Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-414/2026 01.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Əhmәdov Elman Mәmmәd oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin nümayәndәsi X3, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) iştirakları ilә Qusar Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarından Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDI: Qusar Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarı ilә şikayәt tәmin edilmәmiş vә Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Ərazi Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikası IXM-nin 253.2-ci maddәsi ilә olan ##.##.2026-cı il tarixli MN ******* nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmışdır (hakim Əli Cәlilov). Işin halları : Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsi tәrәfindәn qәbul edilmiş ## ##### 2026-cı il tarixli, MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrara әsasәn Qәrardan şikayәt verәn orqan (şәxs) Qusar rayonu, Üzdәnoba kәndi әrazisindә yerlәşәn kәnd tәsәrrüfatı tәyinatlı pay torpaq sahәsindә müşә fonduna daxil olmayan 5 әdәd köküstә yaş bioloji inkişafda olan ağacı qanunsuz kәsmişdir. Qәrardan şikayәt verәn orqan (şәxs) birinci instansiya mәhkәmәsinә şikayәt әrizәsi ilә müraciәt edәrәk, Qәrarından şikayәt verilәn orqan ## ##### 2026-cı il tarixli, MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarının lәğv edilmәsini xahiş etmişdir. Işә baxan Qusar Rayon Mәhkәmәsi yuxarıda qeyd edilәn qәrarı qәbul etmişdir. Şikayətin dəlilləri: Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәti verәrәk, Qusar Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarının lәğv edilmәsini vә iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayәtini onunla әsaslandırmışdır ki, o, uşaqlıqdan ikinci qrup әlil vә şәhid ailәsi üzvüdür. Onun ailә üzvünә dövlәt tәrәfindәn qanuni әsaslarla Qusar rayonu, Üzdәnoba kәndi әrazisindә yerlәşәn kәnd tәsәrrüfatı tәyinatlı pay torpaq sahәsi ayrılmışdır vә hәmin sahә onun istifadәsindәdir. 2026-cı ilin әvvәlindә o, hәmin torpaq sahәsindә abadlaşdırma vә tәmizlik işlәri aparmışdır. Sahә uzun müddәt baxımsız qaldığından orada çürümüş, qurumuş vә külәyin tәsiri ilә zәdәlәnmiş ağaclar, habelә sıx kolluqlar әmәlә gәlmişdir. Torpaqdan onun tәyinatına uyğun istifadә edә bilmәk mәqsәdilә o, qurumuş vә zәdәlәnmiş bitki örtüyünü tәmizlәmişdir. Cavabdeh orqan — * saylı Ərazi Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsi tәrәfindәn ##.##.2026-cı il tarixli, MN ******* nömrәli qәrarla o, IXM-nin 253.2ci maddәsi ilә tәqsirli bilinmiş vә 2000 (iki min) manat mәblәğindә cәrimә edilmişdir. Bununla yanaşı, onun üzәrinә 440 (dörd yüz qırx) manat mәblәğindә ziyanın ödәnilmәsi öhdәliyi dә qoyulmuşdur. Qәrarda iddia olunur ki, o, meşә fonduna daxil olmayan sahәdә 5 әdәd köküstә yaş, bioloji inkişafda olan akasiya ağacını qanunsuz kәsmişdir. O, hәmin qәrardan Qusar Rayon Mәhkәmәsinә şikayәt vermiş, lakin şikayәti tәmin edilmәmiş, cavabdeh orqanın qәrarı dәyişdirilmәdәn saxlanılmışdır. Birinci instansiya mәhkәmәsi qәrarını onunla әsaslandırmışdır ki, IXM-nin 253-cü maddәsinin qeyd hissәsindә nәzәrdә tutulmuş istisna yalnız xüsusi mülkiyyәtdә olan hәyәtyanı vә bağ sahәlәrindәki yaşıllıqlara şamil edilir, mübahisәli ağaclar isә kәnd tәsәrrüfatı tәyinatlı pay torpaq sahәsindә yerlәşdiyi üçün hәmin istisna tәtbiq oluna bilmәz. Hesab edir ki, birinci instansiya mәhkәmәsinin qәrarı qanunsuz vә әsassızdır, tam lәğv edilmәlidir. Mәhkәmә işin faktiki hallarını tam vә hәrtәrәfli araşdırmamış, maddi vә prosessual hüquq normalarını düzgün tәtbiq etmәmişdir. Nә cavabdeh orqan, nә dә birinci instansiya mәhkәmәsi kәsilmiş ağacların hәqiqәtәn köküstә yaş vә bioloji inkişafda olub-olmadığını obyektiv şәkildә müәyyәn etmәmişdir. Işdә bu mәsәlә üzrә heç bir ekspert rәyi, dendroloji vә ya bioloji ekspertiza nәticәsi yoxdur. Cavabdeh orqanın öz tәrtib etdiyi sәnәddә ağacları “köküstә yaş” kimi tәsnif etmәsi bu faktın sübuta yetirilmәsi demәk deyildir. Inzibati xәtanın tәrkibi üçün hәlledici әhәmiyyәt daşıyan fakt — ağacların bioloji vәziyyәti — araşdırılmamış qalmışdır. Hazırki işdә tәqsiri sübut etmәk vәzifәsi tamamilә cavabdeh orqanın üzәrinә düşür. Lakin cavabdeh orqanın nümayәndәsi ##.##.2026-cı il tarixli yekun mәhkәmә iclasına gәlmәmiş vә mövqeyini lazımi sübutlarla әsaslandırmamışdır. Ağacların bioloji vәziyyәti ilә bağlı yaranmış ciddi şübhә qanunun tәlәbinә görә onun xeyrinә hәll edilmәli idi. Bunun әvәzinә mәhkәmә bütün şübhәlәri cavabdeh orqanın xeyrinә şәrh etmiş vә bununla tәqsirsizlik prezumpsiyası prinsipini pozmuşdur. Mübahisәli torpaq sahәsi kәnd tәsәrrüfatı tәyinatlı pay torpaq sahәsi olmaqla, dövlәt tәrәfindәn qanuni qaydada ayrılmış vә onun qanuni istifadәsindәdir. Prosessual məsələlər: Apellyasiya mәhkәmәsinin iclasında iştirak edәn Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәtini müdafiә edәrәk, şikayәtin tәmin edilmәsini, Qusar Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarının lәğv edilmәsini xahiş etdi. Apellyasiya mәhkәmәsinin iclasında iştirak edәn * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin nümayәndәsi X3 apellyasiya şikayәtinә etiraz edәrәk, Qusar Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarının dәyişdirilmәdәn saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya şikayәtinin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdırıb, proses iştirakçılarını dinlәyib, tәdqiq olunmuş sübutlara qiymәt verәrәk mәhkәmә hesab edir ki, aşağıda göstәrilәnlәrә әsasәn Qusar Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalı, apellyasiya şikayәti tәmin edilmәmәlidir. Belә ki, hәm iş materiallarında olan ##.##.2026-cı il tarixli cinayәt işinin başlanmasının rәdd edilmәsi haqqında qәrardan, hәm dә Qәrardan şikayәt verәn orqan (şәxs) birinci instansiya mәhkәmәsindә mәhkәmә iclasında vermiş olduğu izahatdan görünür ki, şәxs hәqiqәtәn dә Qusar rayonu, Üzdәnoba kәndindә yerlәşәn kәnd tәsәrrüfatlı tәyinatlı torpaq sahәsindә olan köküstә yaş, bioloji inkişafda olan akasiya ağaclarını kәsmişdir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 253.2-ci maddәsinә әsasәn meşә fonduna daxil olmayan ağac vә ya kolların qanunsuz kәsilmәsinә (götürülmәsinә) vә ya mәhv edilmәsinә görә fiziki şәxslәr iki min manat miqdarında, vәzifәli şәxslәr dörd min manat miqdarında, hüquqi şәxslәr iyirmi beş min manat miqdarında cәrimә edilir. Mәhkәmә Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә inzibati xәta haqqında iş üzrә cәrimә edilmәsinin әsaslılığını müzakirә edәrәk aşağıdakıları qeyd edir: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn, yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizlik) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur vә tәnbeh edilir. Azәrbaycan Respublikası IXM-nin 9.1-ci maddәsinә görә, inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 21 vә 31.1-ci maddәlәrinә әsasәn inzibati tәnbeh inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır vә bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. Mәhkәmә qeyd olunan halları nәzәrә alaraq hesab edir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) әmәli düzgün olaraq Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 253.2-ci maddәsi ilә tövsif edilmişdir. Hәmçinin birinci instansiya mәhkәmәsi inzibati icraat üzrә qәrar qәbul edәrkәn iş materiallarını mahiyyәti üzrә tam araşdırmış, inzibati mәsuliyyәtә cәlb edilmәnin әsası olan qanunvericiliyin tәlәblәrinә әsasәn riayәt etmişdir. Qәrardan şikayәt verәn orqan (şәxs) inzibati tәnbeh vermә haqqında qәrarı mübahisәlәndirmәsindә әsas kimi hәmin torpaq sahәsinin arvadı X2 mәxsus olmasını, yәni birgә xüsusi mülkiyyәtdә olan torpaq sahәsindә hәr hansı ağacın kәsilmәsinin inzibati mәsuliyyәtә sәbәb olmamasını göstәrmişdir. Birinci instansiya mәhkәmәsi düzgün olaraq qәrarında hәmin әsaslandırmaya münasibәtdә qeyd etmişdir ki, Azәrbaycan Respublikası IXM-nin 253-cü maddәsinin qeydinә әsasәn kәnd tәsәrrüfatı mәhsullarının istehsalı üçün istifadә edilәn bitkilәrdәn ibarәt yaşıllıqlara (әkinlәrә), habelә xüsusi mülkiyyәtdә olan hәyәtyanı vә bağ sahәlәrindәki yaşıllıqlara bu Mәcәllәnin 253-cü vә 253-1-ci maddәlәrinin qüvvәsi şamil edilmir. Hәmin maddәnin qeyd hissәsindә dә görünür ki, qanunverici hәmin maddәlәrin şamil edilmәmәsini yalnız xüsusi mülkiyyәtdә olan hәyәtyanı vә bağ sahәlәrinә münasibәtdә qeyd etmişdir. Hazırki iş üzrә isә sözgüedәn akasiya ağaclarının yerlәşdiyi torpaq sahәsi kәnd tәsәrrüfatlı tәyinatlı pay torpaq sahәsidir. Belә olduğu tәqdirdә isә maddәnin qeyd hissәsi hazırki iş üzrә şikayәtin әsaslı olmasına vә qәrarın lәğv olunmasına әsas yaradan norma kimi götürülә bilmәz. Yuxarıda qeyd olunanlara mәcmu halında qiymәt verәrәk mәhkәmә hesab edir ki, * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsi tәrәfindәn qәbul edilmiş ## ##### 2026-cı il tarixli, MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrardan barәsindә qәrar qәbul edilmiş şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş şikayәtin tәmin edilmәmәsinә dair birinci instansiya mәhkәmәsinin qәrarı qanuni vә әsaslıdır. Ona görә dә, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәtinin dәlillәri Qusar Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarının lәğv edilmәsinә әsas ola bilmәz. Odur ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Qusar Rayon Mәhkәmәsinin *(*-***)- ***/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Göstәrilәnlәrә әsasәn IXM-nin 134.1.1-ci maddәsini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Qusar Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-414/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-414/2026
01.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver