Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-410/2026 02.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, Abdullayeva Naibə İlham qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında MN 2485496 seriyalı protokol Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati xərimə edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Birinci instansiya məhkəməsinin qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026cı il tarixli qərarı ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun tərəfindən görüşə şərait yaradılmış və Zərərçəkmiş şəxs uşaqları ilə görüşmüşdür. Lakin o, atası ilə ondan alıb aparmış və geri qaytarmamışdır. Hüquq mühafizə orqanlarına müraciət etdikdən sonra zorla uşaqlarını geri almışdır. Həmin vaxt icra şöbəsi heçbir tədbir görməmişdir. Buradan belə çıxır ki, icra şöbəsi bu işdə ya maraqlı, ya qərəzlidir. Zərərçəkmiş şəxs uşaqlarını zorla ondan alıb aparanda, küçədə onu ağlaya-ağlaya qoyub gedəndə icra şöbəsi heç bir tədbir görməmişdir. Zərərçəkmiş şəxs uşaqlarını aparıb qaytarmamasını uşaqların könüllü onun yanında qalmaq istəmələri ilə əsaslandırmışdır. Hazırda da vəziyyət belədir. Uşaqları ataları ilə görüşmək istəmirlər. Onun uşaqlarını aparıb gizlətmək və ya uşaqların görüşünə mane olmaq niyyətində deyildir. O da istəyir ki, uşaqları atalarını görsünlər, onlar bir ata nəvazişi görsünlər. Zərərçəkmiş şəxs aliment vermir, uşaqları çətinliklə dolandırır. Vidadi Axasov istəmişdir ki, o, 500 manat cərimə ödəsin. Şikayəti təmin edilməsə, onsuzda uşaqların boğazından kəsib o cəriməni ödəyəcəkdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə dair icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarını ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs çıxış edərək apellyasiya şikayətini təmin olunmamasını xahiş etmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq səlahiyyətli dövlət qurumunun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçılarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, İXM-in 75, 76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq iş materiallarında olan sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək düzgün nəticəyə gəlmişdir. İş materiallarında olan: Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli **(***)-***/**** nömrəli icra sənədinə əsasən Zərərçəkmiş şəxs övladı-##.##.2022-ci il təvəllüdlü X2 və ##.##.2023-cü il təvəllüdlü X1 ilə hər həftənin şənbə və bazar günləri saat 12:00-dan 17:00-dək müvəqqəti ünsiyyət üçün görüş vaxtı müəyyən edilmişdir. İcraata başlamaq haqqında ##.##.2025-ci il tarixli qərardan görünür ki, Quba Rayon Məhkəməsinin **(***)-***/**** nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında ##.##.2025-ci il tarixli bildirişdən görünür ki, icra sənədi üzrə tələbin könüllü icrası üçün 2 gün müddət verilmiş, bildiriş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə təqdim edilmişdir. İcra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında ##.##.2026-cı il tarixli qərardan görünür ki, ##.##.2025-ci il tarixli **(***)-***/**** nömrəli icra sənədi ərazi aidiyyəti üzrə icra edilməsi üçün Sumqayıt İcra şöbəsinə göndərilmişdir. Borclunun axtarışı haqqında ##.##.2026-cı il tarixli qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 21-ci maddəsinə əssaən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, hazırkı iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli **(***)-***/**** nömrəli icra sənədi üzrə öhdəliyi yerinə yetirməli olan şəxsdir. Lakin işin hallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə tələbi yerinə yetirməmişdir. Bu halı istər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs çıxışlarında, istərsə də apellyasiya şikayətinin dəlillərində müəyyən olunur. Zərərçəkmiş şəxs uşaqları geri qaytarmaması mövcud icra sənədinin yerinə yetirilməsinə mane olmur. Ümumiyyətlə yekun məhkəmə aktlarının icra mexanizmi mövcud qanunvericilikdə müəyyən edilmişdir. Zərərçəkmiş şəxs icra sənədindən kənar hərəkətləri barədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunvericiliyin tələbləri əsasında müraciət etmək (hüquqmühafizə orqanlarına və aiddiyyəti məhkəməyə, o cümlədən icra məmurunun hərəkətləri barədə aidiyyəti məhkəməyə) hüququ mövcuddur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla birinci instansiya məhkəməsində şikayətdə göstərilən dəlillər ətraflı araşdırılmaqla, toplanmış sübutlar tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında qanunauyğun qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın . Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-8)-410/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-410/2026
02.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver