Məhkəmə qərarları › İş №3(3-8)-412/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-412/2026

30.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-412/2026 30.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Mәmmәdov Bilal Mahir oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Nabalıyeva Aynur Akif qızının katibliyi, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs, Tәlәbkar Zәrәrçәkmiş şәxs nümayәndәsi Bakı şәhәri ** saylı Vәkil Bürosunun vәkili vәkil1 iştirakları ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından tәlәbkar Zәrәrçәkmiş şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Inzibati materialdan müәyyәn olunur ki, Sumqayıt şәhәri üzrә Icra Idarәsinin icra mәmuru X4 tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası IXM-in 528.1-ci maddәsinә uyğun olaraq inzibati xәta haqqında ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrәli protokol tәrtib olunmuş, baxılması üçün Sumqayıt Şәhәr Mәhkәmәsinә göndәrilmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә (hakim Fәrid Nәsimiyev) Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının IXM-in 528.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinәrәk 500 (beş yüz) manat mәblәğindә inzibati cәrimә edilmişdir. Qәrardan tәlәbkar Zәrәrçәkmiş şәxs apellyasiya şikayәti verәrәk, mübahisәli qәrarın dәyişdirilmәsini, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә tәtbiq edilmiş 500 manat cәrimә tәnbehinin dәyişdirilәrәk 1 ay müddәtinә inzibati hәbs növündә tәnbeh tәdbiri tәtbiq edilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, borclu mәhkәmәdә heç bir rәsmi gәlirinin olmadığını, işlәmәdiyini vә alimenti guya yalnız anasının pensiyası hesabına ödәdiyini bildirәrәk mәhkәmәni qәsdәn yanıltmışdır. Halbuki borclunun bu iddiaları tamamilә yalandır vә onun real maddi vәziyyәtini gizlәtmәk niyyәti daşıyır. Borclu faktiki olaraq qeyri-rәsmi işlәyir vә bu fәaliyyәtindәn yüksәk mәblәğdә gәlir әldә edir. O, bu gәlirlәrini alimenti ödәmәkdәn yayınmaq üçün gizlәdir. Artıq 9 ildir ki, övladlarına heç bir xәrc çәkmir, onların dolanışığı ilә ata kimi maraqlanmır. Bu vaxta qәdәr azyaşlı övladlarını özü çәtinliklә tәkbaşına saxlamış, buna görә borc da etmişdir. Borclu nәinki әvvәlki dövrdәn yaranmış 6924 manat aliment borcunu ödәmir, hәtta aylıq ödәnişlәrini dә qәsdәn әskik edir. Mәhkәmә qәrarı ilә iki uşaq üçün hәr ay 447 manat 20 qәpik aliment ödәnilmәli olduğu halda, borclu yalnız 223 manat ödәmәklә onu çәtin vәziyyәtdә qoyur. Hәmçinin birinci instansiya mәhkәmәsinin әsas gәtirdiyi “X3” tәlimi isә ##.##.2026-cı il tarixindә artıq tamamilә başa çatmışdır. Onun azadlıqda qalması üçün heç bir hüquqi vә ya mәnәvi әsas qalmamışdır. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Apellyasiya instansiyası mәhkәmәsindә iştirak edәn tәlәbkar Zәrәrçәkmiş şәxs nümayәndәsi vәkil1 apellyasiya şikayәtinin dәlillәrini müdafiә edәrәk şikayәtin tәmin edilmәsini xahiş etmişdir. Apellyasiya instansiyası mәhkәmәsindә iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs izahatında bildirdi ki, tәlәbkarın mәqsәdi onu hәbs etdirmәk olmuşdur. Alimenti ödәmәkdәn imtina etmir, hazırda işsizdir. Borcunu ödәyә bilmәmәsinә sәbәb cәzaçәkmә müәssisәsindә olması olmuşdur. ## #### 2026-cı il tarixdә borcundan 500 manat ödәniş etmişdir. Odur ki, apellyasiya şikayәtinin tәmin edilmәmәsini xahiş edir. Mәhkәmә iclasının vaxtı vә yeri barәdә qanunvericiliklә müәyyәn olunmuş qaydada mәlumatlandırılmasına baxmayaraq Sumqayıt şәhәri üzrә Icra Idarәsinin nümayәndәsi mәhkәmә iclasına gәlmәmiş, mәhkәmә inzibati xәta haqqında protokol tәrtib etmiş şәxsin nümayәndәsinin iştirakı olmadan mәhkәmә iclasının keçirilmәsini mümkün hesab etmişdir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn, inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya mәhkәmәsi inzibati icraat materiallarını yoxlayıb hesab edir ki, aşağıdakı әsaslara görә verilmiş apellyasiya şikayәti qismәn tәmin edilmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı lәğv edilmәli, inzibati xәta haqqında iş yenidәn baxılması üçün Sumqayıt Şәhәr Mәhkәmәsinә qaytarılmalıdır. Apellyasiya mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsinin hakimi tәrәfindәn mühüm әhәmiyyәt kәsb edәn hallar tam vә hәrtәrәfli araşdırılmadan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә tәqsirli bilinib cәrimә edilmәsinә dair yekun nәticәyә gәlinmişdir. Belә ki, birinci instansiya mәhkәmәsinin hakimi mübahisәlәndirilәn qәrarını onunla әsaslandırmışdır ki, ##.##.2026-cı il tarixindә keçirilәn mәhkәmә iclası zamanı borclu vә tәlәbkar arasında borclunun işә düzәlәnә kimi aylıq ödәnişlәrin ödәnilmәsinә, işә düzәldikdәn sonra әlavә ödәnişlәrin olması ilә bağlı razılığa gәlmişlәr. Ötәn dövr әrzindә borclu aylıq ödәnişlәri etsә dә, borcundan әlavә ödәnişlәr etmәmişdir. Borclu vә tәlәbkar arasında razılıq әldә olunmasına baxmayaraq tәlәbkarın keçmiş dövrdәn qalıq borcu tәlәb etmәk hüququdur. Tәlәbkar borclunun işә düzәlmәsini qeyri-müәyyәn müddәtә gözlәmәyә bilәr. Borclu cәzaçәkmә müәssisәsindәn çıxdıqdan sonra barәsindә inzibati xәta haqqında protokol tәrtib edilәrәk mәhkәmәyә verilmiş, mәhkәmәdә tәrәflәrin razılığı әsasında başlanmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmiş, hәmin müddәtdәn sonra borclu aylıq ödәnişlәri hәyata keçirmişdir. Borclu hәmin dövrdә X7 müraciәt etmiş, Agentlik tәrәfindәn ##.##.2026-cı il tarixindәn ##.##.2026-cı il tarixinә kimi davam edәn X3 tәliminә cәlb edilmişdir. Mәhkәmә hesab etmişdir ki, inzibati hәbs növündә tәnbeh tәdbirinin tәtbiqi, borclunun tәlimdә iştirakının tamamlanmasına, nәticәdә müәyyәn müddәtdә işsiz qalmasına sәbәb olacaq. Iş materiallarında olan: Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2025-ci il tarixli e-*(***)-***/**** nömrәli icra sәnәdindәn görünür ki, Cavabdeh Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ## ####### 2024-cü il tarixdәn başlayaraq ## ### 2019-cu il tәvәllüdlü X1 vә ## ###### 2016-cı il tәvәllüdlü X2 yetkinlik yaşına çatanadәk saxlanılmaları sonrakı artımlar nәzәrә alınmaqla, hәr ay hәr uşağa görә ölkә üzrә müәyyәn olunmuş minimum әmәk haqqının (193/345 x 100%) 0.559 misli hәddindә sabit pul mәblәğindә aliment tutularaq iddiaçı Zәrәrçәkmiş şәxs ödәnilmәlidir. ##.##.2025-ci il tarixli icraata başlamaq haqqında qәrardan görünür ki, Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2025-ci il tarixli e-*(***)-***/**** nömrәli icra sәnәdi üzrә icraata başlanmışdır. ##.##.2025-ci il tarixli tәlәbin könüllü icrası haqqında bildirişdәn görünür ki, borcludan icra sәnәdindә göstәrilәn tәlәbi 10 gün müddәtindә könüllü icra etmәyi xahiş olunmuşdur. ##.##.2026-cı tarixli borclunun axtarışı haqqında qәrardan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә axtarış elan edilmişdir. Zәrәrçәkmiş şәxs ##.##.2025-ci il tarixli әrizәsindәn görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ona 6137 manat borcu var. Borclu barәsindә mәcburi icra tәdbirlәrinin görülmәsini xahiş edir. Sumqayıt şәhәr Mәhkәmәsinin ##.##.2025-ci il tarixli qәrardadından görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ölkәdәn getmәk hüququ müvәqqәti mәhdudlaşdırılmışdır. Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli qәrarından görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә IXM-nin 528.1-ci maddәsi ilә başlanmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmişdir. “Birbank” ödәniş sistemi vasitәsi ilә ödәnilmiş ödәniş qәbzlәrindәn görünür ki, borclu tәrәfindәn müxtәlif vaxtlarda – 2026-cı ilin mart ayında 445, 2026-cı ilin aprel ayında 446, 2026cı ilin may ayında 53, 10, 223, 50 manat olmaqla ödәnişlәr edilmişdir. ##.##.2026-cı il tarixli arayışdan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs “xxxx” Əlavә Tәhsil Mәrkәzi MMC vә X9 birgә tәşkil etdiyi ##.##.2026-cı il tarixdәn ##.##.2026-cı il tarixәdәk X3 tәlimindә iştirak etmişdir. ## #### 2026-cı il tarixli MN ******* nömrәli inzibati xәta haqqında protokoldan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2025-ci il tarixli e-*(***)-***/**** nömrәli icra sәnәdi üzrә üzrlü sәbәb olmadan icra mәmurunun qanuni tәlәblәrini yerinә yetirmәmiş vә hazırda 6924 manat borcu yaranmışdır. Mәhkәmә qeyd edir ki, Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsinin dispozisiyasına görә icra sәnәdindәki tәlәbin üzrsüz sәbәbdәn icra mәmuru tәrәfindәn müәyyәn olunmuş müddәtdә icra edilmәmәsinә vә ya icra mәmurunun mәhkәmә vә ya başqa dövlәt orqanlarının qәrarlarının icrası ilә әlaqәdar digәr qanuni tәlәblәrinin yerinә yetirilmәmәsinә görә mәsuliyyәt nәzәrdә tutulur. Apellyasiya Mәhkәmәsi qeyd edir ki, birinci instansiya mәhkәmәsi inzibati xәta haqqında iş üzrә qәrar qәbul edәrkәn tam araşdırma aparmadan qәrar qәbul edilәn tarixә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs nә qәdәr borcunun olmasını dәqiqlәşdirmәmiş, sonuncunun hansı vaxtda nә qәdәr aliment borcunu ödәdiyi, aylıq nә qәdәr sabit pul mәblәğindә aliment borcu ödәmәli olduğunu aydınlaşdırmamışdır. Mәhkәmә qәrarında borclunun ödәnilmәmiş 6924 manat borcu olduğu göstәrilsә dә elә hәmin qәrarda sadalanan 445, 446, 53, 10, 223, 50 manat ödәnişlәrin hәmin qeyd edilmiş borcdan çıxılıb-çıxılmadığı müәyyәn edilmәmişdir. Bundan başqa mәhkәmә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsә cәrimә növündә inzibati tәnbeh tәtbiq edәrkәn inzibati hәbs növündә tәnbeh tәtbiq edilәrsә borclunun tәlimdә iştirakının tamamlanmamasını, nәticәdә müәyyәn müddәt işsiz qala bilmәsini әsas kimi göstәrmiş, lakin barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin mәhz maddi imkanının olmamasına görә inzibati xәtanı törәtmәsi xüsusatına diqqәt yetirmәdәn bu hissәdә qiymәtlәndirmә aparmamışdır. Odur ki, işә yenidәn baxılarkәn yuxarıda sadalanan hallar әtraflı aydınlaşdırılmalı, zәrurәt olarsa müvafiq sorğular verilmәli, qeyd edilәnlәrlә yanaşı işin digәr halları araşdırılmalı, nәticәsindәn asılı olaraq iş üzrә qanunamüvafiq qәrar qәbul edilmәlidir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 48-ci maddәsinә әsasәn inzibati xәta haqqında hәr bir işin hallarının vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә araşdırılması inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәrinә aid edilmişdir. Hәmin Mәcәllәsinin 76.1-cı maddәsinә әsasәn inzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Qeyd olunanlara әsasәn, apellyasiya instansiyası mәhkәmәsi belә qәnatә gәlir ki, Sumqayıt Şәhәr Mәhkәmәsi Azәrbaycan Respublikası IXM-nin 48-ci maddәsinin tәlәblәrini pozaraq işin hallarını hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaq üçün lazımi tәdbirlәr görmәdiyindәn, hazırki inzibati xәta haqqında iş üzrә qәrar işin hallarının tam vә hәrtәrәfli şәkildә araşdırılmaması ilә bağlı әsaslı vә qanuni hesab edilә bilmәz. Buna görә dә Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı lәğv edilmәli vә inzibati xәta haqqında iş yenidәn baxılması üçün Sumqayıt Şәhәr Mәhkәmәsinә göndәrilmәlidir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1.4-cü maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq bu Mәcәllәnin 135.1.1 vә 135.1.6-cı maddәlәri ilә müәyyәn edilmiş hallarda qәrarın lәğv edilmәsi vә inzibati xәta haqqında işin yenidәn baxılmaq üçün hakimә, sәlahiyyәtli orqana (vәzifәli şәxsә) göndәrilmәsi haqqında qәrar qәbul edilir. Azәrbaycan Respublikası IXM-nin 135.1.1-ci maddәsindә әsasәn hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) gәldiyi nәticәlәr üzrә mühüm әhәmiyyәt kәsb edәn bütün faktiki halların araşdırılmaması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsasdır. Göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1, 134.1.4-cü vә 136-cı maddәlәrini rәhbәr tutaraq mәhkәmә, QƏRARA A L D İ: Apellyasiya şikayәti qismәn tәmin edilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin 09 iyun 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı lәğv edilsin. Işә yenidәn baxılması üçün material Sumqayıt Şәhәr Mәhkәmәsinә, yeni mәhkәmә baxışına göndәrilsin. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrar qәtidir, ondan şikayәt vә ya protest verilә bilmәz. Hakim: Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar