Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-417/2026 24.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Əhmәdov Elman Mәmmәd oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, tәlәbkar Zәrәrçәkmiş şәxs Açıq Sәhmdar Cәmiyyәtinin nümayәndәsi X1, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin müdafiәçisi – «Şimal» Vәkil Bürosunun vәkili X2 iştirakları ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsindә nәzәrdә tutulan inzibati xәtanı törәtmәkdә tәqsirli bilinib, barәsindә hәbs növündә inzibati tәnbeh tәdbiri tәtbiq edilmәsinә dair Xaçmaz Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDI: Xaçmaz Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә (hakim Samir Bayramov) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (## ###### 1985-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, ünvan 1 ünvanında yaşayan) Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinәrәk, 8 (sәkkiz) gün müddәtinә inzibati qaydada hәbs edilmişdir. Işin halları: Protokolu tәrtib edәn orqannin icra mәmuru nümayәndә2 tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә ## #### 2026-cı il tarixli MN ******* nömrәli inzibati xәta haqqında protokol tәrtib olunmuşdur, ona görә ki, Xaçmaz * saylı Notariat ofisinin ##.##.2024-cü il tarixli, 8i-13936, ##.##.2025-ci il tarixli, *i-***i saylı icra qeydlәri üzrә 16983 manat vә Xaçmaz Rayon Mәhkәmәsinin *(***)-**** saylı icra sәnәdi üzrә 1629 manat 69 qәpik mәblәğindә pul Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs alınaraq Zәrәrçәkmiş şәxs Açıq Sәhmdar Cәmiyyәtinә, “xxxx” Açıq Sәhmdar Cәmiyyәtinә vә “xxxx” Açıq Sәhmdar Cәmiyyәtinә ödәnilmәsi qәt edilәrәk icraya yönәldilmiş, lakin buna baxmayaraq borclu tәlәbi qәrәzli olaraq icra etmәmiş, bununla da, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn AR IXM-nin 528.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәta törәdilmişdir. Protokol baxılmaq üçün Xaçmaz Rayon Mәhkәmәsinә göndәrilmiş vә mәhkәmә tәrәfindәn yuxarıda qeyd olunan qәrar qәbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәti verәrәk, Xaçmaz Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarının lәğv edilmәsini vә barәsindә hәbslә әlaqәdar olmayan alternativ cәza tәyin edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәtini onunla әsaslandırmışdır ki, mәhkәmәdә işә baxılarkәn borcundan 5000 (beş min) manat ödәniş etmәk istәmiş, lakin Protokolu tәrtib edәn orqan vә Zәrәrçәkmiş şәxs ASC-nin nümayәndәsi pulu ondan qәbul etmәmişlәr. Barәsindә axtarış verilmәsindәn xәbәri olmamışdır. Xaçmaz rayon polis şöbәsi onu axtarış әsasında ##.##.2026-cı il tarixdә tutmuş vә o, iki gün hәbsdә saxlanmışdır. Lakin ona cәza tәyin edilәrkәn saxlandığı iki gün cәzasından çıxılmamışdır.Borcu ödәmәkdәn yayınmır, ödәnişlәr edәcәkdir. Prosessual məsələlər: Mәhkәmә iclasında barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin müdafiәçisi Şirәli Pirәliyev apellyasiya şikayәtini müdafiә edәrәk, tәmin edilmәsini, hüquqlarını müdafiә etdiyi şәxsin fәhlә işlәmәsini,maddi imkanı olmadığını bildirib, barәsindә hәbslә әlaqәdar olmayan alternativ inzibati tәnbeh tәdbirinin tәtbiq edilmәsini xahiş etdi. Mәhkәmә iclasında tәlәbkar Zәrәrçәkmiş şәxs ASC-nin nümayәndәsi Ibrahim Mәmmәdov apellyasiya şikayәtinә etiraz edәrәk, dәfәlәrlә xәbәrdarlıq edildiyini, uzun müddәt әrzindә hç bir ödәniş etmәdiyini nәzәrә alaraq, şikayәtin tәmin edilmәmәsini, birinci instansiya mәhkәmәsinin qәrarının dәyişdirilmәdәn saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә inzibati xәtaya dair işin materiallarını araşdırıb, proses iştirakçılarını dinlәyib, şikayәtin dәlillәrini iş materialları ilә müqayisәli şәkildә tәdqiq edәrәk hesab edir ki, aşağıda qeyd olunanlara görә şikayәt tәmin edilmәmәli, Xaçmaz Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, iş materiallarında olan ## #### 2026-cı il tarixli MN ******* nömrәli inzibati xәta haqqında protokoldan görünür ki, Xaçmaz * saylı Notariat ofisinin ##.##.2024-cü il tarixli, 8i- 13936, ##.##.2025-ci il tarixli, *i-***i saylı icra qeydlәri üzrә 16983 manat vә Xaçmaz Rayon Mәhkәmәsinin *(***)-**** saylı icra sәnәdi üzrә 1629 manat 69 qәpik mәblәğindә pul Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs alınaraq Zәrәrçәkmiş şәxs Açıq Sәhmdar Cәmiyyәtinә, “xxxx” Açıq Sәhmdar Cәmiyyәtinә vә “xxxx” Açıq Sәhmdar Cәmiyyәtinә ödәnilmәsi qәt edilmişdir. Iş materiallarında olan borclu Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2025-ci il tarixli yazılı izahatından görünür ki, o, icra sәnәdi üzrә borcunun mövcudluğunu qәbul etmiş vә borc mәblәğini 2025-ci ilin avqust ayında tam ödәyәcәyini bildirmişdir. Bununla da borclu icra sәnәdinin tәlәbindәn, borcun mövcudluğundan vә hәmin tәlәbin icra edilmәli olmasından mәlumatlı olduğunu tәsdiq etmişdir. Iş materiallarında olan Protokolu tәrtib edәn orqannin ##.##.2025-ci il tarixli, e******/****- **-** saylı mәktubundan görünür ki, borcludan icra sәnәdi üzrә pulun ödәnilmәsi tәlәb edilmiş, icra sәnәdinin tәlәbinin yerinә yetirilmәyәcәyi tәqdirdә onun Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә inzibati mәsuliyyәt daşıyacağı barәdә xәbәrdarlıq edilmişdir. Hәmin xәbәrdarlıq mәktubu borclu tәrәfindәn imzalanmaqla qәbul edilmişdir. Iş materiallarında olan borclunun yaşayış yerinin (iş yeri vә olduğu yerin) dәyişmәsinin vә yaxud tәlәbin yönәldilә bilәcәyi әmlakının olmaması vә ya yetәrli olmamasının müәyyәn edilmәsi haqqında Protokolu tәrtib edәn orqannin icra mәmuru nümayәndә2 tәrәfindәn tәrtib edilmiş ## #### 2025-ci il tarixli aktdan görünü ki, borclu Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs yaşadığı ünvana baxış keçirilmiş, lakin borclunun adına tәlәb yönәldillәcәk әmlakı aşkar edilmәmişdir. Iş materiallarında olan ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qәrardaddan görünür ki, ##.##.1985-ci ildә Xaçmaz şәhәri, Bünyatzadә küçәsi ** saylı evdә qeydiyyatda olan vә yaşayan borclu Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ölkәdәn getmәk hüququ müvәqqәti mәhdudlaşdırılmışdır. Iş materiallarında olan borclunun axtarışı haqqında ##.##.2026-cı il tarixli qәrardan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs yaşayış yeri müәyyәn edilmәdiyindәn barәsindә axtarış elan edilmişdir. Iş materiallarında olan Xaçmaz rayon polis şöbәsinin ##.##.2026-cı il tarixli, 3-13- **/*- *****/** saylı mәktubundan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә ##.##.2026-cı il tarixdә ******/** nömrәli axtarış elan edilmişdir. Iş materiallarında olan Xaçmaz rayon polis şöbәsinin ##.##.2026-cı il tarixli, 3-13- **/*- *****/** saylı mәktubundan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2026-cı il tarixdә keçirilmiş tәdbirlәr nәticәsindә saxlanılaraq barәsindә tәdbir görülmәsi üçün aidiyyәti üzrә Protokolu tәrtib edәn orqannә tәhvil verilmişdir. Belәliklә, işin hallarından görünür ki, borclu icra sәnәdi üzrә tәlәbin icra edilmәli olması, hәmin tәlәbin yerinә yetirilmәmәsinin hüquqi nәticәlәri vә inzibati mәsuliyyәt barәdә әvvәlcәdәn mәlumatlı olmuşdur. Buna baxmayaraq, borclu 2025-ci ilin avqust ayında borcu tam ödәyәcәyini yazılı qaydada bildirsә dә, 2025-ci ilin aprel ayından protokol tәrtib edilәnәdәk icra sәnәdi üzrә heç bir ödәniş etmәmişdir. Azәrbaycan Respublikası IXM-nin 528.1-ci maddәsinin tәlәbinә görә mәhkәmә vә ya digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar icra mәmurunun qanuni tәlәblәrinin yerinә yetirilmәmәsinә vә ya icra mәmuru tәrәfindәn müәyyәn olunmuş müddәtdә borclunu müәyyәn hәrәkәtlәri etmәyә vә ya müәyyәn hәrәkәtlәri etmәkdәn çәkinmәyә mәcbur edәn icra sәnәdinin üzrsüz sәbәbdәn icra edilmәmәsinә görә fiziki şәxslәr beş yüz manatdan min manatadәk mәblәğdә cәrimә edilir vә ya işin hallarına görә, pozuntunu törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla, bir ayadәk müddәtә inzibati hәbs tәtbiq olunur, vәzifәli şәxslәr min iki yüz manatdan iki min beş yüz manatadәk mәblәğdә, hüquqi şәxslәr üç min manatdan beş min manatadәk mәblәğdә cәrimә edilir. Hәmin Mәcәllәnin 528.1-ci maddәsindә qeyd olunan inzibati xәtanın obyekti әdalәt mühakimәsinin, xeyrinә mәhkәmә qәrarı çıxarılmış ayrı-ayrı hüquqi vә fiziki şәxslәrin, habelә dövlәtin mәnafeyi olmaqla, obyektiv cәhәtdәn qanuni qüvvәyә minmiş mәhkәmә qәtnamәsini qәrәzli olaraq icra etmәmәdә, hәmin mәhkәmә qәtnamәsinin icrasına maneçilik törәtmәdә, habelә icra ilә әlaqәdar icra mәmurlarının qanuni tәlәblәrini icra etmәmәdә ifadә olunur. Inzibati hüquq nәzәriyyәsindә mәhkәmә qәtnamәsini, hökmünü, qәrarını vә yaxud digәr aktını icra etmәmә dedikdә, icra üçün daxil olmuş mәhkәmә qәtnamәsinin, hökmünün, qәrardadının vә ya qәrarının icrasını hәyata keçirmәk üçün bu vә ya digәr hәrәkәti etmәli olan şәxsin qanunla müәyyәn edilmiş müddәtdә hәmin hәrәkәtlәri etmәmәsi başa düşülür. Mәhkәmә aktlarının icrası ilә әlaqәdar icra mәmurlarının qanuni tәlәblәrini üzrsüz sәbәbdәn icra etmәmә onda ehtiva olunur ki, tәqsirkar şәxsә yazılı şәkildә mәhkәmә qәrarının icra edilmәsi barәdә xәbәrdarlıq edilmiş olsun, hәmin xәbәrdarlıqdan vә icra mәmurlarının qanuni tәlәblәrindәn tәqsirkar şәxsin mәlumatı olsun vә hәr hansı üzrlü sәbәb göstәrmәdәn hәmin hәrәkәtlәrini davam etdirmiş olsun. Yuxarıda qeyd olunanlara görә mәhkәmә hesab edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs icra mәmurunun qanuni tәlәblәrini üzrsüz sәbәbdәn icra etmәmәsi iş materialları ilә sübuta yetirildiyindәn birinci instansiya mәhkәmәsinin onu IXM-nin 528.1-ci maddәsi ilә tәqsirli bilәrәk, barәsindә 8 gün müddәtindә inzibati hәbs tәnbeh tәdbirini tәtbiq etmәsi qanuni vә әsaslı olmuşdur. Birinci instansiya mәhkәmәsi düzgün olaraq qәrarda qeyd etmişdir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs icra sәnәdlәri üzrә ödәnişlәri hәyata keçirmәmәsi icra sәnәdindәki tәlәbin üzrsüz sәbәbdәn icra mәmuru tәrәfindәn müәyyәn olunmuş müddәtdә icra edilmәmәsi vә icra mәmurunun qanuni tәlәbinin yerinә yetirilmәmәsi kimi qiymәtlәndirilmәldir. Onun әmәlindә Azәrbaycan Respublikası IXM-in 528.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın tәrkibi vardır. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә başlanmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi vә mәsuliyyәtdәn azad edilmәsi üçün әsaslar yoxdur. Mәhkәmә hesab edir ki, birinci instansiya mәhkәmәsinin Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә 8 gün müddәtindә inzibati hәbs tәnbeh tәdbirini tәtbiq etmәsi inzibati tәnbeh tәdbirinin inzibati xәta törәtmiş şәxsin islah olunmasına, onun qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirilmәsi, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısının alınması baxımından qanuni vә әdalәtli olmuşdur, şikayәtin dәlillәri ona tәtbiq olunmuş hәbs inzibati tәnbeh tәdbirinin dәyişdirilmәsi üçün qanuni әsas kimi qәbul oluna bilmәz. Qәrardan görünür ki, birinci instansiya mәhkәmәsi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә intizam tәnbeh tәdbiri tәtbiq edәrkәn mәsuliyyәtini yüngüllәşdirәn vә ağırlaşdıran hallar müәyyәn etmәmişdir. Azərbaycan Respublikası IXM-nin: 9.1-ci maddәsinә әsasәn inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına uyğun, qanuni vә әsaslı olmalıdır. 21-ci maddәsinә әsasәn inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. 22-ci maddәsinә әsasәn inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. 31.2-ci maddәsinә әsasәn fiziki vә ya vәzifәli şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn xәtanın xarakteri, inzibati xәta törәdәn şәxsin şәxsiyyәti, onun tәqsirinin dәrәcәsi, әmlak vәziyyәti, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Yuxarıda qeyd olunanlara mәcmu halında qiymәt verәrәk mәhkәmә hesab edir ki, şikayәtin dәlillәri Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә tәtbiq edilmiş hәbs növündә inzibati tәnbeh tәdbirinin hәbslә әlaqәdar olmayan alternativ tәnbeh tәdbiri ilә әvәz edilmәsi üçün qanuni әsas kimi qәbul oluna bilmәz. Bundan başqa mәhkәmә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs şikayәtinin ##.##.2026-cı il tarixdә tutulması, 2 gün hәbsdә saxlanılması, lakin ona cәza tәyin edilәrkәn saxlandığı 2 günün cәzasından çıxılmaması dәlili ilә bağlı qeyd edir ki, qeyd edilәn xüsusatı tәsdiq edәn heç bir sübut iş materiallarına әlavә edilmәmişdir. Ona görә dә, mәhkәmә hesab edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası IXM-nin 528.1-ci maddәsindә nәzәrdә tutulan inzibati xәtanı törәtmәkdә tәqsirli bilinib tәnbeh edilmәsinә dair Xaçmaz Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalı, apellyasiya şikayәti tәmin edilmәmәlidir. Hәmçinin mәhkәmә kollegiyası hesab edir ki, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya mәhkәmә iclasında dövlәt hesabına hüquqlarını müdafiә etmiş «Şimal» Vәkil Bürosunun vәkili X2 dövlәt büdcәsi hesabına vәsait ödәnilmәlidir. Belә ki, “Müdafiәçilәrә, tәrcümәçilәrә, mütәxәssislәrә vә ekspertlәrә ödәnilmәli olan mәblәğlәrin miqdarı haqqında” Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2001-ci il # ###### tarixli ** nömrәli qәrarının 1-ci, 4-cü vә 5-ci hissәlәrinә әsasәn hüquqi yardım göstәrilmәsinә görә müdafiәçiyә ödәnilәn haqq hәr iş saatı üçün 11 manat mәblәğindә müәyyәn edilmişdir. Odur ki, apellyasiya instansiyası mәhkәmәsindә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs göstәrilmiş hüquqi xidmәtә görә «Şimal» Vәkil Bürosunun vәkili X2 2 (iki) iş saatına görә 22 (iyirmi iki) manat mәblәğindә vәsait Azәrbaycan Respublikası Dövlәt büdcәsinin vәsaiti hesabından «Şimal» Vәkil Bürosu vasitәsilә ödәnilmәlidir. Göstәrilәnlәrә әsasәn IXM-nin 134.1.1, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Xaçmaz Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılsın. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin olunmasın. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya mәhkәmәsi iclasında dövlәt hesabına hüquqlarını müdafiә etmiş «Şimal» Vәkil Bürosunun vәkili X2 etdiyi hәr iş saatına görә 11 (on bir) manat hesab edilmәklә, 2 (iki) iş saatına görә 22 (iyirmi iki) manat mәblәğindә vәsait «Şimal» Vәkil Bürosu vasitәsilә ödәnilsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-417/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-417/2026
24.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver