Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-415/2026 01.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Mәmmәdov Bilal Mahir oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Nabalıyeva Aynur Akif qızının katibliyi, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs “xxxx” Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin nümayәndәsi X2, Azәrbaycan Respublikası Fövqәladә Hallar Nazirliyi Dövlәt Yanğın Nәzarәti Xidmәti X3 Yanğın Nәzarәti Idarәsinin nümayәndәsi böyük inspektor, R Nümayәndә iştirakı ilә, “xxxx” MMC-nin Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 518.3-cü maddәsi ilә tәqsirli bilinmәsinә dair Qusar Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından “xxxx” MMC-nin nümayәndәsi X1 tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Azәrbaycan Respublikası Fövqәladә Hallar Nazirliyi Dövlәt Yanğın Nәzarәti Xidmәti X3 Yanğın Nәzarәti Idarәsi tәrәfindәn “xxxx” MMC barәsindә Azәrbaycan Respublikası IXM-in 518.3-cü maddәsi ilә tәrtib edilmiş ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrәli inzibati xәta haqqında protokol tәrtib edilәrәk baxılması üçün Qusar Rayon Mәhkәmәsinә göndәrilmişdir. Qusar Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı ilә (Hakim Günel Sәfәrli) “xxxx” MMC Azәrbaycan Respublikası IXM-in 518.3-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinib 2000 (iki min) manat mәblәğindә cәrimә edilmişdir. Qәrardan “xxxx” MMC apellyasiya şikayәti verәrәk, mәhkәmәnin mübahisәli qәrarının lәğv edilmәsini vә inzibati xәta hadisәsinin olmaması sәbәbindәn xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, “xxxx” MMC-nin aparılmış yoxlamadan mәlumatı olmamış, protokol vә mәhkәmә bildirişi eyni zamanda MMC-yә daxil olduqdan sonra bu yoxlamadan vә nәticәlәrindәn mәlumatlı olmuşlar. Halbuki “xxxx” MMC Şahdağ әrazisindә hazırda sadәcә kanat yollarının inşası ilә mәşğul olur. Hәr hansı binada MMC-nin Sifarişçi ilә müqavilәsi olmadığı kimi әmәkdaşları da yoxlama aparılmış әrazidә ola bilmәzdilәr. Qәrarda “xxxx” MMC-nin obyektindә yanğın tәhlükәsizliyi barәsindә qeydlәr vardır ki, bu da inzibati orqanın tәrәfi müәyyәn edә bilmәmәsi ilә eyni zamanda obyektlәrin dә Şahdağ әrazisindә Sifarişçisi balanssaxlayıcısı olan X7 müәyyәn edә bilmәmәsinә dәlalәt edir. Inzibati xәta haqqında protokol tәrtib edildiyi zaman da “imza etmәkdәn imtina etdilәr” kimi ifadәlәr tәkrarlanır. Hәmçinin mәhkәmә texniki-müayinә aktına mötәbәr sübut kimi baxmış, inzibati xәtanı törәtmiş әsl şәxsi müәyyәn edә bilmәmişdir. Ümumilikdә qeyd olunan әrazinin balanssaxlayıcısı X8. Agentliklә әlaqә saxlayıb hәqiqәtәn dә qeyd olunan pozuntular törәdilmәsi müәyyәn edilmişsә inzibati xәtanı törәdәnin subyektini müәyyәn etmәk olardı. “xxxx” MMC-nin әmәlindә ictimai münasibәtlәrә qәsd edәn, hüquqa zidd olan, tәqsirli sayılan vә inzibati mәsuliyyәtә sәbәb olan әmәli olmadığı üçün inzibati xәta hadisәsi dә olmamışdır. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә Inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Apellyasiya mәhkәmәsindә mәhkәmә iclasında iştirak edәn barәsindә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs “xxxx” MMC-nin nümayәndәsi X2 apellyasiya şikayәtinin dәlillәrinә uyğun çıxış edәrәk apellyasiya şikayәtinin tәmin edilmәsini xahiş etmişdir. Apellyasiya mәhkәmәsindә mәhkәmә iclasında iştirak edәn Azәrbaycan Respublikası Fövqәladә Hallar Nazirliyi Dövlәt Yanğın Nәzarәti Xidmәti X3 Yanğın Nәzarәti Idarәsinin nümayәndәsi Nümayәndә çıxış edәrәk bildirdi ki, obyektlәrdә yoxlamalar Ədliyyә Nazirliyinin çıxarışları әsasında aparılır vә qanuna әsasәn planlı yoxlamadan 5 iş günü әvvәl mәlumat verilir. Əgәr “xxxx” MMC-yә mәxsus belә bir obyekt olmasaydı Ədliyyә Nazirliyi tәrәfindәn hәmin çıxarış verilmәzdi. MMC әgәr hәmin obyekt onlara aid deyildirsә bu barәdә mәlumat vermәli idi. Belә ki, yoxlamanın aparılmasına dair mәlumat MMC-yә # ### 2026-cı il tarixdә göndәrilmiş, ## ### 2026-cı il tarixdә MMC tәrәfindәn qәbul edilsә dә geri dönüş edilmәmiş, hәr hansı sәnәdlәr tәqdim edilmәmişdir. Qeyd olunanların nәzәrә alınaraq apellyasiya şikayәtinin tәmin edilmәmәsini xahiş etmişdir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Iş materiallarında olan: Azәrbaycan Respublikası Fövqәladә Hallar Nazirliyi Dövlәt Yanğın Nәzarәti Xidmәtinin X3 Yanğın Nәzarәti Idarәsinin ## ##### 2026-cı il tarixli, № *-18-79/Q-1876/2026 saylı qәrarından görünür ki, “xxxx” MMC-nin Qusar rayonu Kuzun kәndindә inşa edilmәklә olan otel binasında ##.##.2026-cı il tarixindәn ##.##.2026-cı il tarixinәdәk planlı yanğın tәhlükәsizliyi yoxlamasının aparılması qәrara alınmışdır. Sahibkarlıq sahәsindә aparılan yoxlamaların vahid mәlumat reyestrindәn ##.##.2026-cı il tarixli KY********* nömrәli çıxarışdan görünür ki, ##.##.2026 – ##.##.2026-cı il tarixәdәk Qusar rayonu, Kuzun kәndi, Şahdağ X10 Ərazisi, Inşa edilmәkdә olan otel binasında “Yanğın tәhlükәsizliyi haqqında” Qanunun tәlәblәrinә riayәt edilib-edilmәmәsinin yoxlanılması planlaşdırılmışdır. ## ### 2026-cı il tarixli X11 görünür ki, yoxlama zamanı “xxxx” MMC-nin obyektindә YTQ № **-2001 - 1.9.12; 2.1; 4.4; 6.1; 8.3; 93; 10.4, YTQ 05-86 - 1.2 bәndlәrinin vә “Yanğın tәhlükәsizliyi haqqında” Azәrbaycan Respublikası Qanununun 25-ci maddәsinin tәlәblәri pozulmuşdur. Qeyd olunan pozuntularla bağlı “xxxx” MMC barәsindә IXM-in 518.3-cü maddәsilә inzibati xәta haqqında protokol tәrtib edilmişdir. Mәhkәmә apellyasiya şikayәtinin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdırıb, proses iştirakçılarının çıxışlarını dinlәyib, tәdqiq olunmuş sübutlara qiymәt verәrәk hesab edir ki, verilmiş apellyasiya şikayәti qismәn tәmin edilmәli, aşağıda qeyd olunan әsaslara görә dair Qusar Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı lәğv edilmәlidir. Belә ki, Apellyasiya Mәhkәmәsi ilk olaraq onu qeyd edir ki, iş materiallarından görünür ki, protokolu tәrtib edәn orqan tikilmәkdә olan otel binasının hәqiqәtәn dә “xxxx” MMC tәrәfindәn inşa edilib-edilmәmәsini rәsmi sәnәdlәrlә (mәsәlәn, reyestr çıxarışı, tikintiyә icazә sәnәdlәri, podrat müqavilәsi vә s.) yoxlamamış, yalnız şifahi mәlumat әsasında belә qәnaәtә gәlmişdir. Birinci instansiya mәhkәmәsi dә yalnız protokola әlavә edilmiş sәnәdlәrlә kifayәtlәnmiş, obyektin hәqiqәtәn MMC tәrәfindәn inşa edilib-edilmәmәsini, podratçı vә ya sifarişçi münasibәtlәrini dәqiqlәşdirmәmişdir. Yәni obyektin hәqiqәtәn dә qeyd olunan hüquqi şәxs tәrәfindәn inşa edilib-edilmәmәsi dәqiqlәşdirilmәmişdir. Hәmçinin, planlı yoxlamanın aparılmasına dair mәlumatın Ədliyyә Nazirliyinin vahid reyestrindәn keçmәsi faktı, öz-özlüyündә hәmin obyektdә aşkar edilmiş yanğın tәhlükәsizliyi qaydalarının pozulmasına görә birbaşa hәmin hüquqi şәxsin mәsuliyyәt daşıdığını vә xәtanın subyekti olduğunu mütlәq şәkildә sübut etmir. Belә ki, tikilmәkdә olan әmlak qanunvericiliyә uyğun olaraq üçüncü şәxslәrә icarәyә verilә vә ya podrat müqavilәsi әsasında inşası tamamilә başqa bir tikinti şirkәtinә hәvalә edilә bilәrdi ki, bu halda da inzibati xәtanın subyekti dәyişmiş olur. Bundan başqa MMC-nin nümayәndәsi yoxlamanın keçirilmәsinә dair mәlumatları olmadığını qeyd etsә dә iş materiallarına әlavә edilmiş poçt göndәrişlәrinin izlәnmәsinә dair çıxarışlardan görünür ki, yoxlamanın aparılmasına dair MMC-nin ünvanına ## ### 2026-cı il tarixdә göndәrilmiş mәlumat ##.##.2026-cı il tarixdә, ## ### 2026-cı il tarixdә göndәrilmiş inzibati xәta haqqında protokol isә ## ### 2026-cı il tarixdә qәbul edilmişdir. Birinci instansiya mәhkәmәsi tәrәfindәn yuxarıda qeyd olunan hallar araşdırılmadan vә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxsin nümayәndәsinin iştirakı tәmin edilmәdәn inzibati xәta haqqında protokola әlavә edilmiş sәnәdlәr әsasında iş üzrә qәrar qәbul edilәrәk hüquqi şәxs barәsindә inzibati tәnbeh tәtbiq edilmişdir. Apellyasiya Mәhkәmәsi belә nәticәyә gәlir ki, iş üzrә tikilmәkdә olan otel binasının hәqiqәtәn dә “xxxx” MMC tәrәfindәn inşa edilib-edilmәmәsi dәqiq müәyyәn edilmәli, bundan sonra mәhkәmәyә tәqdim edilmiş sübutların hәqiqiliyi müәyyәn olunaraq işin düzgün hәlli üçün әhәmiyyәti olan digәr hallar qanunvericiliyin tәlәblәri baxımından araşdırılmalı, onların mötәbәrliliyi yoxlanıldıqdan sonra qәrar qәbul edilmәlidir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. Azәrbaycan Respublikası IXM-nin 8.1-ci maddәsinә әsasәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin tәqsiri bu Mәcәllә ilә nәzәrdә tutulmuş qaydada sübuta yetmәdikdә vә bu, inzibati xәta haqqında iş üzrә icraata baxmış hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) qüvvәyә minmiş qәrarı ilә müәyyәn edilmәdikdә, o, tәqsiri olmayan hesab edilir; Azәrbaycan Respublikası IXM-nin 8.2-ci maddәsinә әsasәn inzibati mәsuliyyәtә cәlb olunmuş şәxs öz tәqsirsizliyini sübut etmәyә borclu deyildir. Azәrbaycan Respublikası IXM-nin 48-ci maddәsinә әsasәn inzibati xәta haqqında hәr bir işin hallarının vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә araşdırılması inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәrinә aid edilmişdir. Azәrbaycan Respublikası IXM-in 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olubolmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәkdәn ötrü hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәrçәkmiş şәxslәrin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. Yuxarıda qeyd oluan qanunverciliyin tәlәblәri baxımından apellyasiya instansiyası mәhkәmәsi belә qәnaәtә gәlir ki, istәr sәlahiyyәtli orqan, istәrsә dә birinci instansiya mәhkәmәsi işin hallarını hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaq üçün lazımi tәdbirlәr görmәdiyindәn, hazırki inzibati xәta haqqında iş üzrә qәrar işin hallarının tam vә hәrtәrәfli şәkildә araşdırılmaması ilә bağlı әsaslı vә qanuni hesab edilә bilmәz. Belәliklә, Apellyasiya Mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәti qismәn tәmin edilmәli, “xxxx” MMC-nin Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 518.3-cü maddәsi ilә tәqsirli bilinmәsinә dair Qusar Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı vә inzibati xәta haqqında işin baxılmağa hazırlanmasına dair ## ### 2026-cı il tarixli qәrardadı lәğv edilmәli, qәrar inzibati xәta haqqında işә yenidәn baxılması vә araşdırılması üçün sәlahiyyәtli orqana göndәrilmәlidir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1.4-cü maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq bu Mәcәllәnin 135.1.1 vә 135.1.6-cı maddәlәri ilә müәyyәn edilmiş hallarda qәrarın lәğv edilmәsi vә inzibati xәta haqqında işin yenidәn baxılmaq üçün sәlahiyyәtli orqana (vәzifәli şәxsә) göndәrilmәsi haqqında qәrar qәbul edilir. Azәrbaycan Respublikası IXM-nin 135.1.1-ci maddәsindә әsasәn hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) gәldiyi nәticәlәr üzrә mühüm әhәmiyyәt kәsb edәn bütün faktiki halların araşdırılmaması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsasdır. Göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1, 134.1.4, 135.1.1 vә 136-cı maddәlәrini rәhbәr tutaraq mәhkәmә, QƏRARA ALDİ: Apellyasiya şikayәti qismәn tәmin edilsin. “xxxx” MMC-nin Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 518.3-cü maddәsi ilә tәqsirli bilinmәsinә dair Qusar Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı vә inzibati xәta haqqında işin baxılmağa hazırlanmasına dair ## ### 2026-cı il tarixli qәrardadı lәğv edilsin. Qәbul edilmiş qәrar inzibati xәta haqqında işә yenidәn baxılması üçün sәlahiyyәtli orqana (vәzifәli şәxsә) Azәrbaycan Respublikası Fövqәladә Hallar Nazirliyi Dövlәt Yanğın Nәzarәti Xidmәti X3 Yanğın Nәzarәti Idarәsinә göndәrilsin. Azәrbaycan Respublikası IXM-nin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrar qәtidir, ondan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz. Hakim Bilal Məmmədov
Məhkəmə qərarları › İş №3(3-8)-415/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-415/2026
01.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver