Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-411/2026 01.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Əhmәdov Elman Mәmmәd oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin rәhbәri barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 iştirakı ilә Qubadlı Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrәli qәrarından barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-nin rәhbәri barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDI: Qubadlı Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrәli qәrarı ilә barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 539.1-1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinәrәk, 1000 (bir min) manat mәblәğindә, barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC (VÖEN **********) Azәrbaycan Respublikası IXM-nin 539.1-1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinәrәk, 2000 (iki min) manat mәblәğindә cәrimә edilmişdir (hakim Ramiz Quliyev) Işin halları: Azәrbaycan Respublikasının Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X1 Xidmәtinin Şәrqi Zәngәzur Regional Şöbәsi tәrәfindәn barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 vә onun rәhbәri olduğu barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 539.1-1-ci maddәsi ilә ##.##.2026-cı il tarixli MN ******* nömrәli vә MN ******* nömrәli protokollar tәrtib olunmuşdur ona görә ki, barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-nin rәhbәri barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 әmәk müqavilәsinin elektron sәnәd formasına keçirilmәsi mәqsәdilә göndәrilmiş *-**-*/*-B*****/**** saylı, ##.##.2026-cı il tarixli icrası mәcburi olan göstәriş mәktubunun icrasını tәmin etmәmişdir. Protokol baxılmaq üçün mәhkәmәyә göndәrilmiş vә mәhkәmә tәrәfindәn yuxarıda qeyd olunan qәrar qәbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-nin rәhbәri barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 apellyasiya şikayәti verәrәk, inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, tәrtib edilmiş inzibati xәta haqqında protokollar tamamilә qanunsuz vә әsassızdır. barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC qanunvericiliyin tәlәblәrinә uyğun olaraq 2022-ci ildә öz sahibkarlıq fәaliyyәtini rәsmi qaydada 2027-ci ilә qәdәr dayandırmışdır. Fәaliyyәtin dayandırılması barәdә müvafiq bәyannamә/әrizә vaxtında vergi orqanına tәqdim edilmiş vә qәbul olunmuşdur. Fәaliyyәti rәsmi şәkildә dayandırılmış hüquqi şәxsin hәr hansı tәsәrrüfat fәaliyyәti, aktiv әmәk-hüquq münasibәtlәri vә ya işçi heyәti mövcud deyil. Fәaliyyәti dayandırılmış müәssisәyә hәr hansı icrası mәcburi olan göstәrişin verilmәsi vә bu göstәrişin icra edilmәmәsinә görә inzibati mәsuliyyәt tәdbirlәrinin tәtbiq edilmәsi hüquqi cәhәtdәn qeyrimümkündür. Inzibati orqan tәrәfindәn iddia olunan xәtanın әsasını tәşkil edәn qanunvericilik aktı 2024-cü ildә qәbul edilmişdir. Lakin barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC öz fәaliyyәtini hәlә 2022-ci ildә (yәni hәmin qanun qәbul edilmәmişdәn 2 il әvvәl) dayandırmışdır. Azәrbaycan Respublikası Konstitusiyasının 149-cu maddәsinin VII hissәsinә әsasәn fiziki vә hüquqi şәxslәrin hüquqi vәziyyәtini ağırlaşdıran, yeni öhdәliklәr müәyyәn edәn qanunların geriyә qüvvәsi yoxdur. Eyni zamanda, AR IXM-nin 9.1-ci maddәsinә әsasәn, inzibati xәta törәtmiş şәxs xәtanın törәdildiyi zaman qüvvәdә olan qanun әsasında inzibati mәsuliyyәtә cәlb olunur. Hüquqi vәziyyәti ağırlaşdıran qanunun geriyә şamil edilmәsi qәtiyyәn yolverilmәzdir. Şirkәtin fәaliyyәtsiz olduğu dövrdә qәbul edilmiş yeni qanunvericilik normalarının 2026-cı ildә şirkәtә tәtbiq edilәrәk cәrimә sanksiyası ilә hәdәlәnmәsi birbaşa konstitusion prinsiplәrin pozulmasıdır. Fәaliyyәti rәsmi dayandırılmış, heç bir aktiv fәaliyyәti vә gәliri olmayan, işçi qüvvәsi saxlamayan hüquqi şәxsin vә onun rәhbәrinin (vәzifәli şәxsinin) hәr hansı inzibati göstәrişi icra etmәk üçün obyektiv imkanları olmamışdır. Bu sәbәbdәn әmәldә hәr hansı tәqsir (qәsd vә ya ehtiyatsızlıq) elementi mövcud deyil. Tәqsir olmadığı tәqdirdә isә inzibati xәta tәrkibindәn söhbәt gedә bilmәz. Prosessual məsələlər: Mәhkәmә iclasında barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-nin rәhbәri barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 apellyasiya şikayәtini müdafiә edәrәk, tәmin edilmәsini, inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etdi. Mәhkәmә iclasının yeri vә vaxtı barәdә rәsmi qaydada mәlumat verilmәsinә baxmayaraq, Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X1 Xidmәtinin nümayәndәsi mәhkәmә iclasına gәlmәmişdir, mәhkәmә işә nümayәndәnin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. IXM-nin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә inzibati xәtaya dair işin materiallarını araşdırıb, proses iştirakçısını dinlәyib, şikayәtin dәlillәrini iş materialları ilә müqayisәli şәkildә tәdqiq edәrәk hesab edir ki, aşağıda qeyd olunanlara görә şikayәt tәmin edilmәmәli, Qubadlı Rayon Mәhkәmәsinin ## #### 2026cı il tarixli, *(*-***)-**/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, iş materiallarında olan Qubadlı Rayon Mәhkәmәsinin *(*-***)-**/**** saylı ##.##.2026-cı il tarixli qәrardadına әsasәn barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 vә rәhbәri olduğu barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-nin Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 539.1-1-ci maddәsi ilә tәqsirlәndirilmәsinә dair ##.##.2026-cı il tarixli MN seriyalı ******* №-li, MN seriyalı ******* №-li inzibati xәta haqqında protokollara eyni vaxtda baxılmasının tәmin olunması üçün 3(5-140)- 64/2026 vә 3(5-140)-**/**** №-li işlәr bir icraatda 3(5-140)-65/2026 nömrә ilә birlәşdirilmişdir. Iş materiallarında olan Protokolu tәrtib edәn orqan tәrәfindәn barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-yә vә MMC-in rәhbәri barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 ünvanlanmış ##.##.2026-cı il tarixli icrası mәcburi göstәriş mәktubdan görünür ki, Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin “Işәgötürәnlәr tәrәfindәn әmәk müqavilәlәrinin elektron sәnәd formasına keçirilmәsi mәrhәlәlәrinin müәyyәn edilmәsi haqqında” ## ######## 2024- cü il tarixli *** nömrәli Qәrarına әsasәn Azәrbaycan Respublikasının 2024-cü il ## #### tarixli ****-VIQD nömrәli Qanunu qüvvәyә minәnәdәk bağlanılmış qüvvәdә olan әmәk müqavilәlәrinin elektron sәnәd formasına keçirilmәsi mәrhәlәsi iri, orta, kiçik vә mikro sahibkarlıq subyekti olan, habelә sahibkarlıq subyekti olmayan işәgötürәnlәr üçün 2025-ci ilin ## #### tarixindәn gec olmayaraq müәyyәn edilmişdir. Qüvvәdә olan әmәk müqavilәlәrinin elektron sәnәd formasına keçirilmәsi prosesinin ##.##.2026-cı il tarixәdәk icra edilmәsi barәdә mәlumat verilmәsi tәlәb olunmuşdur. Iş materiallarında olan “sәnәdin elektron kabinetә yerlәşdirilmәsi haqqında” arayışdan görünür ki, ##.##.2026-cı il tarixli sәnәd hәmin tarixdә, saat 11:30:00-da elektron kabinetә yerlәşdirilmiş, sәnәdin statusu “çatdırılıb” kimi qeyd edilmişdir. Iş materiallarında olan Protokolu tәrtib edәn orqan tәrәfindәn barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-yә vә MMC-in rәhbәri barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 ünvanlanmış ünvanlanmış ##.##.2026-cı il tarixli mәktubdan görünür ki, әmәk müqavilәlәrinin qanunvericiliyә әsasәn ##.##.2026-cı il tarixәdәk elektron sәnәd formasına keçirilmәsinin tәmin edilmәsi ilә bağlı ##.##.2026-cı il tarixli icrası mәcburi göstәriş mәktubu әsasında bağlanılmış әmәk müqavilәlәrinin elektron sәnәd formasına keçirilmәsi tәmin edilmәmişdir. Bu sәbәbdәn inzibati xәtanın törәdilmәsi faktının müәyyәn olub-olmaması ilә әlaqәdar ##.##.2026-cı il tarixdә X1 Xidmәtinin Şәrqi Zәngәzur Regional Şöbәsinә dәvәt olunmuşlar. Iş materiallarında olan “sәnәdin elektron kabinetә yerlәşdirilmәsi haqqında” arayışdan görünür ki, ##.##.2026-cı il tarixli sәnәd hәmin tarixdә saat 12:04:00-da hәm barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC, hәm dә barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 elektron kabinetinә yerlәşdirilmiş, sәnәdin statusu “çatdırılıb” kimi qeyd edilmişdir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 539.1-1-ci maddәsinә әsasәn әmәk müqavilәsinin bağlanması, dәyişdirilmәsi vә xitamının әsasları vә sәnәdlәşdirilmәsi, kollektiv müqavilәnin (sazişin) bağlanması vә yerinә yetirilmәsi, әmәk şәraiti, işçilәrin vә iş yerlәrinin attestasiyasının keçirilmәsi, iş vә istirahәt vaxtı, mәzuniyyәt hüququnun hәyata keçirilmәsi, әmәk vә mәzuniyyәt haqlarının, ezamiyyә xәrclәrinin, müavinәt vә digәr ödәnişlәrin ödәnilmәsi, qadınların vә yaşı 18-dәn az olan işçilәrin әmәyindәn istifadәnin xüsusiyyәtlәri, işçilәrin sığorta olunmasının tәnzimlәnmәsi, әmәyin mühafizәsi norma vә qaydaları ilә bağlı әmәk qanunvericiliyinә әmәl olunmasına dövlәt nәzarәtini hәyata keçirәn müvafiq icra hakimiyyәti orqanının icrası mәcburi olan göstәrişinin әmәk münasibәtlәrinin iştirakçıları tәrәfindәn icra edilmәmәsinә görә vәzifәli şәxslәr min manat mәblәğindә, hüquqi şәxslәr iki min manat mәblәğindә cәrimә edilir. Mәhkәmә hesab edir ki, birinci instansiya mәhkәmәsi inzibati icraat üzrә qәrar qәbul edәrkәn iş materiallarını mahiyyәti üzrә tam araşdırmış, inzibati mәsuliyyәtә cәlb edilmәnin әsası olan qanunvericiliyin tәlәblәrinә әsasәn riayәt etmişdir. Birinci instansiya mәhkәmәsi qәrarında düzgün olaraq qeyd etmişdir ki, barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 vә barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-nin әmәllәrindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 539.1-1-ci maddәsindә nәzәrdә tutulan inzibati xәtanın tәrkibinin olması öz tәsdiqini tapdığından vә qeyd edilәn inzibati xәtanın törәdilmәsi sübuta yetirildiyindәn hәmin maddә üzrә tәqsirli bilinib tәnbeh edilmәlidirlәr. Mәhkәmә birinci instansiya mәhkәmәsinin barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 vә barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-nin әmәllәrindә IXM-nin 539.1-1-ci maddәsinin tәrkib әlamәtlәrinin olması barәdә gәldiyi nәticә ilә razılaşaraq hesab edir ki, birinci instansiya mәhkәmәsinin qәnaәti әsaslı olmuşdur. barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-nin rәhbәri barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 tәrәfindәn verilmiş apellyasiya şikayәtinin inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair dәlillәri әsassızdır. Mәhkәmә eyni zamanda barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC vә MMC-nin rәhbәri barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 barәsindә tәtbiq edilmiş inzibati tәnbehin әsaslılığını müzakirә edәrәk aşağıdakıları nәzәrә alır. Azәrbaycan Respublikası IXM-nin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizlik) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur vә tәnbeh edilir. Azәrbaycan Respublikası IXM-nin 9.1-ci maddәsinә görә inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. Azәrbaycan Respublikası IXM-nin 21 vә 31.1-ci maddәlәrinә әsasәn inzibati tәnbeh inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır vә bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. Azәrbaycan Respublikası IXM-nin 31.2-ci maddәsinә әsasәn fiziki vә ya vәzifәli şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, xәtanın xarakteri, inzibati xәta törәdәn şәxsin şәxsiyyәtini xarakretizә edәn hallar, onun tәqsirinin dәrәcәsi, әmlak vәziyyәti, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. Azәrbaycan Respublikası IXM-nin 31.3-cü maddәsinә әsasәn hüquqi şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, inzibati xәtanın xarakteri, inzibati xәta nәticәsindә hüquqi şәxsin әldә etdiyi xeyrin hәcmi vә ya onun maraqlarının tәmin edilmәsinin xarakteri vә dәrәcәsi, hüquqi şәxsi xarakterizә edәn hallar, o cümlәdәn onun maliyyә vә әmlak vәziyyәti, xeyriyyәçilik vә ya digәr ictimai faydalı fәaliyyәtlә mәşğul olması, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. Mәhkәmә araşdırması zamanı hüquqi şәxs barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC vә onun rәhbәri, vәzifәli şәxs barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 barәsindә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar müәyyәn edilmәmişdir. Göründüyü kimi birinci instansiya mәhkәmәsi barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC vә onun rәhbәri, vәzifәli şәxs barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 barәsindә tәqsirli bilindiklәri maddәnin sanksiyasında müәyyәn edilmiş әn aşağı hәddә cәrimә inzibati tәnbeh tәdbiri tәtbiq etmişdir. Belәlliklә, apellyasiya mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәtindә göstәrilәn dәlillәr әsasında birinci instansiya mәhkәmәsinin qәrarının lәğv edilmәsi üçün әsaslar yoxdur, odur ki, barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-nin vә onun rәhbәri, vәzifәli şәxs barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 Azәrbaycan Respublikası IXM-nin 539.1-1-ci maddәsi ilә tәqsirli bilinib tәnbeh edilmәsinә dair Qubadlı Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalı, apellyasiya şikayәti tәmin edilmәmәlidir. Azәrbaycan IXM-nin 134.1, 134.1.1-ci maddәlәrinә әsasan inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxıldıqda, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә protestin tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Göstәrilәnlәrә әsasәn Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1.1, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Qubadlı Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılsın. barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs2 MMC-nin rәhbәri barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs1 tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-411/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-411/2026
01.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver