Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 3(3-8)-409/2026 30.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Əhmədov Elman Məmməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, Protokolu tərtib edən orqan nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə icraata xitam verilməsinə dair Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ####### 2025-cı il tarixli qərarından Abşeron rayon Prokuroru, R Şəfahət Imanov tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron RPI-nin ITŞ-nin polis sahə rəisi, R X1 tərəfindən tərtib edilmiş ##.##.2025- ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ####### 2025-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilmişdir. Qərardan Abşeron rayon Prokuroru, R Şəfahət Imanov apellyasiya protesti verərək, Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ####### 2025-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Protokolu tərtib edən orqan nümayəndəsi Nümayəndə apellyasiya protestini müdafiə edərək, təmin edilməsini və Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya protestinə etiraz edərək, təmin edilməməsini və Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Iş materiallarından müəyyən olunur ki, Abşeron Rayon Məhkəməsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xətaya dair işə baxılarkən Abşeron rayon Prokuroru, R Şəfahət Imanov məhkəmə iclasında iştirak etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə qərardan Abşeron rayon Prokuroru, R Şəfahət Imanovun apellyasiya protesti vermək hüququ olmamışdır. Ona görə də, hazırki inzibati xəta haqqında iş üzrə məhkəmənin qərarından verilmiş protestə baxılması mümkün deyildir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 54.3-cü maddəsinə əsasən prokuror, həmçinin inzibati xətalar haqqında işlərin baxılmasında iştirak etmək, işin baxılması zamanı baş verən məsələlər üzrə rəy və ya vəsatət vermək, inzibati xəta haqqında iş üzrə qəbul edilən qərardan və ya qərardaddan onun surətinin bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində protest vermək hüququna malikdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 54.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2017-ci il tarixli qərarında qeyd edilir ki, Inzibati Xətalar Məcəlləsinin 54.3-cü maddəsinə uyğun olaraq prokuror inzibati xətalar haqqında işlərin baxılmasında iştirak etdikdə, həmin işlər üzrə məhkəmə tərəfindən qəbul edilən qərar və ya qərardadlardan protest vermək hüququna malikdir. Bundan başqa Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 54.3-cü maddəsinin və “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 4, 21 və 27-ci maddələrinin bəzi müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarında qeyd edilir ki, prokurorun, hansı şərtlərlə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından protest vermək səlahiyyətini müəyyən etmək üçün, ilk növbədə, Inzibati Xətalar Məcəlləsinin 54.3-cü maddəsinin məzmunundan çıxış etmək vacibdir. Həmin maddənin mətnindən aydın olur ki, prokurorun protest vermək səlahiyyəti inzibati xəta haqqında işə baxılmasında iştirak etməsi ilə şərtləndirilir. Eyni zamanda qeyd olunmalıdır ki, prokurorun protest vermək səlahiyyəti bilavasitə Inzibati Xətalar Məcəlləsinin 54.1-ci maddəsindən irəli gəlmir. Həmin maddədə yuxarıda göstərildiyi kimi, prokurorun inzibati xətalara dair işlər üzrə icraatda yerinə yetirdiyi mühüm funksiyalardan biri göstərilmişdir. Qanunçuluq konstitusiya prinsipinin tələbləri baxımından isə prokuror tərəfindən protestin verilməsinin əsasları və şərtləri, onun konkret səlahiyyət növü kimi, qanunda dəqiq və aydın müəyyən edilməlidir. Bununla belə, prokuror tərəfindən nəzarət funksiyaları yerinə yetirilərkən protestin verilməsi qanunda istisna edilmir. Belə ki, Inzibati Xətalar Məcəlləsinin 54.6-cı maddəsinin tələbləri baxımından yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalara dair işlər üzrə prokuror nəzarəti həyata keçirilərkən, prokuror protest vermək səlahiyyətinə malikdir. Inzibati Xətalar Məcəlləsinin 54.3-cü maddəsinin məzmununa əsasən, prokuror, inzibati xəta haqqında iş üzrə qəbul edilən qərardan və ya qərardaddan onun surətinin bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində protest vermək hüququna malikdir. Bu isə o deməkdir ki, prokurorun rəsmi qaydada inzibati xəta haqqında iş üzrə yekun qərarın surətini almaq, habelə həmin Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş qaydada protest vermək hüququ yalnız onun müvafiq inzibati işin baxılmasında iştirak etdiyi hallarda həmin Məcəllə ilə tanınır. Bu zaman nəzərə almaq lazımdır ki, prokurorun inzibati xəta haqqında işə baxılmasında iştirak etməsi onun Inzibati Xətalar Məcəlləsinin 112-ci maddəsinə müvafiq olaraq kollegial orqanda və ya digər səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən keçirilən baxışda (iclasda) yalnız faktiki iştirakı hallarını ehtiva etmir. Burada əsas meyar, Inzibati Xətalar Məcəlləsinin müddəalarına müvafiq olaraq, prokurorun inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmək hüququnun mövcudluğudur. Bu mənada Inzibati Xətalar Məcəlləsinin 54.6-cı maddəsi prokurorun inzibati xətalar haqqında işlərə baxılmasının yeri və vaxtı barədə məlumat almaq hüququnu müəyyən etməklə, həm də onun hansı icraatlarda iştirak etmək səlahiyyətinə malik olduğu halları nizamlayır. Belə ki, həmin maddəyə əsasən, yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında, habelə öz təşəbbüsü ilə başlanmış inzibati xətalar haqqında işlərin baxılmasının yeri və vaxtı prokurora bildirilir. Həmin işə prokurorun iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın. Beləliklə, yetkinlik yaşına çatmayan şəxs barəsində inzibati xətaya dair icraat aparıldıqda, eləcə də inzibati xəta haqqında iş üzrə icraat prokurorun qərarına əsasən başlandıqda, prokuror həmin icraatlarda iştirak etmək hüququna malik olur. Bu isə prokurora belə icraatlarda keçirilən baxışda (iclasda) bilavasitə iştirak edibetməməsindən asılı olmayaraq, inzibati xətalar haqqında işlərə dair qərarların surətlərini rəsmi qaydada almaq və qanunda nəzərdə tutulan müddətlər çərçivəsində protest vermək səlahiyyətini verir. Məhkəmə belə qənaətə gəlir ki, apellyasiya protestinin hüququ olmayan şəxs tərəfindən verilməsinin hüquqi nəticələri inzibati xətalar qanunvericiliyi ilə tənzimlənmədiyindən cinayətprosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmədiyindən qanunun analogiyası tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair # ###### 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Inzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 387.3-cü maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti yazılı şəkildə verilir və onu verən şəxs tərəfindən imzalanır. Həmin Məcəllənin 391.5-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti buna hüququ olmayan şəxs tərəfindən verildikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar çıxarır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası inzibati qanunvericiliyinin və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq, apellyasiya məhkəməsi belə nəticəyə gəlir ki, şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 391.5ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə icraata xitam verilməsinə dair Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ####### 2025-cı il tarixli qərarından Abşeron rayon Prokuroru, R Şəfahət Imanov tərəfindən verilmiş apellyasiya protestinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan protest və ya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-8)-409/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-8)-409/2026
30.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver