Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-408/2026 30.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Mәmmәdov Bilal Mahir oğlunun sәdrliyi, Nabalıyeva Aynur Akif qızının katibliyi ilә, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 192.3-cü maddәsi ilә olan inzibati xәta haqqında iş üzrә Abşeron Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından Azәrbaycan Respublikasının Əmәk vә Əhalinin Sosial Müdafiә Nazirliyi yanında X3 Xidmәtinin Hüquq Idarәsinin rәis müavini Tamerlan Mәlikli tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X3 Xidmәtinin ##.##.2026-cı il tarixli, MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarı ilә Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası Inzibati Xәtalar 192.3-cü maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәrәk 1000 (bir min) manat mәblәğindә inzibati cәrimә edilmişdir. Qәrardan Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәt verәrәk qәrarın lәğv edilmәsini vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Abşeron Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә şikayәt qismәn tәmin edilmiş, ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tәnbeh vermә haqqında qәrar lәğv edilmiş vә iş yenidәn baxılması üçün hәmin sәlahiyyәtli orqana (vәzifәli şәxsә) qaytarılmışdır. Şikayәt digәr hissәdә tәmin edilmәmişdir. (Hakim Firuzә Kәrimova) Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, hazırki iş üzrә “Əmәk vә Mәşğulluq” altsistemindәki müqavilәlәrә baxış keçirilәrkәn faktiki olaraq işçilәrin әmәkhaqları minimum әmәkhaqqından (400 manat) az olduğu müәyәn edilmişdir. Bununla da işәgötürәnin әsas vәzifәlәrindәn biri olan Əmәk Mәcәllәsinin 12-ci maddәsinin “b” bәndinә әsasәn bu Mәcәllәnin vә әmәk qanunvericiliyinә dair digәr normativ hüquqi aktların tәlәblәrini yerinә yetirmәk vәzifәsi tәmin edilmәmişdir. Xidmәtin ##.##.2026-cı il tarixli, MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarı tam qanuni vә әsaslıdır. Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn Əmәk Mәcәllәsinin 155-ci maddәsinin 1-ci hissәsinin tәlәbinә әmәl edilmәmәsi nәticәsindә işçinin öz işinә görә dövlәtin müәyyәnlәşdirdiyi minimum әmәk haqqı miqdarından az olmaq haqq almaq hüququ pozulmuşdur. Qәrardan şikayәt verәn orqan (şәxs) tәqsiri iş üzrә mötәbәr, qanuni vә etibarlı sәnәd vә dәlillәrlә sübuta yetirilmişdir. Onun tәrәfindәn IXM-in 192.3-cü maddәsinin tәlәblәrinin pozulması vә Xidmәt tәrәfindәn qanunvericiliyin tәlәblәrinә tam riayәt olunması öz tәsdiqini tapır. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә Inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Mәhkәmә iclasının vaxtı vә yeri barәdә lazımi qaydada mәlumat verilmәsinә baxmayaraq inzibati tәnbeh vermә haqqında qәrardan şikayәt vermiş şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) vә Azәrbaycan Respublikasının Əmәk vә Əhalinin Sosial Müdafiә Nazirliyi yanında X3 Xidmәtinin nümayәndәsi mәhkәmә iclasına gәlmәmişdir. Mәhkәmә onların iştirakı olmadan mәhkәmә iclasının keçirilmәsini mümkün hesab etmişdir. Azәrbaycan Respublikası IXM-nin 133.2.8-ci maddәsinә әsasәn, inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә apellyasiya şikayәtinin dәlillәrini işin materialları ilә әlaqәli şәkildә araşdırıb, tәdqiq olunmuş sübutlara qiymәt verәrәk aşağıda göstәrilәn sәbәblәrә görә hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Abşeron Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: ##.##.2026-cı il tarixli inzibati tәnbeh vermә haqqında elektron qәrardan vә ona әlavә edilmiş sәnәdlәrdәn görünür ki, Qәrardan şikayәt verәn orqan (şәxs) MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrar ilә Azәrbaycan Respublikası IXM-in 192.3-cü maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәrәk, 1000 (bir min) manat mәblәğindә inzibati cәrimә edilmişdir. Azәrbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlәt Vergi Xidmәti Vergi Ödәyicilәrinә Xidmәt Mәrkәzi tәrәfindәn Qәrardan şikayәt verәn orqan (şәxs) ünvanlanmış mәktubdan görünür ki, onun fәaliyyәtinin ##.##.2016-cı il tarixdәn ##.##.2021-ci il tarixinәdәk dayandırılması vergi orqanı tәrәfindәn nәzәrә alınmışdır. Azәrbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlәt Vergi Xidmәti Vergi Ödәyicilәrinә Xidmәt Mәrkәzi tәrәfindәn Qәrardan şikayәt verәn orqan (şәxs) ünvanlanmış digәr mәktubdan görünür ki, onun fәaliyyәtinin ##.##.2021-ci il tarixdәn ##.##.2026-cı il tarixinәdәk dayandırılması vergi orqanı tәrәfindәn tәmin edilmişdir. Əmәk müqavilәsinә xitam verilmәsinә dair ## ##### 2026-cı il tarixli 1 vә * nömrәli әmrlәrdәn görünür ki, işçilәr X2 vә X1 ilә bağlanmış әmәk müqavilәlәrinә ##.##.2026-cı il tarixindәn xitam verilmişdir. Birinci instansiya mәhkәmәsi inzibati tәnbeh vermә haqqında qәrarı lәğv edәrәk inzibati xәta haqqında işә yenidәn baxılması üçün qәrarın sәlahiyyәtli orqana göndәrilmәsinә qәrarını onunla әsaslandırmışdır ki, sәlahiyyәtli vәzifәli şәxs inzibati tәnbeh vermә haqqında qәrar qәbul edәrkәn sәthi araşdırma aparmaqla, barәsindә icraat aparılan şәxsin iştirakını tәmin etmәmәklә, habelә tәmin edildiyi halda bu halı tәsdiq edәn heç bir mötәbәr sübutları tәqdim etmәmәklә şәxsin hüquqlarının pozulması ilә müşahidә olunan qәrar qәbul etmişdir. Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn, yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizlik) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur vә tәnbeh edilir. Azәrbaycan Respublikası IXM-nin 48-ci maddәsinә әsasәn inzibati xәta haqqında hәr bir işin hallarının vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә araşdırılması inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәrinә aid edilmişdir. Azәrbaycan Respublikası IXM-nin 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olubolmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәkdәn ötrü hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәrçәkmiş şәxslәrin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. Azәrbaycan Respublikası IXM-nin 192.3-cü maddәsinә әsasәn işçiyә müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilmiş minimum әmәkhaqqından aşağı mәblәğdә әmәkhaqqı verilmәsinә görә - vәzifәli şәxslәr min manatdan min beş yüz manatadәk mәblәğdә cәrimә edilir. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәrinә hüquqi qiymәt verәrәk hәmin dәlillәri әsassız hesab edir. Mәhkәmә birinci instasiya mәhkәmәsinin gәldiyi nıәticә ilә razılaşaraq hesab edir ki, göstәrilәn xüsusatlar sәlahiyyәtli orqan tәrәfindәn tam araşdırılmamışdır. Birinci instansiya mәhkәmәsinin qәrarında qeyd olunan hallar vә iş üzrә digәr mühüm әhәmiyyәt kәsb edәn hallar araşdırılmadığına görә inzibati orqanın hazırki qәrarı qanuni vә әsaslı hesab edilә bilmәz. Belәlliklә, apellyasiya mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X3 Xidmәtinin ##.##.2026-cı il tarixli, MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarının lәğv edilmәsi barәdә verdiyi şikayәt әrizәsinin qismәn tәmin edilmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Göstәrilәnlәrә әsasәn Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1.1, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә, Q Ə R A R A A L D İ: Apellyasiya şikayәti tәmin edilmәsin. Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X3 Xidmәtinin ##.##.2026-cı il tarixli, MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarının lәğv edilmәsi barәdә verdiyi şikayәt әrizәsinin qismәn tәmin edilmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz. Hakim Bilal Məmmədov
Məhkəmə qərarları › İş №3(3-8)-408/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-408/2026
30.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver