Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-416/2026 30.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Rzayev Mәhәmmәdәli Əsәd oğlunun sәdrliyi, Hacıyeva Aytәkin Qurban qızının katibliyi, Dövlәt Sәrhәd Xidmәti Sahil Mühafizәsinin 5-ci (Sumqayıt) sahil nәzarәt şöbәsinin R-Rı X1 iştirakı ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikasının İXM-nin 571-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azәrbaycan Respublikasının Dövlәt Sәrhәd Xidmәtinin Sahil Mühafizәsi tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının İXM-nin 571ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәsi ilә bağlı tәrtib olunmuş ##.##.2026-cı il tarixli, MN ******* nömrәli inzibati xәta haqqında protokol vә ona әlavә edilmiş sәnәdlәr baxılması üçün Siyәzәn Rayon Mәhkәmәsinә göndәrilmişdir. Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarı (hakim B.Əlәkbәrov) ilә ## ###### 1987-ci il tarixdә Şabran rayonunun Yenikәnd kәndindә doğulmuş, Azәrbaycan Respublikasının vәtәndaşı, evli, fәrdi qaydada balıqçılıq fәaliyyәti ilә mәşğul olan, Siyәzәn rayonunun Yenikәnd kәndindә qeydiyyatda olmaqla, yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (fәrdi identifikasiya nömrәsi *******) Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 571-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәrәk, 300 (üç yüz) manat mәblәğindә cәrimә edilmәsi qәrara alınmışdır. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs qәrardan apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilmәsini, inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, onun mәhkәmә iclasında vermiş olduğu izahatında әslindә hansısa bir şәkildә nәyisә etiraf etmәyi, özünü tәqsirli bilmәyi olmamışdır. Ola bilәr ki, nәyisә “etiraf etmişdir”, ancaq bunu savadsızlığıyla әlaqәlәndirmiş vә faktiki olaraq mahiyyәtini anlamamışdır. Bildirir ki o, balıqçıdır vә kiçik hәcmli balıqçı gәmisini etibarnamә әsasında idarә edir. Qeyd edilәn tarixdә vә saatda bәlkә dә o, Xәzәr dәnizinә daxil olmuşdur, ancaq hәr hansı bir DSX әmәkdaşı ilә rastlaşmamış vә eyni zamanda dәnizә daxil olub çıxdıqdan sonra hәr hansı bir şәxslәrlә dә ünsiyyәtdә olmamışdır. Ərazidә xidmәt aparan sәrhәdçilәr tәrәfindәn hәr hansı bir irad eşitmәmişdir. Bundan әlavә 24 aprel tarixindә hәr hansı bir protokolun tәrtib edilmәsi vә ya tәrtib edilmiş protokolu imzalama vә yaxud da imzalamaqdan imtina etmәk hadisәsi dә baş vermәmişdir. Onun sәrhәd nәzarәtini hәyata keçirәn şәxslәr tәrәfindәn saxlanılması faktı isә ümumiyyәtlә baş vermәmişdir. Əgәr belә bir hal baş vermişdirsә, o zaman qeyd edilәn fakt foto vә ya video çәkilişlә sübut qismindә mәhkәmәyә tәqdim edilmәli idi. Bu olmadığı halda isә mәhkәmәnin qәrar vermәsi vә sübut tәqdim edilmәdәn mәhkәmәnin belә bir qәrara gәlmәsi hesab edir ki, doğru hesab edilә bilmәz. İzahatında göstәrdiyi halların heç biri baş vermәmişdir. Protokol ümumiyyәtlә onun iştirakı ilә tәrtib edilmәmiş, ona imzalamaq üçün tәqdim edilmәmiş vә bununla bağlı ona nәsә deyilmәmişdir. Onun yalnız Siyәzәn Rayon Mәhkәmәsindәn ona bildiriş gәldiyi halda mәlumatı olmuşdur. Onun dәnizә girib çıxması ilә bağlı mәlumatı olmasa da bunu sübut etmәk vәzifәsi mütlәq şәkildә inzibati xәta haqqında protokolu tәrtib edәn orqanın üzәrindәdir. Bununla bağlı zәruri sübut hesab edilә bilәn sәnәdlәr onun hәmin gün dәnizә giriş-çıxışını tәsdiqlәyә bilәcәk xüsusi texniki vasitәlәrlә aşkarlanması tәqdim edilmәli idi. Ən azından onun hәmin gün hәmin saatda orada olmağını tәsdiq edә bilәcәk hәr hansı foto vә videogörüntülәr tәqdim edilmәli idi. Heç bir sübut ortaya qoyulmamış vә sadәcә inzibati orqan tәrәfindәn qәrәzli şәkildә tәrtib edilmiş protokol, onun guya hәmin protokolu imzalamaqdan imtina etmәyi vә o cümlәdәn izahat vermәkdәn imtina etmәyinә dair mötәbәr sübut hesab edilә bilmәz. Mәhkәmә әslindә araşdırmanın dәrindәn aparmamasının әn bariz әsaslarından biri dә mәhz budur ki, mәhkәmә öncәki günlәrin vә ayların giriş-çıxışlarının yoxlanılmasına tәşәbbüs göstәrmәli idi vә hәqiqәtәn dә әmin olmalı idi ki, o digәr günlәrdә saat neçә radәlәrindә girmiş vә neçәdә çıxmışdır. Ümumiyyәtlә, giriş-çıxış pozuntusu niyә mәhz aprel ayında olmuşdur. Ötәn aylarda girişçıxışlarda hәr hansı bir pozuntunun aşkarlanmaması onu demәyә әsas verir ki, hәqiqәtәn dә o düz deyir. Sәrhәd naryadı yalnız onların dәnizdәn çıxdıqları saatı rәsmilәşdirmәklә, giriş saatını mәhz onların demәlәrinә uyğun vә ya özlәri tәrәfindәn mәqbul hesab edilәn saat uyğun qeyd edilirdi. Mәhkәmә eyni zamanda müәyyәn etmәyә borclu idi ki, tәrtib edilmiş protokol hәqiqәtәn dә faktiki әsaslara uyğun şәkildә hәqiqәtә әsaslanmaqla tәrtib edilmişdir. Hesab edir ki, mәhkәmәnin gәldiyi qәnaәt vә qәbul etdiyi qәrar әsassız vә әdalәtsizdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Dövlәt Sәrhәd Xidmәti Sahil Mühafizәsinin 5-ci (Sumqayıt) sahil nәzarәt şöbәsinin R-Rı Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya instansiyası mәhkәmәsindә izahat verәrәk bildirdi ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs digәr şәxslәrlә birlikdә dәnizin 9 mil dәrinlik mәsafәsinәdәk getdiklәri müәyyәn edildiyi üçün İnzibati Xәtalar Mәcәllәsinin 571-ci madәsi ilә protokol tәrtib edilmişdir. Qanunvericiliyә görә üzmә vasitәsilәri ilә 2 mil dәrinliyәdәk getmәk mümkündür. Onlar 3-4 nәfәr olmaqla qrup şәklindә balıq ovçuluğu mәqsәdilә dәnizә getmişlәr. Barәlәrindә protokol tәrtib edilәn şәxslәr birinci instansiya mәhkәmәsindә törәtdiklәri әmәllәri etiraf etmişlәr. Apellyasiya şikayәtinin tәmin edilmәmәsini xahiş etmişdir. Mәhkәmә iclasının vaxtı vә yeri barәdә mәlumat verilmәsinә baxmayaraq Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs mәhkәmә iclasına gәlmәmişdir. Mәhkәmә onun iştirakı olmadan mәhkәmә iclasının keçirilmәsini mümkün hesab etmişdir. Birinci instansiya mәhkәmәsindә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs özünü İXM-nin 571-ci maddәsi ilә tәqsirli bilәrәk izahatında göstәrmişdir ki, o, balıqçılıq fәaliyyәti ilә mәşğul olmaqla, oradan әldә etdiyi qazanc hesabına dolanışığını tәmin edir. Bundan başqa, o, ## ##### 2026-cı il tarixdә, sәhәr saatlarında X3, X4 vә X2 ilә birlikdә balıq torlarını dәnizdәn yığmaq üçün Siyәzәn rayonunun Zarat kәndi әrazisindәn, 30-cu SNB-nin 76-cı yanalma körpüsündәn X5 mәxsus BH- 3003 bort nömrәli, taxta tipli, 2 әdәd yamaha-55 mühәrrikli üzmә vasitәsilә icazә olmadan dәnizә çıxıb, tәxminәn 50 metr sahildәn dәnizә doğru hәrәkәt etmәyә başlasa da, sahil nәzarәti bölmәsinin әmәkdaşlarının müdaxilәsi nәticәsindә geri qayıtmışdır. Bundan sonra, sahil nәzarәti bölmәsinin әmәkdaşları onlara icazә olmadan dәnizә çıxdıqlarını, su-sәrhәd rejim qaydalarını pozduqlarını bildirәrәk, izahat vermәlәri üçün bölmәyә dәvәt etsәlәr dә, ora getmәkdәn vә izahat vermәkdәn imtina etmişlәr. Odur ki, himayәsindә iki azyaşlı övladının olmasının vә әmәlindәn sәmimi peşmançılıq hissi keçirmәsinin nәzәrә alınmasını xahiş etmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә inzibati xәta haqqında iş üzrә icraat materiallarını araşdırıb, sәlahiyyәtli orqanın nümayәndәsini dinlәyib, apellyasiya şikayәtinin dәlillәrini öyrәnib, belә qәnaәtә gәlir ki, aşağıdakı әsaslara görә apellyasiya şikayәti tәmin edilmәmәli, mәhkәmәnin mübahisә olunan qәrarı dәyişdirilmәmәlidir. Belә ki, ## ##### 2026-cı il tarixli raportun surәtindәn göründüyü kimi, hәmin tarixdә, saat 07:40 radәlәrindә 30-cu Böyük Hәmyә SNB-nin 76-cı yanalma körpüsündә qeydiyyatda olan 4 nәfәr heyәt üzvündәn ibarәt BH-3003 bort nömrәli, taxta tipli, 2 әdәd yamaha-55 mühәrrikli üzmә vasitәsinin müvafiq sәnәdlәri olmadan, rәsmilәşdirilmәmiş, icazәsiz rejim sularına daxil olması aşkar olunmuşdur. Bundan sonra, eyni tarixdә, saat 08:05-dә sözügedәn üzmә vasitәsi 76-cı yanalma körpüsünә yaxınlaşarkәn, 30-cu Böyük Hәmyә SNB-nin әmәkdaşları tәrәfindәn saxlanılmış vә bu üzmә vasitәsinә baxış keçirilәn zaman, onun heyәtini Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs, X3, X4 vә X2 tәşkil etmәsi müәyyәn edilmişdir. Daha sonra, hәmin heyәt üzvlәrinә müvafiq sәnәdlәri olmadan, rәsmilәşdirilmәmiş, icazәsiz rejim sularına daxil olmaları izah olunaraq, onlar 30-cu Böyük Hәmyә SNB-yә dәvәt olunsalar da, sonuncular bölmәyә gәlmәkdәn vә izahat vermәkdәn imtina etmişlәr. Belәliklә, nәticәdә hәmin şәxslәr tәrәfindәn su-sәrhәd rejim qaydaları pozulduğu üçün onlar birtәrәfli qaydada rejim pozucusu qismindә sәnәdlәşdirilmişlәr. Azәrbaycan Respublikası İXM-nin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. İnzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir (İnzibati Xәtalar Mәcәllәsinin 48-ci maddәsi). İnzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәrçәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir (İXM-nin 76.1-ci maddәsi). Hәmin Mәcәllәnin 84.1-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәrә baxan hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) işin bütün hallarının mәcmusunun hәrtәrәfli, tam vә obyektiv surәtdә baxılmasına әsaslanan öz daxili inamı ilә sübutları qiymәtlәndirir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 571-ci maddәsinin mәzmununa görә Azәrbaycan Respublikasının sәrhәd sularında, yәni sәrhәd çaylarının, göllәrin vә başqa sututarların, Xәzәr dәnizinin Azәrbaycan Respublikasına mәnsub olan bölmәsindә balıqçılıq, ovçuluq, elmi-tәdqiqat, idman gәmilәrinin, motorlu vә motorsuz başqa gәmilәrin vә digәr üzәn vasitәlәrin qeydiyyata alınması, saxlanması, onların yanalma körpülәrindәn dәniz vә digәr sututarların sularına çıxması, orada olması, üzmәsi vә geri qayıtması qaydalarının pozulmasına, göstәrilәn sularda icazә olmadan vә ya belә icazә olduqda, lakin müәyyәn edilmiş qaydaları pozmaqla ovçuluq (balıqçılıq), tәdqiqat vә axtarış fәaliyyәtinin hәyata keçirilmәsinә görә gәmi vә ya digәr üzәn vasitә müsadirә edilmәklә vә ya edilmәmәklә fiziki şәxslәr iki yüz әlli manatdan üç yüz әlli manatadәk mәblәğdә, vәzifәli şәxslәr dörd yüz әlli manatdan altı yüz әlli manatadәk mәblәğdә cәrimә edilir. Apellyasiya Mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәrinә hüquqi qiymәt verәrәk, hәmin dәlillәri әsaslı hesab etmir. Belә ki, ##.##.2026-cı il tarixdә, saat 08:30-da radar vasitәsilә aşkarlanan namәlum üzmә vasitәsi günün sonrakı saatlarında sәrhәd gәmisinin qanuni tәlәblәrinә tabe olmayaraq hәrәkәtini davam etdirmişdir. Hәmin gün saat 18:00 radәlәrindә reyd qrupu tәrәfindәn saxlanılan BH-2804 bort nömrәli taxta qayıqda Siyәzәn rayon sakini olan 3 nәfәr heyәt üzvünün hәm mәsafә, hәm dә zaman baxımından rejim qaydalarını pozduğu faktiki olaraq müәyyәn edilmişdir. Şәxslәrin rәsmi izahat vermәkdәn vә bölmәyә getmәkdәn boyun qaçırması sәbәbindәn, qanunvericiliyin tәlәblәrinә uyğun olaraq saat 18:30-da müvafiq sәnәdlәşmә birtәrәfli qaydada rәsmilәşdirilmişdir. Bu hallar göstәrir ki, birinci instansiya mәhkәmәsi işin bütün hallarını hәrtәrәfli vә obyektiv araşdırmış, qanuni üsullarla toplanmış sübutlara düzgün hüquqi qiymәt verәrәk Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs әmәlini Azәrbaycan Respublikası İnzibati Хәtalar Mәcәllәsinin 571-ci maddәsi ilә tam doğru tövsif etmişdir. İşin faktiki hallarına dair gәlinәn nәticә qanuni vә әsaslı olduğundan, apellyasiya şikayәtindә irәli sürülәn dәlillәr qәrarın lәğv edilmәsi vә ya icraata xitam verilmәsi üçün әsas sayıla bilmәz. Konstitusiya Mәhkәmәsinin Plenumu, hәmçinin apellyasiya instansiyası mәhkәmәlәrinin diqqәtini ona cәlb etmәyi lazım bilir ki, onlar birinci instansiya mәhkәmәsinin faktlar nöqteyi nәzәrindәn qanuni vә әsaslı, mahiyyәt üzrә düzgün olan qәrarının yalnız formal mülahizәlәrә görә lәğv edilmәsindәn çәkinmәlidirlәr (Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2019-cu il tarixli Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 38.1 vә 430.4-cü maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair Qәrarı). Belәliklә apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Apellyasiya şikayәti tәmin edilmәsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikasının İXM-nin 571-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Azәrbaycan Respublikası İXM-nin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrar qәtidir, ondan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz. Hakim Məhəmmədəli Rzayev
Məhkəmə qərarları › İş №3(3-8)-416/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-416/2026
30.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver