edilmiş protokol, onun guya hәmin protokolu imzalamaqdan imtina etmәyi vә o cümlәdәn izahat vermәkdәn imtina etmәyinә dair inzibati orqanın әmәkdaşları tәrәfindәn aktın tәrtib edilmәklә mәhkәmәyә tәqdim edilmәsi mötәbәr sübut hesab edilә bilmәz. Hüquqi məsələlər: Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Dövlәt Sәrhәd Xidmәti Sahil Mühafizәsinin 5-ci (Sumqayıt) sahil nәzarәt şöbәsinin R-Rı X1 apellyasiya instansiyası mәhkәmәsindә çıxış edәrәk bildirdi ki, ## ### 2026-cı il tarixdә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs balıqçılıq mәqsәdilә dәnizә getdiyi müәyyәn edilib. Qanunvericiliyә görә üzmә vasitәsilәri ilә 2 mil dәrinliyәdәk getmәk mümkündür. Bölmәdә yerlәşәn texniki müşahidә mәntәqәsi - radar vasitәsilә onun dәnizin 9 mil dәrinlik mәsafәsinәdәk getdiyi müәyyәn edildiyi üçün İnzibati Xәtalar Mәcәllәsinin 571-ci madәsi ilә protokol tәrtib edilmişdir. Ona verilәn suallara cavab olaraq bildirmişdir ki, radar sistemi real vaxt rejimi ilә işlәyir. Texniki müşahidә mәntәqәsi ümumi hәdәf nöqtәsi kimi radarları qeydә alaraq kameralara ötürür. Hәmin vaxt siqnalları diskә qeydә almışlar. Hәmin diski protokolla barәbar mәhkәmәyә göndәrmişlәr. Ümumilikdә 50-dәn artıq protokol tәrib edilmiş vә müxtәlif vaxtlarda mәhkәmәyә göndәrilmişdir. Disklәr mәhkәmәyә göndәrilmişdir. Şәxs balıq ovu ilә mәşğuldur. Hәmin şәxslәrin balıqçılıq fәaliyyәti ilә mәşğul ola bilmәk üçün sәnәdlәri mövcud olsa da, qaydaları pozurlar. May vә iyun ayı kürülәmә dövrü olduğu üçün, ümumiyyәtlә, balıq ovu qadağandır. Lakin hәmin şәxslәr bu tәlәblәri pozaraq gecәlәr aşkar olunmamaq üçün dәnizә tor atmaqla vә digәr üsullarla hal-hazıradәk hәmin әmәllәri davam etdirirlәr. Şikayәtin tәmin olunmamasını xahiş etmişdir. Mәhkәmә iclasının vaxtı vә yeri barәdә mәlumat verilmәsinә baxmayaraq Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs mәhkәmә iclasına gәlmәmişdir. Mәhkәmә onun iştirakı olmadan mәhkәmә iclasının keçirilmәsini mümkün hesab etmişdir. Birinci instansiya mәhkәmәsindә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs özünü İXM-nin 571-ci maddәsi ilә tәqsirli bilәrәk, izahatında göstәrmişdir ki, o, balıqçılıq fәaliyyәti ilә mәşğul olarkәn mil mәsafәsini pozmuşdur. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri ilә bağlı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, qәrar dәyişdirilmәdәn saxlanılmalıdır. Apellyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. Belә ki, inzibati xәta haqqında protokoldan vә ona әlavә edilmiş sәnәdlәrdәn görünür ki, ##.##.2026-cı il tarixdә, saat 08:30-dә “Böyük Hәmyә” TMM-nin növbәtçi operatoru R Fәrid Abbasov tәrәfindәn radar vasitәsi ilә sahildәn 9 mil mәsafәdә 1 әdәd namәlum hәdәfin hәrәkәti müşahidә edilmiş vә hәdәfin hәrәkәti nәzarәtdә saxlanılaraq 30- cu (Böyük Hәmyә) sahil nәzarәti bölmәsinә mәlumat verilmişdir. Namәlum hәdәf dәnizdәn qayıdarkәn 30-cu (Böyük Hәmyә) SNB-nin xidmәti әrazisindә 76-cı YK-dә xidmәt tәşkil edәn *** nömrәli sәrhәd gәmisinin dayan әmrinә mәhәl qoymayaraq tabesizlik göstәrmişdir. Habelә, saat 18:00-da “ƏBQ” sәrhәd naryadı başçısı R Sәbuhi Cavadov sәrhәd naryadının üzvlәri R-R Elvin Əmirli, R İlyar Ədalәtzadә vә R şahid1 tәrәfindәn 76-cı yanalma körpüsünә yan alan üzmә vasitәsinә saxlanılaraq, keçirilmiş baxış zamanı BH-2804 bort nömrәli, taxta tipli, 2 әdәd yamaha-115 mühәrrikli, 3 (üç) nәfәr hәyәt üzvü olan üzmә vasitәsinin dәniz mili mәsafәsini keçmәsi vә tәyin edilmiş vaxtdan gec qayıdaraq rejim qaydalarını pozması müәyyәn olunmuşdur. Belәliklә qayığın heyәt üzvlәri Siyәzәn rayon Böyük Hәmyә kәnd sakini ##.##.1977-ci il tәvәllüdlü X3 (Ş/V AZE №********), Siyәzәn rayon sakini ##.##.1973-cü il Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs (Ş/V AA №*******) vә ##.##.1980-ci il tәvәllüdlü X2 (Ş/V AZE №********) dәniz mili mәsafәsini keçdiklәri vә tәyin olunmuş rejim vaxtını pozduqları üçün 30-cu (Böyük Hәmyә) sahil nәzarәti bölmәsinә dәvәt olunmuşdur. Lakin adı çәkilәn vәtәndaşlar 30-cu (Böyük Hәmyә) sahil nәzarәti bölmәsinә gәlmәkdәn vә yazılı izahat vermәkdәn imtina etmişlәr. Belәliklә, saat 18:30-da dәniz mili mәsafәsini vә tәyin olunmuş rejim vaxtını keçmәklә susәrhәd rejim qaydalarını pozduqları üçün birtәrәfli qaydada su-sәrhәd rejim pozucusu qismindә sәnәdlәşdirilmişdirlәr. Azәrbaycan Respublikası İXM-nin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. İnzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir (İnzibati Xәtalar Mәcәllәsinin 48-ci maddәsi). İnzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәrçәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir (İXM-nin 76.1-ci maddәsi). Hәmin Mәcәllәnin 84.1-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәrә baxan hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) işin bütün hallarının mәcmusunun hәrtәrәfli, tam vә obyektiv surәtdә baxılmasına әsaslanan öz daxili inamı ilә sübutları qiymәtlәndirir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 571-ci maddәsinin mәzmununa görә Azәrbaycan Respublikasının sәrhәd sularında, yәni sәrhәd çaylarının, göllәrin vә başqa sututarların, Xәzәr dәnizinin Azәrbaycan Respublikasına mәnsub olan bölmәsindә balıqçılıq, ovçuluq, elmi-tәdqiqat, idman gәmilәrinin, motorlu vә motorsuz başqa gәmilәrin vә digәr üzәn vasitәlәrin qeydiyyata alınması, saxlanması, onların yanalma körpülәrindәn dәniz vә digәr sututarların sularına çıxması, orada olması, üzmәsi vә geri qayıtması qaydalarının pozulmasına, göstәrilәn sularda icazә olmadan vә ya belә icazә olduqda, lakin müәyyәn edilmiş qaydaları pozmaqla ovçuluq (balıqçılıq), tәdqiqat vә axtarış fәaliyyәtinin hәyata keçirilmәsinә görә - gәmi vә ya digәr üzәn vasitә müsadirә edilmәklә vә ya edilmәmәklә fiziki şәxslәr iki yüz әlli manatdan üç yüz әlli manatadәk mәblәğdә, vәzifәli şәxslәr dörd yüz әlli manatdan altı yüz әlli manatadәk mәblәğdә cәrimә edilir. Apellyasiya Mәhkәmәsi şikayәtin dәlillәri ilә razılaşmır. Belә ki, inzibati xәta üzrә icraat aparılarkәn әdalәtli mәhkәmә araşdırılması inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan ibarәtdir. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs әmәlindә inzibati xәta tәrkibinin olmadığını, eyni zamanda ona 9 mil mәsafәdә Xәzәr dәnizinә daxil olmağı göstәrilmәdiyini, heç bu barәdә sübutun mәhkәmәyә tәqdim edilmәdiyini bildirsәdә dә, inzibati xәtaya dair iş materialları ilә, hәmçinin özünün izahatı onun әmәli sübuta yetirilir. Belә ki, ##.##.2026-cı ildә saat 08:30-da radara düşәn namәlum qayıq axşam saatlarında sәrhәd gәmisinin tәlәblәrinә tabe olmayaraq hәrәkәtini davam etdirmişdir. Saat 18:00-da reyd qrupu tәrәfindәn saxlanılan BH-2804 bort nömrәli taxta qayıqda Siyәzәn rayon sakinlәri olan 3 nәfәr heyәt üzvünün hәm mәsafә, hәm dә zaman baxımından rejim qaydalarını pozduğu aşkarlanmışdır. Şәxslәrin rәsmi izahat vermәkdәn vә bölmәyә gәlmәkdәn imtina etmәsi sәbәbindәn, qanunvericiliyin tәlәblәrinә uyğun olaraq saat 18:30-da müvafiq sәnәdlәşmә onların iştirakı olmadan, birtәrәfli qaydada tamamlanmışdır. Bu isә onun ehtiva edir ki, birinci instansiya mәhkәmәsi şәхsin barәsindә inzibati qaydada tәnbeh tәtbiq edilmәsi ilә bağlı bütün halların hәrtәrәfli, tam vә obyektiv araşdırılmasını tәmin etmiş, qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәnbeh olunan әmәli törәtmәsinә dair işin faktiki hallarına uyğun olan nәticәyә gәlmiş vә onun hәmin әmәlini Azәrbaycan Respublikası İnzibati Хәtalar Mәcәllәsinin 571-ci maddәsi ilә düzgün qiymәtlәndirmişdir. İşin faktiki halları vә әmәlin hüquqi tövsifinә dair gәlinәn nәticә qanuni vә әsaslıdır. Apellyasiya şikayәtinin dәlillәri әmәldә inzibati xәta tәrkibinin olmaması vә inzibati tәnbeh tәtbiq edilmәsi barәdә qәrarın lәğv edilmәsi üçün әsas ola bilmәz. Konstitusiya Mәhkәmәsinin Plenumu, hәmçinin apellyasiya instansiyası mәhkәmәlәrinin diqqәtini ona cәlb etmәyi lazım bilir ki, onlar birinci instansiya mәhkәmәsinin faktlar nöqteyi nәzәrindәn qanuni vә әsaslı, mahiyyәt üzrә düzgün olan qәrarının yalnız formal mülahizәlәrә görә lәğv edilmәsindәn çәkinmәlidirlәr (Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2019-cu il tarixli Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 38.1 vә 430.4-cü maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair Qәrarı). Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Belәliklә apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikasının İXM-nin 571-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Apellyasiya şikayәti tәmin edilmәsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikasının İXM-nin 571-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Azәrbaycan Respublikası İXM-nin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrar qәtidir, ondan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz. Hakim Məhəmmədəli Rzayev
Məhkəmə qərarları › İş №3(3-8)-406/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-406/2026
30.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver